Məhkəmə qərarları › İş №1(102)-1128/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1128/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1128/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X16 və onun müdafiəçisi, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Hüseynov Xaliq Nazim oğlunun iştirakları ilə x xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,ali təhsilli,evli,himayəsində 1 azyaşlı övlad ı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4 və 234.11-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 1(103)-1791/2024 nömrəli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 1(101)-652/2023 nömrəli hökmü ilə (hakimlər: T.Q.Hüseynov (sədrlik edən), Ə.Q.Quliyev və F.A.Namazov) X16 - Azərbay can Respublikası CM-in 228.4 və 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023cü il tarixli 1(103)-1542/2023 nö mrəli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyun 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), Ş.Y.Yusifov və Ə.Ə.Novruzov) məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X9 barəsində olan 14 dekabr 2023-cü il tarixli 1(103)-1542/2023 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 1(103)-1 791/2024 nömrəli hökmü ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş və X9 Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyun 2024-cü il tarixli 1(101)652/2023 nömrəli hökmü ləğv edilmiş, X12 Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən X5 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamış, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Belə ki, o, ist intaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, habelə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 2,598 qram kustar üsulla hazırlanmış “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, onun n arkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı bəraət almış şəxs həmin tarixdə saat 17:00-da Nərimanov rayonu, Məmməd Araz küçəsi 109 ünvanının yaxınlığında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 18:34-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, sağ çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasının içərisindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, bir ədəd sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrıayrılıqda 2,245 qram və 0,353 qram olmaqla ümumilikdə külli miqdarda 2,598 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməmiş və bunun nəticəsi olaraq X12 CM-in 228.4 və 234.1-1-ci maddələri ilə bəraət verilmişdir. Belə k i, məhkəmənin təqsirləndirilən şəxsə bəraət verərkən qeyd etmişdir ki, tərtib edilmiş 20 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulmasi haqqında qərara və protokola, habelə eyni tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola görə bəraət almış şəxs faktiki olaraq həmin gün saat 17:00-da tutulmuş, onun üzərində axtarış 19.00dan başlanılıb, protokolda göstərildiyi kimi, 19.22-də qurtarmışdır. Belə vəziyyətdə bəraət almış şəxsin 20 iyun 2022-ci il tarix saat 17.00 tutulduğu halda, şəxsi axtarış və götürmə protokolunun bəraət almış şəxsin psixotrop maddə ilə tutulduğu yerdə və vaxtda deyil, bundan 2 saat sonra, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərtib edilməsi kimi suallar çıxır ki, onların da məhkəmə tərəfindən cavabsız qoyulması (həmin məsələlərin araşdırılm aması) psixotrop maddənin və soyuq silahın götürülməsi haqqında protokolun mümkünlüyünə və mötəbərliyinə, eləcə pe həlledici şəkildə maddi sübutun üzərində qurulmuş ittihamın əsaslılığına ciddi şübhələr yaradır. Protest müəllifi hesab edir ki, həm milli qanunvericilik, həm də ölkənin tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalar bu hüququn təminatına həssas yanaşır və təsadüfi deyil ki, CPM-nin təkcə 90-сı maddəsində şübhəli şəxsin 24 hüququ və 7 vəzifəsi təsbit olunmuşdur. Bu baxımdan, yalnız bu hüquq və vəzifələrin vəkilinin iştirakı ilə şübhəli şəxsə elan edilməsi, vəkilin təqdimatı və təyin olunması, ona şübhənin mahiyyətinin bildirilməsi və cinayət prosesini həyata keçirən orqana və ya vəzifəli şəxslərə etiraz etmək hüququnun izah olunması şəxsi axtarış aparılana qədər müəyyən müddətin ke çməsini müdafiə hüququnun təminatı baxımından labüd və zəruri etmişdir. Eyni zamanda məhkəmənin qeyd etdiyi xüsusatlardan biri də, bəraət almış şəxsin saxlanıldığı yerdə üzərində dərhal şəxsi axtarışın aparılması üçün şəraitin olmamasını bildirsələr də, bunun üçün maneələrin nədən ibarət olması cinayət işinin materiallarından görünmədiyi qeyd etmişdir. Halbuki, iş materiallarından da görünür ki, təqsirləndirilən şəxs küçədə vətəndaşların hərəkətdə olduğu yerdə saxlanılmış və belə bir vəziyyətdə polis əməkdaşları tərəfindən dərhal şəxsi axtarışın aparılması mümkün olmamışdır. Hətta iş üzrə dindirilmiş şahid ifadələri də bunu təsdiq edir. Belə ki, polis əməkdaşları dindirilərkən öz ifadələrində şəxsi saxladıqları yerin yol kənarı olduğunu və insanların çoxluğu ilə bağlı saxlanıldığı yerdə şə xsi axtarış aparılmasının mümkünsüzlüyünü bildirmişdirlər. Buna baxmayaraq məhkəmə həmin yerdə təxirəsalınmadan təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinin mümkünsüzlüyünü polis əməkdaşlarının mülahizələri ilə əsaslandırmışdır. Lakin göründüyü kimi əksinə məhkəmənin təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışın dərhal saxlanıldığı yerdə həyata keçirilməsinin mümkünlüyü də gəldiyi mövqeyi məhz məhkəmin öz şəxsi mülahizəsinə əsaslanmışdır. Bundan başqa məhkəmə bəraət hökmü verərkən qeyd etmişdir ki, X9 döyülməsi və işqəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmiş, hətta hadisədən uzun müddət keçdikdən sonra aparılmış tibbi müayinə zamanı onda xəsarətlərin mövcüdluğu öz təsdiqini tapmışd ır. İş materiallarından da göründüyü kimi həmin faktlar üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərar müdafiə tərəfi tərəfindən mübahisələndirilməmiş, məhkəmə nəzarəti qaydasında ləğv edilməmişdir. Hal-hazırda qüvvədə olmuş rədd qərarının olmasına baxmayaraq məhkəmə həmin qərarın mövcudluğunu nəzərə almamış, həmin qərarı hazırkı cinayət işi üzrə preyudisial əhəmiyyətə malik olmamadığını bildirmişdir. Göründüyü kimi məhkəmə yenə də öz mülahizələrinə əsaslanaraq qeyd olunan ünvanların yaxın ərazi olmasını əsas götürərək həm təqsirləndirilən şəxsin, həm də şahidin ifadəsini əsas götürmüşdür. Belə ki, cinayət işindən göründüyü kimi təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00-da Nərimanov rayX22 109 ünvanını n qarşısında saxlanılmışdır. Göründüyü kimi sorğu edilmiş anten məlumatlarında müdafiə tərəfinin vəsatətdə qeyd etdiyi xüsusatlar öz əksini tapmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxsin və müdafiəçi X.Hüseynovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə m ahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normaların ın düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxs əməlində ittiham edildiyi cinayətlərin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirlə ndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci madd əsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hökmündə iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən hə min pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən X12 ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, habelə şəxsiyyəti istintaqa məlum olmaya n şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,598 qram kustar üsulla hazırlanmış “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı bəraət almış şəxs həmin tarixdə saat 17:00-da Nərimanov rayonu, Məmməd Araz küçəsi 109 ünvanının yaxınlığında saxlanılmaq la qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 18:34-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, sağ çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasının içərisindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, bir ədəd sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrıayrılıqda 2,245 qram və 0,353 qram olmaqla ümumilikdə külli miqdarda 2,598 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya baxışı zamanı dindirilmiş X3 ifadəsində və suallara cavabında göstərmişdir ki, ixtisasca iqtisadçı olmaqla 26 il iş staji var. Sonuncu iş yeri 2019-cu ildə bağlandıqdan sonra bir müddət işsiz qalmış və Türkiyəyə mühasib kimi getmək üçün iş təklifi almışdır. Orada meyvə işi ilə məşğul olacaqmış. Payızda getmiş və fevral ayında Rusiya Ukrayna müharibəsi başladığından may ayında qayıtmalı olmuşdur. Təxminən 20 gün sonra Avestanın binası ilə üzbəüz kafedə iki nəfər dostu ilə birlikdə olan zaman 6-7 nəfər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları onun əlini qandallayıb aparmışlar. Yalnız onu aparmışlar, digər iki nəfər dostları isə qalmışdır. Ondan 50000 manat tələb etmişlər, onu təhqir etmişlər. Daha sonra onu zirzəmiyə salmışlar. Növbəti gün ondan yenidən pul istəmişlər. Ümumiyyətlə, 2 gün yarım orada qalmışdır. Sonra qətimkan tədbiri üçün məhkəməyə aparmışlar. Həmin qaldığı günlərdə onu vurmuşlar, müxtəlif bədən xəsa rətləri yetirmişlər. O da ağrılara dözə bilməyib, məcbur olub etirafedici ifadə vermişdir. Ona demişlər ki, güya çantasından narkotik vasitə çıxdığını və yerdən tapdığını desin. Lakin o, demişdir ki, onun deyil. Bundan sonra dövlət hesabına olan müdafiəçini otaqdan çıxarıb, onu vurmuşlar. O bu barədə vəkilə də demişdir. Vəkil demişdir ki, bu adamlarla mübarizə aparmaq olmaz. Ona demişlər ki, döyülmə kağızını da atmalıdır, onun işini 234.1-1 etsinlər, yoxsa ona 6-7 il cəza verəcəklərdi. Onu Avesta ilə üzbəüz kafedə olarkən tutmuşlar, saat 4-5 radələri idi, yanında Orxan və Rasim adlı şəxslər var idi. Barəsində narkotiklə bağlı iş olmamışdır. Tutulana qədər xəsarəti olmamışdır. İstintaqda döyüldüyü üçün məcbur olub etirafedici ifadələr vermişdir. O, heç vaxt narkotik vasitədən istifadə etməm işdir. Əməkdaşlar kafeyə girib ona dedilər ki, ayağa qalxsın. Dostu nə olması barədə sula verdikdə, onu da sinəsindən vurdular, yıxılmışdır. 67 nəfər olmuşlar. Onu avtomobilə mindirib İdarəyə apardılar. İdarəyə gedərkən onun çantası polis əməkdaşlarından Şahid1 idi. Onu kafedə saxlayan zaman üzərinə baxış üçün şərait olmuşdur. Kafedə onlar heç nəyə baxmamışlar, üzərinə baxmamışlar və ya yanındakıların üzərinə baxış keçirilməmişdir. İstintaqı zamanı təqsirləndirilən şəxs X9 ibtidai istintaq zamanı verdiyi ifadələrində ona Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, əvvəlki ifadələrində məsuliyyətdən azad olmaq üçün yalandan polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qaldığını bildirmiş, lakin belə hal olmayıbdır. Əslində isə psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən bıçaq ona məxsusdur. Belə ki, tutulmazdan 3-4 gün öncə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi ərazisində piyada gəzən zaman yerdə yan-yana 01 ədəd sellofan büküm və 01 ədəd gümüşü rəngli kağız olduğunu görmüş, nəzərini cəlb etdiyindən həmin bükümün və kağızın içərisində nə olduğunu bilmək üçün onları yerdən götürmüş, bükümün və gümüşü kağızın içərisinə baxdıqda içərisindəki maddələrin psixotrop maddə metamfetamin olduğunu bilib üzərində gəzdirdiyi çantanın içərisinə qoymuş, belə ki, həmin bükümləri özündə saxlamaqda məqsədi nə vaxtsa onlardan istifadə etmək olmuşdur. Bundan əlavə həmin çantanın içərisində 2 il bundan öncə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hazırda yer ini xatırlamadığı köşkdən aldığı bıçağı da gəzdirmişdir. 20 iyun 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmiş, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil C inayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, polis idarəsində ilk öncə rus dilində təhsil aldığı üçün ona tərcüməçi təqdim edilmiş, daha sonra isə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, daha sonra ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış, ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. Bu təklifdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, sağ çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasını götürüb həmin çantanın iç ərisində olan 01 ədəd sellofan bükümü, 01 ədəd gümüşü rəngli kağız bükümü, 01 ədəd bıçağı, 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd dəridən hazırlanmış pul qabını, 01 ədəd gözlük qabını və mənzil açarlarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün və 01 ədəd gümüşü rəngli kağız bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, sellofan büküm və gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetamin olması müşahidə edilmiş, sonra bıçağa baxış zamanı məlum olmuşdur ki, dəmir materiallı, qatlanan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından fərqli bıçaqdır. Daha sonra təqdim etdiyi pul qabına və gözlük qabına baxış zamanı pul qabının içərisindən özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 10 manat pul, gözlük qabın içərisindən isə 01 ədəd gözlük və 01 ədəd gözlük dəsmalı aşkar olunmuş, şəxsi axtarış davam etdirilərkən əynində olan idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə və 01 ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddə metamfetamini 3-4 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsindən təsadüfən tapdığını və psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, təxminən 1-2 aya yaxın müddətdir psixotrop maddə metamfetamin qəbul etdiyini bildirmiş, bundan əlavə üzərindən aşkar edilmiş bıçağı təxminən 2 il əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbə sində hazırda yerini xatırlamadığı köşkdən aldığını və bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq polis əməkdaşı tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, daha sonra həmin zərflər imzalanmış, eyni zamanda aşkar edilmiş 10 manat pul, 01 ədəd əl çantası, 01 ədəd pul qabı, 01 ədəd gözlük qabı, 01 ədəd gözlük, 01 ədəd gözlük dəsmalı, mənzil açarları və 01 ədəd kibrit qutusu ona geri qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalımobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüş, daha sonra videoçəkiliş dayandırılmış və bu barədə protokol tərt ib edilmiş, protokol ucadan oxunduqdan sonra iştirakçılarla birlikdə protokola imza etmişdir (cild 1, iş vərəqi 102-105, cild 2, iş vərəqi 181-183). Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat tədbiri zamanı bəraət almış şəxsa yaxınlaşıb onu saxlamışlar, daha sonra idarəyə təhvil vermişlər. Onu harada saxladıqları dəqiq xatirində deyil. Əməliyyat tədbirində o, Şahid3 və Şahid2 iştirak etmişlər. O, şəxsi axtarış və götürmədə də iştirak etmişdir. Şəxsin çantası var idi. Həmin çantadan narkotik vasitə və bıçaq aşkarlandı. Verilən suallara cavab olaraq Şahid1 əlavə etmişdir ki, təqsirləndirilən şəxsi küçədə saxlamışlar. Həmin vaxt təqsirləndirilən şəxs hərəkətdə idi. Təqsirləndirilən şəxs hərəkətdə olan zaman tək idi. Şəxs saxlanılan zaman həmin yerdə üzərinə baxış keçirilməsi əlverişli şərait olmadığından mümkün deyildi. Yer ictimai yer idi, yolu kəsə bilərdilər. Şəxsi saxladıqdan sonra onlarn nəzarətindən kənar qaldığı an olmayıb. Şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən onda aşkarlanan xəsarətlər barədə məlumatı yoxdur. Onlar tərəfindən bəraət almış şəxsa hər hansı xəsarət yetirilməmişlər. Şəxsin saxlanılması haqqında protokolu təhqiqat orqanı tərtib etmişdir. Kriminalist qrup olmadığı üçün çəkilişi əməliyyatçılar aparmışdır. Şəxsi saxladıqları küçənin adını dəqiq xatırlamamış, Atatürk parkına yaxın idi. Şəxsi saxladıqları zaman üzərində hər hansı xəsarət yox idi və ona hər hansı fiziki zorakılıq olmayıb. Şəxsin üzərində olan xəsarətləri hansı şəraitdə alması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs şifahi sor ğu zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün tapdığını dedi. Şəxsi saxladıqları yerlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi arasında tıxac olmasa 15 dəqiqəlik məsafə var. Həmin ərazidə 16-cı polis bölməsi var. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi şəxsi saxladıqları yerə 16-cı polis bölməsinə nisbətən daha yaxındır. Şəxsi saxlayan zaman üzərinə baxış keçirilməsi üçün əlverişli şərait olmadığından mümkün olmamışdır. İctimai yer idi, insanların toplaşdığı yer olduğu üçün saxlanıldığı zaman baxış keçirmədilər. Şəxsi təqribi saat 5-6 radələri saxlamışlar. Onun barəsində narkotik və psixatrop maddələrin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumat daxil olmuşdu. Əməliyyat işi açılmamış, sadəcə məlumat əsasında saxlanılmışdır. Şəxs barəsində daxil olan ə məliyyat məlumatı əsasında müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı şahidin dindirilməsi ilə əlaqədar olaraq X16 bildirmişdir ki, onu Avestanın qarşısındakı kafedə iki dostu ilə əyləşdiyi zaman saxlamışlar. Kafenin adını dəqiq xatırlamır. Şahid1 tərəfindən ona xəsarət yetirilmişdir. O, üç gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində müvəqqəti saxlama yerində qaldı. Onu iki nəfər döymüşdür. Biri Şahid1 idi, digərini isə tanımamışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, şəxs barəsinə 20 iyun 2022-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Şəxsin olduğu yerə, Nərimanov rayonu, Məmməd Araz küçəsinə getmişlər, ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra şübhənin mahiyyətini izah etmişlər. Daxil olan əməliyyat məlumatı külli miqdarda narkotik vasitənin əldə edilməsi, daşınması ilə bağlı olmuşdur. Şəxsə şübhənin mahiyyətini izah etdikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə gətirmişlər. Üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Şəxs özü bildirmişdir ki, üzərində iki büküm metamfetamin var və onu təqdim etdi. Daha sonra narkotik vasitə qablaşdırıldı. Özünün bildirdiyinə əsasən narkotik vasitəni 3-4 gün öncə Nərimanov rayonu ərazisindən tapmışdır. Verilən suallara cavab olaraq Şahid3 ifadəsində göstərmişdir ki, şübhəli şəxsi küçədə saxlamışlar. Həmin vaxt gündüz idi, hava qaranlıq deyildi. X22 küçəsində hərəkətdə olarkən saxlamışlar. Şəxsin geyimini xatırlamır, çantası var idi, lakin çantasının rəngini xatırlamır. Narkotik vasitə səhv etmirəmsə çantadan çıxmışdır. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şəxsi avtomobillə gətirmişlər. Saxlanılan zaman qoluna qandal taxmamışlar. Saxladıqları yer yol kənarı idi. İnsanların çoxluğu səbəbindən saxlanılan zaman baxış keçirilə bilmədi. Onun nəzarətdən kənarda qaldığı an olmayıb. Şəxsi ilk öncə Şahid1 tanıdı. Şəxsi saxladıqdan sonra təhqiqata təhvil vermişlər. S0onrakı proseslər ona aid olmamışdır. Şəxsi müvəqqəti saxlama yerinə o təhvil verməmişdir. Şəxsi müvəqqəti saxlama yerinə kimin təhvil verdiyini xatırlamır. Ona hər hansı xəsarət yetirməmişlər, üzərində aşkar edilən xəsarətlər barədə məlumatım yoxdur. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, səhv etmirsə, 20 iyun 2022-ci il tarixdə daxil olan əməliyat məlum atı əsasında şəxsi Məmməd Araz küçəsində saxlamışlar və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə gətirib üzərinə baxış keçirilmişdir. Üzərindən iki bükümdə metamfetamin və şəxsi əşyaları aşkarlandı. Üzərindən aşkarlanan narkotik vasitənin metamfetamin olduğunu bildirdi və bir neçə gün öncə tapdığını dedi. X22 küçəsində, Atatürk prospektinə gedən istiqamətdə saxlamışlar. Onu saxladıqları yerdən Atatürk prospektinə və ya Avesta şirkətinə nə qədər məsafə olduğunu xatırlamır. Şəxsi saxlayan zaman saat 4-5 radələri olardı. Ətrafda insanlar və avtomobillər var idi. Şəxsi saxlayan zaman geyimi necə idi xatırlamır. Narkotik vasitə haradan aşkar edildiyini xatırlamır. Şəxsin üzərinə baxış keçirildikdən sonrakı proseslər ona aid deyildi. Şəxsi axtarış və götürmədə iştirak etmişdir. Şəxs in üzərindən narkotik vasitədən əlavə bıçaq da aşkarlandı. Təqsirləndirilən şəxsi saxlayan zaman o tək idi. Saxlayan zaman onun üzərində hər hansı xəsarətlər yox idi, habelə təqsirləndirilən şəxsi saxlayan zaman onun tərəfimdən və ya digər əməkdaşlar tərəfindən ona xəsarət yetirilməyib. Şəxsə təcridxanaya daxil olarkən aşkarlanan xəsarətləri hansı şəraitdə alması barədə məlumatı yoxdur. Şəxsi saxladığımız zaman üzərinə baxış üçün əlverişli şərait yox idi. Yol kənarı idi. Həmçinin apellyasiya baxışı zamanı şahidin dindirilməsi ilə əlaqədar olaraq X16 bildirmişdir ki, onu saxlayan şəxslərdən biri də X olmuş, X birlikdə Şahid2 də ona xəsarət yetirmişdir. Zirzəmi kimi yer idi, ona orada xəsarət yetirmişdilər. Ona demişlər ki, çəkiliş zamanı çantasından narkotik vasitəni çıxarsın və desin ki, o nundur. O isə onun olmadığını demişdir. Müdafiəçini otaqdan çıxarıb onu vururdular. Onu əl və ayaqla vururdular. İşdə olan xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda bəraət almış şəxsadlı şəxsin külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, bəraət almış şəxsadlı şəxs xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X13r (cild 1, iş vərəqi 3). İşdə olan xx.xx.2022-ci il tarix li raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X9 olduğu yer müəyyən edilərək həmin gün saat 17:00-da ünvan 2 ünvanının yaxınlığında saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə həmin şəxslə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, müşayiə t altında saxlandığı yerdən Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskdən görünür ki, şübhəli şəxs X16 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra X16 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, sağ çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasının içərisində olan 01 ədəd s ellofan bükümü, 01 ədəd gümüşü rəngli kağız bükümü, 01 ədəd bıçağı, 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd dəridən hazırlanmış pul qabını, 01 ədəd gözlük qabını və mənzil açarlarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün və 01 ədəd gümüşü rəngli kağız bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, sellofan büküm və gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetamin olması müşahidə edilmiş, sonra bıçağa baxış zamanı məlum olmuşdur ki, o, dəmir materiallı, qatlanan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından fərqli bıçaqdır. Daha sonra təqdim etdiyi pul qabına və gözlük qabına baxış zamanı pul qabının içərisində n özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 10 manat pul, gözlük qabın içərisindən isə 01 ədəd gözlük və 01 ədəd gözlük dəsmalı aşkar olunmuş, şəxsi axtarış davam etdirilərkən əynində olan idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Şifahi sorğu zamanı X16 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə və 01 ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddə metamfetamini 3-4 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsindən təsadüfən tapdığını və psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, təxminən 1-2 aya yaxın müddətdir psixotrop maddə metamfetamin qəbul etdiyini bildirmiş, bundan əlavə üzərindən aşkar edilmiş bıçağı təxminən 2 il əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hazırda yeri ni xatırlamadığı köşkdən aldığını və bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq polis əməkdaşı tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, daha sonra həmin zərflər imzalanmış, eyni zamanda aşkar edilmiş 10 manat pul, 01 ədəd əl çantası, 01 ədəd pul qabı, 01 ədəd gözlük qabı, 01 ədəd gözlük, 01 ədəd gözlük dəsmalı, mənzil açarları və 01 ədəd kibrit qutusu ona geri qaytarılmışdır (cild 1, iş vərəqi 40-43). İşdə olan xx.xx.2022-ci il tarixli, 007-18426-1222 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, təqsirləndirilən şəxs X9 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini və bıçağı kimdən, necə və hansı şəraitdə əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslərlə əlaqəsini müəyyən etmək məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, qeyd olunanlarla bağlı müsbət nəticə əldə olunmamışdır (cild 1, iş vərəqi 175). İşdə olan məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/853 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 1, iş vərəqi 187-190). İşdə ol an Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisinin 454-C-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X9 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında araşdırma aparılmış, ərizədə göstərilən faktlar yoxlama zamanı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 82-85). İşdə olan mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X12 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış nəticəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir (cild 1, iş vərəqi 170). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X12 məxsus telefon nömrəsinə aid giriş-çıxış zəngləri, sms mətnləri və anten dairələrinə dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş CD diskə baxış keçirilmiş, baxış nəticəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir (cild 1, iş vərəqi 170). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs X16 ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 bəraət almış şəxsin üzərində psixotrop maddə və bıçaq aşkar edilməsi, habelə İsayev bəraət almış şəxsa qarşı hər hansı fiziki zorakılıq və işgəncə verilməməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cil d 2, iş vərəqi 131136). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs X16 ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid3 bəraət almış şəxsin üzərində psixotrop maddə və bıçaq aşkar edilməsi, habelə bəraət almış şəxsa qarşı hər hansı fiziki zorakılıq və işgəncə verilməməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 2, iş vərəqi 137143). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs X16 ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid2 bəraət almış şəxsin üzərində psixotrop maddə və bıçaq aşkar edilməsi, habelə bəraət almış şəxsa qarşı hər hansı f iziki zorakılıq və işgəncə verilməməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 2, iş vərəqi 144150). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs X16 ilə X7 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı X2 İsayevin üzərində psixotrop maddə və bıçaq aşkar edilməsi, habelə bəraət almış şəxsa qarşı hər hansı fiziki zorakılıq və işgəncə verilməməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 2, iş vərəqi 153-155). İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4194 nömrəli rəyindən görünür ki, tibbi yoxlama zamanı X16 əvvəllər nadir hallarda narkotik vasitə marixuanadan onu siqaretə doldurub çəkməklə və 2-3 aydır ki, arabir düşəndə psixotrop maddə meta mfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Müayinə zamanı narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə etmənin xarakterik əlamətləri, bu maddələrə qarşı abstinensiya əlamətləri aşkar olunmur. Narkotik vasitələrin və psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılıq yoxdur. X1 və psixostimulyatorlardan istifadə etmə halları olub. Narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 191-192). Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, 20 iyun 2022-ci il tarixdə qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən həmin tarixli digər qərarla yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən bəraət almış şəxs, bütün prosessual sənədlərdə göstərildiyi kimi, həmin tarixdə saat 17:00-da ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və onun üzərində müdafiəçisi R.Əhmədovun iştirakı ilə axtarış keçirilərkən sağ çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasının içərisindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, bir ədəd sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı- ayrılıqda 2,245 qram və 0,353 qram olmaqla ümumilikdə külli miqdarda 2,598 qram təmiz çəkidə psixotrop maddə me tamfetamin aşkar edilərək götürülmüşdür. Tərtib edilmiş 20 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərara və protokola, habelə eyni tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola görə bəraət almış şəxs faktiki olaraq həmin gün saat 17:00-da tutulmuş, onun üzərində axtarış 19:00-dan başlanılıb, protokolda göstərildiyi kimi, 19:22-də qurtarmışdır. Məhkəmə kollegiyası hesab edir edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “CPM-nin 90.11.2-ci maddəsinə əsasən, bəraət almış şəxs şübhəli şəxs qismində tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsini daşımışdır və hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları hər birisi ayrı-ayrılıqda bəraət almış şəxsin saxlanıldığı yerdə üzərində dərhal şəxsi axtarışın aparı lması üçün şəraitin olmamasını bildirsələr də, bunun üçün maneələrin nədən ibarət olması cinayət işinin materiallarından görünmür. Belə vəziyyətdə bəraət almış şəxsin 20 iyun 2022-ci il tarix saat 17:00-da tutulduğu halda, şəxsi axtarış və götürmə protokolunun bəraət almış şəxsin psixotrop maddə ilə tutulduğu yerdə və vaxtda deyil, bundan 2 saat sonra, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərtib edilməsi psixotrop maddənin və soyuq silahın götürülməsi haqqında protokolun mümkünlüyünə və mötəbərliyinə, eləcə də həlledici şəkildə maddi sübutun üzərində qurulmuş ittihamın əsaslılığına ciddi şübhələr yaradır.” Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından biri olan “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzər ə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir.Nəzərə alaraq ki, şikayətçiyə qarş ı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə bir daha təsdiq olunmuşdur ki, bəraət almış şəxs saxlanılan yerdə onun üzərinə baxış keçirilməsi üçün real maneə olmamış, polis əməkdaşları həm in yerdə təxirəsalınmadan onun üzərinə baxış keçirilməsini mümkünsüzlüyünü öz mülahizələrinə görə əsaslandırmışlar. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 vermiş olduğu ifadəsində göstərmişdir ki, bəraət almış şəxsin tutulduğu gün Gənclik tərəfdə "Avesta” ailəvi restoranı yaxınlığında bəraət almış şəxsvə X kafedə oturub yemək yediyini, oturduqları vaxt mülki formada adamların içəri daxil olduqlarını, bəraət almış şəxsı soruşduqlarını, özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etdikdən sonra bəraət almış şəxsi götürüb özləri ilə apardıqlarını bildirmişdir. Verilmiş suallara cavab olaraq bəraət almış şəxsın üzərində qara çanta və bıçağın, həmçinin üzərində hər hansı xəsarətlərin olmadığını, zəngləşib görüşdüklərini, görüşdükləri vaxt saat 16-17 radələri olduğunu bildirmişdir. Bundan əlavə iş üzrə təqsirləndirilən şəxs X9 istifadəsində olan (050) ***-**-** GSM nömrəsi üzrə, həmçinin X6 istifadəsində olan ***-***-**-** GSM nömrəsi üzrə 20 iyun 2022ci il tarixdə olan telefon danışıqlarının və nömrələrin istifadə edildiyi anten dairəsi barədə məlumatların müvafiq olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş, ***-***-**-** nömrəsi üzrə xx.xx.2022-ci il tarixdə, saat 17:32 radələrində anten dairəsi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, Atatürk parkı ünvanı göstərilmiş, 050 ***-**-** nömrəsi üzrə xx.xx.2022-ci il tarixdə, saat 16:14-dən saat 16:59-a qədər anten dairəsi ünvan 6 ünvanı göstərilmiş, saat 18:36-da Bakı şəhəri, Tofiq Bəhrəmov stadi onu ünvanı göstərilmişdir. Həmçinin göstərilən nömrələr arasında 20 iyun 2022-ci il tarixdə ilk dəfə saat 14:55 olmaqla sonuncu dəfə isə saat 15:32 olmaqla 4 dəfə danışıq qeydə alınmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, X9 və X6 istifadəsində olan mobil nömrələrin 20 iyun 2022-ci il tarixdə müxtəlif anten dairələrində olmasına baxmayaraq, adları qeyd edilən şəxslər arasında həqiqətən həmin tarixdə telefon danışıqlarının baş tutmasına əhəmiyyət verməmiş, göstərilən mobil telefon nömrələri üzrə anten dairələrində əks olunan ünvanların faktiki olaraq eyni ərazini əhatə etməsini, qeyd olunan anten dairələri arasında olan cüzi fərqin mobil rabitə operatorlarının müxtəlif radio-baza stansiyaları və radiotezliklərdə olmasınını nəzərə almamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, işə birinci instansiya məhkəməsində baxılarkən müdafiə tərəfi bəraət almış şəxsin təhqiqat və ibtidai araşdırmanın ilkin mərhələsində etirafedici izahatının və ifadələrinin ona qarşı fiziki zor tətbiq edilməklə alındığını iddia edərək bu barədə müvafiq sübutları məhkəmələrin diqqətinə çatdırmış, həmin izahat və ifadələrin sübutlar siyahısından çıxarılmasını xahiş etmiş, lakin məhkəmə bu xüsusatın da aydınlaşdırılması məqsədi ilə faktiki heç bir tədbir görməmiş və həmin məsələ ilə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisinin 454-C-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsini nəzərə alaraq bununla kifayətlənmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldat ma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Həmçinin qeyd edilməlidir ki, formalaşmış təcrübəyə əsasən şübhəli və ya təqsirləndirilən şəxslərin döyülməsi və işgəncələrə məruz qalmaları barədə onların şikayətləri üzrə bir qayda cinayət işinin başlanılması rədd edilməsi hallarına rast gəlinir. Əks təcrübəyə nadir hallarda rast gəlinir və ya yaxu da ümumiyyətlə rast gəlinmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 24 iyun 2022-ci il tarixli 17/384417 nömrəli məktubundan görünür ki, BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin hesabında olan həbs olunmuş şəxs bəraət almış şəxs 24 iyun 2022-ci il tarixdə, saat 10:35 radələrində üzərinə baxış keçirən zaman sağ budunun içəri tərəfində tünd-bənövşəyi rəngli, sol saidin arxa tərəfində bənövşəyi rəngli, qarnının civarında və belin sol tərəfində yaşılımtıl rəngli qançır izləri, sol dizaltı nahiyyədə isə sıyrılmış qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Həbs olunmuş bəraət almış şəxs fakt ilə əlaqədar olaraq bildirmişdir ki, həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman almışdır. Həmçinin cinayət işinə apellyasiya instansiya məhkəməsində baxılarkən ƏN PX-nin Bakı İstintaq Təcridxanası məhkəmə sorğusuna cavab olaraq sədrlik edən hakimə 9 avqust 2022-ci il tarixli məktub və məhkumun tibbi kitabçası ünvanlamış, həmin məlumatlardan da görünür ki, bəraət almış şəxsin 22 iyun 2022-ci tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinə zamanı bədəninin dəri səthinə baxış keçirilərkən sağ bazunun aşağı 1/3, sağ saidin orta 1/3 hissəsində, sağ dirsək çuxuru nahiyəsində bənövşəyi rəngli qançır, sol saidin aşağı 1/3 hissəsində, sol bazunun yuxarı və toxumalarda əzik, sol arxa qoltuq xətti boyu İİ-ci qabırğa səviyyəsində və sol qarın nahiyəsində bənövşəyi rəngli qançır, sol diz qapağında üzəri qartmaqlı yara müşahidə olunmuşdur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud h üquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəl i və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu m addəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mö vqeyi ilə razılaşaraq qeyd edir ki, X12 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X9 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsin satış məq sədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama, qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə cinayətlərini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsin əməlində Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəra ət almış şəxsin əməlində həqiqətən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlaması, qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirməsi cinayətlərinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqs irləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol ve rilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq X9 ittiham olunduğu cinayətləri törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda g östərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X16 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar