Məhkəmə qərarları › İş №1(102)-1124/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1124/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1124/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 19 oktyabr 2023-ü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İradə Həsənzadə (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Azər Paşayev) 16 sentyabr 2022-ci il tarixli 1(101)1605/2022 nömrəli hökmü ilə xx xxxxxx 1994-cü il tarixdə Zərdab rayonunun Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zərdab rayonu, Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq edilməklə 1 (bir) il sınaq müddəti müəyyən olunaraq şərti hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2022-ci il aprelin 27-də saat 17 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı X4 öldürülməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşdıqdan sonra həmin cinayət işi üzrə şahid qismində iştirak edən Zərərçəkmiş şəxs yaxınlaşıb baş vermiş hadisənin təfərrüatları, yəni hadisə zamanı orada digər şahidlərin olub-olmamasını soruşarkən sonuncu onun verdiyi suallara cavab verməyərək kobud formada X4 ölümünün onun üçün maraqsız olduğunu deməklə uzaqlaşmaq istədikdə Zərərçəkmiş şəxs məhkəmənin inzibati binasının qarşısından kənara keçməyi və başqa şəxslərin olmadığı yerd ə danışmağı təklif etmiş, onlar ünvan 1 ünvanında yerləşən «Grandmart» mağazasının yaxınlığında söhbət edərkən Zərərçəkmiş şəxs onun suallarına yenidən cavab verməyib əli ilə onu itələyəndə aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə vaxtı əvvəlcə yumruq və təpik zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs vuraraq sonuncuya qarın nahiyəsinin cırılmış, sol qulaq seyvanının əzilmiş-cırılmış yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuş, Zərərçəkmiş şəxs ona doğru gəlməyə davam etdiyini gördükdə isə gücü çatmayacağını düşünüb üzərindəki istintaqa məlum olmayan bıçağı cibindən çıxarmaqla Zərərçəkmiş şəxs müxtəlif nahiyələrinə qəsdən zərbələr endirmiş, bununla da sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna nüfuz et məyib bir ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, qarın nahiyəsinin ön divarının qarın boşluğuna nüfuz edərək qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Habil Məmmədoov) 29 noyabr 2022-ci il tarixli 1(103)-2204/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 1(101)-1605/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ələsgər Novruzov (sədrlik edən və məruzəçi) Şahin Yusifov və Rəşad Abdulov) 25 aprel 2023-cü il tarixli 1(102)-919/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 1(101)-1605/2022 nömrəli hökmü məhkuma Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib cəza təyin edilməsi hissəsində ləğv edilmiş və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimli) 19 oktyabr 2023-cü il tarixli, 1(103)-1432/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022ci il tarixli, 1(101)-1605/2022 nömrəli hökmü dəyişdirilmiş, hökmdən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ona CM-in 70-ci maddəsinə əsən şərti olaraq tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, “Məhkum Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq edilməklə 1 (bir) il sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilməsi” hissəsində dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 1(101)-1605/2022 saylı hökmündən Azərbaycan Respublikasının CM-in 70-ci maddəsinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum 27 aprel 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş 03 (üç) müddətinə azadlıqdan məhrumetmə cəzasından cəzadan çıxılaraq, Məhkum qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 19 oktyabr 2023cü il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarını dəyişdirərək, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə Məhkum şərti məhkum etmə cəzasın ın təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkuma cəza təyin edilərkən onun cəzasını yüngülləşdirən hallar tam nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilməmiş, Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etməmişdir. Dövlət ittihamçısının Məhkum azadlıqda qalmasının məqsədəuyğun hesab edilməməsi, onun tərəfindən səmimi peşmançılıq hisslərinin hiss olunmaması kimi mövqeyi qəbul edilən deyildir. Belə ki, məhkum bu cinayət işinin ibtidai və məhkəmə istintaqı dövründə 4 ay 20 gün ev dustaqlığı qətimkan tədbirində qalması və h əmin müddətdə onun tərəfindən qardaşının ölümü ilə bağlı hər hansı hadisə törətməsi və ya qanunsuz əməlləri olmamışdır. Yəni, məhkumun şərti azadlıqdan məhrum edilməsinin mümkünlüyü müəyyən olunmuşdur. Cinayət qanunun mənasına görə, şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Hazırki cinayət işində belə hallar kifayət qədər olduğuna görə, məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması məqbuldur. Məhkum barəsində təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və onun şəxsiyyətinə uyğun olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini a raşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməll ərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi mübahisə predmeti olmamışdır. Müdafiəçinin kassasiya şikayətinin başlıca dəlili məhkuma təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azə rbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70ci maddəsinin tətbiq olunmasını mümkün hesab etmir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, ş əxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ape llyasiya instansiyası məhkəməsinin qərarından da görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyası həddində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən yuxarıda göstərilən qanun normalarının tələblərini və Ali Məhkəmənin Plenumunun tövsiyələrini nəzərə almış və məhkuma ədalətli və cəza məqsədlərinə cavab verən cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri əsaslı hesab etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kass asiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassas iya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar