Məhkəmə qərarları › İş №1(102)-1127/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1127/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1127/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, X12 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tə qsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X12 Məhkəməsinin (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), X.H.Səmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə F.N.Mahmudov və xx xxxxxxx 1988-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.1-ci maddələri ilə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etm ə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, həbsdə saxlanıldığı müddətin ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə həmçinin X9, X10 və X11 da təqsirli bilinərək məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: X8 (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və X1 ibarət tərkibdə) Məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X12 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, X11 qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə qohumu Məhkum və tanışı X10 ilə razılaşıb cinayət əlaqəsinə girərək cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşmiş, bu məqsədlə Anar Hüseynovun istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə etdiyi külli miqdarda, təmiz çəkisi 19,029 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini cinayətkar qrupun digər üzvü İlkin Yaqubovun tanışı X2 gələcəkdə əldə olunacaq pulu aralarında bölmək üçün xx xxxx 2018-ci il tarixdə İlkin Yaqubov istifadəsində olan +**********03 saylı mobil telefon nömrəsi ilə Elçin Eybətovun istifadəsində olan +**********85 saylı mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlamış, həmin gün İlkin Yaqubov və Məhkum bir neçə dəfə Elçin Eybətovla telefonla danışaraq əldə etdikləri külli miqdarda narkotik vasitə heroinin bir qramını 70 manatdan satmağı sonuncuya təklif etmiş, Elçin Eybətov həmin narkotik vasitəni pulunu sonradan ödəmək şərti ilə almaq barədə onlarla razılaşdıqdan sonra həmin tarixdə saat 16 radələrində Anar Hüseynov qohumu Məhkum və tanışı İlkin Yaqubovla birlikdə külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə Elçin Eybətovun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gedərək üzərilərində qanunsuz saxlamaqla daşıdıqları külli miqdarda 19,029 qram çəkidə narkotik vasitə heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq Elçin Eybətova satmış, sonuncu həmin külli miqdarda narkotik va sitə heroini ayrı-ayrı hissələrə bölərək yaşadığı evdə və həyətyanı torpaq sahəsində saxlamış, Elçin Eybətovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən Ağstafa şəhəri ərazisində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxx 2018-ci il tarixdə saat 19 radələrində Elçin Eybətov yaşadığı ünvan 2 ünvanında saxlanılaraq özünün dəvəti, icazəsi və iştirakı ilə yaşadığı evə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxladığı xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olan bir ədəd polietilen kəsiyinə bükülmüş halda külli miqdarda 17,457 qram çəkidə narkotik vasitə heroin yaşadığ ı evin həyətyanı torpaq sahəsindən, bir ədəd polietilen kəsiyinə bükülmüş halda 1,468 qram çəkidə narkotik vasitə heroin yaşadığı evin qonaq otağının yuxarı sağ küncündə yerləşən mebelin üstündən, dörd ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,024 qram, 0,032 qram, 0,029 qram və 0,019 qram olmaqla, ümumilikdə 0,104 qram çəkidə narkotik vasitə heroin isə qonaq otağının sağ küncündə divara bərkidilmiş taxta telefon altlığının üzərindəki bir ədəd qırmızı rəngli plastmas materialdan hazırlanmış qabın içərisindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayətprosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, istintaq orqanı tərəfindən verilmiş əsassız ittihamın nəticəsində işin halları obyektiv, hərtərəfli və ədalətli araşdırılmadan barəsində qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən istintaq hərəkətləri düzgün aparılmamış, məhkəmələr onun barəsində qərar qəbul edərkən onun təqsirli bilinməsinə dair sübutları araşdırmadan, onlar arasında olan ziddiyyətləri tədqiq etmədən onu əsassız olaraq təqsirli bilmişdir. Qeyd olunanların nəzərə alınmasını, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni Apellyasiya baxışına təyin edilməsini xahiş etmiş dir. Müdafiəçi kassasiya şikayətində məhkum barəsində qəbul edilmiş məhkəmə qərarlarının qanunsuz olduğunu qeyd etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə digər məhkumlar ifadələrində Məhkum təqsirsiz olduğunu, qeyd olunan cinayət işi ilə əlaqəsi olmadığını vurğulamışlar. Lakin, birinci instansiya məhkəməsi iş üzrə sübutları nəzərdən keçirmədən, obyektiv araşdırmadan Məhkum barəsində ittiham hökmü çıxarmış, Apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlamaqla əsassız qərar qəbul etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərin nəzərə alınmasını, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş e dir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya inst ansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, iş materiallarında olan, Məhkum, X11, X9 və X4 ibtidai istintaq zamanı verdiyi ifadələrdən görünür ki, Anar Hüseynov tapdığı narkotik vasitə olan heroini satması üçün xalası oğlu Məhkum xahiş etmişdir. O Sahillə bir yerdə olarkən Sahil yanlarına gələn İlkin Yaqubova onlarda narkotik vasitə olan heroin olmasını və həmin heroinin satılmasında onlara köməklik etməsini, onlara müştəri tapmasını xahiş etmişdir. X17 İsgəndərov və Anar Kərimova bildirmişdir ki, narkotik vasitənin satılmasında onlara köməklik edəcək, İlkin Ağstafa şəhərində yaşayan Elçin adlı şəxsin adını çəkib bildirmişdir ki, Elçindən pul qarşılığında daimi olaraq narkotik vasitə almış, münasitbəti olduğundan Elçinlə danışıb narkotik vasitəni ona sata bilərlər. Onlar birlikdə Elçin adlı şəxsin yaşadığı Ağstafa şəhəri, M.Allahverdi küçəsində yerləşən 12 saylı evə gəl mişlər. Evin mətbəxində olarkən xalası oğlu Sahil cibində saxladığı sellofan bükülüdə ki, narkotik vasitə heroini çıxarıb Elçinə vermişdir. Elçin bükümü açdıqda içərisindəki narkotik vasitənin yaxşı mal olmasını, lakin yaş olduğundan bu halda narkotik vasitəni ala bilməyəcəyini, narkotik vasitənin nəm olduğundan quruduqda çəkisini itirəcəyini, arada boş-boşuna pulunu itrəcəyini bildirmişdir. Elçin özündə olan elektron tərəzi vasitəsi ona vermiş olduqları narkotik vasitəni çəkidikdə təxmini çəkisinin 24 qram olmasını müəyyən etmişlər. Evdə olarkən Elçin adlı şəxs narkotik vasitənin satışı ilə bağlı o və İlkin Yaqubovla söhbət etmişdir. Elçin adlı şəxslə razılığa gəlmişlər ki, Elçin narkotik vasitə heroini qurudacaq və 2-3 saatdan sonra gördükdə yenidən tərəzi vasitəsi ilə çəkib dəqiq çəkisi ni müəyyən edəcəklər. Elçin narkotik vasitə heroinin qramını 70 manatdan alacağını bildirmişdir. Elçin onu da bildirmişdir ki, hazırda pulu az olduğundan ilk olaraq 140 manat, bir neçə gündən sonra 500 manat, yerdə qalan qramların pulunu isə 15-20 gün müddətində hissə-hissə ödəyəcəkdir. Onlar narkotik vasitəni Elçinə verib çıxıb getmişlər... Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tu tulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42 -ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən Məhkumin təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, məhkumun ibtidai istintaq zamani verdiyi ifadəsi, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Gən cə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar