Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1127/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3-cü ma ddəlləri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(103)-1433/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxxxx 1963-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, İİİ qrup əlil, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 yanvar 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.5-ci, 120.2.11, 181.2.5-ci, 181.3.3-cü və 181.3.4-cü maddələri ilə təqsirli bilinərək, 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli qərarına əsasən 10 (on) ay 02 (iki) gün cəza çəkməkdən vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə başqa şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq başqasının qanunsuz olaraq satış məqsəd i ilə digər mənbədən əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşdirdiyi bir bükümdə, təmiz çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 28 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində həmin yerdən götürüb sonradan başqa şəxsin tapşırığına əsasən onun deyəcəyi şəxsə vermək üçün üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 19:05 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin X17 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, ünvan 2 ünvanda saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış keçir ilən zaman əynindəki gödəkçənin sol iç hissəsindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı bir bükümdə, təmiz çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X4 (sədrlik edən), X12 və X6 ibarət məhkəmə tərkibində) 04 avqust 2021-ci il tarixli, 1(101)-1069/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəəzasının çəkilməsinin başlanğıcının 28 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində qətimkan tə dbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X13 və X10 ibarət məhkəmə tərkibində) 24 noyabr 2021-ci il tarixli, 1(103)1619/2021 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair 04 avqust 2021-ci il tarixli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 1(103)-1619/2021 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X16 və X3 ibarət məhkəmə tərkibində) 10 may 2023-cü il tarixli, 1(102)-878/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilməsi qərara alınmışd ır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət məhkəmə tərkibində) 08 dekabr 2023-cü il tarixli, 1(103)1433/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(101)-1069/2021 nömrəli hökmünün dəyişdirilməsi, Məhkum narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlərin təyin olunmasına dair göstəriş və müddəların hökmdən xaric edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 de kabr 2023-cü il tarixli, 1(103)-1433/2023 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
10. Məhkum kassasiya şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin heç bir göstərişinə əməl etməmiş, heç bir araşdırma aparmadan onun barəsində formal olaraq yekun qərar qəbul etmişdir.
11. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(103)-1433/2023 nömrəli qərarının Məhku m münasibətdə ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
13. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, b u instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi m əsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkum, onun təqsirli bilindiyi AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
20. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(103)-1433/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliy i üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
22. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şüb hələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
23. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
24. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
28. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası C M-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(101)-1069/2021 nömrəli hökmü ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmişdir.
29. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə qismən məhkəmə istintaqı aparmaqla iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkə mə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
30. Bununla yanaşı məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bi r təhlil edilərək araşdırılıb qiymət verilmişdir.
31. Məhkum kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını qeyd etsə də, mübahisələndirdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(103)1433/2023 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir.
32. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
33. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
34. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 08 dekabr 2023-cü il tarixli, 1(103)-1433/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(103)-1433/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.