Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-113/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Abdullayeva Zərniyar Fərrux qızının iştirakları ilə xx xxxxx 1978-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyat da olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə bəraət verilməsi və Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs, onun nümayəndəsi, Gəncə şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Nümayəndə və məhkumun müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Abdullayeva Zərniyar Fərrux qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), E.İ.Rüstəmov və D.H.İmanov) Məhkum əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Resp ublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ə.G.Abdullayev və Ş.Q.Rzaquliyev) apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq or qanı tərəfindən verilən ittihama görə Məhkum qızna ittiham verilmişdir ondan ötrü ki, o, “xxxx” MMC tərəfindən X5 43000 ABŞ dollarının verilməsinə dair BİX/3 seriyalı 448811 nömrəli qaimə-fakturada “təhvil aldım” qrafasında, X1 qarşısında onun əvəzinə imza etməklə rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmışdır. Həmçinin, ibtidai araşdırma orqanı tərəfimdən Məhkum ittiham verilmişdir ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən istehsalat sexini Sahibkarlığa Milli Dəstək Fondu vasitəsilə bankdan götürəcəyi 5.000.000 manat kredit vəsaiti hesabına 1.600.000 manata alacağını, kred it alınması üçün istehsalat sexini banka girov qoyacağını, bu məqsədlə təmir etdirəcəyini, orada yenidənqurma işləri aparacağını, tələb olunan layihə və digər sənədləri hazırlatdıracağını, istehsalat sexinin yerləşdiyi torpaq sahəsini özəlləşdirəcəyini, bunun üçün xərclənən pul vəsaitini ilə sonradan götürəcəyi kredit hesabına qaytaracağını yalandan vəd edib aldadaraq, 10.09.2014-cü il tarixdə 200 manat, 16.09.2014-cü il tarixdə 238 manat, 23.09.2014-cü il tarixdə 515 manat, 05.12.2014-cü il tarixdə 227 manat, 06.12.2014-cü il tarixdə 190 manat, 08.12.2014-cü il tarixdə 810 manat, 13.12.2014-cü il tarixdə 165 manat pulu Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən istehsalat sexinin ərazisində, 22.12.2014-cü il tarixdə 92 manat pulu X14 filialı vasit əsilə, 29.12.2014-cü il tarixdə 130 manat, 12.01.2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 156 manat 88 qəpik təşkil edən 200 ABŞ dolları, 18.01.2015-ci il tarixdə 78 manat, 19.01.2015-ci il tarixdə 20 manat, 19.01.2015-ci il tarixdə həmin dövrün məzənnəsi il 784 manat 40 qəpik təşkil edən 1000 ABŞ dolları pulu Gəncə şəhəri Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən istehsalat sexinin ərazisində, 26.01.2015-ci il tarixdə 152 manat pulu X13 filialı vasitəsilə, 27.01.2015-ci il tarixdə 4900 manat, 28.01.2015-ci il tarixdə 353 manat, 09.02.2015-ci il tarixdə 756 manat, 10.02.2015ci il tarixdə 2650 manat pulu Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən istehsalat sexinin ərazisində, 12.02.2015-ci il tarixdə 404 manat pulu X13 filialı vasitəsilə, 14.02.2015-ci il tarixdə 80 manat, 18.02.2015-ci il tarixdə 4750 manat, 03.03.2015-ci il tarixdə 150 manat, 05.03.2015-ci il tarixdə 1600 manat, 10.03.2015-ci il tarixdə 4440 manat, 14.03.2015-ci il tarixdə 350 manat, 24.03.2015-ci il tarixdə 1520 manat, 28.03.2015-ci il tarixdə 16000 manat, 10.04.2015-ci il tarixdə 40000 manat pulu Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən istehsalat sexinin ərazisində, 20.04.2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 38689 manat 36 qəpik təşkil edən 36840 ABŞ dolları, 22.04.2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 9486 manat 91 qəpik təşkil edən 9030 ABŞ dolları pulu X13 filialı vasitəsilə, 27.04.2015-ci il tarixdə 350 manat, 29.04.2015-ci il tarixdə 40 manat, 03.05.2015-ci il ta rixdə 150 manat, 09.05.2015-ci il tarixdə 20000 manat, 18.05.2015-ci il tarixdə 18500 manat, 01.06.2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 45229 manat 14 qəpik təşkil edən 43100 ABŞ dolları, 01.06.2015-ci il tarixdə 20 manat, 08.06.2015-ci il tarixdə 70 manat, 14.06.2015-ci il tarixdə 150 manat, 17.06.2015-ci ıl tarixdə 450 manat pulu Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən istehsalat sexinin ərazisində, 07.08.2015-ci il tarixdə 3979 manat 67 qəpik pulu AFB Bankın Gəncə filialı vasitəsilə, 08.08.2015-ci il tarixdə 3500 manat pulu Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən istehsalat sexinin ərazisində, 11.08.2015-ci il tarixdə 25872 manat, 25.08.2015-ci il tarixdə 15000 manat pulu X13 filialı vasit əsilə, 03.09.2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 454 manat 87 qəpik təşkil edən 434 ABŞ dolları pulu X15 Gəncə filialı vasitəsilə, 08.09.2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 1101 manat 65 qəpik təşkil edən 1051 ABŞ dolları pulu X13 filialı vasitəsilə, 24.09.2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 1100 manat 92 qəpik təşkil edən 1051 ABŞ dolları pulu X16 filialı vasitəsilə, 14.09.2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 565 manat 65 qəpik təşkil edən 540 ABŞ dolları pulu X17 filialı vasitəsilə, 15.09.2015-ci il tarixdə 100 manat pulu Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənubqərbində yerləşən istehsalat sexinin ərazisində, 16.09.2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 628 manat 68 qəpik təşkil edən 600 ABŞ dolları pulu Türkiyə Re spublikasının İstanbul şəhərində, 20.10.2015-ci il tarixdə 180 manat, 25.10.2015-ci il tarixdə 450 manat pulu Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən istehsalat sexinin ərazisində, 04.11.2015-ci il tarixdə 15500 manat, 14.12.2015-ci il tarixdə 152 manat pulu X13 filialı vasitəsilə, 22.12.2015-ci il tarixdə 1550 manat pulu Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənubqərbində yerləşən istehsalat sexinin ərazisində, 24.12.2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 164 manat 59 qəpik təşkil edən 106 ABŞ dolları, 25.12.2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 245 manat 53 qəpik təşkil edən 158 ABŞ dolları, 28.12.2015ci il tarixdə həmin dövrün məzənnəsi ilə 3224 manat 22 qəpik təşkil edən 2072 ABŞ dolları pulu Express Ban kın Bakı şəhəri, Xətai rayon filialı vasitəsilə, 29.12.2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 1937 manat 90 qəpik təşkil edən 1244 ABŞ dolları pulu AzərTürk Bankın Gəncə filialı vasitəsilə, 05.01.2016-cı il tarixdə 9600 manat, 15.01.2016cı il tarixdə 2200 manat, 18.01.2016-cı il tarixdə 10200 manat, 26.01.2016-cı il tarixdə 8000 manat, 01.02.2016-cı il tarixdə 2900 manat pulu X13 filialı vasitəsilə, 06.02.2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 1268 manat 24 qəpik təşkil edən 800 ABŞ dolları pulu Türkiyə Respublikasının İstanbul şəhərində, 22.02.2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 390 manat 10 qəpik təşkil edən 250 ABŞ dolları pulu Express Bankın Bakı şəhəri, Xətai rayon filialı vasitəsilə, 23.02.2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 1092 manat 84 qəpik təşki l edən 700 ABŞ dolları pulu Türkiyə Respublikasının İstanbul şəhərində, 06.04.2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 336 manat 66 qəpik təşkil edən 222 ABŞ dolları pulu AzərTürk Bankın Gəncə filialı vasitəsilə və 08.04.2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 2284 manat 65 qəpik təşkil edən 1500 ABŞ dolları pulu Türkiyə Respublikasının İstanbul şəhərində vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 319.533 manat 86 qəpik külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2015-ci ilin iyun ayında ünvan 2 ünvanında yerləşən “xxxx” MMC-nin ofisində həmin MMC tərəfindən X5 10000 manatın verilməsinə dair 21 aprel 2015-ci il tarixli 448965 nömrəli qaimə-fakturada “xxxx” MMC tərəfin dən ödənilən vəsait məbləği” siyahısının məbləğ bölməsində əvvəl olmuş 1500,00 rəqəminin “1” və “5” rəqəmləri üzərinə “xxxx” MMC-nin mühasibi X3 ağardıcı maddə çəkib “0” rəqəmi yazması və qarşısına *1” rəqəmi əlavə etməsini tapşırmaqla, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırılmasını təşkil etmişdir. Məhkum Zərərçəkmiş şəxs aldatmaqla və onun etibarından sui-istifadə etməklə külli miqdarda əmlakı ələ keçirməsi sübuta yetirilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Şikayət müəllifləri bildirirlər ki, apellyasiya inst ansiyası məhkəməsinin qərarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Belə ki, CPM-nin 135.3-cü maddəsinə əsasən “cinayət prosesində sənədlərin surətlərindən istifadə olunmasına tərəflərin razılığı ilə icazə verilir.” Lakin apellyasiya məhkəməsinin qərarında məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün bir sıra sənədlərin surətlərindən istifadə etsə də, bunu proses iştirakçıları ilə razılaşdırmamışdır. Şikayətçilərin fikrincə, məhkəmə, həmçinin, cinayət qanunun normasını və bununla əlaqədar Ali Məhkəmə Plenumunun Qərarını düzgün izah etməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, zərərçəkmiş şəxs könüllü olaraq pul vəsaitlərini Məhkum verdiyi üçün sonuncunun əməlində dələduzluq cinayətinin tərkibi ola bilməz. Halbuki, cinayət qanunvericiliyinin tələbinə görə dələduzluq cinayətlər inin xarakterik əlaməti məhz ondan ibarətdir ki, zərərçəkmiş şəxs aldadılarkən əmlakını təqsirləndirilən şəxsə könüllü olaraq verir. Ali Məhkəmə Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində aşkar surətdə qanunun həmin normasının izahı ilə əlaqədar tövsiyə verilmişdir. Şikayət müəllifləri həmçinin göstərirlər ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2020-ci il tarixli qərarının Məhkum CM-ni 320.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməsi və həmin maddə ilə ona bəraət verilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum CM-nin 320.1ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə qanunsuz və əsassızdır. Belə ki, Məhkum həm ibtidai iastintaqda, həm də məhkəmə baxışı zamanı bildirmişdir ki, saxtalaşdırılmasına görə ittiham edildiyi sənəd, yəni X5 43000 ABŞ dollarının verilməsinə dair BİX/3 seriyalı 448811 nömrəli qaimə faktura onun tərəfindən tərtib olunmamış, oradakı xətt və imza onun deyildir və kimin tərəfindən icra olunduğunu bilmir. Eləcə də həmin dövrdə Məhkum Bakı şəhərində deyil, Türkiyə Respublikasında İstanbul şəhərində olması tam təsdiq olunur. Beləliklə də, Məhkum CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi Z.Abdullayevanın, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasi ya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qa nunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq Azərbaycan Respublikası CM-ni 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və məhkuma ittiham olunduğu bu maddə ilə də bəraət verilməsi xahiş olunur. Zərərçəkmiş şəxs və onun nümayəndəsi kassasiya şikayətində qeyd edirlər ki, Məhkum əməlində ittiham edildiyi dələduzluq cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını və iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını kassasiya şikayətlər inin dəlillərinə münasibətdə qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cin ayət məsuliyyəti müəyyən edilmişdir. CM-nin 178.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 320.1- ci maddəsinə əsasən “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilkin olaraq məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun əsassız olaraq Azərbaycan Respublikası CM-ni 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsin i mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktl ar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə ke çirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilm iş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə cinayət əməlinin törədilməsində təqsirli olması, məhkəmə xətşünaslıq ekspertizasının 28698 saylı 27 dekabr 2019-cu il tarixli rəyi və “ xxxx” MMC-nin adından X4 adına 43000 ABŞ dollarının verilməsinə dair olan BİX/3 seriyalı 448811 nömrəli qaiməfakturası ilə və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən hallarla da əlaqədar bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, nəzərə alınsın ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakı nı və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafi q sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsə lən hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi il ə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlak ın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Məhkəmə kollegiyası iş materiallarını qanunvericiliyin yuxarıda şərh olunan normalarının tələblərı, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenumlarının qərarları nəzərə alınmaqla təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, Məhkum qarşı irəli sürülən epizodlar üzrə ittiham tərəfinin ona zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməsini, yaxud aldatmaq niyyətini və məqsədini təsdiq edən heç bir sübut yoxdur. İş materiallarından görünür ki, Məhkum niyyəti Zərərçəkmiş şəxs etibarından suiistifadə edib onu aldatmaqla əmlakını ələ keçirmək olmamış, buna görə Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən istehsalat sexini bankdan götürəcəyi kredit hesabına almağa yönəlmiş və qabaqcadan aralarında olan razılığa əsasən həmin zavodu banka girov qoymaq və müvafiq sənədləşmə işlərinin görülməsi üçün Zərərçəkmiş şəxs Məhkum səlahiyyətli nümayəndəsi kimi qəbul edib ona etibarnamə verməklə işlərin görülməsi üçün müəyyən məbləğdə pulu borc kimi vermişdir. Bu fakt Zərərçəkmiş şəxs öz ifadələrində göstərdiyi kimi Məhkum ondan aldığı pulları sonradan qaytarmaq şərti ilə borc almışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ifadəsində göstərdiyi xüsusatlar iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs və şahidlərin ifadələri, çoxsaylı sənədlərlə Zərərçəkmiş şəxs tərəfindən pul vəsaitlər i Məhkum zavodun müvafiq sənədləşmə və təmir tikinti işlərinin aparılması üçün könüllü olaraq verildiyi sübut olunmuş, niyyətləri həmin zavodu satmaq məqsədi daşımışdır. İşin belə vəziyyəti isə heç bir halda cinayət əməli, konkret olaraq dələduzluq cinayət əməli kimi qiymətləndirilə bilməz. Məhz yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi tam əsaslı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsasları ilə bəraət verilmişdir. Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. Mürrey Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o h alda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəx sin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsində qeyd edilir ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmi ş və haqlı olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Məhkəmə kollegiyası işin materiallarına və cinayət qanununun normasının yuxarıda göstərilən tələblərinə əsaslanaraq belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Məhkum Zərərçəkmiş şəxs qarşı dələduzluq etməsini təsdiq edən heç bir mötəbər sübutu əldə etmədiyindən məhkəmələr Məhkum cinayət tərkibi olmaması əsasları ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verməkdə haqlı olmuşlar. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2020-ci il ta rixli qərarı əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-113/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-113/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver