Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-113/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Quliyev Ələkbər Hüsü oğlu, Məhkum Masud oğlu, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Abdıyev Telman Xanlar oğlunun iştirakları ilə Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Masud oğlu barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və digər müdafiəçi Abdıyev Telman Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim C.Səfiyeva) xx xxxxxx 1982-ci ildə Salyan rayonunda anadan olmu ş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, ünvan2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 125-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Masud oğlu təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, rəsmi nikahda olub birlikdə yaşadığı, ondan maddi cəhətdən asılı olan arvadı X2 qarşı mütəmadi olaraq amansız rəftar etməklə onu döymüş, həmçinin ləyaqətini alçaltmaqla və hədə-qorxu gəlməklə zərərçəkmiş şəxsi özünü öldürmə həddinə çatdırmışdı r. Belə ki, o, rəsmi nikahda olub birlikdə yaşadığı arvadı X2 evli olduqları 2008-ci ildən etibarən mənəviyyatdan kənar olaraq dəfələrlə xəyanət etməklə, habelə qeyri-rəsmi yaşadığı və sevgi münasibətində olduğu X3 ilə bir evdə yaşamalı olduqlarını bildirməklə, X2 valideynləri ilə görüşməsinə icazə verməməklə, daim mənəvi-psixoloji təzyiq altında saxlamaqla, mülkiyyətində olan evdən çıxaradacağı, həmçinin qardaşı X6 və atası X4 öldürəcəyi ilə hədələməklə, aralarında yaranmış mübahisələr zamanı onun şəxsiyyətini və ləyaqətini mütəmadi olaraq alçaltmaqla, onu 2016-cı ildən 04.04.2018-ci ilə, yəni hadisə olan günə kimi mütəmadi döyərək işgəncə verməklə, həmçinin 04.04.2018-ci il tarixdə 2 saat 15 radələrində X2 qardaşı X6 onu X3 ilə yaşadıqları küçədə bir maşında gördükdən sonraX6 öldürəcəyi, ailə üzvlərini məhv edəcəyi hədəsi ilə X2 işlədiyi yerdən evə çağıraraq, onunla mübahisə edib döyərək ona başın sol gicgah və sol təpə nahiyələrini dəri örtüyünün iç səthinə qansızmalar, sol gicgah əzələsinə qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, döş sümüyü nahiyəsinin və sol kürək nahiyəsinin sıyrıqları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək döyüb X2 özünü öldürmə həddinə çatdırmış və nəticədə X2 Abşeron rayonu ünvan2 ünvanında yerləşən evin mansar qatına qalxaraq tavandakı taxta atmadan özünü sintetik materialdan olan parça ilə asaraq intihar etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik ed ən hakim R.Əsgərova, hakimlər N.Mövsümov və E.Əhmədovdan ibarət tərkibdə) 16 yanvar 2019-cu il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu kassasiya şikayəti və digər müdafiəçi Abdıyev Telman Xanlar oğlu kassasiya şikayətinə əlavə vermişlər. Kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılan zaman Məhkum ərizə təqdim edərək verilmiş kassasiya şikayətinin və kassa siya şikayətinə əlavənin geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə məhkum, müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi, onun nümayəndəsi və dövlət ittihamçısının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5- ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət və əlavə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarından Məhkum Masud oğlunun müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən verilmiş kassasiya şikayəti və digər müdafiəçi Abdıyev Telman Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-113/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-113/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver