Məhkəmə qərarları › İş №1(102)-113/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-113/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-113/2025 08.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Xudatlı Orxan Vəlyəddin oğlunun, Ölmüş məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə xx xxx 1974-cü ildə Naxçıvan M R-nın Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda faktiki yaşamış, ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə icraata CPM-nin 39.1.5ci maddəsinə əsasən xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2024-cü il tarixli 1(103)-1539/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Xudatlı Orxan Vəlyəddin oğlu tərəfindən bigə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may 2024-cü il tarixli 1(101)-1551/2024 nömrəli qərarı ilə (hakimlər: K.N.Muxtarov (sədrlik edən), E.A.Nuriyev və A.H.Tağıyev) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 178.3.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmiş, Bakı şəhəri, Xətai rayonu, “Bakı Ağ Şəhər” layihəsində inşa edilmiş yaşayış binasının ümumi sahəsi 157 kvadrat metr olan 67 saylı mənzilə Xətai Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərarı ilə qoyulmuş həbsin dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəmə-xətşünaslıq, məhkəmə-fonoskopik, məhkəmə komputertexniki ekspertizalarına sərf edilmiş ümumilikdə 424 (dörd yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərcinin dövlətə aid edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2024-cü il tarixli 1(103)-1539/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may 2024-cü il tarixli 1(101)-1551/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin qərarına əsasən müəyyən edilmişdir ki, cinayət işi üzrə mərhum Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qeyriləri ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifa də etmə və aldatma yolu ilə ələ keçirmək barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, 10 iyul 2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, “Bakı Ağ Şəhər” layihəsində inşa edilmiş çoxmənzilli yaşayış binasında Zərərçəkmiş şəxs məxsus 3 otaq və köməkçi sahədən ibarət ümumi sahəsi 157 kvadrat metr olan 227650 manat dəyərində 67 saylı mənzilin müqabilində Zərərçəkmiş şəxs beton materiala görə borcunun olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 10 gün müddətinə mənzilin dəyərinə uyğun olaraq 227650 manat məbləğində pul vəsaiti köçürəcəyinə dair yalan vəd verib, əsl ində isə vədinə əməl etməməklə aldadıb həmin mənzilin özünün təqdim etdiyi cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid3 satılmasına dair “Kooperativ Binada Mənzil Tikinti” haqqında 10 iyul 2020-ci il tarixli, 0**-ER-*** nömrəli müqavilə və faktiki olaraq hər hansı məbləğdə ödəniş edilmədiyi halda mənzilin 227650 manat dəyərinin Şahid3 tərəfindən tam ödənilməsini təsdiq edən 10 iyul 2020-ci il tarixli, **-ER-*** nömrəli maliyyə arayışını "xxxx" MənzilTikinti Kooperativinin sədri Şahid4 tərəfindən imzalanmış və həmin koorperativin möhürü ilə təsdiqlənmiş vəziyyətdə Zərərçəkmiş şəxs təhvil alıb, həmin tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən ofis sahəsində müqavilənin Şahid3 imza etdirilməsini təşkil etməklə, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai ra yonu, “Bakı Ağ Şəhər” layihəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 3 otaq və köməkçi sahədən ibarət ümumi sahəsi 157 kvadrat metr olan 227650 manat dəyərində 67 saylı mənzilini qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs killi miqdarda 227650 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2024-cü il tarixli 1(103)-1539/2024 nömrəli qərarının ləğv edilməsi və Zərərçəkmiş şəxslər siyahısından çıxarılması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101) -1551/2024 saylı iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Lakin həmin iş üzrə onun zərərçəkmiş şəxs qismində tanınmağı üçün heç bir faktiki və hüquqi əsas mövcud deyildir. Belə ki, "xxxx" MTK ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 0**-ER-*** saylı Kooperativ Binada Mənzil tikintisi haqqında müqavilə ilə Bakı şəh., Xətai ray., Ağ Şəhər layihəsində, Park rayonu PD 039-040 pilotda tikilən 20 mərtəbəli yaşayış binasındakı 16- cı mərtəbədə yerləşən 67 saylı mənzili satın almışdır. Bundan sonra cinayət işi üzrə toplanmış materiallara əsasən "xxxx"MTK ilə Şahid3 arasında bağlanmış 67 saylı mənzillə bağlı 10 iyul 2020-ci il tarixli, 0**-ER-*** saylı koooperativ binada mənzil tikinti haqqında müqavilənin etibarsız hesab edilməsi barədə o, iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda bununl a bağlı 2(011)-2219/2024 saylı iş Xətai Rayon Məhkəməsinin icraatındadır. Sonradan başqa şəxslə bağlanmış müqavilənin etibarsızlığına dair iddia qaldırmış olmağı 1(101)-1551/2024 saylı cinayət işi üzrə onun zərərçəkmiş şəxs qismində tanınmağı üçün zərurət deyildir. Belə ki, AR Cinayət Prosessual Məcələsinin 87.1-ci maddəsinə əsasən “cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar oldııqda o, zərər çəkmiş şəxs qismində tanınır.” Lakin hazırki iş üzrə qeyd edir ki, sözügedən mənzilə dair başqa şəxslərlə müqavilə bağlanmış olsa da, mənzil faktiki olaraq onun sahibliyində və istifadəsindədir, heç bir başqa şəxsin sahibliyinə keçməmişdir. Dolayısı ilə maddi ziyana uğramağa dair CPM-in 87.1-ci maddəsinin tələbi ödənmədiyi üçün zərərçəkmiş şəxs qismində tanınmağıma da zərurət yoxdur. AR Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən qeyd edilən maddəyə istinadən bildirir ki, sözügedən mənzil başqa şəxsə mülkiyyət hüququ ilə təhvil verilmədiyindən, sahibliyində və ya istifadəsində olmadığından və hazırda onun faktiki sahibliyində olduğundan 1(101)-1551/2024 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmağına zərurət olmamaqla, hüquqi əsas da mövcud deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə nümayəndə O.Xudatlının, kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi R.Qocayevin və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab ed ir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən no rmanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə apelyasiya instansisı məhkəməsinin qərarının ləğv edilməsi və Zərərçəkmiş şəxslər siyahısından çıxarılması barədə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM -in 178.3.2-ci maddəsinə əsasən “bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdəbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblər inə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Şikayətdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Bakı Ağ Şəhər” layihəsində olan 227650 manat dəyərində mənzilin başqa şəxsə mülkiyyə t hüququ ilə təhvil verilmədiyindən, sahibliyində və ya istifadəsində olmadığından və hazırda zərərçəkmişin faktiki sahibliyində olduğundan 1(101)-1551/2024 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmağına zərurət olmadığından Zərərçəkmiş şəxs qismində tanınmaması üçün əsasların mövcud olmaması qeyd edilşmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarında olan “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əmlakının ələ keçirilməsi barədə müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, vərəq 1). Cina yət işinin materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsində göstəmişdir ki, 10 iyul 2020ci il tarixdə “İsmayıl” adlı şəxs onun etibarından sui-istifadə edərək, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Bakı Ağ Şəhər” layihəsində olan 227650 (iki yüz iyirmi yeddi min altı yüz əlli) manat dəyərində mənzilimi dələduzluq yolu ilə ələ keçirmişdir. Nəticədə “İsmayıl” adlı şəxsi cinayət məsuliyyətinə cəlb etməklə ona vurulmuş maddi ziyanın ödətdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir (cild 1, vərəq 6). Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 13 mart 2023cü il tarixli protokoldan görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin s tintaqı şöbəsinin baş müstəntiqi polis mayoru X1 Əziz Əyyub oğlunun müraciəti əsasında araşdırılan material üzrə protokol tərtib edirək, Zərərçəkmiş şəxs istintaqa könüllü təqdim etdiyi 1 ədəd markasız diskin yaddaşındakı fonoqrama Bakı Şəhər Baş Polis İdarənin inzibati binasında, 316 nömrəli xidməti otaqda baxış keçirmişdir. Diskə baxış keçirilərkən 8 dəqiqə və 42 saniyə davam edən dialoq-danışıqdan ibarət “WhatsApp Audio 2022-08-15 at 19.59.14” adlı fonoqrama qulaq asılmışdır. Zərərçəkmiş şəxs izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs və barəsində cinayət təqibi həyata keçirilən Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılarkən, Zərərçəkmiş şəxs ona məxsus mənzilin dələduzluqla ələ keçirilməsi barədə əvv əlki ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha söyləməklə təsdiq etmiş, Təqsirləndirilən şəxs isə 12 avqust 2023-cü il tarixədək Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam şəkildə ödəyəcəyini bildirmişdir (cild 3, vərəq 154-158). Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi məhz Zərərçəkmiş şəxs əmlakının ələ keçirilməsi barədə müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, həmçinin, iş materiallarında olan 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, cinayət işinin materiallarından istintaqa məlum olmayan “Taleh” adlı şəxsin Zərərçəkmiş şəxs məxsus mənzilin etibaran sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilməsində iştirakın olub-ol maması faktının araşdırılması üçün CM-in 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, həmin işdə Zərərçəkmiş şəxs tərəfindən mülki iddia qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda, o, zərər çəkmiş şəxs qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştir akına xitam verir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilməməli, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməs in. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarı Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən bigə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar