Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1129/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkum Məmmədov Cavid Fəhrad oğlunun və onun müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlunun iştirakları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünv anında qeydiyyatda olmaqla X evində yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(105)-89/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlunun tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(012)-585/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: C.İ.Səfiyeva) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə madd i məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi X5 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli qərarı ilə, (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(012)-585/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 18 yanvar 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum buna hüququ olmadan kompüter məlumatlarını tamah və sair şəxsi niyyətlə qəsdən təkrar dəyişdirməklə kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilə edərək əhəmiyyətli zərər vurulmasına səbəb olan hərəkətlər etmişdir. Belə ki, Məhkum Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid4 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatını əldə edərək Mənzil İnşaat Dövlət Agentliy inin “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00-da “Aurora sənaye parkının” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını sonuncudan aldığı 1500 manat pul müqabilində qəsdən dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil İnşaatı Dövlət Agentliyinin normal fəaliyyətinə mane olmaqla əhəmiyy ətli zərər vurmuşdur. Bundan başqa Məhkum Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid6 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “Aurora sənaye parkının” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avto matik keçməklə kompüter məlumatlarını sonuncudan aldığı 3000 manat məbləğində pul müqabilində qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil İnşaatı Dövlət Agentliyinin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Məhkum Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid5 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərə k Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “Aurora sənaye parkının” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını sonuncudan aldığı 2500 manat məbləğində pul müqabilində qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil İnşaatı Dövlət Ag entliyinin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Məhkum Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid9 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “Aurora sənaye parkının” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” info rmasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını sonuncudan aldığı 5500 manat məbləğində pul müqabilində qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil İnşaatı Dövlət Agentliyinin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Məhkum Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid12 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etm ək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “Aurora sənaye parkının” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını sonuncudan aldığı 8500 manat məbləğində pul müqabilində qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüq uqlarını məhdudlaşdıraraq, Mənzil İnşaatı Dövlət Agentliyinin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Məhkum Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid7 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “Aurora sənaye parkının” Abşeron rayonunun Hökməli qəsəbəsin də yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil İnşaatı Dövlət Agentliyinin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Məhkum Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid8 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək m əqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “Aurora sənaye parkının” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil İnşaatı Dövlət Agentliyini n normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Məhkum Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid3 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “Aurora sənaye parkının” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya s istemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil İnşaatı Dövlət Agentliyinin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa Məhkum Mənzil İnşaat Dövlət Agentliyinin "Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid7, Şahid8, Şahid3, Şahid11 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi "BOT” proqram təminatı əldə edərək Mənzil İnşaat Dövlət Agentliyinin "Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “Aurora sənaye parkının” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil İnşaatı Dövlət Agentliyinin normal fəaliyyətinə mane olmaqla ə həmiyyətli zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən ilk dəfə məhkum olması, törətmiş olduğu əməldən səmimi peşman olması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəy yən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) o lduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kolleg iya müdafiəçi B.Y.Hacıyevin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin ş əxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikas ı CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin Məhkum həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyə n edilir. Belə ki, müdafiə tərəfinin Məhkum barəsində ədalətsizliyə yol verilməsi haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının başqa cəza növü ilə əvəz edilməsi haqqında tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə 02 (iki) il müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(012)-585/2023 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, baxılan işdə cəzanın yüngülləşdirən halları - yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmaması, ziyanın qismən ödənilməsi və cinayətin açılmasına kömək etməsi və ağırlaşdıran halların olmamasını, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar məhkumun müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlunun kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya xud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, onun müdafiəçisinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(105)89/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Hacıyev Bəxtiyar Yusif oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(105)-89/2024 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1129/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1129/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver