Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1125/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum1 və onun müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlunun iştirakları ilə, Lənkəran Ağır Ci nayətlər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü ilə (hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxx 1993-cü ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları o lan, əvvəllər İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 (beş) ay 02 (iki) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmiş, heç yerdə işləməmiş, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yaşamış, CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 32.5, 206.2-ci maddələri ilə 5 (beş) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən t oplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 da CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 və Məhkum2 şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik v asitəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etmələri barədə razılığa gəlmişlər. Aralarında olan cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İİR-dən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində «Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» lövhəsinin yanında gizlədilmiş 1 (bir) ədəd paketdəki, 2 (iki) ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri, 2090,0 qram və 2160,0 qram olmaqla ümumilikdə külli miqdarda 4250,0 qram çəkidə narkotik vasitə heroini götürüb Bakı şəhərində cinayətkar qrupun müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 16 yanvar 2022-ci il tarixdə saat 21:00 radələrində cinayətdən xəbərsiz taksi fəaliyyəti ilə məşğul olan Şahid6 idarə etdiyi «Toyota Prius» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məhkum2lə birlikdə həmin yerə gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq qeyd edilən narkotik vasitə avtomobilin salonundan bir ədə d idman çantasında aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum1 müdafiəçisi S.M.Məmmədov və Məhkum2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 04 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi S.M.Məmmədov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum1 bəraət verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 127 və 129-cu maddələrinə, CM-nin 3, 32, 206-cı maddələrinə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının bəzi qərarlarına, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək iş üzrə müəyyən olunmuş faktiki halları mübahisələndirən müdafiəçi S.M.Məmmədov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki, işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə Məhkum1 ona qarşı CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə əsassız olaraq təqsirli bilinib məhkum olunmuşdur. Müdafiəçi bildirir ki, Məhkum1 həmin maddələrlə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. İş materiallarındakı Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Əli Sadıqov tərəfindən 16 yanvar 2022-ci il tarixdə tərtib edilmiş raportlardan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərardan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və müşahidə etmə haqqında protokoldan, Məhkum1 və Məhkum2 ilkin izahat və ifadələrindən, eləcə də Biləsuvar RPŞ-nin əməkdaşlarının ifadələrindən görünür ki, narkotik vasitə Biləsuvar rayonu ərazisinə keçirildikdən sonra sonuncuların həmin narkotik vasitənin qa nunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumata əsasən onlar tutularaq cinayət məsuliyyətinə cəlb edilmişlər. Bu sübutlar ona dəlalət edir ki, Məhkum1 narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməmiş və bu əməli törətməkdə hər hansı şəxsə köməklik göstərməmişdir. Müdafiəçi həmçinin kassasiya şikayətində bir tərəfdən Məhkum1 və Məhkum2 narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsində iştirak etmələri, məsləhətlər vermələri, maneələri və cinayətin izini aradan qaldırmaları, bu barədə qabaqcadan vəd vermələri barədə hər hansı sübutun olmamasını iddia edir, digər tərəfdən isə onların narkotik vasitəni əldə emə və daşıma əməlini törətmələrini qəbul edir edir, lakin eyni zamanda heç bir əsas gös tərmədən sonunculardan götürülmüş qablarda narkotik vasitə deyil, torpaq olmasını bildirir. Həmçinin müdafiəçi kassasiya şikayətində göstərir ki, Məhkum1 və onunla birlikdə cinayət məsuliyyətinə cəlb edilmiş Məhkum2 narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsində iştirak etməmiş və bu haqda onların məlumatları olmamışdır, iş materiallarından isə aydın olur ki, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı əvvəlcədən istintaqla müəyyən edilməmiş vaxtda gətirərək Biləsuvar rayonu ərazisində “Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Bələsuvar” sözləri yazılmış lövhənin yanında gizlətmiş və bu barədə Məhkum1 “Watsap messenger” vasitəsi ilə məlumat vermiş, səs yazısı və narkotik vasitənin gizlədildiyi yerin fotoşəklini ona göndərmişdir. M əhkum1 öz növbəsində həmin səs yazısını və fotoşəkli Məhkum2ə göndərmişdir. Müdafiəçinin fikrincə, Məhkum1nın və Məhkum2in əməlində CM-nin 32.5, 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığı üçün onlar barəsindəki cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkum1 cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımış, lakin o, bu əməli şəxsi marağı xatirinə, yəni özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi üçün törətməmiş və əldə etdiyi narkotik vasitəni satmamışdır. Bundan başqa, müdafiəçi S.M.Məmmədov Məhkum1 əsassız məhkum edilməsini bildirməklə yanaşı eyni zamanda dolayısı ilə hüquqlarını müdafiə etd iyi şəxsə təyin olunmuş cəzanın ağır olmasını, məhkəmələr tərəfindən sonuncuya cəzanın təyin edilməsi zamanı iş üzrə müəyyən olunmuş cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını qeyd edir. Kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq müdafiəçi həmin şikayətin təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi S.M.Məmmədovun həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum1 ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilm iş, bu zaman iş üzrə qəbul olunmuş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, digər tərəfdən isə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ona açıq aşkar ağır cəza təyin edilmişdir. Bununla da, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübu tlar təşkil etdikdə,cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi S.M.Məmmədovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum1 barəsindəki cinayət işinin materiallarnı, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzr ə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassas iya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq və kassasiya şikayətində irəli sürülmüş tələbə cavab verərək onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirərək apel lyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib yeni hökm deyil, CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraci ətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitsiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəm ələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmu su ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmi yyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi ü zrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması n əticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmı ş), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakim əsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıl dığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının h ərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkum1 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum1 təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu n əticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum1 təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum1 qismən etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə digər məhkum olunmuş şəxs Məhkum2 və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübut larla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum1 və Məhkum2 şəxsiyyəti məlum olmayan İİR vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etmələri barədə razılığa gəlmişlər. Aralarında olan cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İİR-dən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, BiləsuvarBəhrəmtəpə yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində “Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar” lövhəsinin yanında gizlədilmiş 1 (bir) ədəd paketdəki, 2 (iki) ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri, 2090,0 qram və 2160,0 qram olmaqla ümumilikdə külli miqdarda 4250,0 qram çəkidə narkotik vasitə heroini götürüb Bakı şəhərində cinayətkar qrupun müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 16 yanvar 2022-ci il tarixdə saat 21:00 radələrində cinayətdən xəbərsiz taksi fəaliyyəti ilə məşğul olan Şahid6 idarə etdiyi «Toyota Prius» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məhkum2lə birlikdə həmin yerə gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq qeyd edilən narkotik vasitə avtomobilin salonundan bir ədəd idman çantasında aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, 2022-ci ilin yanvar ayının təxminən 13-də onun mobil nömrəsinə “WatSap” əlaqə sistemi vasitəsilə zəng gəlmiş, danışan hansısa bir iran vətəndaşı olmuş, həmin şəxs onun nömrəsini instaqramdan əldə etdiyini demişdir. Bundan sonra onların arasında münasibətlər yaranmış, mütəmadi apardıqları danışıqlar zamanı o, həmin şəxsə narkotik vasitələrdən istifadə etdiyi bildirmişdir. Bunu bilən İran İslam Res publikasının vətəndaşı Azərbaycana narkotik vasitə - heroin göndərəcəyini, həmin narkotik vasitənin Biləsuvar rayonunun ərazisində gizlədiləcəyəni bildirərək onu götürüb Bakı şəhərinə apararaq deyəcəyi yerə çatdırmağı təklif etmiş, bunun müqabilində ona "hörmət” edəcəyini, yəni pul verəcəyini vəd etmişdir. O, da maddi vəziyyəti yaxşı olmadığından həmin şəxsin təklifi ilə razılaşmış və bu barədə tanışı Məhkum2 məlumat verərək Biləsuvar rayonuna birlikdə getməyi və iranlının verəcəyi pulu onunla bölməyi təklif etmişdir. Məhkum2 də onunla razılaşmış və onlar bundan sonra iranlıdan xəbər gözləmişlər. 16 yanvar 2022-ci il tarixdə axşam saat 16 radələrində iranlı narkotik vasiətnin Biləsuvar rayonunda yerləşən gömrük postuna gedən yolun kənarında “ŞuşaBəhrəmtəpə” sözü yazılmış plakatın yanında olduğunu bildirmişdir. Bu məlumatı aldıqdan sonra o, həmin gün saat 18 radələrində Məhkum2lə birlikdə tanışı Şahid6 idarə etdiyi “Toyota Prius” markalı avtomaşınla Bakı şəhəri, 3-cü mikrorayon dairəsindən Biləsuvara yola düşmüş, yolda iranlı narkotik vastənin gizlədildiyi yer barədə dəqiq məlumat vermişdir. Saat 21 radələrində onlar rayonuna çatmış, iranlı narkotik vasitənin yerləşdirildiyi bağlamanın olduğu yerin şəklini onun telefonuna göndərmiş, həmin yerə çatdıqda o, güya ayaqyoluna getmək adı avtomaşını saxlatdıraraq Xeyrullayevlə birlikdə avtomaşından düşüb Şuşa-Bəhramtəpə plakatının altından bağlamanı götürmüş və maşına qayıtmışlar. Bağlamanı götürüb maşına gələndən sonra İmran bağlamanı açıb baxmış və onun içində heroin deyil, torpaq olduğunu demiş, oradan bir qədər uzaqlaşdıqdan sonra isə yol patrul xidmətinin əməkdaşları maşını saxlatmış və onlar Biləsuvar rayon polis şöbəsinə aparılmışlar. Şöbədə onun və İmranın iştirakı ilə maşına baxış keçirilmiş, maşının arxa oturacağının üstündə həmin bağlama aşkar olunaraq götürülmüşdür. İbtidai araşdırma zamanı da müdafiəçisinin iştirakı 17 yanvar 2022-ci il tarixdə dindirilərkən Məhkum1 eyni məzmunda ifadələr vermiş və avtomaşından aşkar edilərək götürülmüş, yəni onun Məhkum2lə birlikdə əldə etdiyi bağlamanın içərisində, 2 ədəd plastik qablarda torpaq yox, sonradan məhkəmə-kimyəvi ekspertizasnının rəi ilə müəyyn olunduğu kimi, ümumi çəkisi 4250,0 qram təşkil edən heroinin olduğunu, həmin narkotik vasiətnin onlara məxsus olmasını etiraf etmişdir. Göstərilən dövrdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş Məhku m2 də Məhkum1 ifadələrinə analoji olan ifadələr vermişdir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında həm Məhkum1, həm də Məhkum2 ibtidai araşdırma zamanı verdikləri ifadələrindən imtina edərək həmin ifadələrdə göstərdikləri bəzi halları (aşkar edilmiş kütlənin narkotik vasitə olmasını) inkar etsələr də, məhkəmələr onların sonuncu ifadələrinə tənqidi yanaşmış və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrə üstünlük vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin bu hərəkəti qanuni olmuş, çünki digər sübutlarla (həmin sübutlar birinci instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir edilərək onlara qanuna müvafiq qiymət verilmişdir) yanaşı məhkumların ibtidai ara şdırma zamanı verdikləri ifadələrinin qanunsuz yolla əldə edilməsi, yəni ibtidai aradırma orqanı tərəfindən CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə sübutların əldə edilməsi iş materialları ilə müəyyən edilmir. Sonradan, o cümlədən işə birinci instansiya məhkəməsində baxılarkən, məhkumların əvvəllər verdikləri ifadələrindən imtina etmələrinə və heç bir cinayət əməli törətmədiklərini bəyan etmələrinə baxmayaraq, məhkəmələr tamamilə haqlı olaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla yanaşı həmçinin adları çəkilən təqsirləndirilən şəxslərin həmin sübutlarla uzlaşan məhkəməyədək icraat zamanı verdikləri ifadələrinə əsaslanmışlar. Bununla bağlı məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, həmin maddədə “məhk əmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdikləri ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Bundan başqa, iş materiallarından görünür ki, Məhkum1 ibtidai araşdırma zamanı fizi ki və ya psixi təsirlər altında ifadələr verməsi, cinayət təqibinin bütün mərhələlərində onun CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş, əldə etdiyi bağlamanın içərisində torpaq olması barədə onun və Məhkum2 məhkəmə iclasında verdikləri ifadələri isə sonuncuların özlərini müdafiə edərək cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımış və bu ifadələr heç bir sübuta söykənməmişdir. Əksinə, iş üzrə araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum1 və Məhkum2 16 yanvar 2022-ci il tarixdə qanunsuz olaraq satış məqsədilə əldə edərək saxlayıb “Toyota Prius” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıdıqları kütlə torpaq yox, həqiqətən dövriyyəsi qa dağan edilmiş külli miqdarda narkotik vasitə - heroin olmuşdur. Belə ki, 16 yanvar 2022-ci il tarixli «avtomobilə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid6 idarə etdiyi “Toyota Prius” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı avtomobilin arxa oturacaq hissəsindən bir ədəd çanta aşkar edilərək götürülmüşdür. Çantaya baxış zamanı çantanın içərisindən iki ədəd plastik qabın olması müəyyən olunmuşdur. Plastik qablara baxış zamanı birinci qabın içərisində heroinə bənzər narkotik vasitə olduğu məlum olmuşdur, həmin heroinə bənzər narkotik vasitə tərəzidə çəkildikdə 2175 (iki min yüz yetmiş beş) qram olduğu müəyyənləşdirilmişdir. İkinci qabın içərisində də heroinə bənzər narkotik vasitə olması aşkar edilmiş, həmin heroi nə bənzər narkotik vasitə tərəzidə çəkildikdə onun 2255 (iki min iki yüz əlli beş) qram olması müəyyən edilmişdir. Məhkəmə-kimyəvi eskpertizasının 17 yanvar 2022-ci il tarixli 19/65 №-li rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim olunmuş, üzərində “Toyota Prius” markalı **-DU-*** nömrəli avtomaşından aşkar edilmiş bükülülər” sözləri və imzalar olan bir ədəd paketdəki, 2 (iki) ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri 2090,0 qram və 2160 qram, ümumi təmiz çəkisi isə 4250,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına» daxildir (Siyahı İ). Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi S.M.Məmmədovun kassasiya şikayətinin əsas dəlillərindən bir i odur ki, Məhkum1 narkotik vasitənin qaçaqmalçılığı cinayətini törətməmiş, bu cinayətin törədilməsi üçün isə heç kimə köməklik göstərməmiş və buna görə də o, əsassız olaraq CM-nin 32.5, 206.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Kassasiya şikayətinin bu dəlili ilə də razılaşmayan məhkəmə kollegiyası həmin dəlilə cavab olaraq ilk növbədə vurğulamağı lazım bilir, Məhkum1 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında göstərmişdir ki, o, narkotik vasitəni 16 yanvar 2022-ci il tarixdə Biləsuvar rayonunun ərazisində əldə etməzdən əvvəl, tanımadığı, istintaqla şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı ona narkotik vasitə göndərəcəyini vəd edərək həmin vasitə Azərbaycan Respublikasının ərazisinə keçirildikdən sonra ona məlumat verəcəyini bildirmiş, o, müəyyən pul məbləği müqabilində bu narkotik vasitəni qəbul edib başqa şəxsə çatdırılması təklifi ilə razılaşmış, bundan sonra İİR-nın vətəndaşı 16 yanvar 2022-ci il tarixdə narkotik vasitənin Azərbaycana gətirilərək Biləsuvar rayonunun ərazisində gizlədilməsi barədə məlumat vermis və o, da həmin məlumata əsasən Məhkum2lə birlikdə Biləsuvar rayonuna gedərək narkotik vasitəni gizlədildiyi yerdən götürüb Şahid6 idarə etdiyi avtomaşında daşımışdır. Məhkumun bu ifadələri başqa sübutlarla da təsdiq edilmişdir. Belə ki, Məhkum1 məxsus «Redmi» markalı mobil telefona baxış keçirilməsi haqqında 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, İran mobil operatoruna aid +98914529 0721 nömrəsi «İran Qaqa» adı ilə həmin telefonda qeyd olunmuş və göstərilən nömrədən Məhkum1nın istifadəsindəki te lefonuna “WatSap” əlaqə sistemi vasitəsilə içərisində narkotik vasitə heroin olan bağlamanın gizlədildiyi «Şuşa-Bəhrəmtəpə, İran Sərhədi, Biləsuvar» sözü yazılmış lövhənin şəkili çəkilərək göndərilmişdir. Bundan başqa, İran mobil opratoruna aid nömrə ilə Məhkum1 istifadəsində olan ***-***-**-** nömrə arasında “WatSap” proqramı vasitəsilə qarşılıqlı zənglər qeydə alınaraq danışıqlar aparılmışdır. Daha sonra həmin telefonun zənglər siyahısında Məhkum1 istifadəsində olan ***-***-**-** nömrə ilə Məhkum2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** nömrələri və digər nömrələrlə qarşılıqlı olaraq çoxsaylı zənglər qeydə alınaraq danışıqlar aparılmışdır. Göründüyü kimi, Məhkum1 külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini, yəni əldə edilməsini, saxlanılmasını və daşınmasını həyata keçirmək məqsədilə həmin vasitənin qaçaqmalçılığının törədilməsində icraçı qismində bilavasitə iştirak etməsə də, narkotik vasitənin qaçaqmalçılıq yolu Azərbaycan Respublikasının ərazisinə başqa şəxslər tərəfindən keçirilməzdən əvvəl onu əldə etməsi və lazım olan şəxslərə çatdırılması barədə vəd vermiş, 16 yanvar 2022-ci il tarixdə isə bu vədinə əməl edərək Məhkum2lə birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində külli miqdarda narkotik vasitəni satış məqsədilə Azərbaycan Respublikasının (Biləsuvar rayonunun) ərazisində əldə edərək saxlamış və daşımışdır. İşin müəyyən edilmiş bu faktiki hallarından çıxış edərək məhkəmə kollegiyası Məhkum1 narkotik vasitənin qaçaqmalıçılığının törədilməsində köməkçi qismində iştirakı ilə bağlı CM-nin aşağıdakı nolrmalarının tələblərinə və Ali Məhkəm ənin Plenumunun izah və tövsiyələrinə müraciət etməyi zəruri sayır. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 206.2-ci maddəsində narkotik vasitəlrin qaçaqmalçılığına, CM-nin 206.3.2-ci maddəsində isə həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cin ayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 32.5 və 206.3.2-ci maddələrinin dispozitiv əlamətlərini müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri icra etməsə də, yəni həmin cinayət əməllərini bilavasitə törətməsə də, digər tərəfdən isə bu əməllər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş şəxslər tərəfindən törədildikdə, təqsirkar isə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş həmin maddədə sadalanan əşyaları, o cümlədən narkotik vasitələri qəbul etməyi qabaqcadan vəd etdikdə, sonradan isə bu vədinə uyğun olaraq həqiqətən həmin əşyaları artıq Azərbaycan Respublikasının ərazisində əldə etdikdə, sonuncunun belə əməlləri CM-nin 32.5 və 206.3.2-ci maddələri ilə tövsif edilməlidir. Məhkum1 hərəkətlərini xarakterizə edən hallar ondan ibarətdir ki, o, hazırki cinayət işinin predmeti olan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinə kömək etmiş, yəni istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiriləcək narkotik vasitəni qəbul etmək barədə İİR-nın vətəndaşı ilə əvvəlcədən razılaşmış və bu razılığa uyğun olaraq 16 yanvar 2022-ci il tarixdə həmin narkotik vasitəni Biləsuvar rayonunun ərazisində əldə edib ona sərəncam verməyi nəzərdə tutmuşdur. İşin bu hallarına başqa cür qiymət verilməsinə əsas görməyən məhkəmə kollegiyası Məhkum1 narkotik vasitənin qaçaqmalçılığı ilə bağlı heç bir cinayət əməli törətm əməsi barədə kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin onun təhlil olunan cinayət əməlini törətməsi barədə gəldikləri nəticə və bu nəticəyə əsasən onun həmin əməlinin CM-nin 32.5, 206.2-ci maddələri ilə tövsif edilməsi qanuni və əsaslıdır, digər tərəfdən isə belə nəticə “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016cı il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə də uyğundur. Belə ki, göstərilən Qərarın 19-cu bəndində məhkəmələrə təqsirkarın əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaları tövsiyə edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digə r əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağl ı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Şərh olunanlara və iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq məhkəmə kollegiyası Məhkum1 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi barədə qənaətə gəlir, birinci və apellyasiya instansiyası məhkəmələrinin də bu haqda gəldikləri qənaəti qanuni və əsaslı hesab edir və bu baxımdan onun barəsindəki cinayət işinin icraatına hər hansı, o cümlədən CPM-nin 42ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verilməsini, bununla da kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsini mümkün bilmir. Qeyd olunanlarla yanaşı, müdafiəçi S.M.Məmmədov kassasiya şikayətində bir sıra hallara – Məhkum1 himayəsində iki azyaşlı uşaqlarının olma larına, istintaqa və məhkəməyə səmimi ifadələri ilə kömək göstərməsinə (hərçənd Məhkum1 məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmişdir), onun cəmiyyət üçün təhlükəli şəxs olmamasına, anasının xəstə olmasına, ailədə yeganə gətirən şəxs olmasına, təyin edilmiş cəzanın onun ailəsi üçün məhrumiyyətlər yaratmasına, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsinə istinad edərək dolayısı ilə hüquqlarını müdafiə etdiyi şəxsə ağır cəzanın təyin edilməsini də iddia etmiş, lakin bununla bağlı hər hansı tələb irəli sürəmişdir. Məhkəmə kollegiyası müdafiəçinin bu dəlillərini onun həmçinin Məhkum1 təyin olunmuş cəzanın ağır olmasının mübahisələndirilməsinə yönəlmiş əsas kimi nəzərə alıb bu dəlillərə də cavab verərək vurğulayır ki, cinayət törətmiş şəxsə təyi n edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsi, cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında sərgilədiyi hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri tələb edir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsasla r olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məh kumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunm uş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəl ləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı y üngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cin ayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddə si ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıra n halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstə rilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Hazırki cinayət işinin materiallarından və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr Məhkum1 həm onun təqsirli bilindiyi CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə (həmin maddlələrin sanksiyasında müvafiq olaraq üç ildən yeddi ilədək və beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) ayrı-ayrlıqda, həm də CM-nin 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cə za tədbirinin seçilməsi məsələsini həll edərkən adı çəkilən məhkumun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı həmçinin CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi onun himayəsində iki azyaşlı uşaqlarının olmasını, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış, bu hallara uyğun olaraq ona ədalətli və qanuni cəzalar təyin olunmuş və bu zaman məhkəmələr cəza təyin etmənin şərtləri, qaydaları və prisipləri təsbit edilmiş CM-nin 8, 41, 58 və 59-cu maddələrinin tələblərinin pozuntusuna yol verməmişlər. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, kassasiya icraatı zamanı məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi m ümkünlüyü o halda nəzərdən keçirilə bilər ki, cəza təyin edən məhkəmə tərəfindən CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən hər hansı hal nəzərə alınmasın, yaxud da CM-nin 61-ci maddəsində nəzərdə tutulmamış hansısa hal cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmış olsun. Hazırki cinayət işinin materiallarından birinci instansiya məhkəməsi tərəfindən bu kimi nöqsanlara yol verilməsi müəyyən edilmədiyindən, digər tərəfdən isə müdafiəçi S.M.Məmmədov Məhkum1 təyin edilmiş cəzanın yüngülləşdirilməli olması ilə bağlı kassasiya şikayətində heç bir əsaslandırma aparmadığından məhkəmə kollegiyası təhlili edilən məsələ ilə bağlı da birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni düzgün sayır və ümumilikdə apelly asiya instansiyası məhkəməsi tərəfindən CPMnin 416.1-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verilmədini qeyd edərək kassasiya şikayətinin hər hansı hissədə təmin edilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi S.M.Məmmədovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və Məhkum1 və onun müdafiəçisi S.M.Məmmədovun həmin şikayətin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum1 CM-nin 32,5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın 04 noyabr 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə və Məhkum1 aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarı müdafiəçi S.M.Məmmədovun kassasiya şikayətinə münasibətdə və Məhkum1 aid olan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1125/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1125/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver