Məhkəmə qərarları › İş №1(102)-1131/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1131/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1131/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixl i qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) 14 aprel 2022-ci il tarixli hökmü ilə, 9 noyabr 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmış və qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 1(101)-1794/2021 saylı hökmü ilə ona təyin edilmiş 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 5 aprel 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkum vəsatət və apellyasiya şikayəti ilə müraciət edərək, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayətinin verilməsi müddətini buraxmasını qeyd etmiş, lakin, hazırda onun barəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konsti tusiya Məhkəməsi Palatasının "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərarının tətbiq edilməsi üçün əsaslar olduğundan apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkumun müdafiəçisi Müdafiəçi vəsatətə əlavə verərək, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023cü il tarixli qərarında təsbit edilmiş hüquqi yana şmanın, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələblərinin nəzərə alınmasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(101)-172/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Quliyev Əhməd Qəhrəman oğlu) 23 noyabr 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-172/2022 nömrəli hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət təmin olunmam ışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan Məhkum və onun müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-172/2022 saylı, 23 noyabr 2023-cü il tarixli qərarının ləğv edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-172/2022 saylı, 14 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ziya Allahverdi oğlu Şirinovdan və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə) 28 dekabr 2023-cü il tarixli qərarı ilə Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin 23 noyabr 2023-cü il tarixli, 1(101)-172/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiçi kassasiya şikayətində qeyd etmişdir ki, müddətin ötürülməsi ümumi səbəblərdən olmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına 19 may 2023-cü il tarixli 11/2023 nömrəli dəyişiklik edilmişdir. Sözügedən dəyişiklik Məhkum barəsində çıxarılmış hökm qanuni qüvvəyə mindikdən sonra edilmişdir. Məhkum əvvəllər heç bir zaman məhkum olunmamış, himayəsində 1 (bir) azyaşlı övladı, habelə ahıl yaşda anası olmaqla ailənin yeganə dolanışığını təmin edəndir. Qeyd edilənlər məhkum barəsində qərar qəbul edilərkən humanizm prinsipinin rəhbər tutulmasını olduqca zəruri edir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cnayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 1(103)-2468/2023 saylı qərarının ləğv edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin (14 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkum da kassasiya şikayətini eyni dəlillərlə əsaslandıraraq eyni tələb irəli sürmüşdür. Hüquqi məsələlər: Məhkəmə kollegiya sı işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətlərii təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi a ndan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Sözügedən Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasınd a sədrlik edən və ya hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına ünvanlanmış 14 aprel 2022-ci il tarixli məktuba əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmünün surəti Məhkum təqdim edilməsi üçün 14 aprel 2022-ci il tarixdə göndərilmiş və 19 aprel 2022-ci il tarixli möhürlə təsdiq edilərək məktub qəbul olunmuşdur. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmünün surətini 25 aprel 2022ci il tarixdə qəbzə imza etməklə qəbul etimişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmündən apellyasiya protesti və yaxud apellyasiya şikayəti verilmədiyi üçün, hökm 16 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 383-cü maddəsində müəyyən edilmiş müddət keçdikdən sonra qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətlərin rədd edilməsinə dair gəldikləri nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətlərində göstərilən dəlillər hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, Məhkum tərəfindən vaxtında apellyasiya şikayəti verməməsinin üzrlü səbəbinin olmasına da ir zəruri dəlillər təqdim edilməmişdir. Məhkəmə kollegiyası hökmün məhkuma təqdim edildiyi tarixdən hər-hansı üzrlü səbəbdən apellyasiya şikayəti vermək imkanından məhrum olmasına olan halın müəyyən olunmadığını nəzərə alaraq qeyd edir ki, Məhkum tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 1 il 6 aydan artıq vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum apellyasiya şikayətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə ki, Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini (yəni onun uzun müddət stress zəminində, yaxud başqa səbəbdən xəstə olmasını və müa licə müəssisəsində və ya cəzaçəkmə müəssisəsinin tibbi-sanitar hissəsində müalicə almasını, yaxud onun vaxtında apellyasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini) təsdiqləyən sübutlar əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Belə ki, Avropa Məhkəməsi Ryabıx Rusiyaya qarşı və Kot Rusiyaya qarşı işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmam alıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutlar əlavə etməmiş, qeyd etdiyi dəlillər isə hüquqi əsası olmayan subyektiv müla hizələrdən ibarət olmaqla ötürülmüş müddətin bərpası üçün əsas sayıla bilməz. Belə ki, Cinayət-Prosessual Məcəlləsinə görə: Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətlərinə münasibətdə həmçinin bildirir ki, cinayət-prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranı r, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunla rdan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X6rşı [BP], no. 27396/06, §§ 39- 42, 29 iyul 2012) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti, vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətlərin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətlərin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətlərin rədd edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar