Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1130/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 22 iyul 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Faiq Qəniyev (sədrlik edən və məruzəçi), Mirzə Xankişiyev və İlham Mahmudov) 1(101)-416/2021 nömrəli 06 may 2021ci il tarixli hökmü ilə 11 avqust 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 274 və 1931.3.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 274-cü maddəsi ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 193-1.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 fevral 2020-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Məhkum1 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran İslam İnqilabi Mühafizəçiləri Korpusu – «SEPAH» tərəfindən məxfi əməkdaşlığ a cəlb edilərək, Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara qəsdən kömək etmək, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etməklə dövlətə xəyanət etmiş, eləcə də cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən istifadə edərək külli miqdarda dəyəri olan əmlakla bağlı maliyyə əməliyyatlarını aparmaqla alğısatqı əqdini həyata keçirmişdir. Belə ki, Məhkum2 Məhkum1 və qeyriləri ilə cin ayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə 2012-ci ilin yanvar ayının əvvəllərində İran xüsusi xidmət orqanı olan İran İslam İnqilabi Mühafizəçiləri Korpusu – «SEPAH»ın nümayəndələri tərəfindən Tehran şəhərində məxfi əməkdaşlığa cəlb edilmiş, 2015-ci ilin iyun ayında həmin xüsusi xidmət orqanının «Əl-Qüds» qüvvələrinin Qafqaz və Orta Asiya istiqaməti üzrə kəşfiyyat fəaliyyətinə rəhbə rlik edən «doktor» ləqəbli Qafur Kargərinin tapşırığı ilə 15 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 04 avqust 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatı ləğv edilmiş «Azərbaycan İslam Partiyası» adlı təşkilatın rəhbəri təyin edilməklə həmin xüsusi xidmət orqanının nümayəndəsi X2 əlaqəsinə verilmiş və sonuncudan İran xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası ərazisində təsir dairəsinin genişləndirilməsi, o cümlədən fəaliyyəti onlar tərəfindən idarə olunan «Azərbaycan İslam Partiyası» adlı təşkilatın və onun rayon və şəhər komitələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi, Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklə rinə görə məhkum olunmuş bir sıra şəxslərin müdafiə olunması və ailə üzvlərinin maddi yardımla təmin edilməsi, məhkum olunmuş şəxslərlə daimi əlaqələrin qurulması, «Azərbaycan İslam Partiyası» adlı təşkilatın mətbu orqanları hesab olunan və müvafiq fəaliyyət istiqamətləri xüsusi xidmət orqanı tərəfindən müəyyənləşdirilən «Yeni Nəbz» adlı qəzetdə, «İslamınsesi» və «Faktxeber» internet informasiya resurslarında xarici xüsusi xidmət orqanları ilə razılaşdırmış formada dini dövlət ideyalarının təbliği, Azərbaycan Respublikası ərazisində həmin xüsusi xidmət orqanının təsir edə biləcəyi radikal dini kontingentin formalaşdırılmasına yönələn dini-siyasi məqalələrin dərc edilməsi, yayılması, dünyəvi dövlət ideyalarına kölgə salan təxribat xarakterli, dövlət orqanlarının qanuni fəaliyyətinə kölgə sa lan məqsədyönlü məlumatların yayılması, Respublika ərazisində «Azərbaycan İslam Partiyası» adlı təşkilata bağlı ictimai birlik yaratmaqla həmin birlikdə ayrı-ayrı dini müsabiqələrin keçirilməsi və qaliblərinin mükafat adı altında İran İslam Respublikası ərazisindəki dini ziyarətgahlara göndərərək uyğun şəxslərin məxfi əməkdaşlığa cəlb edilmələrinə əlverişli şəraitin yaradılması, İran xüsusi xidmət orqanının nümayəndələrinin Azərbaycan Respublikası ərazisinə göndərdikləri maliyyə vəsaitlərinin Bakı şəhərində ciddi konspirasiya qaydalarına əməl etməklə əvvəlcədən müəyyən edilmiş görüş yerlərində təhvil alınması üçün etibarlı şəxsin onların əlaqəsinə verilməsi, Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslərin izlənməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması ilə əlaqədar tapşırıqlar almışdır. Azərbaycan Respublikasının vətəndaşı Məhkum2 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «SEPAH»-ın nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2012- 2020-ci illər ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərərək qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə gi rdiyi tanışı Məhkum1 xarici xüsusi xidmət orqanı əməkdaşı X2 vasitəsilə 2015ci ilin noyabr ayından 2020-ci ilin fevral ayının 27-dək olan müddət ərzində dəfələrlə, o cümlədən 15 may 2018-ci il, 30 avqust 2019-cu il, 30 dekabr 2019-cu il, 04 yanvar 2020-ci il və 27 fevral 2020-ci il tarixlərində, habelə istintaqa dəqiq məlum olmayan digər vaxt və şəraitdə İran xüsusi xidmət orqanı «Sepah»ın İranın Azərbaycandakı səfirlik daxili rezidenturasının əməkdaşları X7 Hossein, X11 Hossein və X10 ilə konspirasiya qaydalarına riayət etməklə Bakı şəhərində metronun «Nəsimi», «Nəriman Nərimanov» və «Qara Qarayev» stansiyalarının yaxınlığındakı əvvəlcədən razılaşdırılmış yerlərdə görüşmələrini və onların əlaqəsinə verilməsini təşkil etmiş, sonunculardan hər ay Məhkum1 vasitəsi ilə aldığı 16.000 (on altı min) ABŞ dolları – müvafiq dövrlərdəki məzənnəyə əsasən, ümumilikdə 1.202.400 (bir milyon iki yüz iki min dörd yüz) manat məbləğində pul vəsaitini ayrı-ayrı ünvanlarda, o cümlədən yaşadığı ünvan 2anında Məhkum1 təhvil almış, həmin vəsaitlərin əsas hissəsini xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarında göstərilən qaydada «Azərbaycan İslam Partiyası» adlı təşkilatın fəaliyyətinin genişləndirilməsinə, həmin təşkilatın Astara, Lənkəran, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad, Ucar, Bərdə, Quba, Xaçmaz, Ağsu, Ağstafa, Şirvan, Tərtər, Cəlilabad, Gəncə, Bakı şəhərinin Xətai və Yasamal şəhər və rayonlarının yerli komitələrinin fəaliyyətinə, Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinay ətlər törətdiklərinə görə məhkum olunmuş bir sıra şəxslərin müdafiə olunması və ailə üzvlərinə maddi yardımların verilməsinə, «Azərbaycan İslam Partiyası» adlı təşkilatın mətbu orqanları hesab olunan və müvafiq fəaliyyət istiqamətləri xüsusi xidmət orqanı tərəfindən müəyyənləşdirilən «Yeni Nəbz» adlı qəzetini çap etdirməklə İran xüsusi xidmət orqanı nümayəndələrinin əvvəlcədən müəyyən etdikləri məhdud dairələr arasında paylanmasına, «İslamınsesi» və «Faktxeber» internet informasiya saytlarının fəaliyyətinə sərf etmiş, ayrı-ayrı dini müsabiqələrin keçirilməsi və qaliblərinin mükafat adı altında İran İslam Respublikası ərazisindəki dini ziyarətgahlara göndərilərək uyğun şəxslərin məxfi əməkdaşlığa cəlb edilmələrinə əlverişli şəraitin yaradılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirl iyində dövlət qeydiyyatına alınmamış «Milli-Mənəvi İnkişaf və Həmrəylik» adlı ictimai birliyin yaradılmasında və fəaliyyətində iştirak etməklə onun maliyyələşməsini həyata keçirmiş, aldığı tapşırıqların icrası üzrə hazırladığı hesabatları və topladığı digər məlumatları 2015-ci ilin noyabr ayından 2019-cu ilin noyabr ayının 18-dək olan müddət ərzində İran İslam Respublikasına etdiyi səfərlərində həmin xüsusi xidmət orqanının nümayəndələrinə vermiş, digər formada bütün davranış və fəaliyyətini xarici xüsusi xidmət orqanının nümayəndələri ilə razılaşdırmaqla Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslərlə bağlı Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olan topladığı həmin informasiyaları xarici xüsusi xidmət orqanı nümayəndələri nə ötürüb onların müvafiq tapşırıqlarının yerinə yetirilməsinə köməklik edərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Cinayət əməllərini davam etdirən Məhkum2 qabaqcadan əlbir olduğu Məhkum1 ilə birlikdə xarici xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq etdiyi müddətdə onların tapşırıqlarının icrası müqabilində cinayət yolu ilə əldə etdikləri 1.202.400 (bir milyon iki yüz iki min dörd yüz) manat məbləğində pul vəsaitlərinin bilə-bilə həqiqi mənbəyini gizlətmək məqsədilə əldə edilmiş həmin pul vəsaitlərindən istifadə edərək 19 mart 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən külli miqdar təşkil edən 50.000 (əlli min) manat dəyəri olan daşınmaz əmlakın əldə edilməsi ilə bağlı maliyyə əməliyyatları aparıb notarial qaydada alğı-satqı əqdini həyata keçirməklə cinayət yolu ilə əldə edilmiş 50.000 (əlli min) manat məbləğində pul vəsaitini leqallaşdırmışdır. 27 fevral 2020-ci il tarixdə Məhkum1 Məhkum2 tapşırığına əsasən növbəti dəfə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «SEPAH»ın nümayəndəsi X10 ilə saat 20:00 radələrində ünvan 4 ünvanında konspirasiya qaydalarına uyğun görüşüb ondan növbəti tapşırıqlarını almaq və uzun müddətli casusluq fəaliyyətini həyata keçirmək üçün hər ay üçün nəzərdə tutulmuş növbəti maliyyə vəsaiti olan 16000 (on altı min) ABŞ dollarını – müvafiq məzənnəyə əsasən 27.200 (iyirmi yeddi min iki yüz) manat məbləğində pul vəsaitini aldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Faiq Qasımov (sədrlik edən və mə ruzəçi) Elmar Rəhimov və Kamran Əkbərov) 1(103)-1159/2021 nömrəli 22 iyul 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və əməlində cinayət tərkibi olmadığından cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum2 özünü təqsirli bilməmiş, onun təqsiri məhkəmə iclasında tədqiq edilmiş süb utlarla müəyyən edilməmişdir. Kassator qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamların hüquqi əsası yoxdur, təqsirləndirilən şəxsin əməllərində hər hansı cinayət tərkibi yoxdur. İstintaq orqanı işin yalnız məhkum tərəfindən ianə şəklində əcnəbi vətəndaşlardan İran İslam Respublikasının vətəndaşlarından pul məbləğinin alınmasını sübut edə bilmişdir. Hər iki təqsirləndirilən şəxs bu halları danmırlar, həmin pul məbləğinin alınmasını əvvəldən təsdiq etmişlər. Lakin bu pullar nə üçün istifadə olunmuşdur: Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə olunmuşdurmu? Şahidlərin ifadələrindən də görünür ki, pul məbləğləri partiyanın saxlanılmasına və məhbus ailələrinə xərclənmişdir. Hüquqlarını müd afiə etdiyi şəxsin siyasi partiyanın rəhbəri kimi aldığı pul məbləği ianə olmuşdur və həmin pul məbləğinin Azərbaycan Respublikasının CM-in 274-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün istifadə olunması ilə bağlı bir sübut belə təqdim olunmamışdır. Azərbaycan Respublikası CM-in 193-1.3.2-ci maddəsi ilə verilən ittiham isə ümumiyyətlə təqsirləndirilən şəxslərə istintaqın qərəzli münasibətini göstərir. Bu maddənin dispozisiyasına əsasən maddənin tərkibi 50 min manatdan yaranır. Salyan şəhəri Ə.Quliyev küçəsində yerləşən 2 mərtəbəli evin alış qiyməti 42000 manat olmuşdur. Bu alğı-satqı müqaviləsində qeyd olunubdur. Həmin pul məbləği alıcıya notariat haqqında təlimata uyğun olaraq bank vasitəsi ilə ödənilmişdir. Göründüyü kimi Məhkum2 əməli cinayət deyil, inzibati xəta hesab edilməlidir. T əəssüflər olsun ki, işin bu hallarına da məhkəmələr münasibət bildirməmişdir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Göründüyü kimi yuxarıda göstərilən halları nəzərə almamış, toplanmış sübutların ittihamın təsdiqinə kifayət etməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum2 müdafi əçisi Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili hazırkı cinayət işi üzrə məhkumun əməlində cinayət tərkibinin olmaması, təqsirsiz olduğundan Məhkum2 barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan İslam Partiyasının sədri Məhkum2 İran İslam Respublikasının vətəndaşları tərəfindən partiya üçün ianə edilmiş pulların qəbul edilməsi və partiya üzvlərinə, habelə cinayət cəzaları çəkən şəxslərə, onların ailələrinə ödəməsi, həmin partiyanın mətbuat orqanlarının fəaliyyətini təmin etmək üçün xərcləməsi cinayət işi üzrə sübutlarla təsdiq edilsə də, həmin əməllər Azərbaycan Respublikası CM-in 274-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yaratmır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə aşağıda gös tərilən səbəblərə görə razılaşmır. Belə ki, cinayət işi üzrə toplanmış sübutlardan – məhkumun və şahidlərin ifadələrindən, habelə cinayət işinin digər materiallarından görünür ki, Məhkum2 tərəfindən qəbul edilmiş pul vəsaitləri İran İslam Respublikasının xüsusi xidmət – İran İslam İnqilabi Mühafizəçiləri Korpusu “SEPAH”ın əməkdaşları tərəfindən ona verilmişdir. Azərbaycan İslam Partiyasının fəaliyyəti də həmin xüsusi xidmət tərəfindən idarə olunmuş və həmin xidmətin Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə yönəlmiş tapşırıqlarının icrasına yönəlmişdir. Pulların Məhkum2 ciddi konspirasiya qaydalarına əməl etməklə çatdırılması, həmin pullardan Azərbaycan Dövlətinin təhlükəsizliyi və ictimai qayda, habelə idarə etmə qaydası əleyhinə cinayətləri törətmiş şəxslərə kömək göstəri lməsi də həmin pulların məhz Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə qarşı istifadə edilməsinə, habelə məhkumun İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq etməsinə dəlalət edir. Bundan başqa, kassasiya şikayətində qeyd edilir ki, Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 193-1.3.2-ci maddəsinin tərkibini yaratmır, çünki Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən evin qiyməti 42.000 manat təşkil edir. Azərbaycan Respublikası CM-in 193-1.3.2-ci maddəsinin tərkibi isə 50.000 manatdan yaranır. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini də əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 193-1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 193-1.3.2-ci maddəsində “külli miqdar” dedikdə qırx beş min manatdan artıq olan məbləğ başa düşülür. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 02 oktyabr 2020-ci il tarixli Qiymətləndirmə rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evi bazar dəyərinə uyğun qiymətləndirilmiş və 02 oktyabr 2020-ci il tarixə həmin evin dəyəri 50.000 manat müəyyən edilmişdir (c. 6 i.v. 113-124). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yal nız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apel yasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı-ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. İş materiallarından görünür ki, Məhkum2 təqsirli bilindiyi cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun məhkəmə istintaqı zamanı verdiyi ifadə iş üzrə müəyyən edilmiş ümumi hallarla uyğunluq təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum2 ona elan edilmiş ittiham üzrə təqsirli olması həm onun özünün və digər Məhkum1 ifadələri, həm də cinayət işi üzrə toplanmış digər sübutlarla təsdiq edilməsi barədə nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələr iş üzrə toplanmış sübutlara və işin hallarına tam uyğun gəlir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm apelyasiya instansiyası məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum2 Azərbaycan Respublikası CM-in 274 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum2 əməli CM-in 274 və 1931.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 274 və 1931.3.2-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apelyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum2 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 274 və 193-1.3.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1130/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1130/2022
04.10.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver