Məhkəmə qərarları › İş №1(102)-1130/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1130/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1130/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Qədirova Təhminə İmran qızının iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) Məhkum, 1 oktyabr 1969-cu il tarixdə Kəlbəcər rayonunun Keştək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Kəlbəcər rayo nu 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Yellicə kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşamış, CM-in 311.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilmiş və onun üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifəl əri qoyulmuş, məhkum olunmuş şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi isə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Kəlbəcər rayonu təhsil şöbəsi rəisinin xx.xx.2003-cü il tarixli 50a nömrəli əmri ilə Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarifİxtisas Sorğu Kitabçası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin nümunəvi Nizamnaməsi”nin 5-ci bəndinə əsasən, mə ktəbin fəaliyyətinin idarə edilməsi, tədris planı və proqramlarının yerinə yetirilməsi, kadrların seçilib-yerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsinin təmin edilməsi, konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən müəllimlərin işdən kənarlaşdırılması barədə təkliflərin irəli sürülməsi, fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbin təmsil edilməsi, onun adından müqavilələr bağlanılması, məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə 28 mart 2016-cı il tarixli, 165 nömrəli əmrlə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.6-cı bəndinə əsasən, müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) müəllimlərin işə qəbulunun tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə həyata keçirilməli olmasına baxmayaraq, ünvan 1 ünvanında yaşayan, Gəncə Hum anitar Kollecinin 31 iyul 2014-cü il tarixli, 042940 nömrəli diplomu ilə “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə subbakalavr dərəcəsi verilmiş və Təhsil Nazirliyi tərəfindən – 2017-ci ildə keçirilmiş müsabiqədə müvəffəqiyyət qazanmamış Şahid2 özünün direktoru olduğu Kəlbəcər rayonu 3 saylı tam orta məktəbində Kəlbəcər rayon təhsil şöbəsinin razılığını almadan təsviri incəsənət müəllimi kimi işə qəbul olunmasına görə Şahid2 atası Şahid1 2017-ci ilin may ayının əvvəllərində ünvan 1 ünvanında görüşləri zamanı özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, sonuncunun maddi imkanının aşağı olması ilə əlaqədar 2.500 (iki min beş yüz) manat verə biləcəyini bildirməsi ilə əlaqədar onunla sonuncu məbləğə razılaşıb, həmin n iyyətlə, 2017-ci ilin may ayının ortalarında Şahid1 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə sonuncudan özü üçün birbaşa yolla maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini şəxsən rüşvət qismində alıb, Kəlbəcər rayon təhsil şöbəsinin razılığını almadan Şahid2 ilə onun 130 manat məbləğində aylıq əmək haqqı almaqla Kəlbəcər rayonu 3 saylı tam orta məktəbdə təsviri incəsənət müəllimi qismində işə qəbul olunması barədə 1 sentyabr 2017-ci il tarixli, 14 iyun 2018-ci il tarixədək, yəni müddətli əmək müqaviləsi bağlayıb Şahid2 müəllim vəzifəsini yerinə yetirməsinə qanunsuz olaraq şərait yaratmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı Rəhimov Müşfiq Rəhim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 30 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum CM-in 311.2-ci maddəsi ilə əlavə cəza kimi təyin edilmiş dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının müddəti 3 (üç) ilədək, onun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə müəyyən edilmiş sınaq müddəti isə 4 (dörd) ilədək artırılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 13 aprel 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı Rəhimov Müşfiq Rəhim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən təkrarən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 14 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, həmin hökm dəyişdirilmiş, Məhkum barəsində CM-in 70ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, bu hökmlə məhkum olunmuş şəxsə CM-in 311.2-ci maddəsi ilə təyin edilmiş cəzaların isə icraya yönəldilməsi, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilməsi, onun 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli nin 14 noyabr 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi qət edilmiş və o, məhkəmə iclas zalından həbsə alınmış, hökm qalan hissədə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Ə.H.Sarıyev kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasə şərti olaraq tətbiq olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cəza təyin etmənin prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş CM-in m üvafiq maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyasının və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrində nəzərdə tutulmuş tələblərə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli Qərarına, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına, Məhkum təqsirli bilindiyi ittihama və məhkəmələr tərəfindən onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad e dən müdafiəçi Ə.H.Sarıyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hüquqlarını müdafiə etdiyi şəxs barəsindəki 14 noyabr 2023-cü il tarixli qərarı ədalətsiz, qeyri-humanist olmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinin pozulmasına səbəb olmuşdur. Şikayət müəllifi bildirmişdir ki, Məhkum əsəb xəstəliyindən, həyat yoldaşı X7 isə “beyin xərçəngi” xəstəliyindən əziyyət çəkirlər, sonuncu beynində olan şişlərin götürülməsi məqsədilə açıq cərrahi əməliyyat keçirmiş və onun beyin qapağı götürülmüşdür. Həmçinin, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi zərər hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən tam olaraq ödənilməklə onunla barışıq əldə olunmuşdur. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsi göstər ilən bu halları, habelə Məhkum azadlıqdan məhrum edilmədən də islah oluna bilməsini, onun həbs olunacağı təqdirdə ailəsinin, xüsusən də ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşının vəziyyətinin daha da ağırlaşacağını, onun baxımsız qalacağını nəzərə almamışdır. Odur ki, müdafiəçi Ə.H.Sarıyev qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinə əsasən işə 8 oktyabr 2024-cü il tarixdə kassasiya instansiyası məhkəməsində baxılmazdan əvvəl məhkumun müdafiəçisi T.İ.Qədirova özü və hüquqlarını müdafiə etdiyi Məhkum tərəfindən imzalanmış ərizəni məhkəməyə təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarından digər müdafiəçi Ə.H.Sarıyev tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Məhkum da ərizənin təmin edilərək müdafiəçisi Ə.H.Sarıyevin kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum və müdafiəçisi T.İ.Qədirovanın birgə imzaladıqları yuxarıda qeyd olunan ərizə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.5-ci maddəsinin müddəal arına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum və müdafiəçisi T.İ.Qədirovanın birgə verdikləri ərizəni nəzərdən keçirib həmin ərizənin təmin edilərək kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum, onun müdafiəçisi T.İ.Qədirovanın və dövlət ittihamçısı H.B.İmranovun, çıxışlarını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-in 311.2ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Ə.H.Sarıyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi T.İ.Qədirovanın birgə verdikləri ərizə təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Ə.H.Sarıyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar