Məhkəmə qərarları › İş №1(102)-1129/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1129/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1129/2022 20.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi, vəkil Müdafiəçi4, maraqlarına toxunan şəxslər Maraqlı şəxs6 Əziz qızının, Maraqlı şəxs4, X3, Maraqlı şə xs3 nümayəndələri, vəkil Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-669/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərarından maraqlarına toxunan şəxslər X11 və Maraqlı şəxs5 tərəfindən birgə verilmiş kassasiya şikayətinə, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs1 və Maraqlı şəxs6 Əziz qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1955-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda v ə Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 16 avqust 2021-ci il tarixli ittiham aktı ilə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 179.3.2, 193-1.3.2, 308.2, 308-1.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür. 3. 03 sentyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halı nda qeyriləri ilə birlikdə öz qulluq mövqeyindən istifadə etməklə təqsirkara etibar edilmiş özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə birlikdə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə konversiya, köçürmə və sair maliyyə əməliyyatları və digər əqdləri həyata keçirməklə külli miqdarda pul vəsaitini vahid niyyətlə təkrarən leqallaşdırmış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyriləri ilə birlikdə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş və qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət büdcəsinin xeyli miqdarda vəsaitindən təyinatı üzrə istifadə etməmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 01 mart 2010-cu il tarixdən 01 avqust 2020-ci il tarixədək olan müddət ərzində qabaqcadan əl bir olan bir qrup şəxs halında ümumilikdə 16.893.868,89 avro, həmin dövrlərin məzənnəsi ilə 17.931.316,09 manat pul vəsaitini israf etmə və mənimsəmə yolu ilə təkrarən talamış, 11.156.716,69 avro, həmin dövrlərin məzənnəsi ilə 11.804.661,38 manat pul vəsaitini təkrarən leqallaşdırmış, dəfələrlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373,83 manat ekvivalentində 180.728,64 avro məbləğində mühüm zərər vurmuş və qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət büdcəsinin xeyli miqdarda 192.387,83 manat ekvivalentində 101.761,76 avro məbləğində pul vəsaitindən təyinatı üzrə istifadə etməmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-178/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2, 193-1.3.2, 308.2, 308-1.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 193-1.3.2-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308-1.1-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 44.2.1-ci maddəsinə müvafiq olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 13 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmə əsasən mülki iddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi, Məhkum 18.258.689,92 (on səkkiz milyon iki yüz əlli səkkiz min altı yüz səksən doqquz manat doxsan iki qəpik) manatın alınaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hes abına keçirilməsi, Baş Prokurorluğun depozit hesabında saxlanılan cəmi 50.217,16 manat məbləğində pul vəsaiti; Məhkum məxsus olmaqla qohumlarının adlarına rəsmiləşdirilmiş və üzərinə həbs qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 1243 A ünvanda yerləşən 12 iyul 2011-ci il tarixdə qeydiyyatdan keçmiş 252,69 kv.metr faydalı sahəsi olan bağ evi (0.12 ha torpaq sahəsi ilə birlikdə), ünvan 1 ünvanında yerləşən 318,4 kv.metr faydalı sahəsi olan mənzil, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kv.metr qeyri-yaşayış sahəsi olan 48 nömrəli və 35.4 kv.metr qeyri-yaşayış sahəsi olan 13 və 14 nömrəli mağazalar, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b ünvanında yerləşən 0.12 ha torpaq sahəsi, ünvan 3 ünvanında yerləşən 106,0 kv.metr f aydalı sahəsi olan mənzil, Abşeron rayonu Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.0 ha torpaq sahəsi, ünvan 5 ünvanında yerləşən 347,0 kv.metr faydalı sahəsi olan fərdi yaşayış evi və 0,04181 ha torpaq sahəsi, Monteneqronun Budva şəhəri, 3440KO, kadastr № 218/1, 137 kv.metr sahəli, bina 1, 47 ünvanında yerləşən mənzilin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-ci maddələrinə əsasən xüsusi müsadirə edilməsi və mülki iddianın ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Hökmlə həmçinin “Oskar” firmasının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 187.8 kv.metr və 188.8 kv.metr qeyri-yaşayış sahələri, ünvan 6 ünvanında yerləşən 369,1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi, “Oskar” firmasının mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 103,5 kv.metr sahəsi olan mənzil və “Oskar” firmasının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3001-ci məhəllədə (biznes mərkəzinin binası) yerləşən 2895,1 kv.metr qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş həbsin ləğv edilməsi müəyyən edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib hökmün ləğv edilməsi, ona bəraət verilməsi və xüsusi müsadirə olunmuş əmlakların üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir.

8. Müdafiəçi1 Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə verərək birinci instansiya məh kəməsinin 21 yanvar 2022-ci il tarixli hökmünün ləğv edilməsi, həmçinin İnsan Hüquqları və X6 haqqında Konvensiyanın 3, 5, 6 və 18-ci maddələrinin pozuntusunun tanınmasını xahiş etmişdir.

9. Hökmdən maraqlarına toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verib hökmün ona məxsus Monteneqronun Budva şəhəri, 3440KO, kadastr 1 218/1, 137 kv.metr sahəli, bina 1 1, 47 ünvanında yerləşən mənzilin xüsusi müsadirə olunması və mülki iddianın ödənilməsinə dair hissəsinin ləğv edilməsi, həmin əmlakın həbsdən azad edilməsini xahiş etmişdir.

10. Hökmdən maraqlarına toxunan şəxslər X11, Maraqlı şəxs3 və Maraqlı şəxs4 birgə apellyasiya şikayətləri verib, hökmün onlara məxsus olan əmlakların xüsusi müsadirə olunması və mülki iddianın yönəldilməsinə dair hissəsinin ləğv edilməsi, həmin əmlakların həbs dən azad edilməsini xahiş etmişlər.

11. Hökmdən maraqlarına toxunan şəxs Maraqlı şəxs5 apellyasiya şikayəti verib hökmün X3 birgə nikah müddətində əldə etdiyi və sonuncunun adında olan Abşeron rayonu Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.0 ha torpaq sahəsinin xüsusi müsadirə olunması və mülki iddianın yönəldilməsinə dair hissəsinin ləğv edilməsi, həmin əmlakın həbsdən azad edilməsini xahiş etmişdir.

12. Hökmdən maraqlarına toxunan şəxs Maraqlı şəxs6 Əziz qızı apelyasiya şikayəti verib hökmün onun mülkiyyətində olan əmlaklara xüsusi müsadirənin tətbiq olunması və mülki iddianın ödənilməsinə yönəldilməsi hissəsində ləğv edilməsi, bu əmlakların həbsdən azad edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-669/2022 nömrəli, 05 aprel 20 22-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından maraqlarına toxunan şəxslər X11 və Maraqlı şəxs5 tərəfindən birgə, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs1 və Maraqlı şəxs6 Əziz qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

15. Maraqlarına toxunan şəxslər X11 və Maraqlı şəxs5 birgə verdikləri kassasiya şikayətində qeyd etmişlər ki, onlar 18 avqust 1995-ei il tarixdə rəsmi nikah bağlamışlar. Birgə nikah dövründə əldə edilmiş əmlaklardan biri də 07 fevral 2007-ci il tarixdə notariat qaydada bağlanmış alqı-satqı müqavi ləsinə əsasən barəsində şikayət verdikləri torpaq sahəsi olmuşdur. Birinci instansiya məhkəməsi həmin əmlakın Məhkum məxsus olmasına dair heç bir araşdırma aparmamış və məhkəmə hökmündə bununla bağlı heç bir sübuta istinad etməmiş, bununla bağlı hər hansı sübutlar tədqiq etməmişdir. Apellyasiya məhkəməsi həmçinin həmin əmlakın Məhkum məxsus olmasına dair heç bir sübuta istinad etməmişdir. Məhkum elan olunmuş ittihamlar 2010-2020-ci illəri əhatə edir, lakin hazırki əmlak 2007-ci ildə onun vəsaiti hesabına Səbinə Hüseynovanın adına almışdır, Məhkum aidiyyəti yoxdur. Kassasiya şikayətində göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin qərarını Abşeron rayonu Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.0 ha torpaq sahəsinin xüs usi müsadirə tətbiq olunması və mülki iddianın ödənilməsinə yönəldilməsinə dair hissədə ləğv edilməsi və həmin əmlakın həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

16. Maraqlarına toxunan şəxs Maraqlı şəxs6 Əziz kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-178/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli hökmü ilə onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b ünvanında yerləşən 0.12 ha torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 318,4 kvadrat metr sahəsi olan mənzil, Bakı şəhəri Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kvadrat metr qeyri-yaşayış sahəsi olan 48 nömrəli, 35.4 kvadrat metr qeyri-yaşayış sahəsi olan 13 və 14 nömrəli mağazalarla bağlı xüsusi müsadirə tətbiq edilmiş və onlar mülki iddianın ödənilməsinə yönəldilmişdir. Hökmün göstərilən hissəsinin ləğv edilməsi və əmlakların həbsdən azad edilməsinə dair apellyasiya şikayəti təmin edilməmişdir. Müsadirə olunan əmlakların heç biri Məhkum adına daşınmaz əmlakın reyestrində qeydə alınmamış və o, hazırki iş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilməmişdir. Bundan əlavə mülkiyyətçi olaraq o, məhkəmə çəkişmələrinə cəlb edilməmiş və ona bununla bağlı hər hansı suallar belə verilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b ünvanında yerləşən 0.12 ha torpaq sahəsi mərhum X16ya Bakı Şəhər İcra Hakimiyyətinin Bağ İstehsalat İdarəsinin Bağlar İdarəsinin 01 aprel 1994-cü il tarixli, 62 nömrəli order əsasında verilmişdir. X16 13 avqust 1999-cı il tarixdə vəfat etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə onun iddiası əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə adına qeydiyyat vəsiqəsinin verilməsi həvalə edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və həmin məhkəmə qərarında da bağ sahəsinin vərəsəlik əsasında X16dan ona keçməsi müəyyən edilmişdir. Digər əmlaklarla bağlı Məhkumla birgə nikah dövründə əldə olunmuşdur. Bu səbəbdən onların cinayət yolu əldə edilməsi təsdiq olunsa belə, həmin əmlakların yalnız 1/2 hissəsinə tutma yönəldilə bilər. Göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-669/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 318,4 kv.metr mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kv.metr qeyri-yaşayış sahəsi olan 48 nömrəli və 35,4 kv.metr qeyri-yaşayış sahəsi olan 13 və 14 nömrəli mağazaların həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Maraqlarına toxunan şəxs Maraqlı şəxs4 kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-178/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli hökmü ilə onun mülkiyyətində olan və atasına aidiyyəti olmayan ünvan 5 ünvanında yerləşən 347,0 kvadrat metr sahəsi olan fərdi yaşayış evinə xüsusi müsadirə tətbiq edilmiş və bu əmlak mülki iddianın ödənilməsinə yönəldilmi şdir. Həmin fərdi yaşayış evinin Məhkum hər hansı aidiyyatı yoxdur, əmisi X4 məxsus olmuş və 04 may 2010-cu il tarixdə notariat qaydada bağlanmış bağışlanma müqaviləsinə əsasən ona bağışlanmışdır. Birinci instansiya məhkəməsi bu halları araşdırmamış və onu maraqlı şəxs kimi cəlb edib dindirməmişdir. Hökmdən verdiyi apellyasiya şikayəti heç bir araşdırılma aparılmadan təmin edilməmişdir. X5 Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı ərizədə bu hallar təsdiq olunmuş və mənzilin ona məxsus olması, sonradan qardaşı oğlu Maraqlı şəxs4 bağışlama müqaviləsinə əsasən verildiyi qeyd olunmuşdur. Məhkum elan olunmuş ittihamlar 2010-2020-ci illəri əhatə edir və hazırki əmlak 1994-cü ildən sonra Ələsgər Həsənov tərəfindən tikilmiş və 2010-cu ilin mart ayında mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Təqsirlə ndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Lakin belə şərtlər mövcud deyil və məhkəmə bu hallardan heç birini sübut etməyə cəhd belə etməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin qərarını mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən evə xüsusi müsadirə tətbiq olunması və mülki iddianın ödənilməsinə yönəldilməsinə dair hissədə ləğv edilməsi və həmin əmlakın həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Maraqlarına toxunan şəxs Maraqlı şəxs3 kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-178/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli hökmü ilə onun xüsusi mülkiyyətində olan və atası Məhkum aidiyyəti olmayan ünvan 3 ünvanında yerləşən mənzillə bağlı xüsusi müsadirə tətbiq edilmiş və həmin əmlak mülki iddianın ödənilməsinə yönəldilmişdir. Hökmün bu hissəsi onun mülkiyyət hüququnu pozduğundan ondan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-669/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmü həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi onun şikayətinin dəlillərini ümumiyyətlə müzakirə etməmiş və onları təkzib et məyə cəhd belə etməmişdir. Barəsində xüsusi müsadirə tətbiq edilmiş ünvan 3 ünvanında yerləşən 106,0 kvadrat metr sahəsi olan mənzil anası Maraqlı şəxs6 adına “Azərbaycan Respublikasında Dövlət Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanuna müvafiq olaraq 22 mart 1994-cü il tarixdə özəlləşdirilmiş, yəni əvəzsiz olaraq mülkiyyətinə verilmişdir. Mənzilin özəlləşdirilməsi sənədlərində birbaşa olaraq bu qeyd olunmuşdur. Həmin mənzil ona 19 iyul 2019-cu il tarixdə anası tərəfindən bağışlanmış və həmin vaxtdan mülkiyyətindədir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin qərarını mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 203A ünvanında yerləşən 5 nömrəli mənzillə bağlı xüsusi müsadirə tətbiq olunması və mülki iddianın ödənilməsinə yönəldilməsinə dair hissədə ləğv edilməsi və həmin əmlakın həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Maraqlarına toxunan şəxs Maraqlı şəxs1 kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-178/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli hökmü ilə ona məxsus Monteneqronun Budva şəhəri, 3440KO, kadastr № 218/1, 137 kv.metr sahəli, bina № 1, 47 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası CMnin 99-1.1.1-99-1.1.4-cü maddələrinə əsasən xüsusi müsadirə edilmiş və mülki iddianın ödənilməsinə yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-669/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərarı ilə verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Mənzili atasının vəsaiti hesabı na üç il müddətində hissə-hissə ödənilməklə alınmışdır. Atası Sərdar Həsənov Azərsun Holdinqdə işləyir və yüksək əmək haqqı alır. Həmin mənzilin əmisi Məhkum məxsus olmasına dair hər hansı sübut yoxdur. Məhkəməyə bununla bağlı müraciət etsə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onu dəvət etməmiş, ifadəsini almamışdır. Apellyasiya məhkəməsi də həmçinin işə istintaq aparılmadan və əlavə sübutlar tələb edilmədən baxmışdır. Əmisi Məhkum barəsində aparılan cinayət işinin ona heç bir aidiyyəti olmadığı halda onun mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Belə ki, əmisi barəsində cinayət işi üzrə müstəntiqlər tərəfindən 17 avqust 2020 və 14 oktyabr 2020-ci il tarixlərdə dindirilmişdir. İfadə verərkən həyəcanlı olduğundan, eyni zamanda cinayət işi üzrə heç vaxt çağırılıb dindirilmədiyindən müstənti q nə yazsa imzalamaq məcburiyyətində qalmışdır. Müstəntiqlər ona bildirmişlər ki, onlar nə yazsalar o, imzalasın ki, onun əmisinə kömək edə bilsinlər. O da məcburiyyət qarşısında qalıb imzalamalı olmuşdur. Lakin sonra aldadıldığının şahidi olmuşdur. İfadələrində yazılanların hamısı müstəntiq tərəfindən qərəzli şəkildə onun adından istifadə etməklə əmisinə qarşı yönəlmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarını ona məxsus Monteneqro Respublikası, Budva şəhəri, 3340KO, kadastr № 218/1, 137 kv.metr sahəli, bina № 1, 47 ünvanında yerləşən mənzilin xüsusi müsadirə tətbiq olunması və mülki iddianın ödənilməsinə dair hissədə ləğv edilməsi və həmin əmlakın həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

20. Məhkəmə kollegi yası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

21. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

22. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

23. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

24. Maraqlarına to xunan şəxslər kassasiya müraciətlərində birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etmədiyini iddia edərək, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.

25. Məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

26. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir.

27. Həmin Məcəllənin Cinayət Məcəlləsinin 99-1.2 və 99-1.3-cü maddəsinə görə, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əml ak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

28. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərərçəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir).

29. Azərbaycan Respublikası CPM-nin 248.1, 248.1.2 və 249.1-ci maddələrinin tələblərindən göründüyü kimi, əmlak üzərinə həbs əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir. Əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nət icəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir (“Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 24 fevral 2022-ci il).

31. Hazırki cinayət işinin materialları və qəbul edilmiş məhkəmə qərarları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri ilə müqayisəli şəkildə təhlil edildikdə müəyyən edilir ki, Məhkum qarşı verilmiş ittihama əsasən onun törətdiyi cinayət əməlləri 01 mart 2010-cu il tarixdən 01 avqust 2020-ci il tarixə kimi olan dövrü əhatə edir. Öz növbəsində maraqlarına toxunan şəxslərin kassasiya şikayətlərinə qeyd etdikləri xüsusi müsadirə olunmuş daşınmaz əmlakların əldə edilmə əsasları və hüquqi rejimindən görünür ki, həmin əmlakların bir hissəsinin cinayət yolu ilə əldə edildiyi barədə nəticəyə gəlmək mümkün ols a da, digərlərinin əldə etmə tarixləri cinayət əməli törədilən dövrə aid deyil, bir hissəsi isə qanuni əsaslarla (bağışlama, vərəsəlik və s.) əldə edilmişdir.

32. Belə ki, məhkəmə kollegiyası maraqlarına toxunan şəxs Maraqlı şəxs3 kassasiya şikayətinə münasibətdə qeyd edir ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilmiş Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 203A ünvanında yerləşən 106 kv.metr sahəli 5 nömrəli mənzil üzərində mülkiyyət hüququnun əldə etmə tarixi Məhkum cinayət əməlini törətdiyi dövrün müddətinə düşsə də, həmin əmlak cinayət yolu ilə deyil, qanuni yolla əldə edildiyindən, məhkəmələrin həmin əmlak barəsində xüsusi müsadirənin tətbiq etməsi barədə mövqeləri əsassız olmuşdur.

33. İş materiallarından göründüyü kimi, sözügedən mənzil Azərbaycan Respub likası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş 30/20721 nömrəli qeydiyyat vəsiqəsi əsasında 30 mart 1994-cü il tarixdə Maraqlı şəxs6 Əziz qızının adına qeydiyyata alınmış (8-ci cild, i.v. 16), daha sonra 19 iyul 2019-cu il tarixli bağışlama müqaviləsi əsasında sonuncu tərəfindən qızı Maraqlı şəxs3 bağışlanmışdır (6-ci cild, i.v. 241). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 212348 nömrəli Çıxarışın surətindən isə görünür ki, həmin mənzil ********** nömrəli qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 3092 nömrəli reyestr k itabının 288737 nömrəli vərəqində 22 iyul 2019-cu il tarixdə Maraqlı şəxs3 adına qeydiyyata alınmışdır (6-cı cild, i.v. 238).

34. İstinad edilən sənədlərdən müəyyən edilir ki, ünvan 12 ünvanında yerləşən 106 kv.metr sahəli 5 nömrəli mənzil üzərində Maraqlı şəxs6 mülkiyyət hüququ cinayət əməli törədilən dövrdən əvvəl yaranmış və maraqlarına toxunan şəxs Maraqlı şəxs3 həmin mənzili bağışlama müqaviləsi əsasında qanuni yolla əldə etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin əmlak üzərində Maraqlı şəxs3 mülkiyyət hüququnun cinayət əməli törədilən dövrdə qeydiyyata alınması əsası ilə əmlak barəsində xüsusi müsadirənin tətbiq edilməsi qanuni nəticə kimi qəbul edilə bilməz.

35. Məhkəmə kollegiyası maraqlarına toxunan şəxslər X11 və Maraqlı şəxs5 tərəfindən birgə verilmiş kassasi ya şikayətinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarında olan satıcı X12 ilə alıcı X11 arasında bağlanmış 07 fevral 2007-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı 25 iyul 2006-cı il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olmuş torpaq sahəsini Səbinə Hüseynovaya satmışdır (6-cı cild, i.v. 269270, 271). Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən isə görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.0 ha torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitab ının 86 nömrəli vərəqində ********* nömrəsi ilə 13 aprel 2007-ci il tarixdə qeydiyyata alınmışdır (8-ci cild, i.v. 68).

36. Müvafiq olaraq, həmin torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş, əldəetmə müddəti cinayət əməli törədilən dövrdən kənardadır, əldəetmənin əsasını qanuni alqı-satqı müqaviləsi təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, X3 və Maraqlı şəxs5 birgə mülkiyyətində olan və cinayət əməli törədilən dövrdən kənar müddətdə əldə edilən Abşeron rayonu Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.0 ha torpaq sahəsi barəsində xüsusi müsadirənin tətbiq edilməsi qanuni nəticə kimi qəbul edilə bilməz.

37. Məhkəmə kollegiyası maraqlarına toxunan şəxs Maraqlı şəxs4 tərəfindən verilmiş kassasiya şikayətinə müna sibətdə qeyd edir ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilmiş Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi ünvanında yerləşən 347 kv.metr sahəsi olan 40 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun əldə etmə tarixi Məhkum cinayət əməlini törətdiyi dövrün müddətinə düşsə də, həmin əmlak cinayət yolu ilə deyil, qanuni yolla əldə edildiyindən, məhkəmələrin həmin əmlak barəsində xüsusi müsadirənin tətbiq etməsi barədə mövqeləri əsassız olmuşdur.

38. Cinayət işi materiallarında olan 04 may 2010-cu il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsinin surətindən görünür ki, X13 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 16 mart 2010-cu il tarixdə verilmiş MA seriyalı ******* nömrəli Çıxarışa əsasən ona məxsus o lan ünvan 5 ünvanında yerləşən 347 kv.metr fərdi yaşayış evini Maraqlı şəxs4 bağışlamışdır (6-cı cild, i.v. 279). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi ünvanında yerləşən 347 kv.metr sahəsi olan, 0.04181 ha torpaq sahəsində yerləşən 40 nömrəli fərdi yaşayış evi ********** nömrəli qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 12223 nömrəli vərəqində 26 may 2010-cu il tarixdə Maraqlı şəxs4 adına qeydiyyata alınmışdır (6-cı cild, i.v. 278).

39. İstinad edilən sənədlərdən müəyyən edilir ki, sözügedən əmlak X7 məxsus olmuş və həmin əmlakın cinayət əməli nəticəsində əldə edilməsi öz təsdiqini tapmamışdır. Maraqlarına toxunan şəxs Maraqlı şəxs4 həmin fərdi yaşayış evini əmisi X2 bağışlama müqaviləsi əsasında qanuni yolla əldə etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin əmlak üzərində Maraqlı şəxs4 mülkiyyət hüququnun cinayət əməli törədilən dövrdə qeydiyyata alınması əsası ilə əmlak barəsində xüsusi müsadirənin tətbiq edilməsi qanuni nəticə kimi qəbul edilə bilməz.

40. Maraqlarına toxunan şəxs Maraqlı şəxs6 Əziz qızının kassasiya şikayətinə münasibətdə qeyd edilir ki, həmin şikayətdə göstərilən əmlaklardan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 35,4 kv.metr ümumi sahəsi olan 13 və 14 nömrəli mağazalardan ibarət qeyri-y aşayış sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kv.metr ümumi sahəsi olan 48 nömrəli mağazadan ibarət qeyri-yaşayış sahəsi cinayət işi materiallarında olan və aşağıda göstərilən əsaslarla əldə edilmişlər: - X18 Aleksandrovna ilə alıcı Maraqlı şəxs6 Əziz qızı arasında bağlanmış 02 avqust 2005-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı 05 aprel 1997-ci il tarixdə verilmiş MH seriyalı 076712 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan qeyri-yaşayış sahəsini alıcıya satmışdır (6-cı cild, i.v. 244-245). - Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş QYM seriyalı 003074 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünü r ki, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 35,4 kv.metr ümumi sahəsi olan 13 və 14 nömrəli mağazalardan ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə 18 avqust 2005-ci il tarixdə 01 nömrəli reyestr kitabının 14 nömrəli səhifəsində 30/16927 nömrə ilə Maraqlı şəxs6 Əziz qızının adına qeydiyyata alınmışdır (cild 8, i.v. 28). - X9 ilə alıcı Maraqlı şəxs6 Əziz qızı arasında bağlanmış 02 avqust 2005-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı 05 aprel 1997-ci il tarixdə verilmiş MH seriyalı 092780 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan qeyri-yaşayış sahəsini alıcıya satmışdır (8-ci cild, i.v. 77-79). - Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qey diyyat İdarəsi tərəfindən verilmiş QYM seriyalı 003073 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kv.metr ümumi sahəsi olan 48 nömrəli mağazadan ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə 18 avqust 2005-ci il tarixdə 01 nömrəli reyestr kitabının 14 nömrəli səhifəsində 30/16928 nömrə ilə Maraqlı şəxs6 Əziz qızının adına qeydiyyata alınmışdır (cild 8, i.v. 63).

41. Müvafiq olaraq, həmin qeyri-yaşayış sahələri üzərində Maraqlı şəxs6 Əziz qızının mülkiyyət hüququ cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş, əldəetmə müddəti cinayət əməli törədilən dövrdən kənardadır, əldəetmənin əsasını qanuni alqı-satqı müqavilələri təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Maraq lı şəxs6 Əziz qızının mülkiyyətində olan və cinayət əməli törədilən dövrdən kənar müddətdə əldə edilən Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 35,4 kv.metr ümumi sahəsi olan 13 və 14 nömrəli mağazalardan ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kv.metr ümumi sahəsi olan 48 nömrəli mağazadan ibarət qeyri-yaşayış sahəsi barəsində xüsusi müsadirənin tətbiq edilməsi qanuni nəticə kimi qəbul edilə bilməz.

42. Maraqlarına toxunan şəxs Maraqlı şəxs6 Əziz qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b nömrəli bağ sahəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarına əsasən həmin əmlak aşağıda qeyd edilən qaydada əldə edilmişdir: - Bakı Şəhə r İcra Hakimiyyətinin Bağ İstehsalat İdarəsinin Bağlar İdarəsinin 01 aprel 1994-cü il tarixli, 62 nömrəli orderi əsasında Maraqlı şəxs6 Əziz qızının X16ya verilmişdir. (cild 6, i.v. 249). - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4491/2009 nömrəli, 19 oktyabr 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin bağ sahəsinin 13 avqust 1999-cu il tarixdə vəfat etmiş Tamara Səfixanovadan vərəsəlik qaydasında Maraqlı şəxs6 keçməsi müəyyən edilmiş, iddiaçı Maraqlı şəxs6 Əziz qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Nardaran qəsəbəsi, 52 nömrəli BTK nəzdində 0.12 ha sahəsi olan 1242b nömrəli bağ sahəsinə Maraq lı şəxs6 Əziz qızının mülkiyyət hüququ tanınmış, həmin bağ sahəsinə dair iddiaçı Maraqlı şəxs6 Əziz qızının adına qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Qətnamə 07 dekabr 2009-cu il tarixdə qanuni qüvvəsini almışdır (cild 6, i.v. 247248). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə 240 nömrəli reyestr kitabının 22358 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 13 fevral 2010cu il tarixdə Maraqlı şəxs6 Əziz qızının adına qeydiyyata alınmışdır (cild 6, i.v. 246).

43. Müvafiq olaraq, Bakı şəhəri, Nardaran qəsəbəsi, 52 nömrəli BTK nəzdində 0.12 ha sahəsi olan 1242b nömrəli bağ sahəsi üzərində Maraqlı şəxs6 Əziz qızının mülkiyyət hüququ cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş, əldəetmə müddəti cinayət əməli törədilən dövrdən kənardadır, əldəetmənin əsasını qanuni vərəsəlik təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs6 Əziz qızının mülkiyyətində olan və cinayət əməli törədilən dövrdən kənar müddətdə əldə edilən həmin əmlak barəsində xüsusi müsadirənin tətbiq edilməsi qanuni nəticə kimi qəbul edilə bilməz.

44. Maraqlarına toxunan şəxs Maraqlı şəxs6 Əziz qızına məxsus ünvan 13 ünvanında yerləşən 318,4 kv.metr mənzilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarında olan Azərbaycan Res publikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı surətindən göründüyü kimi, həmin mənzil üzərində Maraqlı şəxs6 Əziz qızının mülkiyyət hüququ 2479 nömrəli reyestr kitabının 230766 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 03 may 2016-cı il tarixdə qeydiyyata alınmışdır (cild 8, i.v. 64).

45. Müvafiq olaraq, həmin əmlakın cinayət törədilən dövrdə, yəni 03 may 2016-cı il tarixdə Maraqlı şəxs6 Əziz qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilir və cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsi öz təsdiqini tapır. Belə olan halda mənzilin ümumi birgə mülkiyy ətdə olmasına baxmayaraq, həmin əmlakın üzərinə bütövlükdə həbs qoyulması və xüsusi müsadirə tətbiq edilməsi barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

46. Maraqlı şəxs6 Əziz qızının kassasiya şikayətində göstərdiyi dəlillərindən əlavə sonuncunun nümayəndəsi Müdafiəçi1 həmin mənzilin Bakı şəhəri, Atatürk pr., 36a nömrəli evin satılmasından əldə edilmiş vəsait hesabına alındığını iddia edib bu halın sübutu kimi satılan mənzilə dair alqı-satqı müqaviləsinin surətini təqdim etmişdir. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs6 mülkiyyətində olmuş Bakı şəhəri, Atatürk pr., 36a nömrəli ev 08 fevral 2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilsə də, həmin əmlakın satışından əldə edilmiş pul vəsaitinin məhz Bakı şəhəri, Nəsimi r ayonu, K.Səfərəliyeva küçəsi, ev 8, M8 ünvanında yerləşən 8 nömrəli mənzilin alınmasına sərf edilməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, həmin dəlil əsassız kimi qiymətlədirilməlidir.

47. Məhkəmə kollegiyası həmçinin Maraqlı şəxs1 kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, üzərinə həbs qoyulmuş Monteneqro Respublikası, Budva şəhəri, 3340KO, kadastr № 218/1, 137 kv.metr sahəli, bina № 1, 47 ünvanında yerləşən mənzil Məhkum yox, Maraqlı şəxs1 mülkiyyətində olsa belə, cinayət nəticəsində əldə olunmuş vəsait hesabına yaxın qohumunun adına qeydə alınmış əmlak kimi hesab edilməlidir.

48. Cinayət işinin materiallarından görünür ki, Maraqlı şəxs1 ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və 17 avqust 2020-ci il tarixdə verdiyi ifadəsində göstər mişdir ki, təxminən 2016-cı ilin əvvəllərində əmisi Məhkumla görüşlərinin birində sonuncu ona Monteneqronun Budva şəhərində yaşayış mənzilinin olduğunu və həmin evi alaraq onun adına rəsmiləşdirmək istədiyini demişdir. O da heç bir etiraz etməmiş və razılıq vermişdir. 22 mart 2016-cı il tarixdə Monteneqronun Budva şəhərində alıcı qismində onun, satıcı qismində isə “BEMAX D.O.O” şirkətinin iştirakı ilə Budva şəhərində, Mediteranska bb küçəsində yerləşən ümumi sahəsi 137 kv.metr olan mənzilin alqı-satqısı ilə bağlı aralarında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin hər kvadrat metri üçün 3000 avro, ümumi 137 kv.metr üçün 411.000 avro pul ödənilməli idi. Bundan başqa müqavilədə həmin 411.000 avro məbləğində pul vəsaitinin 34 ay ərzində hər ayın 22-25-i tarixlərdə 12000 avro ödənilmə klə həyata keçirilməsi qeyd edilmişdir. O da orada olduğu təxminən 20 ay ərzində hər dəfə hər ayın 22-25-i arası əmisi Məhkum tapşırığına əsasən müqavilədə göstərilən qaydada “BEMAX D.O.O” şirkətinin Podgorica şəhərində yerləşən ofisinə gedərək tanımadığı şəxsdən hər dəfə 12000 avro məbləğində pul vəsaiti götürmüş və ona verilən pulu “BEMAX D.O.O” şirkətinin hazırda xatırlamadığı bank hesabına köçürmüşdür. 2017-ci ilin dekabr ayının 7-də Azərbaycana qayıtdıqdan sonra geridə qalan aylıq ödənişləri kimin həyata keçirdiyindən xəbərsizdir. “BEMAX D.O.O” şirkəti tərəfindən Monteneqronun Budva şəhərini Mediteranska bb küçəsində inşa edilmiş binadakı ümumi sahəsi 137 kv.metr təşkil edən mənzil onun adına olsa da, əsas mülkiyyətçisi əmisi Məhkumdur. Aylıq ödəniş olan 12000 avro, ümumilikdə 411000 avro vəsait də Məhkum tərəfindən ödənilmişdir.

49. Daha sonra 14 oktyabr 2020-ci il tarixdə verdiyi ifadəsində Maraqlı şəxs1 Budva şəhərində 411000 avro dəyəri olan onun adına rəsmiləşdirilmiş 137 kv.metr mənzilin əmisi Məhkum məxsus olmasını, həmin mənzilin dəyərini 20 ay müddətində Məhkum və Aleksandr adlı şəxsdən alaraq banka ödədiyini, təhsilini başa çatdırdığı üçün həmin mənzili Məhkum sürücüsü Draqan Dadiçin adına rəsmiləşdirərək, sənədləri 08 dekabr 2017-ci il tarixində ona təhvil verərək Bakı şəhərinə qayıtdığını bildirmişdir.

50. Kassasiya şikayətində Maraqlı şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrinin müstəntiqlər tərəfindən yazıldığını və məcburiyyət qarşısında qalıb imzaladığını bildirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Maraqlı şəxs1 məhkəməyəd ək istintaq dövründə təzyiqlər altında təqsirləndirilən şəxs Məhkum qarşı ifadə verməsi barədə iddiaları ilə bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.4, 449.2.3 və 449.3-cü maddəsinə əsaslanaraq qeyd edir ki, həmin maddələrinin ümumi məzmununa görə, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.

51. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyriinsani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə m əruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir.

52. Hazırki cinayət işində isə şahid qismində dindirilmiş Maraqlı şəxs1 ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bunun edilməməsini hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Kassasiya şikayətinin göstərilən dəlilləri ümumi sözlərlə əsaslandırılmış, iddianın həqiqiliyinə dəlalət edən hər hansı sübut və ya onu konkretləşdirən yetərli məlumat təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası Maraqlı şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadələrinin cinayət işi üzrə müəyyən edilmiş hallara daha uyğ un olduğunu nəzərə alaraq hesab edir ki, onun həmin əmlak üzərində mülkiyyət hüququnu cinayət əməli törədilən dövrdə qeydiyyata alınması əsası ilə əmlak barəsində xüsusi müsadirənin tətbiq edilməsi barədə məhkəmələrin qərarları qanuni və əsaslı hesab edilməlidir.

53. Yuxarıda təsvir edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X8 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsi; Maraqlı şəxs6 Əziz qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b ünvanında yerləşən 0,12 ha torpaq sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kv.metr qeyri-yaşayış sahəsi olan 48 nömrəli və həmin ünvanda yerləşən 35,4 kv.metr qeyri-yaşayış sahəsi olan 13 və 14 nömrəli mağazalar; Maraqlı şəxs3 m əxsus ünvan 15 ünvanında yerləşən 106 kv.metr sahəsi olan 5 nömrəli mənzilə, Maraqlı şəxs4 məxsus Bakı şəhəri, Xətai rayonu, Dairəvi7 küçəsi ünvanında yerləşən 347 kv.metr sahəsi olan 40 nömrəli fərdi yaşayış evinə münasibətdə xüsusi müsadirə məcburi cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti və belə nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin qərarı cinayət qanunvericiliyin istinad edilmiş maddi və prosessual tələblərinə zidd olmuşdur.

54. Məhkəmə kollegiyası belə qənaətə gələrkən həmçinin nəzərə alır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, cinayət icraatında həyata keçirilən müsadirə tədbiri cəmiyyətin ümumi mənafeyinə uyğundur ona görə ki, qanunsuz fəaliyyətlə birbaşa əldə edilmiş pul və ya əmlak ın, yaxud cinayətkar fəaliyyətin nəticəsi olan vəsaitlərin ödənilməsi hesabına əldə edilmiş əmlakın müsadirə edilməsi cinayət əməllərinə qarşı zəruri və səmərəli mübarizə vasitəsidir Veits Estoniyaya qarşı, № 12951/11, § 71, 15 yanvar 2015-ci il). Müsadirə tədbirləri təkcə cinayət yolu ilə əldə edilmiş birbaşa gəlirlərə deyil, həm də belə gəlirlərin başqa əmlaka çevrilməsi, o cümlədən, onların qanuni yolla əldə edilmiş sərvətlərlə qarışdırılması nəticəsində əldə edilmiş gəlir və ya dolayı faydaya münasibətdə tətbiq edilə bilər. Bu zaman müsadirə tədbirləri təkcə bilavasitə cinayət törətməkdə şübhəli bilinən şəxslərə deyil, həm də belə gəlirlərin cinayət yolu ilə əldə olunmasının gizlədilməsində iştirak etmiş, mülkiyyət hüququna malik olan hər hansı üçüncü şəxslərə də tətbiq edilə bilər ( Qoqitidze və Digərləri Gürcüstana qarşı, № 36862/05, § 105, 12 may 2015-ci il).

55. Korrupsiya və cinayətkarlığın digər formalarının cəmiyyətin stabilliyi və təhlükəsizliyi üçün doğurduğu problem və təhdidlərin qarşısının alınmasında cinayət yolu ilə əldə edilmiş əmlakların müsadirə edilməsinin vacibliyi bu sahədə qəbul edilmiş beynəlxalq hüquq normalarında da vurğulanmışdır. Məsələn, Azərbaycan Respublikası tərəfindən 30 sentyabr 2005-ci il tarixdə ratifikasiya edilmiş Birləşmiş Millətlər Təşkilatının “Korrupsiya əleyhinə” Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndinin “a” yarımbəndində qeyd edilir ki, hər bir İştirakçı Dövlət öz daxili hüquq sistemi çərçivəsində mümkün olan maksimum dərəcədə, hüquqpozmalardan əldə edilmiş gəlirlərin, yaxud dəyəri bu gəlirlərin dəyərinə uyğun gələn əmlakı n müsadirə olunması üçün lazım gələn tədbirləri görməlidir. Həmin maddənin 4-cü bəndinə görə cinayət yolu ilə əldə edilmiş gəlirlər tam və ya qismən başqa əmlaka çevrilmiş və ya dəyişdirilmişdirsə, bu maddədə göstərilən tədbirlər həmin əmlak barəsində də tətbiq olunur.

56. Beləliklə, qeyd olunan maddi və prosessual cinayət-hüquqi normalarının pozulması ilə xüsusi müsadirənin həll edilməsi, məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini və ya ləğv edilməsini tələb edən Cinayət-Prosessual Məcəllənin Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsinə dəlalət edir.

57. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, maraqlarına toxunan şəxslər X11 və Maraqlı şəxs5 tərəfindən birgə veri lmiş kassasiya şikayəti, Maraqlı şəxs3 və Maraqlı şəxs4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri tam təmin edilməli, Maraqlı şəxs6 Əziz qızının kassasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı müvafiq hissədə dəyişdirilməli, Maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlarına toxunan şəxslər X11 və Maraqlı şəxs5 tərəfindən birgə verilmiş, Maraqlı şəxs3 və Maraqlı şəxs4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri tam təmin edilsin, Maraqlı şəxs6 Əziz qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Maraqlarına toxunan şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-178/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-669/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərarı dəyişdirilsin. X3 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsinin, Maraqlı şəxs3 mülkiyyətində olan ünvan 15 ünvanında yerləşən 106 kv.metr sahəsi olan 5 nömrəli mənzilin, Maraqlı şəxs6 Əziz qızının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kv.metr qeyri-yaşayış sahəsi olan 48 nömrəl i və həmin ünvanda yerləşən 35,4 kv.metr qeyri-yaşayış sahəsi olan 13 və 14 nömrəli mağazaların, Maraqlı şəxs4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi ünvanında yerləşən 347 kv.metr sahəsi olan 40 nömrəli fərdi yaşayış evinin xüsusi müsadirə edilməsi və mülki iddianın ödənilməsinə yönəldilməsinə dair müddəalar Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-178/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-669/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərarından xaric edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-178/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-669/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətlərin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar