Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1126/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət – ittihamçısı AzərbaycanRespublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və məhkum X3 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarından məhkum X3 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkum X7 xx xxx 1996-cı ildə Masallı rayonu, Güllütəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olmaqla yaşamışdır
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X7 15 avqust 2020-ci il tarixdə saat 23 radələrində sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi “VAZ 2101” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyy at vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da buna əməl etməyərək saatda 120 km/saat sürətlə Masallı-Lənkəran avtomobil yolunun Lənkəran rayonu istiqamətində hərəkət edərək Masallı şəhəri, Bakı prospekti ilə ikinci dərəcəli yoldan Masallı-Lənkəran avtomobil yoluna, yəni baş yola çıxan, Məhkum1 idarə etdiyi “Kamaz 5511 yük” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mühərriki işlək vəziyyətdə olmayan Şahid1 sükanı arxasında olduğu “Kamaz 5511 yük” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arasında olan metal kanata çırpılmış, nəticədə idarə etdiyi avtomobilin arxa sağ tərəfində əyləşən sərnişin X8 açıq kəllə-beyin travması, baş beynin əzilməsi, baş beyi n toxumasına və qişalarına yayılmış qansızma, ənsə sümüyünün xətti sınığı, başın ənsə nahiyəsinin əzilmiş yarası, sağ said sümüklərinin aşağı 1/3-nin qapalı sınığı, hər iki göz nahiyəsinin qançırı, sağ bazu, sol çiyin və döş qəfəsinin sağ ön hissəsinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncusunun hadisə yerində ölümünə, həmin avtomobilin ön sağ tərəfində əyləşən digər sərnişin X1 açıq kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, baş beynin əzilməsi, baş beyin toxumasına və baş beynin yumşaq qişası altına yayılmış qansızma, sağ said sümüklərinin aşağı və yuxarı 1/3-nin qapalı sınığı, alt çənə və burun sümüklərinin sınığı, sol said nahiyəsinin, sağ və sol əlin arxa hissəsinin, sağ bazunun, sağ dirsək nahiyəsinin, sağ saidin, sağ dizin və sağ baldırın çoxsaylı sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun hadisə yerində ölümünə, həmin avtomobilin arxa sağ tərəfində əyləşən digər sərnişin X4 açıq kəllə-beyin travması, baş beynin əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə əsası sümüklərinin sınığı, ənsə sümüyünün xətti sınığı, sol gicgah sümüyünün basılmış sınığı, sol bazu sümüyünün boyunun qapalı sınığı, başın ənsə nahiyəsinin, sol çiynin, boyunun və sol bazu nahiyəsinin əzilmiş yarası, sol gicgah, aşağı çənə, çənəaltı nahiyə, boyun, sağ çiyin və döş qəfəsi nahiyəsinin sıyrıqları, sol göz almasının ağlı qişasına yayılmış qansızma, sol göz nahiyəsinin və sol baldırın qançırı kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətləri alaraq sonuncunun xx.xx.2020-ci il tarixdə müalicə aldığı xəstəxanada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən M.V.Məmmədov, hakimlər C.C.Nəbiyev və İ.Q.Abdullayevdən ibarət tərkibdə) 06 iyul 2021-ci il tarixli 1(099)171/2021 nömrəli hökmü ilə X7 Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Hökmdən məhkum X3 müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayəti verilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökm ünün ləğv edilməsini və məhkuma bəraət verilməsi məhkəmədən xahiş edilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən E.İ.Əliyev, hakimlər R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət tərkibdə) 21 oktyabr 2022-ci il tarixli, 1(106)-31/2022 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü dəyişdirilərək X5 qəti olaraq 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarından məhkum X3 müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri
7. Məhkumun mü dafiəçisi Müdafiəçi3 kassasiya şikayətində iddia etmişdir ki, istintaq orqanının qərəzli mövqeyi şəxsin təqsirliliyinin birbaşa sübutu kimi çıxış edən ekspert rəyinə müdaxilə edilməsi ilə nəticələnmiş, bu qəbildən olan cinayətlər üçün xüsusi əhəmiyyət kəsb edən təhlükə anının yaranma başlanğıcının müəyyən edilməsində və təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasının qiymətləndirilməsində səhvə yol verilmişdir. Kassasiya şikayətinin müəllifi iş üçün əhəmiyyət kəsb edən bütün halların sübuta yetirilmədiyini vurğulayaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 1(106)31/2022 saylı qərarının Orxan Ağaverdiyev barəsində olan hissədə ləğv edilməsini və əməlində cinayət təqibi olmadığından icraata xitam verilməs ini məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər
8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
9. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
10. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
11. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
12. Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxs X3 əməlində Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsinin tərkib əlamətlərinin olmaması əsası ilə icraata xitam verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
13. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 1(106)31/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
14. Məhkum X3 ona hökmlə istinad edilən cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
15. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
16. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, X3 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsinin dispozisiyasından və Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarından çıxış edərək, X3 əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsasların ın olmaması haqqında nəticəyə gəlmişdir.
17. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin X3 əməlinin Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəmə si də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır.
18. Lakin kassiya şikayəti üzrə bəzi mübahisələndirilən hallar üzrə aşağıdakıları qeyd etməyi zəruri sayır.
19. Kassiya şikayətində Məhkum1 iş üzrə şahid qismində dindirilərkən ifadəsinə tənqidi yanaşılmış və həqiqiliyi mübahisələndirilmişdir.
20. Bununla əlaqədar qeyd etmək lazımıdır ki, Məhkum1 ifadəsi müdafiə tərəfindən ümumi konteksdən kənar, müdafiə tərəfinə sərf edən hissədə mübahisələndirilir. Lakin onun «həmin yola çıxmamışdan əvvəl oğlum Miri öz avtomobili ilə təxminən 100 metrə qədər qabağa getdi ki, başqa avtomobil gələndə saxlatdıra bilsin. Mən yol ayrıcına yaxınlaşanda əvvəlcə sağ tərəfə, yəni Lənkəran tərəfdən gəl ən istiqamətə baxıb heç bir avtomobil olmadığını gördüm. Bundan sonra sol tərəfə baxanda təxminən 2-3 kilometr uzaqlıqda bir avtomobilin işıqlarını gördüm. Mən həmin avtomobilin çox uzaqda olduğunu görəndən sonra yol ayrıcını keçəcəyimizi zənn edərək, yola çıxdım. Mən öz avtomobilimlə yolu sol tərəfə dönüb arxamdakı Elçinin yük avtomobilini dartmağa başladım. Bu zaman uzaqdan gələn avtomobil bir göz qırpımında bizə yaxınlaşmağa başladı. Oğlum Miri həmin avtomobilin sürətlə gəldiyini görüb əvvəlcə uzaq vuran işıqlarını söndürüb yandırdı və əlini avtomobilin pəncərəsindən çıxararaq saxlatdırmaq istədi. Mən də öz avtomobilimin uzaq vuran işıqlarını dəfələrlə söndürüb-yandıraraq siqnal verməyə başladım” kimi ifadəsi nəzərə alınmamışdır.
21. Bu ifadədən görünür ki, Orxan Ağaverdiyevin idarə etd iyi avtomobil maneə yaranan anda kifayət qədər uzaq məsafədə olmuşdur. Bu fakt isə digər sübutlarla uzlaşır.
22. Kassasiya şikayətində qeyd edilir ki, sürücü Orxan Ağaverdiyevin hərəkəti üçün təhlükə Məhkum1 idarə etdiyi «Kamaz 5511» markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsi ilə mühərriki işlək vəziyyətdə olmayan Şahid1 sükanı arxasında olduğu «Kamaz 5511» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arasında olan 7,6 metr uzunluğunda metal kanat qoşqunun (trosun) 15-25 km/saat sürətlə hərəkət hissəsinə daxil olduğu anda yaranmış və toqquşma anına kimi davam etmişdir.
23. Kassasiya məhkəməsi bununla əlaqədar qeyd edir ki, sürücü üçün təhlükənin yaranma anı onun hərəkət istiqaməti üzrə təhlükəsiz yoluna davam etdirmək imkanından məhrum edən maneənin yol un hərəkət istiqamətinə daxil olma anı götürülməlidir. Ona görə də, təhlükənin yaranma anı Məhkum1 idarə etdiyi «Kamaz 5511» markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yolun hərəkət istiqamətinə çıxdığı an hesab olunmalıdır.
24. Kassasiya şikayətinin digər dəlilinə əsasən, ekspertizanın VAZ – 2011 markalı avtomobilinə uyğun keçirilmiş, lakin məhkumun avtomobili VAZ – 2001 olmuşdur. Bununla əlaqədar kassasiya məhkəməsi qeyd edir ki, 04 avqust 2020-ci il ekspert rəyi alındıqdan sonra hadisə üzrə əlavə ekspertiza təyin edilmiş və keçirilən 08 aprel 2022-ci il ekspertiza zamanı qeyd olunan xüsusatlar nəzərə alınmışdır.
25. Kassasiya məhkəməsi qeyd edir ki, işin faktiki hallarının müəyyənləşdirilməsində şahidlər Elçin Möhsumov, Şahid2 və Şahid4 da ifadələri nəzərə alınmış və bu ifadələr kassasiya şikayətində qeyd olunan işin faktiki hallarının gerçəkliyini istisna edir.
26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mü bahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum X3 müdafiəçisi Müdafiəçi3 verdiyi kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 1(106)-31/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CP-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X7 barəsində olan 21 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum X3 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.