Məhkəmə qərarları › İş №1(102)-1127/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1127/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1127/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum3 müdafiəçisi Müdafiəçi9 iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə və xx xxxxxx 1980-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1, 221.2.1, 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-9/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum3 müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etd i: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X. Nuriyev (sədrlik edən və məruzəçi), hakimlər A.Musayev və O.Cəlilov) 1(099)-227/2021 nömrəli 6 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 221.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı cəmi 3 (üç) ay 27 (iyirmi yeddi) günün bir günü azad lığın məhdudlaşdırılması cəzasının müddətinə 2 (iki) gün hesabı ilə hesablanmaqla 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması qərara alınmışdır. Həmçinin məhkəmə baxışında Məhkum3 əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən bu Məcəllənin 130.1-ci maddəsinə tövsif edilmiş, Məhkum3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyinə və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə CM-in 73.2-ci maddəsinin tələbinə əsasən Məhkum3 barəsində CM-in 130.1-ci maddəsi ilə cinayət təqibinə 6 dekabr 2021-ci il tarixli qərarla xitam verilməsi qərara alınmışdır. Həmiçinin Məhkum1 Azərba ycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 6 (altı) ay 10 (on) gün azadlıqdan məhrum etmə müddətinə bir günə birgün hesabı ilə hesablanmaqla cəzasını çəkib qurtarmış hesab olunması qərara alınmışdır. Həmin hökmlə və sonrakı məhkəmə qərarları ilə Məhkum2, Məhkum4 və Məhkum5 da Azərbaycan Respublikasının CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.Əliyev sədrlik edən və məruzəçi), R.Cəfərov və İ.Abddullayev) 1(106)-256/2022 nömrəli 13 aprel 2022-ci il tarixli qərarı ilə Lənkə ran Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli 1(099)227/2021 nömrəli hökmü dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 6 (altı) ay 10 (on) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəzasını çəkib qurtarmış hesab olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.Seyidov (sədrlik edən və məruzəçi), T.Kazımov və Ə.Novruzov) 1(102)-1372/2022 nömrəli 21 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasinin 13 aprel 2022-ci il tarixli qərarı məhkumlar Məhkum3 və Məhkum1 münasibətdə ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yenidən baxılmağa təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi), M.Bağırov və E.Xasməmmədov) 13 fevral 2023-ci il tarixli 1(106)-58/2023 nömrəli qərarı ilə icraat Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının icraatında olan M.Babayevin barəsində cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36, 123 və 130-cu maddələrinin əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 125 və 127-ci maddələri və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi baxımından hüquqi müəyyənlik prinsipinin tələblərinə u yğun olaraq şərh edilməsi ilə bağlı müraciətinə Konstitusiya Məhkəməsi tərəfindən baxılıb qərar qəbul edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər N.Mövsümov (sədrlik edən və məruzəçi), İ.Rəcəbov və V.Cəfərov) 1(102)-1234/2023 nömrəli 12 iyul 2023-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-58/2023 nömrəli 13 fevral 2023- ci il tarixli qərarı ləğv edilmiş və iş apellyasiya baxışına göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi), Y.Həşimov və E.Xasməmmədov) 1(106)-9/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021ci il tarixli 1(099)- 227/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı1 tərəfindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli 1(099)227/2021 nömrəli hökmündən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021ci il tarixli 1(099)-227/2021 nömrəli qərarından verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli 1(099)227/2021 nömrəli hökmü Məhkum3 və Məhkum1 münasibətdə ləğv edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli 1(099)227/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə Məhkum1 və Məhkum3 münasibətdə yeni ittiham hökmü çıxarılmış, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228. 4-cü maddəsi ilə təqsirli bilinərək müddətin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cı və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Məhkum3 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 29 may 2020-ci il tarixdən 31 may 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün və 29 iyun 2020-ci il tarixdən 24 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 3(üç) ay 25 (iyirmi beş) gün cəmi 3(üç) ay 27(iyirmi yeddi) gün təyin edilmiş cəzadan çıxılaraq üzərində 3(üç) il 2(iki) ay 3 (üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 7 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Eyni hökmlə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 1 (bir) il 6 (altı) ay 10 (on) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 5 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının 7 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum3 qanunsuz olaraq kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahı istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən əldə edib yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində saxlamış, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 8 may 2020-ci il tarixdə, saat 19:30-da həmin yaşayış ünvanına baxış keçirən zaman ona məxsus yataq o tağında olan çarpayının üzərindəki döşəyin altında gizlətməklə saxladığı bir ədəd soyuq silah aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum3 xx.xx.2020-ci il tarixdə, saat 21:40 radələrində tanışı Məhkum2 onun istifadəsində olan mobil telefona zəng edərək Ağcabədi rayonu ərazisində yerləşən “Ayılar” adlı restoranın qarşısında Məhkum4, Məhkum1 və Şahid4 Ağalar oğlu ilə arasında şəxsi münasibətlər zəminində mübahisə etmələri, həmin şəxslərin Ağcabədi şəhəri istiqamətində hərəkətdə olmaları, mübahisəni qanundan kənar yolla həll etmək, onları cəzalandırmaq üçün qarşısını yolda kəsməsini deməsinə görə o, dostu Məhkum5 götürərək birlikdə özünə məxsus “Changan” markalı avtomobillə qısa müddət ərzində, saat 22 radələrində Ağcabədi şəhəri, S.Vurğun küçəsində yerləşən Ağcabədi rayon Qaz İstism ar İdarəsinin qarşı hissəsinə gələrək avtomobil yolunda X3 olduğu Şahid6 idarə etdiyi “VAZ 2107” markalı avtomobilin qarşısını kəsib Şəmil Fərzəliyevlə mübahisə etmiş, mübahisə zamanı Rahib X1 olduğu avtomobilə yaxınlaşaraq üzərində olan açılıb-qatlanan cib bıçağı ilə Şəmil Fərzəliyevin sağ çiyin nahiyəsinə bir zərbə, sağ ayaq nahiyəsinə iki zərbə vuraraq ona sağ kürək nahiyəsində döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yara, sol sağrıda deşilmiş-kəsilmiş yara, sağ budda kəsilmiş yara xəsarətləri ilə müşayiət edilən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra Məhkum3 Şəmil Fərzəliyevi yerə yıxaraq onun sifət və bədən nahiyələrinə yumruqla vuraraq ona boynunda qançır və sağ saiddə sı yrıq xəsarətləri ilə müşayiət edilən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin vaxt Məhkum2, Məhkum1 və Məhkum4 hadisə yerinə çatmış, bu zaman Məhkum5 əlində olan açılıbqatlanan cib bıçağı ilə Məhkum1 sağ bud nahiyəsinə bir zərbə vuraraq ona sağ sağrıda bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, sonra həmin bıçaqla Məhkum4 bədəninin sol tərəfindən bir zərbə vuraraq ona döş qəfəsinin sol yarısının arxa səthində döş boşluğuna keçməyən deşilmişkəsilmiş yara xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bəd ən xəsarətləri yetirmiş, Məhkum2 isə əlində olan ağac dəyənəkdən silah qismində istifadə edərək qəsdən Məhkum4 baş, çiyin və kürək nahiyələrinə zərbələr vuraraq ona başın orta təpə nahiyəsində əzilmiş yara, sağ qaş üzərində qançır, sol bazu oynağının üst səthində qançır xəsarətləri ilə müşayiət edilən sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən və sol kürək sümüyünün oynaq çıxıntısının sınığı, sol İ, İİ, İİİ qabırğa qövslərinin basılmış sınığı xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, beləliklə, o, bir qrup şəxs halında ətrafdakı şəxslərə aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlı q, cəmiyyətə açıqcasına hörmətsizlik, ictimai ictimai qaydanın kobud surət pozulması və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, Məhkum3 xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində özünə məxsus “Changan” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirən zaman Ağcabədi şəhər sakinləri Zərərçəkmiş şəxs, X7, X4 və X8 onun yanına gələrək heç bir əsaslı səbəb olmadan əllərində olan beysbol idman oyununda istifadə olunan dəyənəklərlə ona məxsus “Changan” markalı avtomobilin bütün ön, arxa, sağ və sol yan şüşələrini, güzgülərini və digər hissələrini sındırıb əzərək onun bədəninin müxtəlif nahiyələrinə vurmaqla başın orta təpə nahiyəsində əzilmiş yara, sol kürək nahiyəsində səthi ə zilmiş yara, sol saidin aşağı səthində sıyrıq sağ baldırın ön səthində qançırla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, o, isə baş vermiş münaqişə zamanı əlində olan bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə bir neçə zərbə vuraraq ona sağ saidin yuxarı üçdə birinin arxa səthində, sağ saidin orta üçdə birinin arxa səthində və sağ saidin aşağı üçdə birinin arxa səthində kəsilmiş yara xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid və qarın boşluğuna arxadan dəlib keçərək sağ böyrək kapsulunun, qalxan çənbər bağırsağın zədələnmələri və daxili qanaxma ilə müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkum1 xx.xx.2020-ci il tarixdə saat 21:40 radələrində Ağcabədi rayonu ərazisində yerləşən “Ayılar” adlı restoranın qarşısında əmisi Məhkum4, əmisi oğlu Şahid4 Zülfüqar oğlu, əvvəlcədən tanıdığı Şahid3 və Məhkum2 arasında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisədən sonra, o yaşadığı evə getmək üçün tanışı Şahid5 idarə etdiyi “Mercedes” markalı avtomobilə, əmisi Məhkum4lə birlikdə əyləşərək Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən Məhkum2 onlarla aralarında olan mübahisə barədə tanışı Məhkum3 telefon vasitəsilə zəng edib məlumat verdiyinə görə Məhkum3 dostu Məhkum5 ilə birlikdə özünə məxsus “Changan” markalı avtomobillə qısa müddət ərzində, saat 22 radələrində Ağcabədi şəhəri, S. Vurğun küçəsində yerləşən Ağcabədi rayon Qaz İstismar İdarəsinin qarşı hissəsinə gələrək avtomobil yolunda tanışları Şahid6 idarə etdiyi və onun qardaşı X3 olduğu “VAZ 2107” markalı avtomobilin qarşısını kəsib Şəmil Fərzəliyevə fiziki müqavimət göstərdiyi zaman onlar həmin hadisəni görmüş, bu zaman o, avtomobildən yerə enərək qardaşı Şəmil Fərzəliyevi onların əlindən almaq üçün yaxınlaşmış, həmin vaxt Məhkum5 əlində olan açılıb-qatlanan cib bıçağı ilə onun sağ bud nahiyəsinə bir zərbə vurmuş, bu zaman o, əmisi Məhkum4 Məhkum2 tərəfindən ağac dəyənəklə vurulduğunu görüb yerdən götürdüyü açılıb-qatlanan cib bıçağı ilə qəsdən Məhkum2 qarın nahiyəsinə bir dəfə zərbə vuraraq, ona qarının sağ yarısının ön divarından qarın boşluğuna keçərək nazik bağırsağın və böyük piyliyin zədələnmələri ilə müş ayiət edilən bir ədəd deşilmişkəsilmiş yara xəsarəti ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-9/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum1 əməlinin CM-nin 130-cu maddəsinə tövsif edilməsi, həbsdə olduğu müddətin nəzərə alınaraq dərhal həbsdən azad olunması və ya yüngülləşdirici halları nəzərə alıb məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi xahiş olunur. Müdafiəçi kassasiya şikayətində qeyd edir ki, hadisənin birbaşa şahidləri olan Şahid5 və Şahid6 birinci instansiya məhkəməsində şahid qismində dindirilmələri üçün onların məcburi qaydada gəti rilmələrinə dair qərar qəbul edilməsinə baxmayaraq həmin şəxslərin məhkəməyə gətirilməsi təmin olunmamış, bununla da Avropa Konvensiyasının 6-cı maddəsinin “d” bəndinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsində həmin şəxslərin dindirilmələləri ilə bağlı müdafiə tərəfi vəsatət vermiş, Şahid5 məcburi gətirilməsinə dair məhkəmə qərar qəbul edilsə də, sonda həmin şəxsin də şahid qismində məhkəməyə gətirilməsi təmin olunmamışdır. İş materiallarından göründüyü kimi Məhkum3 CM-nin 221.2.1, Məhkum5 CM-nin 221.3 və Məhkum2 isə CM- nin 221.3 və 127.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək eyni tərəfdən çıxış edirlər. Hadisənin Məhkum2 təşəbbüsü ilə başlaması, onun Məhkum5 və Məhkum3 eyni tərəfdə olmaqla hücum edən tərəf olması həmin şəxslərə elan edilmiş ittihamda tam tə sdiqini tapmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, adı keçən həmin şəxslərdən Məhkum5 və Bəxiyar Zülfəliyevin barələrində CM-nin 221.3-cü maddəsi ilə qanuni qüvvəyə minmiş ittiham hökmü çıxarılmışdır. Əməlin düzgün tövsif edilməməsinin nəticəsidir ki, Məhkum2 əlində olan beysbol ağacı ilə Məhkum4 2 ədəd az ağır dərəcəli xəsarəti yetirdiyi halda, onunla barışmasına görə Məhkum2 elan edilmiş CM-nin 127.1-ci maddəsi ilə olan ittiham hissəsinə xitam verildiyi halda, Məhkum3 xuliqanlıq hərəkətlərinin qarşısını alarkən ona yetirdiyi yüngül xəsarətə görə E. Fərzəliyev CM-nin 221.3-cü maddəsi ilə ittiham olunur. Belə olan halda sual yaranır: əgər Məhkum1 Məhkum2 növbəti zərbəni vurmağa imkan verdiyi və Məhkum4 aldığı həmin xəsarətdən Məhkum1 bildirdiyi kimi ölərdisə, onda CPMnin 39.1.5-ci maddəs inə əsasən Məhkum4 barəsində cinayət təqibinə xitam verilməli idi. Belə çıxır ki, hadisə nəticəsində Məhkum4 sağ qalması onun təqsirli olmasına səbəb olan əsas haldır. Eyni zamanda diqqət çəkən məqamlardan biri də cinayətin törədilməsində xüsusilə fəal iştirak etmiş Məhkum2 barəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli 1 (102)-1372/2022 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində təyin edilmiş 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il müddətinə şərti hesab edilməklə həbsdən azad edildiyi halda, həmin şəxsin bir qrup şəxs tərəfindən törədilən və həmin cinayətin törədilməsində xüsusilə fəal iştirak edən Məhkum1 əməlinin qəsdən sağlamlığa ağır xəsarət vurma kim i qiymətləndirilməklə o, 3 il müddətinə azadlıqadan məhrum etmə cəzasına məhkum edilmişdir. Göstərilən hallar, iş üzrə məhkumların verdiyi ifadələr və şahidlərin verdiyi ifadələr məhkumun əməlində CM-nin 130-cu maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə həmçinin Məhkum1 himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, cinayətin fiziki məcburiyyət təsiri altında törətməsini, ciinayətin zəruri müdafiənin şərtlərini pozmaqla törətməsi, cinayətin zərər çəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində etməsinin, onun cinayət əməlinin törətməsindən sonra zərər çəkmiş şəxs Məhkum2 ilə barışıq əldə etməsini, Məhkum2 4000 (dörd min) manat məbləğində maddi yardım göstərərək ona dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, eləcə də ailənin yeganə qazanc gətirən üzvü olmasını, himayəsində ola n üç azyaşlı uşağın birinin səhhətində ciddi problemlərin olmasını nəzərə alaraq məhkum barəsində CM-nin 70-ci maddəsini tətbiq edilə bilər. Məhkum3 müdafiəçisi Müdafiəçi9 verdiyi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-9/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinə Məhkum3 barəsində bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd edir ki, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə g örə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərin i iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər Müdafiəçi1, Məhkum3 və kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarnı dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəm ə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum1 və Məhkum3 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmə iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanm ış digər sübutlara istinad etmişdir. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin CM-nin 130-cu maddəsinə tövsif edilməsi və ya yüngülləşdirici halların nəzərə alınması ilə məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi, Məhkum3 müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətində isə qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 126-ci maddəsində “qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya h ər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərər çəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində “xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzər ində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə” əməlinə görə məsuliyyət nəzərdə tuturlur və bu əməl min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin cinayət törədilən vaxt qüvvədə olan redaksiyasında “qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə ha lları istisna olmaqla” əməlinə görə məsuliyyət nəzərdə tutulmuşdu və bu əməl üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün mü əyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifə li şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halla rın məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X10rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir hal da məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəz ifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum1 və Məhkum3 əməllləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan baş qa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan ape llyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Məhkum1 və Məhkum3 tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin bir hissəsində məhkumun əməlinin hüquqi tövsifi mübahisələndirilmişdir. Məhkəmə kassasiya şikayətinin bu hissəsi ilə bağlı qeyd edir ki, işin hallarından görünür ki, Məhkum1 yaxın qohumu - qardaşı X6, özü və əmisi Məhkum4 qarşı Məhkum3, Məhkum5 və Məhkum2 silah qismində istifadə olunan əşya olan cib bıçağı, dəyənək (beysbol ağacı) ilə silahlanaraq onlara qarşı etmiş olduqları qərəzli xüliqanlıq hərəkətərindən özünün, qardaşı Ş.Fərzəliyev və əmisi Məhkum4 həyatını, sağlamlığını və hüquqlarını, onlara qəsd edən Məhkum2 zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qorumaq məqsədilə həmin anda hadisə yerindən tapdığı cib bıçağı ilə yetirdiyi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsi qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafi etmək hüququ vardır. Zəruri müdafiə dedikdə, ictimai təhlükəli qəsddən hücum edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür. Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir, bunun üçün real qəsd mövcud olmalı, qəsd başlamış, davam edən və hələ başa çatmayan olmalıdır. Qəsd o vaxt mövcud hesab olunur ki, o, qanunla qorunan ictimai münasibətlərə artıq zərər vurmağa başlamış və ya belə zərər vurmaq üçün bilavasitə təhlükə yaratmış olsun. Cinayət Məsəlləsinin 130.1-ci maddəsi zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurmaya görə cinayət məsuliyyətini nəzərdə tutur. Göstərilən cinayətin obyektiv cəhətinə aşağıdakılar daxildir: zəruri müdafiə həddini aşmanın mövcud olması,belə şəraitdə sağlamlığa ağır zərər vurma və zəruri müdafə həddini aşma aktı ilə vurulmuş zərər arasında səbəbli əlaqə. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya və sonuncu apellyasiya instansiyası məhkəmələri düzgün olaraq Məhkum1 əməlini qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirmi şlər. Belə ki, baş vermiş hadisənin mexanizmi və tədqiq edilmiş sübutların müqayisəli təhlili məhkəmələrin gəldiyi bu nəticəni, yəni sözügedən məhkumun hərəkətlərinin zəruri müdafiə həddini aşma kimi qiymətləndirməyə əsas vermiir. Bundan başqa Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində iş üzrə yüngülləşdirici halları nəzərə alıb məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi xahiş edilmişdir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum1 barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. B elə ki, cinayət işi üzrə Məhkum1 cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab ed ir ki, kassasiya şikayətinin bu barədə dəlilləri heç bir hüquqi əsası olmayan dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum3 əməlində CM-in 126.1, 221.2.1, 228.4cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum1 əməlini CM-in 126.1-ci maddəsi ilə, Məhkum3 əməlini isə CM-in 126.1, 221.2.1, 228.4-cü maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya m əhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkumlar tərəfindən onlara qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda apellyasiya məhkəməsi tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumların əməllərinin tövsifi ilə bağlı həmin məhkəmənin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzalarnın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti və onların cəzalarını yüngülləşdirən hallar nəzərə alınmaqla onların təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumlar barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum3 və X5 bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlərin təmin edilməsi üçün hər hansı bir qanuni ə sas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 noyabr 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum3 müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum3 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 noyabr 2024-cü i l tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar