Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-113/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, iştirakı ilə, Məhkum6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200–1.2.1, 200–1.2.2, 200–1.2.3, 206.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum1, Məhkum2, Məhkum4, Məhkum5, Məhkum3 CM-in 200–1.2.1, 200–1.2.2, 200–1.2.3, 32.5,206.3.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarından Məhkum5 müdafiəçisi Müdafiəçi11 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 oğlunun sədrliyi ilə, X8 və X1 ibarət tərkibdə) 14 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200–1.2.1, 200–1.2.2, 200–1.2.3, 206.3.1, 206.3.2 və 240.3.2 maddələrində nəzərdə tutulan c inayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il azadlıqdan məhrumetmə cəzasına, CM-nin 206.3.1, 206.3.2-ci maddələri ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.3.2-ci maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkməklə, cəzasının əvvəlinin 14 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin Məhkum6, Məhkum1, Məhkum2, Məhkum4 və Məhkum3 da məhkum olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 oğlunun sədrliyi və məruzəsi, X4 və X3 ibarət tərkibdə) 14 iyul 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən Məhkum6 müdafiəçisi Müdafiəçi6, təqsirləndirilən Məhkum1 müdafiəçisi Müdafiəçi7, təqsirləndirilən Məhkum4 özü və müdafiəçisi Müdafiəçi4, təqsirləndirilən Məhkum5 Zülfuqar oğlunun müdafiəçi si Müdafiəçi5 və təqsirləndirilən Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü təqsrləndirilən şəxslər Məhkum6, Məhkum2, Məhkum1, Məhkum4, Məhkum5 Zülfuqar oğlu, və Məhkum3 münasibətdə dəyişdirilmişdir. Dövlət ittihamçısı təqsirləndirilən şəxslər- Məhkum6, Məhkum2, Məhkum1, Məhkum4, Məhkum5 Zülfuqar oğlu, və Məhkum3 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş itthamdan imtina etdiyindən, hər birinin barəsində həmin maddə ittihamdan xaric edilmişdir. Məhkəmənin hökmü ilə Məhkum6 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200–1.2.1, 200–1.2.2, 200–1.2.3 və 240.3.2-ci maddələri ilə təyin olunmuş cəzalar dəy işdirilmədən saxlanılmışdır. Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə ona hökmlə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmışdır. Həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə, cəzasının əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun` üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin hökmü ilə Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200–1.2.1, 200–1.2.2, 200–1.2.3 və 240.3.2-ci maddələri ilə təyin olunmuş cəzalar dəyişdirilmədən saxlanılmışdır. Onun əməli Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsindən Cinayət Məcəllənin 32.5,206.3.1-ci maddəsinə tövsif olunmaqla təqsirli bilinmiş və həmin maddə ilə ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə, əvvəli 14 yanvar 2022-ci ildən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə hökm ü ilə Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200–1.2.1, 200–1.2.2, 200–1.2.3 və 240.3.2-ci maddələri ilə təyin olunmuş cəzalar dəyişdirilmədən saxlanılmışdır. Onun əməli Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsindən Cinayət Məcəllənin 32.5,206.3.1-ci maddəsinə tövsif olunmaqla təqsirli bilinmiş və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə, cəzasının əvvəli 14 yanvar 2022-ci ildən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhr um olunmaqla 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin hökmü ilə Məhkum4 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200–1.2.1, 200– 1.2.2, 200–1.2.3 və 240.3.2-ci maddələri ilə təyin olunmuş cəzalar dəyişdirilmədən saxlanılmışdır. Onun əməli Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsindən Cinayət Məcəllənin 32.5,206.3.1-ci maddəsinə tövsif olunmaqla təqsirli bilinmiş və 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə, cəzasının əvvəli 14 yanvar 2022-ci ildən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 02 (iki) il müdd ətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin hökmü ilə Məhkum5 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200–1.2.1, 200–1.2.2, 200–1.2.3 və 240.3.2-ci maddələri ilə təyin olunmuş cəzalar dəyişdirilmədən saxlanılmışdır. Onun əməli Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsindən Cinayət Məcəllənin 32.5,206.3.1-ci maddəsinə tövsif olunmaqla təqsirli bilinmiş və həmin maddə ilə ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə, cəzasının əvvəli 14 yanvar 20 22-ci ildən hesablanaraq və cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə üzərində qəti 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin hökmü ilə Məhkum3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200–1.2.1, 200–1.2.2, 200–1.2.3 və 240.3.2-ci maddələri ilə təyin olunmuş cəzalar dəyişdirilmədən saxlanılmışdır. Onun əməli Cinayət Məcəlləsinin 206.3.1ci maddəsindən Cinayət Məcəllənin 32.5,206.3.1-ci maddəsinə tövsif olunmaqla təqsirli bilinmiş və 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə, üzərində qəti olaraq 01 (bir) il müddətə dövlət vəyerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 06(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə hesab olunmaqla 02 (iki) il sınaq müddəti müəyyən edilmiş və təyin olunmuş sınaq müddətinin əvvəli hökm qüvvəyə mindiyi gündən hesablanmışdır. Məhkəmənin hökmü qalan hissədə dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarından Məhkum5 müdafiəçisi Müdafiəçi11 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolleg iyasında kassasiya şikayətlərinə baxılması 22 fevral 2023-cü il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum5 ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikd ir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200–1.2.1, 200–1.2.2, 200–1.2.3, 206.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum1, Məhkum2, Məhkum4, Məhkum5, Məhkum3 CM-in 200–1.2.1, 200–1.2.2, 200–1.2.3, 32.5,206.3.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarından Məhkum5 müdafiəçisi Müdafiəçi11 tərəfindən
Məhkəmə qərarları › İş №1(102)-113/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-113/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver