Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1131/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi), İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Ənvər Əhməd oğlu Şadiyev və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2019-ci il tarixl i qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.N.Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Sadıxov və F.A.Qəribovdan ibarət tərkibdə) 1(101)-187/2019 nömrəli 29 yanvar 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, məhkumluğu olmayan, Bakı Metropolitenində ************************ işləmiş, *********************************** qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikasının CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə, CM-in 310-cu maddəsi ilə 1 (bir) il müddətə, CM-in 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 avqust 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qulluq mövqeyindən istifadə etməklə təkrarən xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiy yətlərinin) icrası ilə əlaqədaredəcəyi hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvətqismində verməyə şəxsi təkrarən təhrik etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs qismində təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər R.M.Abdulov (sədrlik edən və məruzəçi), R.K.Səfərov və Q.X.Babayevdən ibarət tərkibdə) 1(103)-446/2019 nömrəli 05 aprel 2019cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilsin. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2019-cu il qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 14 avqust 2019-cu il tarixə təyin edilməklə bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına 09 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizədə Məhkum göstərir ki, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxa rılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və kassasiya protestini vermiş şəxs onu geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1131/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1131/2019
14.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver