Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1129/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tar ixli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 2 aprel 2024-cü il tarixli 1(051)-9/2024 nömrəli (hakim: Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə) hökmü ilə xx.xx.1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli Amnistiya qər arının 4-cü bəndinə əsasən cəzası 6 (altı) ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, xxx mənzilində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 27 may 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddətin və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 ay 1 gün həbsdə saxlandığı müddətin, cəmi 3 ay 3 gün həbsdə saxlandığı müddətin CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərin də qəti olaraq 2 il 8 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin 28 iyul 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Niftullayev Tamerlan Alim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət məhkəmə tərkibində) 9 iyul 2024-cü il tarixli 1(107)-310/2024 nömrəli hökmü ilə ape llyasiya protesti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2 aprel 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum verilmiş ümumi ittihamdan CM-in 177.2.4 və 326.2-ci maddələrinin xaric edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni ittihamedici hökm çıxarılmış, Məhkum CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 326.2-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, 27 may 2022- ci il tarixdən 29 may 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 2 gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 3 ay 1 gün müddətin, ümumilikdə 3 ay 3 gün həbsdə saxlandığı müddətin CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu gündən, yəni 28 iyul 2023-cü il tarixdən hesablanması müəyyən edilmiş, hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il t arixli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 23 may 2022-ci il tarixdə saat 23 radələrindən Zərərçəkmiş şəxs1 yaşadığı xxx mənzilinin mətbəxinin pəncərəsinə binaya bərkidilmiş boru vasitəsi ilə mətbəxin plastik materialından olan pəncərəsini əvvəlcədən üzərində olan vint açanla açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar dolabının rəfində olan şüşə bankanın içərisdə saxlanılan 1200 (min iki yüz) manat məbləğdə pulu, həmin do labın rəfində olan digər şüşə bankada saxlanılan 60 (atmış) manat dəyərində qəpik pulları, dolabın digər rəfindən 1 manatlıq əskinaslardan ibarət 20 (iyirmi) manat məbləğdə pulu 1 cüt 20 manat dəyərində 4 qram çəkidə 927 əyyarlı gümüş sırğanı, 1 cüt 20 manat dəyərində 4 qram çəkidə 927 əyyarlı gümüş sırğanı, 1 ədəd 130 manat dəyərində 26 qram çəkidə 927 əyyarlı gümüş boyunbağını, 1 ədəd 180 manat dəyərində qızıl rəngli metal qolbağı olan “Tissot” markalı saatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1630 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 16 avqust 2022-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı xxxx-li evin plastik materialından olan pəncərəsini üzərində olan linglə açdıqdan son ra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağındakı dolabın rəfindən 440 (dörd yüz qırx) manat məbləğdə pulu, dəyəri 160 manat olan 1 cüt sırğa, 1 ədəd üzük, və 1 ədəd kloundan ibarət gümüş dəstini, dəyəri 120 manat olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət gümüş dəstini, qonaq otağından isə dəyəri 320 manat olan 1 ədəd alışqan, 1 ədəd bıçaq və 1 ədəd qol saatından ibarət suvenir dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1040 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa ona ittiham elan edilmişdir ki, özgənin əmlakını talama məqsədi ilə 17 avqust 2022-ci il tarixdə saat 21 radələrindən 23 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 yaşadığı xxx-li mənzilinin eyvanına boru vasitəsi ilə qalxıb eyvanın a çıq pəncərəsinin üzərinin üzərində olan toru əli ilə itələyib içəri saldıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar dolabı və əşya dolabında saxlanılan 1600 manat dəyərində 583 əyyarlı Rusiya Federasiyası istehsalı olan hər biri 9 ədəd brilliant qaşlarla bəzədilmiş 5 qram çəkidə sırğa, 5 qram çəkidə üzük 10 qram çəkidə boyunbağıdan ibarət dəsti, 1 ədəd 800 manat dəyərində 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş aleksandrit qaşlı 10 qram çəkidə qızıl üzüyü, 1600 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş 583 əyyarlı, 1 ədəd spfir qaşlı hər birində 9 ədəd brillinat qaşlar olan 10 qram çəkidə üzük və 10 qram çəkidə sırğalardan ibarət qızıl dəstini,1 ədəd 5600 manat dəyərində 70 qr am çəkidə 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş qızıl bilərziyi, 1 ədəd 2400 manat dəyərində 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş 30 qram çəkidə qadın üçün qızıl tros boyunbağını, 1 ədəd 1680 manat dəyərində 583 əyyarlı Rusiya Federasiyasında istehsal olunmuş 21 qram çəkidə 6 ədəd brilliant qaşlı qızıl saatı,1 ədəd 1200 manat dəyərində 583 əyyarlı 15 qram çəkidə 12 ədəd brilliant qaşlı qızıl qolbağı, 1 ədəd 1000 manat dəyərində 12,5 qram çəkidə 583 əyyarlı qızıl nişan üzüyünü,1 ədəd 1320 manat dəyərində üzərində 3 ədəd brilliant qaşları olan 583 əyyarlı 16,5 qram çəkidə qızıl kişi üzüyünün, 1 ədəd 1320 manat dəyərində 583 əyyarlı 16,5 qram çəkidə tək brilliant qaşlı qızıl kişi üzüyünü, 3000 manat dəyərində 30 qram çəkidə brilliant qaşlarla bəzədilmiş 750 əyyarl ı sırğa üzük, qolbağı və boyunbağından ibarət qızıl dəstini, 1 ədədinin qiyməti 1700 manat olan 8500 manat dəyərində 5 ədəd LNS markalı saatları, 3100 ABŞ dollarının qeyd olunan valyutanın 2022ci ilin avqust ayına olan azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla 5270 manat məbləğdə pulu və 10700 AZN məbləğdə pulu, Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 45990 manat məbləğdə xeyli miqdarda əmlakı gizli olaraq talayıb oğurlamış, eləcə də digər mühüm şəxsi sənədlər hesab olunan Zərərçəkmiş şəxs3 1980-ci ildə Azərbaycan Tibbi İnstitutu tərəfindən verilmiş pediatır ixtisası üzrə həkim fəaliyyəti ilə məşğul olmaq hüququ verən diplomunu, Zərərçəkmiş şəxs6 Savəddin oğluna məxsus doğum haqqında şəhadətnaməni və əmək kitabçasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 məxsus doğum haqqında şəhadətnamələri və Zərərçəkmiş şəxs4 məxsus AZE 15143272 seriyalı şəxsiyyət vəsiqəsini gizli olaraq talamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, istintaq orqanı təqsirləndirilən şəxsin Məhkum Zərərçəkmiş şəxs3 evindən oğurluq epizodu üzrə təqsirinin olmasını onun özünün ibtidai istintaq zamanı etirafı, polis əməkdaşlarının ifadələri, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi və Şahid4 verdiyi ifadəsinə əsaslanmışdır. Halbuki, təqsirləndirilən şəxs Məhkum məhkəmə araşdırması zamanı ibtidai araşdırmadan fərqli olaraq, Zərərçəkmiş şəxs3 evindən oğurluq etməsi epizodu üzrə özünü təqsirli b ilməmiş, digər epizodlar üzrə isə özünü təqsirli bilmişdir. Digər tərəfdən ittiham tərəfin şahidləri ancaq bu işdə marağı olan, Məhkum şübhəli şəxs kimi tutmuş əməliyyat müvəkkilləri olmuş, həmin ifadələr digər hallada müqayisə edilməyərək və həmin sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməyərək ibtidai araşdırma onunla kifayətlənmişdir. Məhkəmə əməliyyat müvəkkillərinin ifadələrini inandırıcı hesab etməyərək, buna tənqidi yanaşmış və onların gətirdiyi dəlillər məhkəmə zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və Şahid4 ifadələri ilə tam təkzib edilmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin hökmü ilə onlara aid epizod üzrə Məhkum təqsirli bilinərək, ona cəza verilməsi hissəsi ilə razı olmamışlar, çünki Şəki Apellyasiya Məhkəməsi heç bir obyektiv araşdır ma aparmayaraq (məhkəmə istintaqı aparılmadan), təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı onu döyərək təzyiq etmələri nəticəsində vermiş olduğu ifadələrinə, bu işdə marağı olan əməliyyatçıların ifadələrinə və bir-birinə zidd ifadələr vermiş Şahid4 ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrinə əsaslanaraq, onlara məxsus əmlakların oğurlanması epizodunun ittihamdan xaric edilməsi hissəsində Mingəçevir Şəhər Məhkəməsinin hökmünü ləğv edərək həmin epizod üzrə də məhkəmə araşdırması zamanı heç bir sübut növü ilə təsdiq edilməyən ittiham hökmü çıxartmışdır. Odur ki, göstərilənlərə əsasən, Şəki Apellyasiya Məhkəməsinin 9 iyul 2024-cü il tarixli hökmünün “təqsirləndirilən şəxs Məhkum verilmiş ümumi ittihamdan CM-in 177.2.4 və 326.2-ci maddələrinin xaric edilməsi hissəsində ləğv edilərə k, həmin hissədə də ittihamedici hökm çıxarılması” hissəsinin ləğv edilərək, həmin hissə, yəni CM-in 177.2.4 və 326.2-ci maddələrinin yenidən ittihamdan xaric edilməsi və yaxud həmin hissədə təqsirliliyin sübuta yetirilməməsi əsası ilə təqsirləndirilən şəxs Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların təl əblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz hökm qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq o laraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühak imə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin t örədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tə ləblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş yaşayış sahəsinə daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, o cümlədən vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama ilə bağlı ittiham apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında t ədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməllərində CM-in 177.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlər tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mö təbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahi d qismində dindirilmiş şəxslərin ifadələri, eskpertlərin rəyləri və istintaq hərəkətlərinə dair protokollar ilə, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə xxx-də yaşayan Zərərçəkmiş şəxs3 Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 24-dək olan müddət ərizində yaşadığı mənzildən müxtəlif qızıl zinət əşyaları və pulun oğurlandığını müəyyən edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin Məhkum tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmçinin Məhkum X-in yaşadığı mənzildən oğurladığı qızıl zinət əşyalarının Bakı şəhəri ərazisində satdığı da müəyyən edilmiş və həmin qızıl zinət əşya larını satdığı mağazada müəyyən edilmişdir. Həmin mağazada işləyən şəxs də Məhkum qızıl zinət əşyalarını aldığını bildirmiş və bu barədə qeydləri apardığı dəftəri də təqdim etmişdir. Qeyd olunan hallar şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı vermiş olduqları eyni məzmunlu ifadələr ilə də təsdiq olunur. Həmçinin, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 bilidirmişdir ki, işlədiyi mağazaya gündəlik çox sayda şəxsin gəlib qızıl-zinət əşyaları satdıqları üçün polis əməkdaşları Məhkumla birlikdə mağazaya gələrkən ondan qızıl-zinət əşyaları almasını xatırlamadığını, buna görə də onu tanımadığını bildirmiş, lakin mağazada olan qeydiyyat kitabına baxarkən həqiqətən də Məhkum mağazaya gəlib qızılzinət əşya larını ona satmasını müəyyən etdiyini, orada Məhkum şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini qeyd etdiyini, kitabdakı qeydiyyatın aparıldığını xəttin onun xəttinə bənzədiyini, imzanın isə dəqiq olaraq özünə məxsus olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan 3 fevral 2023-ci il tarixli protokoldan görünür ki, Məhkum Bakı şəhəri Nəsimi rayonu Moskva Univermağının yaxınlığında yerləşən “X” qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Şahid4 adı soyadı və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd etdirib müvafiq qaydada imzalamaqla xx.xx.2022-ci il tarixdə 86 qram çəkidə qızıl zinət əşyasını 4730 manata satmışdır. Zərərçəkmiş şəxslər israrla onlara məxsus olan evdən Məhkum oğurluq etmədiyini göstərsələr də cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərər çəkmiş şəxs3 ona vurulmuş ziyan tam ödənildiyi halda təqsirləndirilən şəxsə yüngül cəza verilməsinə razı olduğunu bildirmişdir. (cild 3, vər. 103). Göründüyü kimi birinci instansiya məhkəməsində ifadə verən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 təqsirləndirilən şəxsin sonuncuya Zərərçəkmiş şəxs3 məxsus qızıl zinət əşyalarını satdığını təsdiq etmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar və faktlar tədqiq edilmiş və araşdırılmış, nəticədə isə Məhkum xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus 45990 manat məbləğində əmlakını oğurlaması, eləcə də digər mühüm şəxsi sənədlər hesab olunan Zərərçəkmiş şəxs3 verilmiş pediatr ixtisası üzrə həkim fəaliyyəti ilə məşğul olmaq hüququ verən diplomunu, Zərərçəkmiş şəxs6 Savəddin oğluna m əxsus doğum haqqında şəhadətnaməni və əmək kitabçasını, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 məxsus doğum haqqında şəhadətnamələri və Zərərçəkmiş şəxs4 məxsus AZE 15143272 seriyalı şəxsiyyət vəsiqəsini gizli olaraq talaması epizodu üzrə təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları sadalamaqla işin məhz apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassı z imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətinin yeni faktiki hallar müəyyən edilməsinə dair dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apel lyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının (hökmünün) ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və zərərçəkmiş şəxslərin məhkəmə hökmünün mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müə yyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə əlaqədar apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edi r ki, Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlərin verdikləri ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi, Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermiş özünümüdafiə xarakterli ifadə kimi qəbul edərək, bu məzmunlu ifadəni mötəbər sübut növü kimi qəbul edilməməli olması barədə nəticəyə gəlmişdir. Məhkum ona ittiham aktı ilə istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamdan Zərərçəkmiş şəxs3 yaşadığı evdən oğurluq edilməsinə dair hissəsinin xaric edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmamışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyi ldir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxslərin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 tərəfindən b irgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli hökmü kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1129/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1129/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver