Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1127/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət i şi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 1(100)282/2021 nömrəli (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla xxx-də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayə t Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən müddətin bərpasına dair vəsatət verilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2022-ci tarixli 1(100)-282/2021 nömrəli (hakim N.Əliyev) qərarı ilə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edilmişdir. Həmin tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərardan Məhkum tərəfindən apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 18 noyabr 2022-ci il tarixli 1(104)-654/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılıb-buraxılmaması barədə qərar qəbul edərkən məhkəmələr tərəfindən heç bir araşdırma aparılmamışdır. Odur ki, qeyd edilənlərə əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa olunması barədə daha ədalətli qərar qəbul e dilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayı r. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 358.1.1-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materialında olan sənədlərdən görünür ki, Gəncə Ağır Cin ayətlər Məhkəməsinin hökmü 09 sentyabr 2021-ci il tarixdə çıxarılmış və hökmün surətini 16 sentyabr 2021-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə Məhkum təqdim edilmişdir. Lakin, məhkəmənin hökmündən yalnız 23 avqust 2022-ci il tarixdə, yəni təqribən 11 (on bir) ay müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Həmçinin, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, hökmün nəticə hissəsində həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-c ü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin qərarı elan olunduğu gündən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilməsi müddətini buraxmaqla apellyasiya şikayəti vermiş və müddətin buraxılması ilə bağlı üzrlü hesab edilə bilən səbəb qeyd etməmişdir. Məhkəmə kollegiyası bunu, həmçinin, birinci instansiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında Məhkum və onun müdafiəçisinin iştirak etməsini də nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1127/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1127/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver