Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1126/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Cəbrayıl Rayon Məhkəməsinin 6 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum ba rəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin 6 iyul 2023-cü il tarixli 1(072)-14/2023 nömrəli (hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi) hökmü ilə xx xxxxxx 1960-cı ildə Cəbrayıl şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ali təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(099)-031/2021 nömrəli hökmü ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə və 8 (səkkiz) il müddətinə azadl ıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza qismində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhru m etmə cəzasına məhkum edilmiş, əlavə cəza qismində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə Məhkum 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(099)-031/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası və 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən cəzaların qismən toplanılması yolu ilə Məhkum qəti olaraq əlavə cəza qismində 3 (üç) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 18 may 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 6 iyul 2023-cü il tarixli 1(072)-14/2023 nömrəli (hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi) qərar ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam ver ilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024-cü il tarixli 1(106)-554/2024 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 6 iyul 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Məhkum ittiham elan olunmuşdur, ondan ötrü k i, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 12 sentyabr 1997-ci il tarixli, xxx nömrəli əmrlə həmin Nazirlik yanında X Mərkəzinin X-i vəzifəsində işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olm asını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər to plusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu X-in şəxsiyyətləri istintaqa məlum olmayan rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar ö zü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində X mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 12 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən X mərkəzinə ayrılmış 58.866 (əlli səkkiz min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X-in istintaqla şəxsiyyəti araşdırılan vəzifəli şəxsləri tərəfindən 2017-ci ilin fevral ayınd a, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 29.834 (iyirmi doqquz min səkkiz yüz otuz dörd) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 29.032 (iyirmi doqquz min otuz iki) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin **** ****** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olması barədə 2017-ci ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə və şəraitdə X mərkəzinə yuxarıda adları göstərilən hüquqi şəxslə özü arasında bağlanaraq göndərdiyi xx.xx.2017 və xx.xx.2017-ci il tarixli müqavilələri, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədləri şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X-in vəzifəli şəxslərinin yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 25 noyabr 2016-cı il tarixli, xxx nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyası nın cinayətdən xəbərsiz olan üzvləri Şahid3, X11 və Şahid12 tərəfindən x rayonu, x 4 saylı qəsəbədə yerləşən X Mərkəzinin inzibati binasında həmin kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və "xxxx" MMC və "xxxx" MMC-nin həmin kotirovka sorğularının qalibi olmaları barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirmədən, yuxarıda adı qeyd edilən hüquqi şəxslərin faktiki olaraq satınalma müqavilələrində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan 2017-ci ilin fevral ay ında "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ61AMRA******************** nömrəli hesabına 29.834 (iyirmi doqquz min səkkiz yüz otuz dörd) manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ65AMRA******************** nömrəli hesabına 29.032 (iyirmi doqquz min otuz iki) manat, ümumilikdə iki hüquqi şəxsin hesabına cəmi 58.866 (əlli səkkiz min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, 12 nəfərə verilməsi nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi şəxsin adından heç bir səlahiyyəti olmadığı halda Şahid16 2017-ci ilin mart ayı ərzində İmişli rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsindəki fərdi satıcılardan aldıql arı mal-qaranı və yem məhsullarını X mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid1 3.930 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.032 manat dəyərində maddi aktivlər verilməsi, Şahid6 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid10 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.025 manat dəyərində maddi aktivlər verilməsi, X1 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid5 3.550 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid2 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid4 3.922,5 manat dəyərində maddi aktiv lər verildiyi halda guya 4.848 manat dəyərində maddi aktivlər verilməsi, Şahid8 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid9 3.600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.904 manat dəyərində maddi aktivlər verilməsi, Şahid13 3.900 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.000 manat dəyərində maddi aktivlər verilməsi, Şahid14 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid15 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.025 manat dəyərində maddi aktivlər verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa X mərkəzinin inzibati bina sında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 10 iyul 2018-ci il tarixli aktların öz imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 12 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 58.866 (əlli səkkiz min səkkiz yüz altmış altı) manat məbləğində vəsaitdən faktiki olaraq 46.902,5 manat (qırx altı min doqquz yüz iki manat, əlli qəpik) məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 11.963,5 (on bir min doqquz yüz altmış üç manat, əlli qəpik) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X-ə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup ş əxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum k assasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, hər iki məhkəmə instansiyasının gəldiyi nəticə işin obyektiv araşdırılmaması səbəbindən qanunsuz, əsassız və ədalətsizdir. Cəbrayıl Rayon Məhkəməsinin iclas zallarında məhkəmə iclasları audioyazı aparılmadan keçirilmiş və bununla da CPM-in 51.6-cı maddəsində nəzərdə tutulan pozuntuya yol verilmişdir. Bundan başqa ona CM-in 179.2.1-ci maddəsi ilə ittiham verildiyi halda onunla əlbir olan X-in vəzifəli şəxslərinin kim olması istintaq və məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, məhkəmələr qərarı tam, obyektiv araşdırma aparmadan yalnız ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsaslanan, heç bir mütəxəssis rəyi ilə təsdiq olunmayan ittihamnamə əsasında çıxarmışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 10 dekabr 2024cü il tarixli qərarının ləğv edilərək, hərtərəfli və obyektiv araşdırma aparılaraq qanuni və ədalətli qərar qəbul edilməsini və ya təqsirliliyi sübuta yetirilərsə barəsində cəza təyini zamanı CM-in 75.1.2-ci maddəsinin tələblərinin nəzərə alınmasına dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilənlərə uyğun çıxış edərək, birinci instansiya məhkəməsində prosesin audio çəkiliş olmadan aparıldığını, törədilən cinayətin cəlb etmə müddətinin keçdiyini, məhkəmə qərarlarında ona verilmiş ittihama uyğun maddələr düzgün yazılmadığını, qrupa daxil olan şəxslərin dairəsinin müəyyən edilmədiyini, eyni zamanda müharibə veteranı olduğunu, yaşının çox olduğunu bildirib, onun yaşını nəzərə alıb verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin (bundan sonra ancaq – “kassasiya şikayəti”) dəlillərini də nəzərə alm aqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan itt iham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-c u maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Qeyd edilən normalardan irəli gələn tələblər istinad edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 10 dekabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılm ası hökmdə göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzr ə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinay ət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində “X6” Publik Hüquqi Şəxsin nümayəndəsi ifadəsi, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid3, X5, Şahid8, Şahid9, Şahid11, Şahid13, Şahid14, Şahid10, Şahid12 və Şahid17 ifadələri, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin “X Mərkəzində iş axtaran kimi qeydə alınmış 12 nəfər şəxsə özünüməşğulluq proqramı çərçivəsində 2017-ci ildə verilmiş maddi aktivlər ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair” 11 aprel 2023-cü il tarixli rəyi, “Aktivlərin iştirakçılarının istifadəsinə verilməsi haqqında” 2017-ci ildə tərtib edilmiş aktların və “Aktivlərin iştirakçılarının mülkiyyətinə verilməsi haqqında” 2018-ci ildə tərtib edilmiş aktların surəti, cinayət işi üzrə əldə edilmiş müqavilələr, istintaq hərəkətinə dair protokollar, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinay ət işinin materialların olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin “X Mərkəzində iş axtaran kimi qeydə alınmış 12 nəfər şəxsə özünüməşğulluq proqramı çərçivəsində 2017-ci ildə verilmiş maddi aktivlər ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair” 11 aprel 2023-cü il tarixli rəyindən görünür ki, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlarda X Mərkəzində iş axtaran kimi qeydə alınmış 12 nəfərin adına 2017-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 58.866,0 manat dəyərində maddi aktivlərin verilməsi rəsmiləşdirilmişdir. İstintaq tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Şahid1 verilmiş maddi aktivlər üzrə 1102,0 manat, Şahid6 verilmiş maddi aktivlər üz rə 816,0 manat, Şahid10 verilmiş maddi aktivlər üzrə 1025,0 manat, X1 verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid5 verilmiş maddi aktivlər üzrə 1402,0 manat, Şahid2 verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid4 verilmiş maddi aktivlər üzrə 925,50 manat, Şahid8 verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid9 verilmiş maddi aktivlər üzrə 1304,0 manat, Şahid13 verilmiş maddi aktivlər üzrə 1100,0 manat, Şahid14 verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid15 verilmiş maddi aktivlər üzrə 1025,0 manat olmaqla, cəmi 11963,50 manat fərq müəyyən edilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində qeyd edilən saxtakarlıq hallarına yol verilmiş, mal və avadanlıqların qiymətinin müəyyən edilməsi, ən sərfəli təklifin seçilməsi ilə əlaqədar Qanunun 3 6-cı maddəsinin tələbləri pozulmuş, həmin Qanunun 38-ci maddəsinə əsasən tender və təkliflər sorğusunda iştirak edən müəssisələr barədə məlumatlar, 6-cı maddəsinin tələblərinə əsasən malgöndərənlərin ixtisas göstəriciləri təhlil edilməmiş, onlar formal olaraq satınalmaya cəlb edilmiş, təkliflər araşdırılmamış, Qanunun 36.5-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən qeyd edilən hallarda təklif kənarlaşdırmalı olduğu halda, hərəkətsizlik edilərək heç bir tədbir görülməmişdir. “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1941 saylı, 7 aprel 2016-cı il tarixli Sərəncamının surətindən görünür ki, əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, 29834 AZN məbləğində maddi aktivlərin alınması üzrə guya X Mərkəzi tərəfindən keçirilmiş 8 fevral 2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 29032 AZN məbləğində maddi aktivlərin alınması üzrə guya X Mərkəzi tərəfindən keçirilmiş 9 fevral 2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur. Cinayət işinin materiallarında olan müvafiq qaydada təsdiq olunmuş “Sifarişçi” X Mərkəzinin X-i Məhkum ilə “İcraçı” "xxxx" MMC arasın da imzalanmış 14 fevral 2017-cı il tarixli müqavilənin, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktların və Seriya ƏİE xxxxx saylı, 22 fevral 2017-ci il tarixli qaimə-fakturanın surətindən görünür ki, X Mərkəzində iş axtaran kimi qeydə alınmış 12 nəfərə özünüməşğulluq proqramı çərcivəsində 2017-ci ildə 29032 AZN məbləği dəyərində maddi aktivlərin alınması barədə rəsmiləşdirmə aparılmışdır. Cinayət işinin materiallarında olan müvafiq qaydada təsdiq olunmuş “Sifarişçi” X Mərkəzinin X-i Məhkum ilə “İcraçı” "xxxx" MMC arasında imzalanmış 13 fevral 2017-cı il tarixli müqavilənin, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktların və Seriya ƏİE xxxxx saylı, 22 fevral 2017-ci il tarixli qaimə-fakturanın surətindən görünür ki, X Mərkəzində iş axtaran kimi qeyd ə alınmış 12 nəfərə özünüməşğulluq proqramı çərcivəsində 2017-ci ildə 29834 AZN məbləği dəyərində maddi aktivlərin alınması barədə rəsmiləşdirmə aparılmışdır. Cinayət işinin materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Aktivlərin iştirakçılarının istifadəsinə verilməsi haqqında” 2017-ci ildə tərtib edilmiş aktların və “Aktivlərin iştirakçılarının mülkiyyətinə verilməsi haqqında” 2018-ci ildə tərtib edilmiş aktların surətindən görünür ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən tədarük olunmalı olan mallar Şahid16 tərəfindən 2017-ci ilin mart ayı ərzində İmişli rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsindəki fərdi satıcılardan alınaraq iş axtaran şəxslərin istifadəsinə verilmiş, 2017-ci ildə alınmış maddi aktivl ər heç bir əsaslandırması və izahı olmadan faktiki dəyərindən daha yuxarı qiymətlərlə rəsmiləşdirilməklə 2017-ci ildə istifadəsinə verilmiş 12 nəfər şəxsin mülkiyyətinə verilmişdir. Bundan başqa, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı ittiham iş üzrə şahid qismində dindirilmiş çoxsaylı şəxslərin bir-biri ilə uzlaşan ifadələri ilə də təsdiq olunur. Odur ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfdən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin “onunla əlbir olan X-in vəzifəli şəxslərinin kim olması istintaq və məhkəmə tərəfindən müəyyən edilməməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərarına əsasən Məhk um barəsində olan cinayət işinin materiallarından X-in vəzifəli şəxsləri və qeyriləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin “birinci instansiya məhkəməsində məhkəmə iclaslarının audioyazı aparılmadan keçirilməsi” barədə dəlillərinə münasibətdə də onu qeyd edir ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əməliyyat və Texniki Xidmət şöbəsinə göndərilmiş sorğuya cavab olaraq məhkəməyə göndərilmiş cavabdan müəyyən olunur ki, Cəbrayıl Rayon Məhkəməsində Elektron Məhkəmə İnformasiya Sisteminin bütün komponentləri tam olaraq yalnız 31 oktyabr 2023-cü il tarixdə işə salınaraq istifa dəyə verilmişdir və səbəbdən də cinayət işinə baxılarkən Elektron Məhkəmə İnformasiya Sisteminin bütün komponentlərinin tam olaraq işə salınmaması halı, haqlı olaraq apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən cinayət işi üzrə toplanılmış sübutların mötəbərliyinə təsir göstərən hal kimi qiymətləndirilməmişdir. Kassasiya məhkəmə kollegiyası həmçinin “müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməməsinə” dair məhkəmələrin gəldiyi nəticə barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublik asının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Kassasiya şikayətində “mənimsəmə” cinayəti üzrə cəlb etmə müddətinin keçməsini göstərsə də, verilmiş iitihama əsasən müəyyən olunur ki, məhkum “.. bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin i ştirakçıların mülkiyyətinə verilməsi barədə 10 iyul 2018-ci il tarixli aktların öz imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 12 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 58.866 manat məbləğində vəsaitdən faktiki olaraq 46.902,5 manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 11.963,5 manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X-ə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edi lməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir”. Göründüyü kimi cinayətin törətdiyi gündən məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi tarixə kimi (Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024-cü il tarixli qərarı) az ağır cinayətlər üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş və kassasiya şikayəti ndə əks olunmuş “Məcəllənin 75.1.2-ci maddəsinin tətbiq edilməli olmasına” dair dəlilləri əsassızdır. Kassasiya məhkəmə kollegiyası həmçinin kassaisya şikayətində göstərilmiş “verilmiş ittihama uyğun maddələrin məhkəmə qərarında düzgün göstərilməməsinə” dair dəlilərini də əsassız hesab edərək, işin mahiyyətinə hər hansı bir təsir göstərməyən, formal xarakterli dəlillər kim qiymətləndirir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tər əfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM- nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1 0.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 6 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1126/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1126/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver