Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1124/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum1, Müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Salahov Hünbət Rza oğlunun iştirakları ilə, Gəncə Ağır Cin ayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarından Məhkum1 və müdafiəçisi Salahov Hünbət Rza oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(100)-21/2022 nömrəli (hakimlər F.N.Mahmudov (sədrlik edən), E.İ.Rüstəmov və X.H.Səmədov) hökmü ilə xx xxx 1998-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi əsasında təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xxx-da yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 5 il müddətinə şadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 5-ci hissəsinə əsasən 1 il azaldılmış azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 6 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tut ulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilmiş və ona 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 1 gün CM-nin 69.3-cü maddəsinə əsasən cəzasından çıxılmaqla üzərində qəti olaraq 5 il 2 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxslər və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi) Yuxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 31 may 2022-ci il tarixli 1(104)-314/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmdən Məhkum1 və müdafiəçisi Salahov Hünbət Rza oğlu tərəfindən ayrı-ayrılıqda kassa siya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum2 tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi 15 ədəd kibrit qutularında ümumilikdə 48,1 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Məhkum1 təklifi ilə bir kibrit qutusunu Gəncə şəhərində istintaqa məlum olmayan şəxsə 55 manata satacaqları barədə danışıb qabaqcadan razılığa gəldikdən sonra həmin narkotik vasitəni kibrit qutularında polietilen sellofan torbaya yığaraq satmaq məqsədi ilə qanunsuz olaraq üzərində saxlayıb Gəncə şəhərinə daşıyaraq gəzdirən zaman Gəncə şəhər Kəpəz rayon PB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-a xtarış tədbirləri nəticəsində 27 yanvar 2020-ci il tarixdə saat 03-25 dəqiqədə Gəncə şəhəri Nizami rayonu Bağmanlar qəsəbəsində müəyyən edilərək Gəncə şəhər Kəpəz rayon PB-nə gətirilib üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin altında gizlətdiyi polietilen sellofan torbaya yığılmış halda həmin 15 (on beş) ədəd kibrit qutularında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdıqları ayrıayrılıqda təmiz çəkiləri 3,856 qram, 2,388 qram, 2,693 qram, 3,161 qram, 3,185 qram, 2,923 qram, 2,353 qram, 4,160 qram, 4,173 qram, 3,539 qram, 3,041 qram, 2,183 qram, 3,092 qram, 3,307 qram, 4,046 qram olmaqla aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası də yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇ İLARİNİN ÇİXİŞLARİ: Məhkum1 və müdafiəçisi Salahov Hünbət Rza oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş eyni məzmunlu kassasiya şikayətləri onunla əsaslandırırlmışdır ki, məhkəmənin ittiham aktını təsdiq etmək üçün gətidirdiyi sübutlar mötəbər deyil. Belə ki, sübutların mötəbərliyi şübhə doğurmamalı, eyni hal üzrə olan müxtəlif sübutlar bir-birini təsdiq etməli və tamamlamalı və sübutlar birgə qiymətləndirilməlidir. Lakin Gəncə Ağır Cinayətlər Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsində cinayət işini tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə sübutları düzgün, eyni hala dair müxtəlif hallar ortaya qoyan dəlillərlə birgə qiymətləndirməmişdir. Nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə iş üzrə hökm qəbul etmişdir. Belə ki, ibtidai istintaq orqanı Məhkum1 əməlini düzg ün tövsif etməyərək yanlış nəticəyə gəlmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Məhkum1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış keçirilərkən Məhkum1 üzərindən dövriyyəsi qadağan edilmiş hər hansı bir narkotik vasitə və ya əşya aşkar edilməmişdir. “Telefona baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Məhkum1 mobil telefonuna baxış keçirilmiş, baxış keçirmə zamanı təqsirləndirilən şəxs Məhkum1, özünə məxsus olan Samsung Galaxy S-5 markalı telefonu kodla açaraq telefonun zəng yaddaşında “????” 4 ədəd sual işarəsi ilə qeyd edilən ***-***-**-** mobil nömrəsini göstərib bildirmişdir ki, həmin mobil nömrə ona Kənan adı ilə zəng vuran şəxsin nömrəsidir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tari xli məktubundan görünür ki, Azərfon MMCdən məktubla daxil olmuş məlumata baxış keçirilmiş, həmin məlumatların 1-ci vərəqində qeyd edilən müddət ərzində "xxxx" MMC-yə mənsub ***-***-**-** mobil nömrəsinin istifadəçisinin Ağcabədi rayonunun Sarıcalə kəndində qeydiyyatda olan Şahid6 adına rəsmiləşdirilməsi, ***-***-**-** mobil nömrənin isə ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum1 adına rəsmiləşdirilməsi məlum olmuşdur. "xxxx" MMC-dən göndərilmiş 2-ci vərəqədə isə ***-***-**-** mobil nömrəsinə aid Müştəri zənglərinin detallaşması göstərilmiş, həmin detallaşmaya əsasən xx.xx.2020-ci il tarixdə saat 18:38 radələrində ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə zəng olunaraq 67 saniyə müddətində danışıqların olması, həmin gün saat 18:45 radələrində isə ***-***-**-** mobil nömr əsinə 17 saniyə müddətində danışıqların olması və xx.xx.2020-ci il tarixdə saat 11:14 radələrində ***-***-**-** mobil nömrəsinə 28 saniyə müddətinə danışıqların olması başqa bir mobil nömrə ilə danışıqların olmaması məlum olmuşdur. Təqsirləndirilən şəxs Məhkum1 ibtidai və məhkəmə istintaqı dövründə verdiyi ifadələri həqiqətdir və iş materiallarında olan telefon danışıqları ilə həqiqətən polis tərəfindən təhrik olunduğu sübut olunur. Məhkum1 polis əməkdaşı tərəfindən narkotik vasitə lazım olması ilə bağlı təklif edildiyindən, bu hal əslində birini bir iş görməyə şirinləndirib sövq etməklə təhrik xarakter daşıması kimi qiymətləndirilməli idi. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarının Məhkum1 aid hissədə ləğv edilməsini və onun bərəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Salahov Hünbət Rza oğlu çıxış edərək, məhkumun əldə etdiyi narkotik vasitəni satmaq niyyəti olmadığını, sadəcə istifadəçisi olduğunu, evin tək oğul övladı olduğunu, atasının ağır yataq xəstəsi olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum1 çıxış edərək, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirib, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhl il şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 6-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum1 təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azə rbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı maddələrində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbay can Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istina d edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünl üyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə i stintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu il ə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və müdafiəçinin isə kassasiya şikayətlərinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarı isə Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum1 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham b irinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş nəticə ilə razılaşmışdır. Məhkum1 əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum və müdafiə çisi tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum1 barəsində apellyasiya məhkəməsinin qərarını ona aid hissədə ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfi kassasiya şikayətlərində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkum və müdafiəçisinin kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv ed ilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 27 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Məhkum1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən Məhkum1 üzərindən dövriyyəsi qadağan edilmiş hər hansı bir narkotik vasitə və ya əşya aşkar edilməmişdir. Məhkum1 üzərindən götürülmüş bir qutu «Maqna» siqareti və ev açarı şəxsin özünə qaytarılmış, dostu Məhkum2lə birlikdə sonuncunun üzərində aşkar edilmiş 15 ədəd kibrit qutusunu Gəncə şəhərinə bərabər olaraq satmaq üçün gətirmələrini bildirmiş, həmin narkotik vasitəni votshapp sosial şəbəkəsində tanıdığı Kənan adlı şəxsə satmaq istəmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin Məhkum1 digər polis əməkdaşları tərəfindən narkotik vasitəni satmasına təhrik olunması barədə dəlillərinə əsasən cinayət işinin materiallarına nəzərə yetirir və Gəncə şəhər Baş Polis İdarəsinin 18 may 2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görür ki, Məhkum2 üzərində aşkar edilmiş marixuananı haradan əldə etməsi, İranlı Maqsud adlı şəxsin, o cümlədən Məhkum2lə Məhkum1 narkotik vasitəni satacaqları Kənan adlı şəxsin, +**********34 mobil nömrə istifadəçisinin müəyyən edilib istintaqa təqdim e dilməsi, Məhkum2 və Məhkum1 digər şəxslərə narkotik vasitə satıb-satmamasını, ayrı kimlərdənsə də narkotik vasitə alıbalmamalarını müəyyən etmək və digər xüsusatların yoxlanılması üçün əməliyyat tapşırıqları verilmiş, əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 müəyyən edilib istintaqa təqdim edilsə də Maqsud və Kənan adlı şəxsin və +**********34 mobil nömrə istifadəçisinin müəyyən edilib istintaqa təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Polis Bölməsinin 31 may 2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Məhkum2 üzərində aşkar edilmiş marixuananı haradan əldə etməsi, iranlı Maqsud adlı şəxsin, o cümlədən Məhkum2lə Məhkum1 narkotik vasitəni satacaqları Kənan adlı şəxsin, +**********34 mobil nömrə isti fadəçisinin müəyyən edilib istintaqa təqdim edilməsi, Məhkum2 və Məhkum1 digər şəxslərə narkotik vasitə satıb-satmamasını, ayrı kimlərdənsə də narkotik vasitə alıb-almamalarını müəyyən etmək və digər xüsusatların yoxlanılması üçün Gəncə şəhər Kəpəz rayon PB-nə iki dəfə əməliyyata tapşırığı verilsə də hər hansı bir cavab alına bilməmişdir, bu səpkidə müvafiq tədbirlər keçirilib başa çatdırıla bilməmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 müəyyən edilib istintaqa təqdim edilsə də “Kənan” adlı şəxsin müəyyən edilib istintaqa təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 avqust 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Məhkum1 ifadəsind ə göstərmiş olduğu Kənan adlı şəxsin polis əməkdaşı - Gəncə şəhər Kəpəz rayon PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 olması, digər polis əməkdaşları tərəfindən narkotik vasitəni satmalarına təhrik olunmaları, onlara qarşı digər qanunsuzluqlar edilməsi barədə olan xüsusatlar Gəncə şəhər prokurorluğunda araşdırılmış, həmin xüsusatlar öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara və toplanmış materiallara əsasən müəyyən edilmişdir ki, Məhkum1 xx.xx.2020-ci il tarixdə saxlanılan zaman Gəncə şəhər BPİ-nin MSY-nə gətirilən zaman, həbsə alındıqdan sonra Gəncə istintaq təcridxanasına gətirilən və saxlanılan zamanı tibbi müayinələri zamanı hər hansı bir xəsarəti müəyyən edilməmiş, həmçinin barəsində veri lmiş məhkəmə-tibb ekspertizasın rəyi ilə hər hansı bir xəsarətinin olmasının müəyyən edilməməsi, Məhkum1 məsuliyyətdən yaxa qurtarmaq üçün özünü müdafiə xarakterli ifadələr verməsinə və istintaqın istiqamətini və gedişatını başqa səmtə yönəltməsinə dəlalət edir. Məhkəmə kollegiyası həmçinin cinayətin təhrik nəticəsində törədilməsi haqda şikayətlərlə bağlı Avropa Məhkəməsinin qeyd etdiyi vacib məqama istinad edilməsini zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsi hesab etmişdir ki, cinayət əməlini törətdiyini inkar etmək və eyni zamanda cinayəti təhrik nəticəsində törətdiyini bildirmək, işin faktiki hallarının təhlil edilməsi üçün ziddiyyətli amildir. Avropa Məhkəməsinin mövqeyinə görə, müdafiə tərəfi cinayət əməlinin təhrik nəticəsində törədildiyindən şikayətlənirsə, bu artıq o deməkdir ki, təqsirləndirilən şəxs cinayətin törədilməsində özünü təqsirli bilir, lakin bunun qanunsuz təhrik nəticəsində baş verdiyini iddia edir. Müvafiq olaraq, hər hansı cinayətkar fəaliyyətdə iştirak edilməməsinin bildirilməsi, artıq tutarlı agent provokator şikayətinin qaldırılmasını istisna edir (bax, Koromçakova Russiaya qarşı (qərar), № 19185/05, § 19, 13 dekabr 2016). Beləliklə, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum1 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddə sinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ond an irəli gəlir ki, bu şikayətlərdə olan dəlillər birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində düzgün olub-olmaması yoxlanılmış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlinmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olması (atasının birinci qrup əlil olması, əməlindən səmimi peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması) və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsa s ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum1 və müdafiəçisi Salahov Hünbət Rza oğlunun kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 və müdafiəçisi Salahov Hünbət Rza oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1124/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1124/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver