Məhkəmə qərarları › İş №1(102)-1128/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1128/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1128/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, X müdafiəçisi, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Məmmədov Aqşin Şahin oğlunun iştirakları ilə,, Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli hökmündən məhkumun müdafiəçisi Məmmədov Aqşin Şahin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim X6) 30 avqust 2023-cü il tarixli hökmü ilə xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, X qeydiyyatda olmaqla yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 4 gün və 19 oktyabr 2022-ci il tarixdən 15 noyabr 2022-ci tarixədək və 13 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 14 (on dör d) gün və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü ilə cəza çəkdiyi 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət, cəmi 10 (on) ay 16 (on altı) gün müddət bir günə bir gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 30 avqust 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının (hakimlər: X12 oğlunun sədrliyi ilə, X9 və X2 ibarət tərkibdə) 22 noyabr 2023-cü il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli hökmü ləğv edilmişdir. Məhkum CM-in 234.2-ci maddəsi təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2022ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə ona təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə hazırkı hökmlə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etm ə cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən, onun xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü ilə 19 oktyabr 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək həbsdə olduğu 26 (iyirmi altı) gün müddət cəza çəkdiyi 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət, cəmi 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddət, bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 13 avqust 2023cü il tarixdən hesablansı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çək məsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum xx.xx.2022-ci ildə axşam saatlarında satış məqsədi ilə əldə etdiyi narkotik vasitə heronin bir qismini istifadə etdikdən sonra qalan hissəsini bükümlərə bölüb 1 bükümünü 10 manat müqabilində tanışı Təqsirləndirilən şəxs satmış və xx.xx.2022-ci il tarixdə saat 16:00 dəqiqədə Xəzər rayonu Binə qəsəbəsi Donuzçuluq savxozunda olan “Yaşıl Aptek”-in qarşısında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış keçirilərkən, əyindəki açıq göy rəngli cins şalvarın sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşk il edən siqaretin qara rəngli kağıza bükülü 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,190 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərir ki, apellyasiya instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərini pozaraq təqsirin olmasını sübut edən sənədləri və maddi sübutları hərtərəfli və obyektiv olaraq araşdırmamışdır. Kassasiya müəllifi qeyd edir ki, Məhkum şübhəli şəxs kimi saxlanılmasına və polis bölməsinə gətilməsinə əsas onun adının Səbuhi, üzünün saqqallı, özünün isə həyəcanlı olması səbəb olmuşdur. (Cild 1, səhifə 35). Belə ki, o polis bölməsinə gətirilməzdən əvvəl üzərinə baxış keçirilmişdir. Lakin şəxsin PB-nə dəvət edilməsi, onun müqavimət göstərmədən g əlməsi və bu zaman üzərində olan narkotik vasitəni üzərində saxlayaraq polisin inzibati binasında onlara təqdim etməsi inandırıcı deyil. Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını sübut edən faktlardan biri kimi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi olmuşdur. Bununla əlaqaədar müdafiəçi hesab edir ki, məhkəmənin bu qiymətləndirməsi tam və hərtərəfli deyil və fakt obyektiv olaraq araşdırılmamışdır. Belə ki, video çəkiliş ilə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs “Səbuhi adlı şəxsdən almışam” ifadəsini işlətmiş, sonrakı dindirmələrdə isə “Məhkum almışam” kimi ifadə vermişdir. Lakin məhkəmə Səbuhi adlı şəxsin və ya Məhkum şübhəli şəxs olan Məhkum olub-olmaması ilə bağlı ibtdai araşdırma zamanı CPM-ni 239-cu maddəsinə uyğun olaraq ş əxsin tanınması prosessual hərəkətinin aparılmamasına və onların ibtidai araşdırma zamanı heç vaxt üzləşdirilməməsinə diqqət yetirməmiş və beləliklə iş üzrə şübhəli şəxs olaraq cəlb edilən Məhkum Təqsirləndirilən şəxs narkotik vasitə satması faktı öz təsdiqini tapmadan o CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Buna əsas kimi, Səbuhinin narkotik vasitəni Rövşənə satmışam məzmununda etirafı olmuşdur. Lakin bu fakt da araşdırılmamış və Təqsirləndirilən şəxs tanınmaya təqdim edilməmişdir. Daha sonra, iş materiallarından görünür ki, Məhkum üzərindən çıxan narkotik vasitənin miqdarı 0.190 qramdır və ekspert rəyinə əsasən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Müdafiəçi hesab edir ki, məhkəmə ekspert rəyinə əsaslanan zaman heroinin kustar usulla hazırlanmış olmasına diqqə t yetirməmişdir. Belə ki, kustar üsulla hazırlanan heroini Məhkum “kakos” olaraq polislərə təqdim etmişdir ki, bu da digər heroindən həm rənginə, həm qiymətinə, həm də tərkibinə görə fərqləndirilməli və məsuliyyət yaradan çəkisi müəyyən edilməlidir. Kustar üsulla hazırlanan heroinin tərkibində başqa komponentlər də mövcud olduğundan onun əldə edilməsinin CM-in 234.1-ci maddəsilə məsuliyyət yaratması məhkəmə tərəfindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” uyğun olaraq qiymətləndirilməli idi. Məhkəmə kollegiyası video çəkilişlə aparılan şəxsi axtarış və götürməni sübut olaraq qəbul edərkən videonun özündə ehtiva etdiyi çəkiliş saatını göstərən məlumatları hərtərəfli ara şdırmamışdır. Belə ki, maddi sübutları araşdırarkən Məhkum iştirakı ilə aparılan şəxsi axtarış və götürmənin video çəkilişinin İphone 6s markalı mobil telefonla saat 16:43:01 16:47:21 radələrində, 4 dəqiqə 19 saniyə olmaqla həyata keçirildiyi bəlli olur. Lakin Təqsirləndirilən şəxs iştirakı ilə aparılan şəxsi axtarış və götürmə video çəkilişi saat 17:09:11-17:13:07 radələrində, 3 dəqiqə 55 saniyə olmaqla iphone 6s markalı mobil telefonla həyata keçirilmişdir. Şikayətdə qeyd olunur ki, apellyasiya instansiya məhkəmə işə baxarkən Məhkum barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar iş materiallarında əməliyyat tapşırığının olmasını görməyə bilməzdi. (cild 1, səhifə 34) Lakin məhkəmə kollegiyası icra edilən əməliyyat axtarış fəaliyyətinin nə prokurora, nə də məhkəməyə bil dirilməməsi ilə bağlı kobud qanun pozuntusuna qiymət verməmişdir. Həmçinin, məhkəmə kollegiyası Məhkum təqsirli olmasını sübut edərkən digər çoxsaylı mötəbər sübutlar ifadəsi işlədərək qeyri - müəyyənliyə yol vermişdir. Məhkəmə kollegiyası Məhkum tutulmasını saat 16:00 olaraq qəbul edilmişdir. Şahid kimi ifadə verən polislər və Nəcəfli X4 Səbuhinin səhər saatlarında, saat 10-11 arasında tutulduğunu bildirsə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı əldə edilən bu vacib məlumata qiymət verməmişdir. Müdafiəçi qeyd edir ki, polislərin Məhkum CM-in 234.2-ci maddəsilə təqsirli bilinməsindən sonra dərhal onun evində axtarış aparmaması da şübhə doğuran məqamlardan biridir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 22 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, elan edilmiş ittihamlar üzrə Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət fa ktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəmə sinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarı lmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa m ümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarın da qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əla mətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi və Məhkum Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə əsassız məhkum edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və ona bəraət verilməsi barədə tələb məhkəmə qərarı nın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkum istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar hərə kətləri törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, yaxud qanunsuz olaraq narkotik vasitələri satması apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib, yenidən təhlil edilmiş sübutların məcmusu ilə müəyyən edildiyindən, məhkəmə kollegiyası ittihamın bu hissəsi üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni şübhə altına almaq üçün əsas görmür. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallara və araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən müəyyən edimişdir ki, Məhkum xx.xx.2022-ci ildə axşam saatlarında satış məqsədi ilə əldə etdiyi narkotik vasitə heronin bir qismini istifadə etdikdən sonra qalan hissəsini bükümlərə bölüb 1 bükümün ü 10 manat müqabilində tanışı Təqsirləndirilən şəxs satmış və xx.xx.2022-ci il tarixdə saat 16:00 dəqiqədə Xəzər rayonu Binə qəsəbəsi Donuzçuluq savxozunda olan “Yaşıl Aptek”-in qarşısında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış keçirilərkən, əyindəki açıq göy rəngli cins şalvarın sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən siqaretin qara rəngli kağıza bükülü 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,190 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: “Nark otik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Müdafiəçi kassasiya şikayətində Məhkum təqsirliliyinə dəlalət edən sübutla rın qeyrimötəbər olması, ibtidai araşdırma orqanı tərəfindən prosessual pozuntularla yol verdiyini göstərsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri apellyasiya məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Belə ki, cinayə t işi üzrə tədqiq edilmiş sübutlara əsasən: Təqsirləndirilən şəxs X10 ibtidai istintaq zamanı dindirilmiş Məhkum elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki əvvəllər məhkum olunmamışdır. 3 ilə yaxın narkotik vasitə heroindən istifadə etmiş. həmin narkotik vasitəni isə Bakı şəhəri müxtəlif ərazilərindən tanımadığı şəxslərdən almış, sonuncu dəfə xx.xx.2022-ci ildə səhər saatlarında Suraxanı rayonu Suraxanı qəsəbəsinə getmiş və orada əvvəllər üzdən tanıdığı şəxsi görmüş, həmin şəxsə yaxınlaşıb 20 manat verib narkotik vasitə olan heroin almış və yaşadığı Binə qəsəbəsi Donuzçuluq savxozunda olan evinə getmişdir. Həmin narkotik vasitənin bir qismini özü istifadə etmiş, qalan narkotik vasitəni 2 bükümə bölmüşdür ki satıb pulunu çıxarsın, daha sonra həmin gün axşam saatlarında evdən çıxaraq yaşadığı evin yaxınlığında gəzərkən tanışı Təqsirləndirilən şəxs görmüş və Rövşənin də narkotik vasitə istifadə etdiyini bildiyindən, narkotik vasitə satmağı ona təklif etmişdir. Təqsirləndirilən şəxs 10 manat müqabilində 01 ədəd siqaretin qara rəngli kağızına bükülü bükümü satmış və Rövşən çıxıb getmiş, səhəri gün, yəni xx.xx.2022-ci ildə evdən çıxaraq evinin yaxınlığında olan “Yaşıl Aptek”-in qarşısına gəlmiş və saat 16 radələrində orada dayanarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onu narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün 3-cü PŞ-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyib birlikdə PŞ-də getmiş və orada şəxsiyyəti müəyyən olunduqdan sonra vəkil dəvət edilmiş, vəkilin iştirakıilə polis əməkdaşları videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirdikdə etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra polis əməkdaşları xidməti otaqda videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, əgər varsa təqdim etməyi təklif edilmiş, əynindəki açıq göy rəngli cins şalvarın sağ cibindəki 01 ədəd siqaretin qara rəngli kağıza bükülü bükümü cibindən çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, narkotik vasitə heroindir və onu xx.xx.2022-ci ildə səhər saatlarında Suraxanı rayonu Suraxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 20 manata almış, bir qismini istifadə etdindən sonra qalan hissəsini 2 bükümə bükmüş, bükümlərdən 01 bükümünü tanışı Təqsir ləndirilən şəxs 10 manata satmış, qalan bir bükümü polisə təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitələr götürülüb iştirakçıların işitrakı ilə zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Lakin, məhkəmədə Məhkum ibtidai istintaqda verdiyi ifadələrinin təzyiq və təsir, Təqsirləndirilən şəxs isə etirafedici həmin ifadələrinin işgəncə nəticəsində verdiklərini göstərmişlər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkumlar özləri və ya müdafiəçiləri tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmiş, müəyyən olunmamış və ümumiyyətlə öz təsdiqini tapmamışdır. Materialların məhkəmə ekspertizasının 6\4066 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən, tədqiqat a təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №244” dairəvi möhür əksi və “Saxlanılan şəxs: Məhkum-imza, Müdafiəçi: N.Mustafayevimza, iştirakçılar: -üç imza; Qablaşdırdı: V.Nəsirzadə-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkilsi - 0,190 qram qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqdim edilmiş, üzərində “AR ƏN MEMin Tədqiqat Obyekti-№68” li ştamp əksi ilə möhürlənmiş və “Ekspert rəyi № 6/4067 Təqsirləndirilən şəxs...” yazı əlavəsi olan bir ədəd kağız zərfdə Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd bükümdəki heroinlərlə (28 iyul 2022-ci il tarixli 6/4067 №-li ekspert rəyi) xarici əlamətlərinə və kimyəvi komponentrlərinə görə eynidirlər. Heroin 2005ci il 28 iyul tarixli Azərbaycan Respubl ikasının qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış aparılarkən, videogörüntüyə baxış keçirilərəkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onun üzərinə baxış keçirilərkən, ondan aşkar olunmuş narkotik vasitəni Məhkum 10 manata almasını göstərmişdir. Məhkum isə üzərinə baxış keçirilərkən ondan aşkar edilmiş narkotik vasitənin bir hissəsini 10 manat müqabilində Təqsirləndirilən şəxs satmasını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizanın 4216 saylı 1 avqust 2022-ci il tarixli rəyinə əsasən X1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar edillir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 27 iyul 2022-ci il tarixli protokola görə, həmin tarixdə saat 17:00-17:20 radələrində Məhkum üzərinə baxış keçirilərkən, əynində olan açıq göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd siqaretin qara rəngli kağıza bükülmüş, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materialında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən, Məhkum 28 iyul 2022-ci ildə Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cə lb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 8420 saylı xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş diskin içərisində olan məlumatlardan görünür ki, 051-841-4141 saylı nömrə ilə xx.xx.2022-ci ildə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində olmuşdur. İş materialında olan "xxxx" MMC X8 ilə İş Deparamenti tərəfindən verilmiş BKC/LGL3935/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş diskin içərisində olan məlumatlardan görünür ki, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələr sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. ***-***-**-** nömrə isə 27 iyul 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Xəqani küçəsində olmuşdur. İş materiallarında olan "xxxx" MM C tərəfindən verilmiş 12611 saylı xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş diskin içərisində olan məlumatlardan görünür ki, 050-78848-06 saylı nömrə xx.xx.2022-ci ildə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində olmuşdur. İş materialında olan "xxxx" MMC X8 ilə İş Deparamenti tərəfindən verilmiş BKC/LGL8311/23 saylı xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş diskin içərisində olan məlumatlardan görünür ki, ***-***-**-** nömrə 27 iyul 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Abşeron KTMİM adalanan ərazidə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, məhkum edilmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verər ək haqlı olaraq Məhkum birinci instansiya tərəfindən CM-in 234.1-ci tövsif etmiş olduğu əməlini CM-in 234.2-ci maddəsinə tövsif edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkum Cinayət Məcəlləsinin göstərilən maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə ko llegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzak irə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasın ın cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəmə sinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun y ekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hökmündə müəyyən olunan hallar əsasında Məhkumn təqsirli olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəmə baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən v ə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Məmmədov Aqşin Şahin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar