Məhkəmə qərarları › İş №1(102)-1125/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1125/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1125/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun müdafiəçisi Hadi Mirismayıl Qabil oğlunun iştirakları ilə, xx xxxxx 1982-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-2080/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 1(005)313/2023 nömrəli hökmü ilə (hakim: H.E.Kamranov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza sını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2022-ci ildən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və onun müdafiəçisi Hadi Mirismayıl Qabil oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkum əməli CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqda n məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli bilinib məhkum edilmişdir ki, ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxil edilən 28.406 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikas ı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 19:30-da Bakı şəhəri, Qaradağ rayonu, X7 23 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib saat 21:26-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən ayrı- ayrılıqda çəkiləri 3.975 qram, 3.716 qram, 3.931 qram, 3.367 qram, 0.820 qram, 4.228 qram, 4.308 qram və 4.061 qram olmaqla ümumi təmiz çəkisi 28.406 qram narkotik vasitə qurudulmuş marixuana səkkiz ədəd kibrit qulusunda aşkar olunaraq götürülmüşdür Bakı Apellyasiya Məhkəməsi Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanu nsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edibqiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı məhkəmələrin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum qanunsuz olaraq əldə edib saxladığı narkotik maddənin miqdarı şəxsi istehlak miqdarından bir neçə dəfə artıq olmuş və Məhkum hansı səbəbdən həmin narkotik vasitəni xırda bükümlərdə (08 ədəd bükümdə) gəzdirməsi məsələsinə ümumiyyətlə toxunmamışdır. Dövlət ittihamçısı bildirir ki, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hall arı nəzərə alınmalıdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkumun müdafiəçisi Hadi Mirismayıl Qabil oğlu kassasiya protestinə qarşı etirazda göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, apellyasiya instansiyası məhkəməsi işin bütün hallarını və iş üzrə toplanmış sübutları tam, hərtərəfli, obyektiv araşdıraraq düzgün nəticəyə gəlmişdir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-2080/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin n ormalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qəra rın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olu nmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Şəxsin əməlinin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi əsasında həqiqi hərəkətlərinə (hərəkətsizliyinə) uyğun şəkildə tövsif edilməsi barədə tələb cinayətprosessual qanunun məhkəmə hökmünün qanuniliyi və əsaslılığı barədə tələblərlə sıx surətdə bağlıdır. Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən “məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir”. Cinayət-prosessual qanunun 349.5-ci maddəsinə görə isə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: “349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə”. Lakin, sübutlar da elə tədqiq olunmalı və qiymətləndirilməlidir ki, onların üzərində qurulan mülahizələrin düzgünlüyünə şübhə yaranmasın. Əgər məhkəmə sübutların araşdırılması və qiy mətləndirilməsi zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarının, o cümlədən 143-146-cı maddələrinin tələblərinə əməl etməyibsə və yaxud cinayət-prosessual qanunun 353.2.2-ci maddəsinin tələb etdiyi kimi hansı sübutları qəbul etdiyini, hansılarını rədd etdiyini qərarında aydınlığı ilə göstərməyibsə və rədd etmənin motivlərini inandırıcı şəkildə izah etməyibsə, bu cür qiymətləndirməyə əsaslanan nəticələr də mötəbər sayıla və qəbul edilə bilməz. Kassasiya protestində Məhkum törətməsi iddia edilən cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində (baxılan işin kontekstində) “şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq satma” kimi təsbit olunmuşdur. Həmin cinayət-hüquqi norma, eləcə də apellyasiya məhkəməsinin Məhkum əməlinə şamil etdiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müqayisə edilməli olan faktiki hallara gəldikdə isə aşağıdakılar qeyd olunmalıdır. Hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürüldüyü və bu nəticə ilə birinci instansiya məhkəməsi razılaşdığı halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkum narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlamamışdır. Məhkəmə qeyd olunan nəticəni hasil edən əsas kimi - ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini, həmçinin hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər halların müəyyən edilməsini təsdiqləyən sübutların təqdim edilməməsini göstərmişdir. Məhkəmə belə nəticəyə gələrkən məhkəmədə narkotik vasitənin satış məqsədi olmadan öz istifadəsi üçün əldə edilməsi barədə Məhkum ifadələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi ilə bağlı apellyasiya məhkəməsinin (natamam araşdırma aparılması nəticəsində) məhkumdan aşkar edilmiş narkotik vasitələrin bilavasitə satışına yönəlmiş əməlini təsdiq edən hər hansı sübutun cinayət işi materiallarında olmaması barədə gəlmiş olduğu qənaət yanlışdır və məhkəmənin gəldiyi həmin nəticə həm işin faktiki (obyektiv) hallarına, həm də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv riyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Plenumun hüquqi mövqeyinə görə, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ilə bağlı nəticəyə gəlmək üçün işin bütün diqqətəlayiq hallarının məcmusundan çıxış etmək lazımdır. O cümlədən, narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalara qablaşdırılması, müvafiq avadanlıqların olması kimi hallar başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilər. Cinayət işinin aşağıdakı mübahisələndirilməyən hallarından göründüyü kimi: _ BMCM-in baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli raportda Məhkum narko tik vasitələrin satışı ilə məşğul olması, satış məqsədilə qanunsuz narkotik vasitəni əldə edib, üzərində saxlaması göstərilmişdir. _ Məhkumdan aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 28.406 qram olmuş; _ Həmin narkotik vasitə marixuana - ayrı-ayrılıqda təmiz çəkiləri 3.975 qram, 3.716 qram, 3.931 qram, 3.367 qram, 0.820 qram, 4.228 qram, 4.308 qram və 4.061 ram olmaqla 8 ədəd bükümlərə bölünüb qablaşdırılmış və qeyd olunan narkotik vasitəni Məhkum tutulmamışdan 2 gün əvvəl əldə etmişdir; _ Məhkəmə-narkoloji ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 7831 N-li rəyindən görünür ki, müayinə zamanı Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. _ Məhkum biri birindən fərq li ifadələr verərək göstərilən narkotik vasitələri gah “İki gün əvvəl Sabirabad rayonu, Qalaqayın kəndində anket məlumatlarını bilmədiyi “X” adlı şəxsdən bir kibrit qutusunu 35 manata” gah da, “«Nizami» metro stansiyasının yaxınlığında olarkən marixuana satışı ilə məşğul olan Qulu adı ilə tanıdığı şəxsdən aldığını və iki gün ərzində əldə etdiyi qurudulmuş marixuanadan bir az hissəsini qəbul etdiyini” bildirmişdir. Məhkəmələr tərəfindən tədqiq və təhlil edilmiş yuxarıda sadalanmış sübutlardan müəyyən olunur ki, baxılan işdə polis əməkdaşlarında məlumat məhz Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması, satış məqsədilə qanunsuz narkotik vasitəni əldə edib, üzərində saxlaması ilə bağlı olmuş (qeyd olunan halı şahid qismində ifadə vermiş polis əməkdaşları təsdiq etmişlər), Məhkum nar kotik vasitələrin istehlakçısı olmamış, göstərilən şəxsdən aşkar edilərək götürülmüş marixuananın miqdarı şəxsi istehlak miqdarından bir neçə dəfə artıq olmaqla yanaşı, həmin narkotik vasitə 8 ayrı-ayrı bükümlərə bölünüb qablaşdırılmış və narkotik vasitəni Məhkum tutulmamışdan 2 gün əvvəl əldə etmişdir. Göründüyü kimi taksi fəaliyyəti ilə məşğul olan, həmçinin məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən narkomaniya xəstəliyindən əziyyət çəkməyən və belə vasitələrin aludəçisi olmayan Məhkum hər bükümü aşağı yuxarı eyni çəkidə olan 8 ədəd bükümlərə bölünüb qablaşdırılmış narkotik vasitənin aşkar edilməsi (2 gün əvvəl əldə etməsinə baxmayaraq) kimi obyektiv halların olmasına baxmayaraq, apellyasiya məhkəməsi həmin obyektiv halların ziddinə olan Məhkum narkotik vasitəni satış məqsədi olmad an əldə edib saxlaması haqqında məhkəmədə verdiyi ifadəsi ilə qane olmuş, narkotik vasitələrin aludəçisi olmayan şəxsin 8 bükümdə narkotik vasitələri 2 gün ərzində nə məqsədlə üzərində saxlamasının səbəblərini araşdırmamışdır. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, apellyasiya instansiyası məhkəməsi keyfiyyətsiz və natamam araşdırma aparmaqla Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması ilə bağlı düzgün olmayan nəticəyə gəlmiş, iş materiallarında olan sübutları bir-biri ilə müqayisə etməklə tədqiq və təhlil etməmiş, məhkuma elan olunmuş ittiham üzrə müəyyən edilmiş halların inkar edilməsi üçün toplanmış sübutların fərqli şəkildə qiymətləndirilməsinin şərtlərini kifayət qədər əsas landırmamış, bununla da kifayət etməyən sübutlara əsasən Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamı qəbul etməmiş, sonuncunun satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlmasının sübuta yetirilməməsi, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Bu cür, yəni ibtidai istintaq zamanı toplanmış sübutlarla məhkəmədə verilən ifadələrin obyektiv müqayisəsi aparılmadığı üçün yuxarıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə isə etibarlı sayıla bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyası nın 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, hazırkı iş üzrə həqiqətin müəyyən edilməsi üçün cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, proses iştirakçılarının verdikləri ifadələr toplanmış sübutlarla CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Odur ki, kollegiya apellyasiya məhkəməsinin hazırki işə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində göstərilən pozuntulara yol verməsi, kassasiya protestinin əsaslı olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin e dilməsinə dair dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməməsinə dair müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-2080/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər Qərara aldı: Dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 noyabr 2023-cü il tarixli, 1(103)-2080/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apelly

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar