Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-113/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Məhkum1 müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Qədirov Ağabba İntiqam oğlunun iştirakları ilə xx xxx 1954-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, 416-E/k nömrəli saylı əmrlə 02.09.2017-ci il tarixdən “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Doğum şöbəsinin müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan2 ünvanında yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 314.2-ci maddəsi ilə xx xxxxxx 1962-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, 416-E/k nömrəli saylı əmrlə 02.09.2017-ci il tarixdən “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyən, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 05 avqust 2021ci il tarixli qərarından Məhkum1 və onun müdafiəçisi, Şirvan Reqional Vəkil Bürosunun vəkili Qədirov Ağabba İntiqam oğlu ilə birgə, Məhkum2 və zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Hacıqabul Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim H.N.Əzizov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə tibbi fəaliyyət sahəsində mamaginekoloq vəzifəsi üzrə rəhbər vəzifə turmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə tibbi fəaliyyət sahəsində həkim ümumi cərrah vəzifəsi üzrə rəhbər vəzifə turmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxsin hüquqi vari si, Məhkum1 və onun müdafiəçisi ilə birgə, Məhkum2 və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), E.İ.Əliyev və M.Ə.Bağırov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Doğum şöbəsinin müdiri vəzifəsində işləməklə vəzifəli şəxs olaraq, 04 mart 2020-ci il tarixdə saat 20:00 radələrində “38-39 həftəlik hamiləlik, sayca 5-ci hamiləlik, 2 doğuş, 2 abort, dölyanı suların vaxtından qabaq axması, doğuşun 1-ci dövrü” diaqnozu ilə “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Doğum şöbəsinə daxil olmuş X2 23:50-də tam açılış və gücənmələr başladıqdan sonra doğuşu icra edərkən, öz işinə vicdansız və laqeyd münasibət göstərib xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, “Həkim mama-ginekoloqun nümunəvi vəzifə Təlimati”nın 6, 7 və 11-ci bəndlərinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 10 may 2011-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “Zahılıq Dövrünün Qanaxmaları üzrə Klinik Protokol”un tələblərini kobud şəkildə pozub, tibbi profilaktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli, ginekoloji xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınması və azaldılması üzrə profilaktik tədbirləri keçirməli, anemiya xəstəliyi ilə əlaqədar qan itkisinin şokun yaranmasına səbəb olması ehtimalını, doğuşdan əvvəl doğuşların sayını, doğuş zamanı və doğuşdan sonra isə cift qalıqlarının qalmasını risk faktoru kimi qiymətləndirməklə risk qrupuna daxil etməli, qanaxmaların diferensial diaqnostikasını aparılmalı, doğuşdan sonra erkən qanaxmalar, uşaqlığın yumşaq olması və yığılmaması kimi əlamətlər olduqda “şok” diaqn ozu, təxmini diaqnoz kimi “uşaqlığın atoniyası” diaqnozu qoymalı, doğuşdan sonra qadınların rutin monitorinqini keçirməli olduğu halda, bu tələblərə əməl etməyərək, 05 mart 2020-ci il tarixdə saat 00:10-da X2 hamiləliyi təbii yolla yekunlaşdırıldıqdan sonra yaranmış patologiyanı, yəni uşaqlıq qanaxmasını adekvat qiymətləndirməmiş, habelə X2 əvvəllər iki doğuş və iki abort keçirməsinə, anemiya xəstəliyinin olmasına, doğuş zamanı 150 ml miqdarda qan itirməsinə, doğuş zamanı olan qan itkisinin şok yaratması ehtimalı olmasına baxmayaraq, onun vəziyyətini risk qrupuna aid etməmiş, doğuş zamanı və doğuşdan bilavasitə sonra xəstənin vəziyyətini müşahidə etməmiş, yalnız X2 kəskin qan itirməsi barədə tibb bacılarının məlumat verməsindən sonra tibbi yardım göstərərək saat 00:30-da X2 uşaqlığını və ciftini yoxlamış, uşaqlığından xırda cift qırıntıları formasında laxtalar çıxardıqdan sonra xəstəyə səhvən “cift paycıqlarının həqiqi bitişməsi?” diaqnozunu qoyaraq infuzion terapiya aparmış, lakin qan itkisinin miqdarını, qadının kliniki vəziyyətini düzgün qiymətləndirməli, itirilmiş qanın lazımı həcmdə bərpa olunmasını və cərrahi yardımın gecikdirilməməsini təmin etməli, mərhələli müalicə prinsipinə müvafiq olaraq operativ texnika bacarığına malik təcrübəli anestezioloq-reanimatoloq, laborant və stasionarda qan köçürməyə cavabdeh olan mütəxəssis çağırmaqla müvafiq tədbirlər həyata keçirməli olduğu halda, xəstəyə qanın köçürülməsini yalnız “Total abdominal histerektomiya” əməliyyatı ərəfəsində təmin etmiş, lakin doğuşun icrasını düzgün aparmaması ilə əlaqədar baş vermiş ağır dərəcəli erk ən zahılıq dövrünün uşaqlıq qanaxmasına qarşı qeyri-adekvat konservativ müalicə aparması və qanaxmanın qarşısının alınması üçün zəruri olan operativ müdaxiləni gecikdirərək davam edən uşaqlıq qanaxması ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəbindən DYL (damardaxili yayılmış laxtalanma) sindromu başlamış X2 yalnız saat 01:40 radələrində İİİ-İV dərəcəli hemorragik şok vəziyyətində cərraha təhvil verdiyindən, öz növbəsində sonuncu tərəfindən də “Total abdominal histerektomiya” əməliyyatı qüsurlu aparıldığından qarşısı alınması mümkün olmayan ağır patologiyanın, yəni DYL sindromunun inkişaf etməsinə və nəticədə ehtiyatsızlığından zərərçəkmiş şəxs X2 qanitirməsi ilə əlaqədar orqanizminin kompensator funksiyaları pozulduğundan sonuncunun 07 mart 2020-ci il tarixdə saat 10:30 radələrində müa licə aldığı “Hacıqabul RMX”-də ölməsinə səbəb olmuşdur. Məhkum2, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləməklə vəzifəli şəxs olaraq, öz işinə vicdansız və laqeyd münasibət göstərib xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, “Həkim-ümumi cərrahın nümunəvi vəzifə Təlimatı”nın 6, 7, 8 və 22.5 bəndlərinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 10 may 2011-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “Zahılıq Dövrünün Qanaxmaları üzrə Klinik Protokol”un tələblərini kobud şəkildə pozub, tibbi profilaktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicə təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, realibitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli, zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etməli, əməliyyatın vaxtını qısaltmağa və qanaxmanı azaltmağa imkan verən daxili qalça arteriyalarının bilateral bağlanmasını həyata keçirməklə cərrahi hemostaz yaratmalı olduğu halda, bu tələblərə əməl etməyərək “38-39 həftəlik hamiləlik, sayca 5-ci hamiləlik, 2 doğuş, 2 abort, dölyanı suların vaxtından qabaq axması, doğuşun 1-ci dövrü” diaqnozu ilə RMX-nin Doğum şöbəsinə daxil olmuş X2 doğuşu həkim mamaginekoloq tərəfindən düzgün aparılmadığından 05 mart 2020-ci il tarixdə saat 00:10-da X2 doğuşdan azad olduqdan sonra onda yaranmış ağır dərəcəli erkən zahılıq dövrünün uşaqlıq qanaxmasına qarşı mama-ginekoloq tərəfindən qeyri-adekvat konservativ müalicə aparılması və qanaxmanın qarşısının alınması üçün zəruri olan operativ müdaxilənin gecikdirilməsi hesabına baş vermiş kəskin qanitirmə səbəbindən DYL (damardaxili yayılmış laxtalanma) sindromu başladığından İİİ-İV dərəcəli hemorragik şok vəziyyətində olan X2 doğuşdan sonra göstərilmiş tibbi yardımlar təsirli olmadığı üçün “Total abdominal histerektomiya” əməliyyatının aparılması məqsədi ilə saat 01:40 radələrində ona təhvil verilmiş xəstə X2 üz ərində həmin əməliyyatı icra edərkən kəskin qanaxmanın baş verdiyi uşaqlığı ekstripasiya etsə də, xəstənin vəziyyətini düzgün qiymətləndirmədiyindən, yaranmış DYL sindromu ilə əlaqədar xəstənin diaqnozunu müəyyən etməyərək hematoloq ixtisaslı həkimi cəlb etməklə hematoloqun xəstəyə konsultativ baxışını təmin etməyib profilaktik prosedur və tədbirləri təşkil etmədiyindən, X2da doğuşdan sonra kəskin xarici uşaqlıq qanaxması nəticəsində yaranmış DYL sindromunun qarşısını almaqdan ötrü daxili qalça arteriyasının bilateral bağlanmasını təmin etməyib, səhv seçdiyi “uşaqlıq arteriyalarının bilateral bağlanması” (damarların ardıcıl bağlanması – hər iki tərəfdən uşaqlıq arteriyasının qalxan şaxələrinin və yumurtalıq arteriyalarının) taktikası üzrə də cərrahi hemostazı düzgün icra etməməklə müalic ə taktikasını düzgün təşkil etməyərək apardığı qüsurlu müalicə səbəbindən qanaxmanın davam etməsi fonunda DYL sindromunun inkişaf etməsinə, nəticədə qarşısı alınması mümkün olmayan ağır patologiyanın, yəni DYL sindromunun inkişaf etməsinə və ehtiyatsızlığından zərərçəkmiş şəxs X2 qanitirməsi ilə əlaqədar orqanizminin kompensator funksiyaları pozulduğundan sonuncunun 07 mart 2020-ci il tarixdə saat 10:30 radələrində müalicə aldığı “Hacıqabul RMX”-də ölməsinə səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum1 barəsində olan 22 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya məhkəməsində yeni baxışa təyin edilməsinə dair qə rar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, apellyasiya instansiya məhkəməsinin adı çəkilən qərarı Məhkum1 münasibətdə əməlin düzgün tövsif olunmaması əsası ilə ədalətsizdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sabiq baş anestezioloq-reanomatoloqu X13 müdafiəçinin sorğusu əsasında verdiyi 04 fevral 2021-ci il tarixli mütəxəssis rəyi məhkəməyə təqdim edilsə də, tədqiq edilməmiş və münasibət bildirilməmişdir. Şikayət müəllifləri hesab edirlər ki, zərərçəkmiş şəxs X2 ölümünə səbəb doğuşdan sonra keçirilmiş əməliyyatın cərrah Məhkum2 tərəfindən qüsurlu aparılması olmuş, bu da məhkəmə tibb ekspertizalarının rəyi ilə də təsdiq olunmuşdur. Lakin ibtidai araşdırma orqanı və məhkəmələr doğuşun qüsurlu aparılmasına dair məhkəmə-tibb ekspertlərinin rəylərində göstəril ənlərin əsaslı olub-olmamasını tədqiq etmədən Məhkum1 da X2 ölümündə təqsirli bilmişlər. İş kassasiya instansiya məhkəməsində baxılan zaman Məhkum1 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək özü və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının onun barəsində olan 22 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və CM-in 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibinin olmaması və təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraətverici əsaslarla hökm çıxarılması üçün cinayət işinin apellyasiya məhkəməsində yeni baxışa təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifinin fikrincə, apellyasiya məhkəməsi işin hallarını kifayət qədər araşdırmamış, onun əməlində CM-in 314.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olub-olmamasını müəyyən etmədən əsassız olaraq birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış ittiham hökmünü qüvvədə saxlamışdır. İş kassasiya instansiya məhkəməsində baxılan zaman Məhkum2 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və məhkumlar Məhkum1 və Məhkum2 təqsirli bilindikləri CM-in 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 ərizələrini və zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Məhkum1 və Məhkum2 tərəfindən verilmiş ərizələrinin nəzərə alınması və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi X1, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi A.Qədirovun, Məhkum1 və Məhkum2 tərəfindən verilmiş ərizələrinin nəzərə alınması və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum1 özü və müdafiəçisi t ərəfindən birgə verilmiş və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalı, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məc əllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət prosessual qanunvericiliyinin qeyd edilən tələbini və Məhkum1 özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin məhkumun özü tərəfindən, həmçinin, Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinin məhkumun özü tərəfindən geri götürülməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum1 və Məhkum2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayətləri baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətind ə məhkumlar Məhkum1 və Məhkum2 təyin olunmuş cəzanın yüngül olması bildirilir və ağır cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi əsasən “Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlili k dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkum еdilmiş şəхslər Məhkum1 və Məhkum2 cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların ittiham olunduqları cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara həmin cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarı n şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinay ət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qər arında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəz anı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onla r: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamalarını, ilk dəfə öz xarakterinə görə ehtiyatsızlıqdan az ağır cinayət törətmələrini, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmalarını, və yaşlı olmalarını cəzalarını yüngülləşdirən hallar kimi və cəzalarını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərba ycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız old uğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən baxılmadan geri qaytarılsın. Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən baxılmadan geri qaytarılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314. 2-ci maddəsi ilə məhkum edilmələrinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2021-ci il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-113/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-113/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver