Məhkəmə qərarları › İş №1(102)-1130/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1130/2019

11.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1130/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Hüseynov Rəşad Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Yusifov İlkin Fərhad oğlu, Məhkum, Zərərçəkmiş şəxsin hüquqi varisi X5nun iştirakları ilə Kürdəmir rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Bağırov Rafiq Sultan oğlu) xx xxxxxx 1981-ci il tarixdə Kürdəmir rayonu, Sovla kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı uşaq atası orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sovla kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Kürdəmir rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 14 dekabr 2016-cı il tarixdə saat 10-11 radələrində həmkəndlisi X2la birlikdə yaşadıqları Sovla kəndinin ətrafında yerləşən, X6 məxsus pay torpaq sahəsində özlərinə məxsus heyvanları otardıqları vaxt dincəlmək qərarına gələrək həmin ərazidə, torpağın suvarılması üçün nəzərdə tutulan su arxının kənarında aralarında 2 metr məsafə olmaqla bir-birlərinə paralel ayaqları üstdə aşağı əyilərək oturub söhbət edən zaman, ov etmək məqsədi ilə əvvəlcədən atəşə hazır vəziyyətə gətirməklə üzərində gəzdirdiyi 16 kalibrli, “3K” modelli, lüləaltı yatağı “093119” və lüləsi “467E” uyğun modelli, xarici çaxmaqlı, tək-hamarlüləli (yivsiz) odlu ov tüfəngini lüləsi sol tərəf istiqamətdə olan X2 tərəfə olmaqla dizlərinin üstünə qoyub sinəsi ilə ayaqlarına sıxmış, elə həmin vaxt o, ehtiyatsız davranmaqla, yəni ehtiyatsızlıqdan əli ilə həmin tüfəngin tətiyinə toxunması nəticəsində açılan bir atəşlə X2a həyat və sağlamlıq üçün təhlükə yaradan “Döş qəfəsinin arxa sağ yan səthinin kor odlu silah yarası (qırma), döş qəfəsinin arxa sağ yan səthində döş boşluğuna və qarın boşluğuna nüfuz edən, ağ ciyərin sağ aşağı payının, qara ciyərin və böyrəyin zədələnməsi ilə nəticələnən yara, döş qəfəsinin arxa sağ yan səthində 9-10-cu qabırğaların sınığı, əzələlərin və peritonun deffekti”ndən ibarət ağır bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan X2 ölümünə səbəb olmuşdur. Hökmdə n zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Soltanov Fuad Kamil oğlu, hakimlər Cəfərov Rafiq Musa oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 14 mart 2019-cu il tarixli qərarı ilə Kürdəmir rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X5 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qeyd olunan qərarını və iş üzrə ilkin baxış qərarını ləğv edib işin yenidən apellyasiya instansiya məhkəməsinin ilkin baxış mərhələsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X5 kassasiya şikayətində Məhkum X7 qəsdən öldürdüyünü, iş üzrə ibtidai istintaqın və məhkəmə araşdırmasının düzgün aparılmadığını, tüfəngdən atəşin açıldığı yerdə heç bir qan izinin olmadığını, iş üzrə keçirilmiş ekspertiza rəylərindən narazı olduğunu, oğlu X2 vurulduqdan sonra hadisə yerində uzun müddət köməksiz vəziyyətdə qaldığını və təcili tibbi yardıma çatdırılmadığını, onun özünün zəng olunduqdan sonra oğlu X2u təcili tibbi yardıma çatdırdığını, həkimin deməsinə əsasən, onun qanitirmədən öldüyünü, iş üzrə ekspertiza rəylərindən birində atəşin istiqamətinin arxadan önə, digərində isə sağdan sola olmasının göstərildiyini, oğlu X2la Məhkum aralarında münasibət olmadığını və dalaşdıqlarını, onların birlikdə heç yerə getməd iklərini bildirib apellyasiya məhkəməsinin qeyd olunan qərarını və iş üzrə ilkin baxış qərarını ləğv edib işin yenidən apellyasiya instansiya məhkəməsinin ilkin baxış mərhələsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin hüquqi varisi X5nun kassasiya şikayətinin təmin edilməsi, Məhkum və dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2019cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Re spublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin hüquqi varisi X5nun kassasiya şikayətində məhkəmələr tərəfindən istintaq materiallarının araşdırılmaması, Məhkum əməlinin düzgün tövsif edilməməsi, daha ağır maddə ilə tövsif edilməli olduğu iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad edilir. Şikayətin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunma lıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellaysiya məhkəməsinin qərarında göstərilmişdir ki, “... məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X5nun apelyasiya şikayətinin, həmçinin apelyasiya şikayətinə məhkəmə baxışı iclasında çıxışının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirlməməsi, məhkum olunmuş şəxsin əməlində qəsdən adam öldürmə cinayətinin tərkibinin olması və onun əməlinin CM-nin 124.1-ci maddəsi ilə düzgün tövsif olunmamasına dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apelyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməllərinin həmin maddələrlə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə məhkum olunmuş şəxs Məhkum təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayı r. Məhkəmə kоllegiyаsı məhkəmə istintаqı аpаrmаdan cinаyət işinin mаteriаllаrını və apelyasiya şikayətinin dəlillərini аrаşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesаb edir ki, aşağıda qeyd olunanlara görə apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü isə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkum olunmuş şəxs Məhkum ona istinad edilən əməldə özünü təqsirli bilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə di ndirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Məhkumun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Eyni zamanda məhkumun ona istinad edilən əməli ehtiyatsızlıqdan deyil, qəsdən törətməsini təsdiq edə biləcək hallar da müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, biri nci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuşdur. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi birinci instansiya məhkəməsində araşdırılmış aşağıdakı sübutlarla öz təstiqini tapmışdır.... Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş yuxarıda göstərilən sübutların müqasiyəli təhlili əsasında apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, məhkum olunmuş şəxs Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və təqsirliliyi onun birinci instansiya məhkəməsində verdiyi ifadəsi, zərərçəkmişin hüquqi varisinin arvadı X13 və qızı X1 ifa dələri istisna olmaqla bunu tamamlayan digər on şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının, məhkəməballistik, məhkəmə-tibbi-kriminalistik, ambulator məhkəmə-narkoloji və məhkəməpsixiatrik ekspertizasının rəyləri ilə, eləcə də istintaq hərəkətlərinin protokolları, maddi sübutlarla və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, həmin sübutlarla məhkum edilmiş şəxs Məhkum zərərçəkmiş şəxs X9 ilə həmkəndli kimi normal münasibətlərinin olması, aralarında hər hansı bir düşmənçilik və ya ədavətin olmaması, sözügedən hadisənin törədilmə yeri, vaxtı, şəraiti və mexanizmi, o cümlədən hadisənin kəndin çöl sahəsində, heyvanları otardıqları ərazidə olan su arxının kənarında, təxminən saat 11 radələrində baş verməsi, həmin anda zərərçəkmişin ondan sol tərəfdə, təxminən 2 metr aralıda, təxminən onunla eyni xətt üzərində, ikisinin də ayaqları üstündə yarıoturulu vəziyyətdə olmaları, onun dizi ilə sinəsi arasında sıxılmış tüfəngin lüləsinin istiqamətinin sağdan sola, yəni zərərçəkmiş X2a tərəf düşməsi, atəşin açılaraq X2ın sağ böyrək nahiyəsinə dəyməsi, onun dərhal X2ın yanına gedərək, qan çox axmasın deyə yaranı əli ilə tutub X2 özünə tərəf çəkib özünə söykəməsi, bundan sonra istifadəsində olan mobil telefonla əvvəl öz atası X11 və X2 atası X5in telefonuna, daha sonra isə 103 təcili yardım xidmətinə zəng vurub hadisə haqqında məlumat verməsi barədə ifadəsində göstərdikləri tam təsdiq olunur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X5nun, oğlu X25 tərəfindən ehtiyatsızlıqdan deyil, qəsdən öldürülməsi barədə dəlilləri nə münasibət bildirərək qeyd edir ki, X4 X5 zərərçəkmiş şəxsin hüquqi varisi kimi ibtidai istintaq zamanı 13 avqust 2018-ci il tarixdə və birinci instansiya məhkəməsində verdiyi ifadələrində, habelə apelyasiya instansiya məhkəməsində etdiyi çıxışında həmin dəlilini məhkum edilmiş şəxs Məhkum hadisədən 4 il əvvəl, yəni 2012-ci ilin sentyabr-oktyabr aylarında onların həyətindən qoyun oğulamağa cəhd etməsi, bunu qızı X14nin görüb qardaşı X2a deməsi, buna görə X2la Məhkumin münasibətlərinin pozulması, lakin həmkəndli olduqlarında həmin hadisə ilə bağlı polisə müraciət etməmələri, bu məsələnin Məhkumdə kin yaratdığını və onun bu səbəbdən də oğlunu öldürə biləcəyi fikirləri ilə əlaqələndirmişdir. X4 X5un həmin dəlili qızı X14 və arvadı Bəsdi Kərimovaların ifadələri istisna olmaqla iş üzrə birinc i instansiya məhkəməsində dindirilən digər on şahidin, o cümlədən zərərçəkmişin hüquqi varisinin təşəbbüsü ilə dindirilən onun bacısı oğlu olan X8 və qızının əri X10 ifadələri ilə tam təkzib olunmuşdur. Belə ki, həmin şahidlər ifadələrində zərərçəkmiş mərhum X2la məhkum edilmiş şəxs Məhkum münasibətlərinin yaxşı olduğunu, aralarında hər hansı bir düşmənçiliyin, ədavətin və narazılığın olmadığını, mütamadi olaraq bir yerdə qoyun otardıqlarını, eləcə də Məhkum X4 X5un həyətindən qoyun oğurlamağa cəhd etməsi barədə məlumatlarının olmadığını göstərmişlər. Eyni zamanda qeyd edilməlidir ki, X4 X5un dəlilinin əsası kimi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində istinad etdiyi həmin hallar ziddiyyətlidirlər və buna görə də onların həqiqiliyi əsaslı şübhə altına düşür. Belə ki, zər ərçəkmişin hüquqi varisi kimi ibtidai istintaq zamanı verdiyi 13 avqust 2018-ci il tarixli ifadəsində(İİİ cild, səhifə-129) X17 onun həyətindən qoyun oğurlamağa cəhd etməsini kənd camaatından öyrəndiyini, birinci instansiya məhkəməsində verdiyi ifadəsində isə həmin məslənin hazırki hadisədən sonra qızı X14nin ona dediyini bildirmişdir. Bununla yanaşı o da vurğulanmalıdır ki, Məhkum oğurluğa cəhd etməsini ifşa edilib, bu barədə polisə məlumat verilməməsi ağlabatanlıq baxımından Məhkum zərərçəkmiş şəxsə qarşı kinlilik deyil, minnətdarlıq hissinin yaranmasına səbəb olmuş olardı. Bundan başqa X5 zərərçəkmiş şəxsin hüquqi varisi kimi ibtidai istintaq zamanı verdiyi 13 avqust 2018-ci il tarixli ifadəsində(İİİ cild, səhifə-130) dəlilinin digər bir əsası kimi ona istinad etmişdir ki, həmkəndliləri X3 cinayət işinə baxılan zaman Kürdəmir Rayon Məhkəməsində ifadə verərək, hadisədən sonra Məhkumin valideynlərinin ona X2la Məhkumin dalaşdığını, Məhkumin X2a güllə atdığını dedikılərini göstərmiş və o da ən çox bu məsələdən sonra Məhkumin oğlu X2a qəsdən tüfəngdən güllə atıb, onu öldürdüyünü fikirləşmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5nun dəlilinin bu əsası da şahid X3 ibtidai istintaq zamanı, 16 avqust 2018-ci il tarixdə(İİİ cild, səhifə131-134 ) və birinci instansiya məhkəməsində verdiyi ifadələri ilə tam inkar olunmuşdur. Belə ki, X3 ibtidai istintaq zamanı verdiyi 16 avqust 2018-ci il tarixli ifadəsində X4 X5un onunla bağlı istintaqa bildirdiklərinin yalan və böhtan olduğunu göstərmişdir. Göründüyü kimi zərərçəkmiş şəxsin hüquqi varisi X5un Məhkum tərəfindən qəsdən öldürülmə si barədə dəlilinin əsası kimi istinad etdiyi və qəsdən törədilməsini israr etdiyi hazırki cinayətin mötivi kimi göstərdiyi hallar məhkəmə iclasında təsdiqini tapmamış və tədqiq edilmiş sübutlarla tam inkar olunmuşdur. Belə olan halda sözügedən cinayətin məqsədi və motivi olmuş olmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət hüququ nəzəriyəsinə görə cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv(obyekt və obyektiv tərəf) və subyektiv(subyekt və subyektiv tərəf) elementlərin məcmusudur. Həmin elementlərin zəruri əlamətlərində n hər hansı birinin olmaması əməlin cinayət olmasını istisna edir. Cinayətin obyektiv elementini nəzərdə tutan əlamət Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin dispozisiyasında təsbit olunur. Cinayətin sübyektiv əlamətlərinə cinayətin sübyektini (anlaqlılığı və yaşı), təqsirin qəsd və ya ehtiyatsızlıq formasını, əməlin mötiv və məqsədinin omasını xarakterizə edən əlamətlər aiddirlər. Cinayət hüququ nəzəriyyəsinə görə qəsdən törədilən cinayətlərin zəruri sübyektiv əlamətlərindən biri həmin cinayətin məqsəd və motivinin olmasıdır. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarına əsasən məhkəmələrə tövsiyyə olunur ki, «İbtidai istintaq zamanı və 1-ci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları, aydınlaşdırılmadıqda apelyasiya instansiyası məhkəməsi hökmdən verilmiş apelyasiya şikayətinə və protestinə Azərbaycan Respublikası Cinayət proses Məcəlləsinin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və 1-ci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı təqsirləndirilən şəx sə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu aləti yetirilən bədən xəsarətlərinin sayı xarakteri və lokalizasiyası, (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi,) həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır». Kollegiya qeyd edir ki, nəzərə almaq lazımdır ki, ehtiyatsızlıqdan adam öldürmə zamanı cinayət törədən şəxsin təqsiri yalnız ehtiyatsızlıqdan ibarətdir, yəni şəxs ölümün baş verəcəyəni qabaqcadan görmür, bunu arzu etmir, halbuki lazımi diqqət və ehtiyatlılıq göstərərək baş verəcək nəticəni qabaqcadan görməli idi və görə bilərdi. İşin müəyyən olunmuş hallarından göründüyü kimi məhkum edilmiş şəxs Məhkum ilə zərərçəkmiş şəxs X2 hadisədən əvvəl münasibətləri normal olmuş, məhz buna görə onlar bir yerdə, eyni əraziyə heyvan otarmağa getmişlər, cinayətkarcasına etinasız davranması nəticəsində Məhkum sahibliyində olan tüfəngdən atılan atəş zərərçəkmiş şəxs X2 ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Hadisədən sonra məhkum edilmiş şəxs öz valideynlərinə, zərərçəkmiş şəxsin valideynlərinə məlumat verib onları, həmçinin təcili tibbi yardım xidmətini hadisə yerinə çağırmaqla, eləcə də zərərçəkmişi özünə söykəyib onun yarasını əli ilə sıxmaqla ona yardım göstərməyə cəhd etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının “təqsirsizlik prezumpsiyası”ndan bəhs edən 63-cü maddəsinə əsasən isə “hər kəsin təqsirs izlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”. İnsan hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın “ədalətli məhkəmə araşdırması hüququ”ndan və “qanunsuz cəzalandırılmamaq”dan bəhs edən müddəalarına əsasən “cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir” (mad.6). “Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz” (mad 7). Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyində də birbaşa göstərilir ki, «cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür» (CPM, 7 mad. 21.3). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsas lıdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Məhkum cəza təyini ilə bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Məhkum məhkum edilməmişdir. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan görünür ki, Məhkum ailə tərkibi arvadı və iki azyaşlı uşaqlarından ibarətdir. İş materiallarında ol an yaşayış yerindən verilmiş xasiyyətnamədə Məhkum müsbət xarakterizə olunur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, Məhkum hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün dərhal təcili tibbi yardıma məlumat verməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə əsasən cinayətin ağır nəticəyə səbəb olmasını və 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə edilməklə törədilməsini isə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alaraq, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəza qanuni, əsaslı və ədalətli olmuş və birinci instansiya məhkəməsi cəza təyin edərkən sonuncunun şəxsiyyətini xarakterizə edən halları, təyin edilmiş cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini və işdə cəzanı yüngülləşdirən halları, habelə onun cinayətin törədilməsində iştirakının dərəcəsi və cinayət törətdikdən sonrakı davranışını kifayət qədər nəzərə almışdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquq i xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən c əzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Qeyd olunanları nəzərə alaraq və qanunvericili yin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Kürdəmir Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 1(041)98/2018 saylı hökmündən zərərçəkmişin hüquqi varisi X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1ci maddəsi ilə məhkum olunmasına dair Kürdəmir Rayon Məhkəməsinin 13 dekabr 2018ci il tarixli, 1(041)-98/2018 saylı hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına. Azərbaycan Respublikası Konstitusiyasının, digər qanunları n tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə uyğun olduğu üçün (zərərçəkmiş şəxsin hüquqi varisi X5nun apellyasiya şikayətinin dəlillərinə aid olan hissədə) məhkəmə kollegiyası da onunla razılaşır, kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin yuxarıda göstərilən dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə ş ikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə ittiham verilmiş və məhkəmə haqlı olaraq işə həmin ittiham daxilində baxmış, zərərçəkmiş şəxsin hüquqi varisinin Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına da riayət etmiş, sonuncunun müvafiq vəsatətinə hökmdə də münasibət bildirmişdir. Hökmdə bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə həmçini n zərərçəkmiş şəxsin hüquqi varisi X5nun Məhkum X2X2ürməsi, cinayət işi üzrə ibtidai istintaq düzgün aparılmadığına görə və Məhkum daha ağır, qəsdən adam öldürməyə görə ittiham elan edilməsi və onun qəsdən adam öldürməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət işinin ibtidai istintaqa qaytarılması barədə tələblərinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum daha ağır ittiham elan edilməsi üçün cinayət işinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon prokuroruna qaytarılması üçün heç bir əsas yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 X5un bununla bağlı gətirdiyi dəlillər məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmadı və iş üzrə dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan rəsmi sənəd lərlə tam təkzib edilir...”. Göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqi varisinin bu məsələdə mövqeyinə də məhkəmə tərəfindən münasibət bildirilmiş, onunla razılaşılmadığının səbəbləri hökmdə göstərilmiş, gəlinən nəticə ətraflı şərh edilməklə əsaslandırmışdır. Məhkəmələrin bunlara dair mövqeyi iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası, da yuxarıda göstərildiyi kimi, məhkəmələrin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyasının belə mövqeyi həm də aşağıda göstərilən normaların tələblərinə də əsaslanır: Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsin də aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi itti ham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Odur ki, apellyasiya məhkəməsinin qərarı (zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə münasibətdə) əsaslı olduğundan (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar