Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1127/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi-vəkil Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimov(sədrlik edən və məruzəçi), R.A.Allahverdiyeva və T.X.Nəsrullayeva) Məhkum- 25 avqust 1981-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, fərdi qaydada sərnişindaşıma ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda da yaşamış, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkm əsinin əvvəli 22 oktyabr 2015-ci il İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Məhkum 25 avqust 2015-ci il tarixdə, saat 11-21dəqiqə radələrində idarə etdiyi «DAEWOO NEXİA-minik» markalı, Az **--*** dövlət qeydiyyat nişanlı avtomobillə BakıQuba-Dağıstan sərhəd avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 24-cü kilometrində Quba istiqamətində üçzolaqlı yolun sol üçüncü zolağı ilə 70-80 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərini, yəni “sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir” tələbini pozaraq, arxadan yolun sağ birinci zolağı ilə yaxınlaşmaqda olan sürücü X7 idarə etdi yi «Tatra 815 2AOSO1 yük» markalı, AZ **--*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli olduğu və bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib hərəkətinin təhlükəsizliyinin təmin olunacağına əmin olmadan avtomobili yolun sol zolağından sağ zolağına istiqamətləndirib sağdan birinci hərəkət zolağına çıxıb sürəti 40 km/saatadək azaltmış, bu zaman «Tatra 815 2AOSO1 yük» markalı, Az **--*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə «DAEWOO NEXİA-minik» markalı, Az ** *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi arasında toqquşma baş vermiş, nəticədə o, ehtiyatsızlıqdan «DAEWOO NEXİA-minik» markalı avtomobilin sərnişini X4 beyin maddəsinə və mədəciklərinə qansızma, sol beyin yarımkürəsinin təpə-gicgah nahiyəsinin subd ural hematoması, sol gicgah-təpə nahiyəsinin dərialtı hematomasından ibarət xəsarətlər almaqla, X2 döş qəfəsinin küt travması, sol İİİİV-V, sağ İİ-İİİ-İV qabırğaların qapalı yerdəyişən sınıqları, hər iki ağciyərin əzilməsi, hemotoroks, ənsə nahiyəsinin yarasından ibarət bədən xəsarətləri almaqla ölmələrinə, yəni ehtiyatsızlıqdan iki şəxsin ölümünə, "xxxx" ASC-nin 73 saylı X10 məxsus «Tatra 815 2AOSO1 yük» markalı, Az **--*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində zərərçəkmiş şəxsə 200 (iki yüz) manat zərər vurulmasına, X8 məxsus «DAEWOO NEXİA-minik» markalı, Az **-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində zərərçəkmiş şəxsə 3.670 (üç min altı yüz yetmiş) manat zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən Məhkum müdafiə çisi-vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: V.C.Cəfərov (sədrlik edən və məruzəçi), N.M.Nəsibov və E.M.Əhmədovdan ibarət tərkibdə) 10 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığına görə Məhkum bərasində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum İdarə etdiyi avtomobillə yolun Quba istiqam ətinə sol 3-cü zolaqdan yolun sağına doğru istiqamətlənərkən və birinci hərəkət zolağına çıxıb sürəti təxminən 40 km/saatadək azaldarkən, bu vaxt sürücü X7 idarə etdiyi “Tatra” markalı avtomobil təxminən 60 metrədək geridə qalmış və avtomobillər arasında toqquşma baş vermişdir. Elə Məhkum təqsirlilik məsələsi də bu 60 metr məsafə ilə həll edilmişdir. Müdafiəçi hesab edir ki, bu cümlə ekspertlə məsləhətləşmədən sonra Məhkum ifadəsinə otuzdurulmuşdur. Bundan sonra müstəntiq hansı elmi metoda əsaslandığını göstərmədən X=50x0,38:80=0,237 formula istinad etməklə hesab edir ki, Məhkum idarə etdiyi avtomobillə 80 km/saata 380 metr qət edənədək “Tatra” markalı avtomobilin sürücüsü 237 metr qət etmiş, Məhkum avtomobilin sürətuinu 40 km/saata endirməcinə 29,1 metr məsafə sərf etmiş, “Tatra” markalı avtomobilin polis postundan bir dəqiqiə tez keçməsi nəticəsində 13,9 metr çox yol qət etməsini də nəzərə alaraq bununla da nəticəyə gəlmişdir ki, toqquşmadan əvvəl avtomobillər arasındakı məsafə 100 metr olmuşdur. Daha sonra kassasiya şikayətində Məhkum və E6 istintaqdakı ifadələrinə istinad edilərək, avtomobillərin sürətləri, toqquşmadan əvvəl aralarındakı məsafələrlə bağlı mülahizələr bildirilmiş və göstərilmişdir ki, Məhkum idarə etdiyi avtomobili yolun sol zolağından sağ zolağına istiqamətləndirib sağdan birinci hərəkət zolağına çıxıb 100-120 metr məsafə qət etdikdən sonra sürəti tədricən 40-45 km/saatadək azaltmış, bu zaman “Tatra 815 2A0SƏ1 yük” markalı, ********** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 isə avtomobili 40-45 km/saat sürətdən daha yüksək sürətlə idarə edərək, diqqətini yan güzgüdan arxaya baxmaqla davamlı şəkildə daim dəyişən yol şəraitindən ayırdığından, Məhkum idarə etdiyi avtomaşına arxadan çataraq, qabaq hissəsi ilə, “DAEVOO NEXİA-minik” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsidən vurmuş, nəticədə “DAEVOO NEXİA-minik” markalı avtomobilin sərnişini X6 beyin maddəsinə və mədəciklərinə qansızma, sol beyin yarımkürəsinin təpə-gicgah nahiyyəsinin subdural hematoması, sol gicgah-təpə nahiyyəsinin dərialtı hematomasından ibarət bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zəzərçəkmiş şəxsin ölümünə, X5 döş qəfəsinin küt travması, sol 3-4-5, sağ 2-3-4-cü qabırğaların qapalı yerdəyişən sınıqları, hər iki ağ ciyərin əzilməsi, hemotoroks ənsə nahiyyəsinin yarasından ibarət bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zə rərçəkmiş şəxsin ölümünə, yəni ehtiyatsızlıqdan iki şəxsin ölümünə, "xxxx" ASC-nin 73 saylı YİM-nə məxsus “Tatra 815 2A0S01 yük” markalı, ********** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə 200 ( iki yüz) manat zərər vurulmasına, X8 məxsus“DAEVOO NEXİAminik” markalı, **-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə 3.670 (üç min altı yüz yetmiş) manat zərər vurulmasına səbəb olmuşdur. Məhkum «Tatra»- nın hərəkət zolağına çıxdığı yerdən vurulduğu yerə qədər ümumilikdə 180-200 metr məsafə qət etmişdir. ona görə də hadisənin bu real vəziyyəti əsasında yenidən komission yol-nəqliyyat ekspertizası təyin edilməli və müvafiq rəy alınmalıdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsi ni xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayə tinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassa siya şikayətinin dəlilləri Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum aid 10 aprel 2019-cu il tarixli qərarının ləğv edilərək əməlində cinayət tərkibi olmadığına görə cinayət təqibinə xitam verilməsi barədədir. Apellyasiya instansiya məhkəməsinin 10 aprel 2019-cu il tarixli qərarında göstərilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2017-ci il tarixli hökmü Ali Məhkəmənin 07 fevral 2018-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin qərarında hər iki avtomobilin sürücüsü baxılan yol nəqliyyat hadisəsinin iştirakçısı olduğundan, apellyasiya instansiya məhkəməsinin hökmü bütövlükdə ləğv edilməli və hər bir sürücünün əməlləri yenidən əlaqəli şəkildə araşdırılması qeyd olunsa da apel lyasiya məhkəmə kollegiyası Məhkum aid hissədə təzələnərək baxılması qərarına gəlməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs Məhkum əməlində cinayət tərkibinin olmaması barədə Ali Məhkəmənin qərarında heç bir müddəa və ya göstəriş yoxdur. X7 barəsində axtarış elan edilməsi ilə əlaqədar cinayət işinin icraatı dayandırılaraq ayrıca icraata ayrıldığından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cinayət işi üzrə toplanmış sübutlar əsasında 10 aprel 2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Müdafiəçi kassasiya şikayətinda göstərmişdir ki, Məhkum İdarə etdiyi avtomobillə yolun Quba istiqamətinə sol 3-cü zolaqdan yolun sağına doğru istiqamətlənərkən və birinci hərəkət zolağına çıxıb sürəti təxminən 40 km/saatadək azaldarkən, bu vaxt sürücü X7 idarə etdiyi “Tatara” markalı avtomobil təxminən 60 metrədək geridə qalmış və avtomobillər arasında toqquşma baş vermişdir. Elə Məhkum təqsirlilik məsələsi də bu 60 metr məsafə ilə həll edilmişdir. Müdafiəçi hesab edir ki, bu cümlə ekspertlə məsləhətləşmədən sonra Məhkum ifadəsinə otuzdurulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Məhkum ibtidai sitintaq müddətində ifadələrini özü öz xətti ilə yazmış və imzalamışdır. Müdafiəçinin bu barədə kassasiya şikayətinda göstərdiyi mülahizələr həqiqətə uyğun hesab edilmir və təmin edilməməlidir. Müdafiəçinin kassasiya şikayətində təqsirləndirilən şəxs Məhkum ifadələrinə istinadən hadisənin mexanizminin yeni versiyası irəli sürülmüş və həmin versiya üzrə komission yol-nəqliyyat ekspertizası küçiilməsinin zəruriliyi göstəri lmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum idarə etdiyi avtomobili yolun sol zolağından sağ zolağına istiqamətləndirib sağdan birinci hərəkət zolağına çıxıb 100-120 metr məsafə qət etdikdən sonra sürəti tədricən 40-45 km/saatadək azaltmış, bu zaman “Tatra markalı avtomobilin sürücüsü X12 isə avtomobili 40-45 km/saat sürətdən daha yüksək sürətlə idarə edərək, diqqətini yan güzgüdan arxaya baxmaqla davamlı şəkildə daim dəyişən yol şəraitindən ayırdığından, Məhkum idarə etdiyi avtomaşına arxadan çataraq, qabaq hissəsi ilə, “DAEVOO NEXİA-minik” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsidən vurmuşdur. Məhkum «Tatra»- nın hərəkət zolağına çıxdığı yerdən vurulduğu yerə qədər ümumilikdə 180-200 metr məsafə qət etmişdir. Hadisə yerinə baxış protokolundan görünü r ki, hadisə yeri BDYPİ-nin YPX alayının 706 nömrəli stasionar postundan 380 metr məsafədədir. Saatda 80 km/saat sürətlə gedən “DAEVOO NEXİA-minik” markalı avtomobil 1 saniyədə 22,2 metr məsafə qət edir. Onda həmin avtomobil 120 metr məsafəni 5,4 saniyəyə qət etmiş olar. Bundan sonra “DAEVOO NEXİA-minik” markalı avtomobil 40 km/saat sürətlə hərəkət etmişsə onda 1 saniyədə 11,1 metr məsafə qət edir və toqquşma yerinədək qalan 260 metr məsafəni 23,4 saniyəyə keçmişsə (230 metr məsafəni 20,7 saniyəyə) onda bütövlükdə 706 saylı stasionar postdan hadisə yerinədək 380 metr məsafəni 23,4+5,4=28,8 (20,7+5,4=26,1 )saniyəyə keçmişdir. Belə olan halda Saatda 55 km/saat sürətlə hərəkət edən “Tatra” markalı avtomobil saniyədə 15,28 metr qət edir. Həmin avtomobilin 380 metr məsafəni qət etməsinə 24,8 sa niyə sərf etməlidir. Onda belə çıxır ki, Tatra markalı avtomobil toqquşma yerinə “DAEVOO NEXİA-minik” markalı avtomobildən 4 (1,3) saniyə tez çatmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin kassasiya şikayətində irəli sürdüyü bu hadisə mexanizmi, hadisənin real vəziyyətinə uyğun hesab edilə bilməz. Ona görə də kassasiya şikayətinin bu dəlili də təmin edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə iki dəfə yol-nəqliyyat ekspertizaları təyin edilərək müvafiq rəylər alınmışdır. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-trosoloji və yol-nəqliyyat hadisəsi ekspertizasının 19 oktyabr 2015-ci il tarixli, 20467 saylı rəyininə əsasən nəqliyyat vasitələri arasında toqquşma anında ilkin kontaktın «DAEWOO NEXİA-minik» markalı, Az **- DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sahəsi ilə «Tatra 815 2AOSO1 yük» markalı, Az **--*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sahəsi arasında təxminən 510 dərəcə bucaq altında baş verməsini, «DAEWOO NEXİA-minik» markalı, Az **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2017-ci il tarixli qərarı ilə təyin edilmiş təkrar kompleks məhkəmə-trosoloji və yol-nəqliyyat hadisəsi ekspertizasının 06 aprel 2017-ci il tarixli, 5559 saylı rəyininə əsasən «DAEWOO NEXİAm inik» markalı, Az **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər cinayət işinin materialları, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən aparılmış araşdırmalarla təkzib edilmişdir. Yuxarıda göstərilən hər iki ekspertiza rəyi ilə hadisə zamanı onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməkl ə hadisənin qarşısını almağa texniki imkanı olması göstərilmişdir. Onun cinayət əməlləri məhkəmə iclaslarında Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən mötəbər sübutların məcmusu ilə sübut edilmişdir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyası məhkəmələrində araşdırmalar zamanı cinayət və cinayət-prosessuaı qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlans
Məhkəmə qərarları › İş №1(102)-1127/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1127/2019
02.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver