Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1123/2023 04.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum1, onun müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi6, Məhkum3 müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4nun, Məhkum4 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum4, Məhkum5, habelə Məhkum3 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci tarixli hökmü ilə (sədrlik edən hakim Ə.A.Əliyev, hakimlər O.Y.Cəlilov və X.A.Nuriyevdən ibarət məhkəmə tərkibi) Məhkum1 (xx xxxx 1994-cü ildə ünvan1ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan1ndə qeydiyyatda olmaqla həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan mə hrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, bu cinayətlərin məcmusu üzrə isə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, bu cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum1 Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq CM-in 194.1 və 234.1-ci maddələri ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə Məhkum1 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müə ssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 mart 2021-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır; Məhkum3 (xx xxxx 1993-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Beyləqan Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 2 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və Beyləqan Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin “Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqınd a” 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən həmin cazanın çəkilməmiş hissəsi 1 il azaldılmış, ünvan2ndə qeydiyyatda olmaqla həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum3 Beyləqan Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təyin olunaraq çəkilməmiş hissəsi Beyləqan Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin “Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarı ilə 1 il azaldılmış azadlığın məhdudlaşdırlm ası cəzasının çəkilməmiş hissəsi – 1 (bir) il 2 (iki) ay 2 (iki) gün CM-in 68.1, 68.1.1-1-ci maddələrinə müvafiq olaraq 7 (yeddi) ay 1 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilmiş, Məhkum3 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 19 may 2021-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır; Məhkum4 (xx xxxxxx 1981-ci ildə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, aili təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 mart 2021-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır; Məhkum5 (xx xxxxxx 1988-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan2ndə qeydiyyatda olmaqla ünvan6ndə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.1-ci, habelə 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, bu cinayətlərin məcmusu üzrə isə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 may 2021-ci ildən 11 may 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadl ıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 19 may 2021-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Bağırov, hakimlər İ.H.Əhmədov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) Məhkum3 müdafiəçisi Müdafiəçi4, Məhkum4 müdafiəçisi Müdafiəçi4, habelə məhkumlar Məhkum1 və Məhkum5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci tarixli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum4 və Məhkum5, habelə Məhkum3 müdafiəçisi X7 tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı istintaqa məlum olmayan miqdarda psixotrop maddə olan metamfetamini 23 mart 2021-ci il tarixdə ünvan1 ərazisində həmkəndlisi Məhkum2 120 manat pulun qarşılığında satmış, 28 mart 2021-ci il tarixdə saat 20 radələrində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində XXX11 X9 ü nvan10 ərazisində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,426 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 27 mart 2021-ci il tarixdə Məhkum5 sonuncunun yaşadığı ünvan34ndə satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,298 qram narkotik vasitə olan heroini 30 manat pulun qarşılığında qanunsuz olaraq əldə edib saxlamaqla Məhkum4 idarə etdiyi “Peugeot-405” markalı, **-xx xx xx-*** dövlət qey diyyat nişanlı avtomobillə ünvan1nin ərazisinə daşımış, 28 mart 2021-ci il tarixdə saat 21 radələrində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbiri nəticəsində ünvan1 ərazisində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,298 qram narkotik vasitə olan heroin onun əynində olan qara rəngli gödəkcənin sol döş cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmü ilə Məhkum4 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib məhkum edilmişdir ona görə ki o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda n arkotik vasitələri əldə etmə, saxlamaqla daşıma barədə tanışları Məhkum3 və Məhkum5 ilə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sonuncunun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 7,301 qram külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi 0,4 qram olan üzərində FM40 yazıları yazılmış 10 ədəd həb sintetik narkotik vasitə olan metadonu aralarında olan razılaşmaya uyğun olaraq 27 mart 2021-ci il tarixdə qrupun üzvü Məhkum3 ilə birlikdə satmaq məqsədi ilə ünvan2nə gətirmək üçün qrupun digər üzvü Məhkum5 onun yaşadığı ünvan34ndə 100 manat pulun qarşılığında almaqla satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, o, 28 mart 2021-ci il tarixdə saat 21 radələrində həmin narkotik vasitəni və narkotik vasitə olan metadonu aralarında olan razılaşmaya uyğun olaraq idarə etdiyi “Peugeot-405” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan2nə qanunsuz olaraq daşıyarkən Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ünvan1 ərazisində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən onun Məhkum5 və Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 7,301 qram külli miqdarda narkotik vasitə olan heroin əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibindən və təmiz çəkisi 0,4 qram olan üzərində FM40 yazıları yazılmış 10 ədəd həb sintetik narkotik vasitə olan metadon əynində olan qar a rəngli idman gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Hökmə əsasən Məhkum3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib məhkum edilmişdir ona görə ki o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlamaqla daşıma barədə tanışları Məhkum4 və Məhkum5 ilə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sonuncunun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 7,301 qram külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi 0,4 qram olan üzərində FM40 yazıları yazılmış 10 ədəd həb sintetik narkotik vasitə olan metadonu aralarında olan razılaşmaya uyğun olaraq 27 mart 2021-ci il tarixdə qrupun üzvü Məhkum4 vasitəsi ilə qrupun digər üzvü Məhkum5 onun yaşadığı ünvan34ndə 100 manat pulun qarşılığında almaqla satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, Məhkum4 28 mart 2021-ci il tarixdə saat 21 radələrində həmin narkotik vasitəni və narkotik vasitə olan metadonu aralarında olan razılaşmaya uyğun olaraq idarə etdiyi “Peugeot-405” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan2nə qanunsuz olaraq daşıyarkən Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində xxx46 X5 ünvan22 ərazisində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən onun Məhkum5 və Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 7,301 qram külli miqdarda narkotik va sitə olan heroin Məhkum4 əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibindən və təmiz çəkisi 0,4 qram olan üzərində FM40 yazıları yazılmış 10 ədəd həb sintetik narkotik vasitə olan metadon Məhkum4 əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmü ilə Məhkum5 Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri təqsirli bilinib məhkum edilmişdir ona görə ki o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlamaqla daşıma barədə tanışları Məhkum3 və Məhkum4 ilə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 7,301 qram külli miqdarda narkotik vasitə olan heroini və t əmiz çəkisi 0,4 qram olan üzərində FM40 yazıları yazılmış 10 ədəd həb sintetik narkotik vasitə olan metadonu aralarında olan razılaşmaya uyğun olaraq 27 mart 2021-ci il tarixdə qrupun üzvü Məhkum3 ilə birlikdə satmaq məqsədi ilə ünvan2nə aparması üçün qrupun digər üzvü Məhkum4 özünün yaşadığı ünvan34ndə 100 manat pulun qarşılığında qanunsuz olaraq satmış, Məhkum4 qrupun digər üzvü Məhkum3 ilə birlikdə satmaq məqsədi ilə ondan almaqla qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitəni və həb sintetik narkotik vasitə olan metadonu aralarında olan razılaşmaya uyğun olaraq 28 mart 2021-ci il tarixdə saat 21 radələrində ünvan2nə idarə etdiyi “Peugeot-405” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz olaraq daşıyarkən Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfind ən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan1 ərazisində saxlanılıb Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən XXX48un Məhkum3 və onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 7,301 qram külli miqdarda narkotik vasitə olan heroin Məhkum4 əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibindən və təmiz çəkisi 0,4 qram olan üzərində FM40 yazıları yazılmış 10 ədəd həb sintetik narkotik vasitə olan metadon Məhkum4 əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, satış məqsədi ilə ümumi təmiz çəkisi 0,298 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə e dib daşıyaraq saxlamış, 27 mart 2021ci il tarixdə həmin narkotik vasitəni özünün yaşadığı ünvan34ndə tanışı Məhkum1 30 manat pulun qarşılığında qanunsuz olaraq satmış, 28 mart 2021-ci il tarixdə saat 21 radələrində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində xxx45 X4 ünvan22 ərazisində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən Məhkum1 satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Məhkum4 idarə etdiyi “Peugeot-405” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan1nə daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,298 qram narkotik vasitə olan heroin onun əynində olan qara rəngli gödəkcənin sol döş cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan özünün istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla idarə etdiyi “Nexia Ravon” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan33nin ərazisinə daşımış, 09 may 2021-ci il tarixdə, saat 12 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbiri nəticəsində Biləsuvar-Bəhrəmtəpə yolunun ünvan33 ərazisindən keçən 25ci kilometrliyində idarə etdiyi avtomobillə birlikdə saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla idarə etdiyi “Nexia Ravon” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıdığı bir ədəd gümüşü bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,053 qram narkotik vasitə heroin əynində olan cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun cəzasını yüngülləşdirən hallar, o cümlədən törətdiyi cinayətə görə səmimi peşmançılıq hissi keçirməsi, ailəli olması, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə görə yubiliey medalı ilə təltif olunması nəzərə alınmamış, nəticədə ona şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərcəsinə uyğun olmayan həddindən artıq ağır cəza təyin olunmuşdur. Məhkum1 kassasiya şikayətin də göstərilənlərə əsasən X1 Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını xahiş edir. Məhkum3 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, yolverilməz olan sübutlardan istifadə olunmuş, nəticədə Məhkum3 qabaqcadan heç kimlə əlbir olmadığı, müstəsna olaraq özünün istehlakı üçün külli miqdar təşkil etməyən miqdarda heroin narkotik vasitəsini əldə eleməyə cəhd etdiyi və bu səbəbdən onun əməlində Cinayət Məcəlləsinin 29,234.1-ci maddələrinin tərkibi olduğu halda, əsassız olaraq onun əməli başa çatmış satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda heroin və metadon narkotik vasitələrini əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkum3 müdafiəçisi müdafiəçi9 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının V.H.Hüsenliyə aid hissədə dəyişdirilməsini, Məhkum3 əməlinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən 29,234.1-ci maddələrinə tövsif edilməsini xahiş edir. Məhkum4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, aşkar edilən – cəmi 7 qrama yaxın miqdarda narkotik vasitə şəxsi istehlak üçün nəzərdə tu tulduğu halda, o, əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə - satış məqəsdi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli bilinmiş və ona məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən taksi fəaliyyəti ilə məşğul olmaqala öz zəhməti ilə ailəsini saxlaması, ikisi azyaşlı olmaqla dörd övladının olması, atası vəfat etdiyi üçün xəstə anasının da onun himayəsində olması, aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində iştirak etməsi, döyüşlər zamanı yaralanması, yeddi medalla təltif oluması nəzərə alınmadan şəxsiyyətinə və əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin olunmuşdur. Məhkum4 kassasiya şikayətində göstərilənlərə əsasən X1 Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, əməlinin Cinayət Məcəlləs inin 234.4.3, 234.4.1-ci maddələrindən həmin Məcəllənin 234.1 və ya 234.1-1-ci maddələrinə tövsif edilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Məhkum5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəllənin normalarının tələbləri, o cümlədən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, nəticədə o, əsassız olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yanaşı CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə - satış məqəsdi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli bilinmiş və ona məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən himayəsində iki azyaşlı övladının və xəstə valideynlərinin olması, atasının Əfqanıstan müharibəsinin veteranı olması nəzərə alınmadan şəxsiyyətinə və əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin olunmuşdur. Məhkum5 kassasiya şikayətində göstərilənlərə əsasən X1 Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsinə və daha yüngül cəzanın təyin olunmasına dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəm ənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum3 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olduğu halda, əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilindiyini iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, Məhkum3 əməlinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən 29,234.1-ci mad dələrinə tövsif edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Məhkumlar Məhkum4 və Məhkum5 da kassasiya şikayətlərində sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əməllərinin düzgün tovsif olunmadığını və həddindən artıq ağır cəzalara məruz qaldıqlarını iddia edərək, faktiki olaraq əməllərinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (Məhkum5 münasibətdə) və 234.1 və ya 234.1-1-ci maddələrinə (Məhkum4 münasibətdə) dəyişdirilməsinə, habelə cəzalarının yüngülləşdirilməsinə dair kassasiya tələblərini Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Məhkum1 isə kassasiya şikayətində məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması barədə kassasiya tələbini cinayət-prosessual qanunun 416.1.21-ci maddəsində təsbit edilmiş halla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası göstərilən kassasiya şikayətləri ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum3 müdafiəçisi X2, eləcə də məhkumlar Məhkum4 və Məhkum5 kassasiya şikayətindən görünür ki, onlar Məhkum3, Məhkum4 və Məhkum5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində birləşmədiklərini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını, o cümlədən satış məqsədi ilə narkotik vasitələr əldə edib saxlamadıqlarını və daşımadıqlarını iddia etməklə, Məhkum3 əməlində Cinayət Məcəlləsinin 29,234.1-ci maddələrində, Məhkum4 əməlində CM-in 234.1 və ya 234.1-1-ci maddələrində, Məhkum5 əməlində isə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cina yətlərin tərkibinin olması haqqında qənaətlərini və həmin qənaətlərdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və adı çəkilən məhkumların əməllərinin həmin maddələrə tövsif edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşlar. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilmə z. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası müdafiəçi müdafiəçi9un, habelə məhkumlar Məhkum4 və Məhkum5 kassasiya şikayətlərində irəli sür ülmüş tələblərin (o cümlədən, əməllərin hüquqi tövsifinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik hallarını nəzərə almaya və müdafiəçinin, habelə Məhkum4 və Məhkum5 məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Müdafiəçi X41un və məhkumlar Məhkum4, Məhkum5 kassasiya şikayətlərində göstərdiklərindən deyil, məhz məhkəmələrin müəyyən etdikləri faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, Məhkum3, Məhkum4, Məhkum5 cinayətlərini təşkil edən faktik hallar müəyyən edilərkən birinci instansiya məhkəməs i tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum3, Məhkum4 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri, Məhkum5 CM-in 234.1, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri, habelə Məhkum1 CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinmələri barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Şərh edilən kassasiya şikayətlər inin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxslər Məhkum3, Məhkum4, Məhkum5, eləcə də Məhkum1 barəsində verilmiş apellyasiya şikayətlərinə baxılması nəticəsində sübutlar və sübutetmə, eləcə də işin faktik hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmişdir (apellyasiya instansiyası məhkəməsinin öz nəticələrini əsaslandırdığı sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Odur ki, məhkəmə kollegiyası Məhkum3, Məhkum4, Məhkum5, eləcə də Məhkum1 birinci instansiya məhkəməsi tə rəfindən müəyyən olunmuş, apellyasiya məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrinin dispozisiyalarından, və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum3 və Məhkum4 əməllərində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, Məhkum5 əməllərində CM-in 234.1, 234.4.1, 234.4.2, 234.4.3, Məhkum1 əməllərində CM-in 234.1, 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, bu maddələr ilə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlir. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları Məhkum3 müdafiəçisi müdafiəçi9u n, habelə məhkumlar Məhkum4 və Məhkum5 kassasiya şikayətlərinin məzmunu ilə ehtiva olanan (məhkəmələrin cinayət-prosessual qanunun 416.1.2, 416.1.3, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə) iddiaları təkzib etməklə kassasiya müraciətlərinin həmin dəlillərinin əsassız olduğunu göstərir. Məhkumlar Məhkum3, Məhkum4, Məhkum5 və Məhkum1 təqsirli bilindikləri əməllərə görə cəza təyin edilərkən də iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar (Məhkum3 münasibətdə - himayəsində iki azyaşlı uşağının olması; Məhkum4 münasibətdə - himayəsində iki azyaşlı uşağının olması, Vətən Müharibəsində döyüşlərdə iştirak etməsi, döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması, medallarla təltif edilməsi, ilk dəfə cinayət əməli törətməsi, yaşayış yeri üzrə müsbət xarak terizə olunması; Məhkum5 münasibətdə - himayəsində iki azyaşlı uşağının olması; Məhkum1 münasibətdə himayəsində bir azyaşlı uşağının olması) Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit edilmiş digər məsələlər üzrə müəyyən edilmiş hallarla birlikdə götürülməklə nəzərə alınmış, onlara ədalət prinsipinin tələblərinə cavab verən, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət edən cəzalar təyin edilmişdir. Odur ki, Məhkum1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddindən artıq ağır olması və CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə cavab verməməsi, cəza müddətinin azaldılması barədə kassasiya şikayəti, eləcə də digər kassasiya şikayətlərinin analoji dəlilləri (məhkəmələrin Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələri barədə iddia) əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair müdafiəçilər X35un, Müdafiəçi6, məhkumlar Məhkum1 və Məhkum4, habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1, Məhkum4, Məhkum3 və Məhkum5 barəsində olan 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1, Məhkum4 və Məhkum5, habelə Məhkum3 müdafiəçisi Müdafiəçi4nun kassasiya şikayətləri təmin edilməsin. Şirvan A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1, Məhkum4, Məhkum3 və Məhkum5 barəsində olan 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1123/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1123/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver