Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1122/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim: Mehdiyev Nəriman Hüseynqulu oğlu) 11 may 2023-cü il tarixli hökmü ilə 5 noyabr 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bir uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Quba rayonunun Digah kəndində qeydiyyatda olan, Xnömrəsiz fərdi evdə yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şü bhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanıl ması üçün ona xidmət etmək vəzifələri qoyulmş, üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə) 30 oktyabr 2023-cü il tarixli hökmü ilə məhkum X1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, iş üzrə X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin l(007)-300/2023 saylı, 11 may 2023-cü il tarixli hökmü ləğv edilmiş, X1 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə təqsirliliyi subuta yetirilmədiyindən, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə bəraət verilmişdir. X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 aprel 2022-ci il tarixdə saat 10 radələrində ofisiant işlədiyi çay evinin sahibi Zərərçəkmiş şəxs tərəfindən saxlanılması üçün Şahid verilmiş 1850 manat məbləğində pul vəsaitini sonuncu ilə birlikdə yaşadıqları ünvan 2 nömrəli evin 33-cü mənzilinin yataq otağında olan dolabın siyirməsinə Şahid tərəfindən qoyulmuş 1850 manat pul vəsaitini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1850 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmə çay evində oğurlanması iddia edilən pulun məbləği 1850 manat deyil, cəmi 714 manat 40 qəpik təşkil etməsi xüsusatı üzrə zərərçəkmiş şəxsin ifadəsini hökmdə yarımçıq şəkildə və təhrif edilmiş formada qeyd etmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq və hər iki məhkəmə instansiyalarında məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, x əstə olduğundan 3-4 gün işə çıxmamış və çay evinin alverindən yığılmış, həmçinin gündəlik kommunal xərclər və işçilərə ödənilməli olan əmək haqqı da daxil olmaqla 1850 manat pulu onun tapşırığı ilə Gülşən özündə saxlamışdır, kafedə kassa aparatı mövcuddur, müştərilər tələb etdikdə onlara qəbz verilir, tələb etmədikləri halda qəbz verilmir, qəbzlərdə məbləğ 714.40 qəpik göstərilsə də, əslində qazanc daha artıq, yəni 1850 manat olmuşdur. Apellyasiya məhkəməsi əsassız olaraq təqsirləndirilən şəxsin ifadəsini üstün hüququi qüvvəyə malik hesab etməklə zərərçəkmiş şəxs və şahidin ifadələrinin həmin ifadə ilə ziddiyyət təşkil etdiyi üçün həqiqiətə uyğun olmayan hesab etmiş, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin ehtimallara əsaslandığını bildirməklə onların həmin hadisənin bilavasitə şahidi olmadıqlarını nəzərdə tutmuşdur. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin müddəalarına əsasən, oğurluq cinayəti özgə əmlakının gizli olaraq talanmasını nəzərdə tutur, əgər həmin şəxslər qeyd olunan hadisənin şahidi olsaydılar, bu zaman təqsirləndirilən şəxs açıq talama cinayətini törətmiş olardı. Bundan başqa, məhkəmə kollegiyasının 1850 manat məbləğində pulun həqiqətən real-olaraq olması, saxlanması üçün Şahid verilməsi, sonuncunun həmin pulu Ləman Xanbabayeva ilə birlikdə yaşadığı mənzilin şkafında saxlamasının hansı iş materialları ilə öz təsdiqini tapmadığını toplanmış hansı sübutlarla ziddiyyət təşkil etdiyini hökmdə göstərməmiş, yalnız ümumi söz yığınından istifadə etməklə mövqeyini əsaslandırmağa çalışmışdır. Həmçinin məhkəmənin təqs irləndirilən şəxsin təqsirsizliyini təsdiq edən sübut kimi əsaslandığı xüsusat onun gəldiyi nəticə ilə ziddiyyət təşkil etmiş, özü-özünü təkzib etmişdir. Belə ki, məhkəmə Zərərçəkmiş şəxs işdə olmadığı müddətdə çay evinin qazancının 1850 manat deyil, 714 manat 40 cfəpik olduğunu sübut edilmiş hesab etmiş, bu məntiqlə yanaşdıqda məhkəmə kollegiyası həmin qəbzləri sübut kimi əsas götürdüyü halda ittihamın həcmini azaltmalı olduğu halda, əsassız və qanunsuz otaraq təqsirləndirilən şəxsə bəraət vermişdir. Kassasiya protestində X1 Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 30 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxı lmağa təyin edilməsinə dair qərar çıxarılması xahiş olunur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya p rotestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiy aları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələb lərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, s übutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya müraciətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi d üşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi hə yatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsi nin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarl arına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işi üzrə müəyyən edilmiş hallar və toplanmış sübutlarla müqayisəli təhlil edib apellyasiya instansiya məhkəməsinin mövqeyinə dair ilk əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, CPM-in 350.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 42.1-ci madd əsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına ala n ifadələrin daxil edilməsinə yol verilmir. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarının 57-ci bəndi) Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə X2 Cinayət Məcəlləsini 177.1-ci maddəsi ilə bəraət vermiş apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab verdiyi müəyyən olunur. Belə ki, kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələ rinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi və şəxsə əsassız bəraət verildiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə barədə tələblər məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. X2 verilən ittihama əsasən o, 3 aprel 2022-ci il tarixdə saat 10 radələrində ofisiant işlədiyi çay evinin sahibi Zərərçəkmiş şəxs tərəfindən saxlanılması üçün Şahid verilmiş, sonuncu ilə birlikdə yaşadıqları ünvan 2 nömrəli evin 33-cü mənzilinin yataq otağında olan dolabın siyirməsinə qoyulmuş 1850 manat pul vəsaitini gizli olaraq talamışdır. Apellyasiya məhkəməsinin gəldiyi qənaətə əsasən istintaq orqanı tərəfindən elan olunmuş ittiham üzrə təqsirləndirilən şəxs X2 istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 -ci maddəsi üzrə istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyini nəticə işin həqiqi hallarına uyğun gəlmir, həmin nəticə tərəflər arasında mövcüd olmuş real münasibətləri əks etdirmir. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı qərarında istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 Az ərbaycan RespublikasınınCinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin sonlarından 2022-ci ilin yaz aylarınadək müxtəlif marketlərdə satıcı, 2022-ci ilin yaz aylarından isə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev adına parkda yerləşən çay evində ofisiant işləmişdir. Çay evində işləyən zaman oranın müdiri Zərərçəkmiş şəxs ilə yaxın münasibəti yaranmış, bir müddət Farizlə ər-arvad münasibətində yaşamışlar, Fariz onun üçün ayrı bir kirayə mənzil tutmuş, lakin həmin mənzilin sahibi ona "girişmək” istədiyi üçün oradan çıxıb təxminən bir həftə müddətində Farizin yanında ofisiant kimi işləyən Şahid ilə bir yerdə yaşamışdır, həmin vaxtlar Fariz ona anası ilə görüşməyə icazə verməmiş, hətta tələb etmişdir ki, uşağı ilə də əlaqə saxlamasın, ona görə qərara gəlmişdir ki, Farizlə münasibətlərinə son qoyub ondan uzaqlaşsın, bu məqsədlə 03 aprel 2022-ci il tarixdə saat 10 radələrində bir yerdə kirayədə yaşadığı Gülşənə yalandan bazara getmək istədiyini deyib evdən çıxmışdır, evdən çıxan zaman üzərində olan puldan 50 manat çıxarıb masanın üzərinə qoymuşdur ki, birgə kirayədə qaldıqları evə görə Gülşənlə aralarında halallıq olsun, sonra tanımadığı taksi ilə Bakı şəhəri, Sabunçu dairəsində "Bolmart” marketin yaxınlığında yaşayan dayısının evinə getmişdir, bir-iki gün həmin ünvanda anası Elnurənin yanında yaşamışdır, bir neçə gün sonra onun yaşadığı evə Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən polis əməkdaşları gəlmiş, Farizin onun Gülşənin evindən oğurluq etməsi barədə ərizə verdiyini bild irmişlər, həmin vaxtlar Fariz ondan çay evinə qayıtmasını tələb etmişdir, o, Farizin təzyiqlərinə dözə bilməyib onun təklifi ilə razılaşmış və yenidən çay evinə qayıdıb bir neçə gün gün işləmişdir, sonradan yenidən çay evindən uzaqlaşmaq istəmiş, bu məqsədlə çay evinə gələn bir oğlanla münasibət yaratmışdır, məqsədi həmin oğlanla onun ciddi münasibətinin yaranmasını Farizə bildirib ondan yaxasını qurtarmaq olmuşdur, lakin bunun da nəticəsi olmamış, Fariz onu yaşadığı Türkan kəndinə aparıb orada bir müddət saxlamış, orada ona hədə-qorxu gəlib ayrılmamasını tələb etmişdir, bütün bunlara baxmayaraq Farizlə razılığa gəlməmiş, Fariz isə onu yenidən çay evinə qaytarmışdır, çay evində işçilər Farizə bildirmişlər ki, onu anasına təhvil versin, 17 oktyabr 2022-ci il tarixdə saat 03:30 radələrində F ariz onu anasının yaşadığı Sabunçu rayonunda olan evə aparmış və ünvanına əxlaqsız sözlər deyib, onunla olan video görüntülərini yayıb biabır edəcəyi ilə hədələmişdir, həqiqətən də hadisədən 3-4 gün sonra onun qohumlarına Rusiya və Kanada nömrələri ilə həmin videolar göndərilmişdir, sonradan Fariz öz nömrəsindən "Tik-tok” sosial şəbəkəsində onun polis tərəfindən axtarıldığı, pul ilə görüşməsi barədə məlumatlar və onu tamamilə məhv edəcəyi barədə hədələr yerləşdirmişdir, Şahid onun yaşadıqları mənzildən oğurluq etməsi barədə göstərdikləri yalandır, Gülşən onu Farizə qısqanmış və Farizin sifarişlərini yerinə yetirmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında Heydər Əliyev adına parkdakı "Çay sarayı” çay evini icarəyə müqaviləsi əsasında işlədir, Şahid uzun illərdir tanıyır, Gülşən çay evində ofisiant işləyir, 2021-ci ildə pandemiyadan sonra X7 da çay evində ofisiant kimi işə başlamışdır, o, həmin vaxtlar xəstə olduğu üçün işə gələ bilməmiş, bu səbəbdən çay evinin gündəlik alver pulunu özündə saxlamasını Gülşənə tapşırmışdır, Gülşən hər dəfə yığılan pulları evinə aparıb özündə saxlamış, o, işə çıxanda ona vermişdir, Gülşən çay evi ilə üzbəüz Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 27, mənzil 33-də kirayə yaşamışdır, Ləman da son 10 gün müddətində müvəqqəti olaraq Gülşənlə bir yerdə yaşamışdır, 03 aprel 2022-ci il tarixdə günün birinci yarısı Ləman işə gəlmədiyi üçün o, əvvəl Ləmana, sonra isə Gülşənə zəng etmişdir, Gülşən ona demişdir ki, Ləman işə getmək ad ı ilə səhər evdən çıxmışdır, Ləmana dəfələrlə zəng etsə də zəng çatmamışdır, Gülşən də Ləmana zəng etmiş, lakin zəng çatmamışdır, həmin vaxt Gülşən çay evinə aid 1850 manat alver pulunun yataq otağındakı dolabda olmadığını ona demişdir, belə ki, o, o, xətə olduğundan 3-4 gün işə çıxmamış və çay evinin alverindən yığılmış 1850 manat pulu onun tapşırığı ilə Gülşən özündə saxlamışdır, həmin puldan Ləmanın da xəbəri olmuşdur, tezliklə Gülşən işə gəlmiş, Gülşənin yaşadığı binanın yaxınlığında olan kameralardakı görüntülərə baxan zaman görmüşdür ki, Ləman evdən çıxıb işə getməmiş, taksiyə əyləşib uzaqlaşmışdır, onlar Ləmanın oğurluq etməsi barədə həmin gün heç bir yerə məlumat verməyib Ləmanın qayıtmasını gözləmişlər, Ləman həmin gün evə qayıtmamışdır, növbəti gün, yəni 04 aprel 2022-ci il tar ixdə o, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinə gedib baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir, lakin, 24-cü polis şöbəsində faktla əlaqədar tam araşdırma aparılmamış və əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir, sonradan Bakı şəhəri Nizami rayon prokurorluğunda fakta əlaqədar araşdırma aparılmış və cinayət işi başlanmışdır, Ləman onunla əvvəllər aralarında olmuş yaxın münasibətdən istifadə edib çay evinin pulunu oğurlamışdır, hadisədən sonra Ləman həm ona, həm də Gülşənə söz vermişdir ki, oğurladığı pulu hissə-hissə qaytaracaqdır, bu, qohumu Şöhrətin yanında baş vermişdir, odur ki, Ləmanın çay evində qalıb işləməsinə razılıq vermişdir, Türkan kəndindəki evində təmizlik işləri aparmaq üçün Ləmanı öz razılığı ilə aparmış, həmin vaxt Ləmanı nəyə isə vadar etməmişdir, bu barədə Ləmanın söylədikləri yalandır, oğurluq hadisəsindən sonra bir daha Ləmanla münasibəti olmamışdır, o, Ləman barəsində rüsvayedici məlumatlar yaymamışdır, polis tərəfindən Ləman axtarışa verildikdən sonra onun axtarılması barədə sosial şəbəkədə yazmışdır, hadisə nəticəsində ona 1850 manat miqdarında maddi ziyan dəymişdir, həmin ziyan təqsirləndirilən şəxs X7 tərəfindən ona ödənilməmişdir, şikayətçidir, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb edir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 27 nömrəli evin 33-cü mənzildən 1850 manat pulun X7 tərəfindən oğurlanması barədə şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə o, müraciət etmişdir, belə ki, o, uzun müddətdir ki, ünvan 3 ünvanında, Heydər Əliyev adına parkdakı "Çay sarayı” çay evində ofisant işləyir, X7 da onunla bir yerdə çayxanada ofisant işləmiş, bu müddətdə Ləman bir həftə onunla bir yerdə kirayə yaşadığı mənzildə yaşamışdır, 03 aprel 2022-ci il tarixdə səhər saatlarında Ləman ona işə getdiyini deyib evdən çıxmışdır, bir neçə saat sonra işlədiyi çay evinin müdiri Zərərçəkmiş şəxs ona zəng edib Ləmanın nə səbəbə işə gəlmədiyini soruşanda o, Ləmanın səhər evdən çıxıb işə getdiyini demişdir, sonra o da bir neçə dəfə Ləmana zəng etmiş, lakin zəng çatmamışdır, sonra mənzilin yataq otağında olan dolabın qapısını açıb çay evinin alver pulu olan 185 0 manatın yerində olub-olmamasını yoxlamışdır, çünki həmin gün yatmazdan əvvəl o, Ləmanın yanında dolabdakı pulu sayıb yerinə qoymuşdur, çay evinin müdiri Fariz bir müddət xəstə olduğu üçün 3-4 gün işə gələ bilməmiş və bu səbəbdən çay evinin alver pulunu o, yaşadığı evin yataq otağındakı dolabın gözünə qoymuşdur, həmin dolaba baxarkən pulun yerində olmadığını aşkar etmiş, ona aydın olmuşdur ki, həmin pulu Ləman oğurlamışdır, o, Farizə zəng edib Ləmana zəng çatmadığını və ona 1850 manat pulu dolabdan oğurlaması barədə məlumat vermişdir, sonradan Fariz yaşadığı binanın yaxınlığındakı obyektlərin kamera görüntülərinə baxanda Ləmanın evdən çıxıb yaxınlıqda olan çay evinə getmədiyini, taksiyə əyləşib uzaqlaşdığını aşkar etmişdir, həmin gün onlar heç bir yerə məlumat verməyib Ləmanın evə qayıtma sını gözləmişlər, lakin, Ləman qayıtmadığı üçün növbəti gün onlar hadisə ilə bağlı Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinə müraciət etmişlər, həmin şöbədə onların müraciəti ilə bağlı araşdırma tam və obyektiv aparılmamış, nəticədə uzun müddət müraciətlərinə reaksiya verilməmişdir, sonradan Ləman tapılanda həm ona, həm də Farizə oğurladığı pulu hissə-hissə qaytaracağını desə də, yenə pulu qaytarmamışdır, bu söhbətlər Farizin qohumu Şöhrətin yanında, onun otağında olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, ünvan 3 ünvanında, Heydər Əliyev adına parkdakı "Çay sarayı” çay evində Zərərçəkmiş şəxs həmin çay evində olmadığı müddətdə-yəni 30 mart-3 aprel 2022-ci il tarixləri arasında həmin çay evində oğurlanması iddia edilən və Zərərçəkmiş şəxs həmin müd dətdə xəstə olduğundan işdə olmadığı üçün dövriyyədə olan pulları yaşadığı evdə saxlayan Şahid X7 tərəfindən oğlurlanmasını bildirdiyi 1850 manat məbləğində deyil, cəmi 714 manat 40 qəpik məbləğində dövriyyədə pul olmuşdur. Apellyasiya məhkəməsi cinayət işi üzrə X2 istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə obyektiv nəticəyə gəlmək üçün aşağıdakı istiqamətlər üzrə hüquqi dəyərləndirmə aparmışdır: -X1 özünün də etiraf etməsinə əsasən zərəçəkmiş şəxslə münasibətləri əvvəl yaxşı olmuş, sonra münasibətləri pisləşmiş və daha sonra pul vəsaiti yoxa çıxmış, həmin pul vəsaiti həqiqətən real olaraq olmuşdurmu və saxlanması üçün Şahid verilmişdirmi? -Tərəflər arasındakı münasibətlərin həqiqiliyi, xarakteri və mahiyyəti necə və nədən ibarət olmuşdur. Cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, X1 qeyd olunan cinayət əməlini törətməsi heç bir sübut növü ilə təsdiqini tapmamışdır, birinci instansiya məhkəməsinin ittiham hökmü ehtimallara əsaslanır və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirliliyi iş üzrə heç bir hüquqi faktla təsdiqini tapmamışdır, Apellyasiya məhkəməsi hesab etmişdir ki, X7 tərəfindən oğurluq cinayət əməlinin törədilməsi heç bir sübut növü ilə təsdiq edilmədiyi halda, bütün şübhələr təqsirləndirilən şəxsin xeyirinə qiymətləndirilməli olduğu halda, birinci instansiya məhkəməsi heç bir əsas olmadan ittiham hökmü çıxararkən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-147-ci maddələrinin tələblərinə əməl etməmişdir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin istinad etdiyi yeganə hal, iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs və Şahid həqiqətə uyğun olmayan, ehtimallara söykənən ifadələri olmuşdur, lakin həmin ifadələr iş üzrə dindirilmiş X1 ifadəsi və toplanmış digər sübutlarala ziddiyyət təşkil etməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin cinayət təqibini istisna edən halların mövcudluğunu nəzərə almayaraq, X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham hökmü çıxarması əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, X1 zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talaması iş materialları ilə təsdiq olunması və onun əməlinin Cinayət Məcəlləsinin 177-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət- hüquqi məna kəsb etməyərək təqsirliliyi sübuta yeti rilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı madd ələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sözügedən Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməli, 146.1-ci maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlm əyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: _məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.2.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsini n motivləri göstərilməlidir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı saymaqla qeyd edir ki, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə L.Xanbabayeva tərəfindən oğurluq etməsi öz təsdiqini tapmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla onun əməlində oğurluq cinayətini x arakterizə edən əlamətlərin, ümumiyyətlə cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, ona əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya protestində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, təqsirliliyi sübuta yetirilmədikdə cıxarılır. Həm in Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2023-cü il tarixli hökmündə müəyyən olunan hallar əsa sında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək X1 təqsirliliyi sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsini hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir k i, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1122/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1122/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver