Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1131/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkumun, Müdafiəçinin iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 1(099)-453/2024 nömrəli (hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1979-cu ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, xxx-da pasport qeydiyyatında olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etm ə cəzasının təyin edilməsi, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 27 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli 1(106)-737/2024 nömrəli (hakimlər: Həşimov Yaşar Xanoğlan oğlu (sədrliyi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2024-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 26 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Biləsuvar şəhəri, Azadlıq küçəsində piyada hərəkət edən, xx xxx 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaxınlaşıb qəflətən əl ilə üzünü sığallayarkən sonuncu irad bildirdikdə, o, zor tətbiq etməklə dodaq nahiyəsindən öpmüş, daha sonra da hərəkətlərini davam etdirib qucaqlayaraq sağ arxa bud, sağ yan nahiyəsini və sinə nahiyəsi ni əl ilə tutub sıxmış, Zərərçəkmiş şəxs müqavimət göstərdikdə o, Zərərçəkmiş şəxs özünə tərəf dartıb, zor tətbiq etməsini davam etdirərək “sağ mil-bilək oynağı nahiyəsinin arxa səthində sıyrıqlar” ilə nəticələnən sağlamlığa zərərvurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra yumruq zərbəsi vuracağı ilə hədələyərək yenidən sonuncunu arxa nahiyəsindən qucaqlayıb sinə nahiyəsini sıxaraq, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, ap ellyasiya məhkəməsi zərərçəkmiş şəxsin ifadələri ilə məhkəmə-tibbi ekspertizası arasında olan kəskin ziddiyyətlərə münasibət bildirilməmiş, qeyri-qanuni və əsassız qərar qəbul etmişdir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, videogörüntüyə baxılan zaman özünün zərərçəkmiş şəxsdən ən az 10 metr qabaqda olduğunu, zərərçəkmiş şəxsə yaxınlaşmadığını, həmin şəxsi tanımadığını, ekspertiza nəticələrində heç bir paltar lifinin tapılmadığını, onun atası tərəfindən ona qarşı böhtan atıldığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi çıxış edərək, verilm iş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının t ətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparıl madığı, sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM- in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu i lə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. İlkin olaraq məhkumun kassasiya şikayətinin dəlillərini və müdafiə tərəfinin məhkəmə çıxışlarını öyrənərkən müəyyən olunur ki, Məhkum onun təqsirli bilindiyi yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə cinayəti ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyi, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi (müəyyən olunmamış yeni faktlarla çıxış etməklə) üzərində qurmuşdur. Şərh olunan dəlillər ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinə (o cümlədən, Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya müraciətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətlənd irə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübut ların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuş, həmçinin, Məhkum Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, iş üzrə dindirilmiş şahid ifadələrinin, həmçinin zərərçəkmiş şəxsin özünün verdiyi ifadələrinin məzmunundan da görünür ki, təqsirkar 26 yanvar 2024-cü il tarixdə saat Zərərçəkmiş şəxs yaxınlaşıb qəflətən əl ilə üzünü sığallayarkən sonuncu irad bildirdikdə, o, zor tətbiq etməklə dodaq nahiyəsindən öpmüş, daha sonra da hərəkətlərini davam etdirib qucaqlayaraq sağ arxa bud, sağ yan nahiyəsini və sinə nahiyəsini əl ilə tutub sıxmış, Zərərçəkmiş şəxs müqavimət göstərdikdə o, Zərərçəkmiş şəxs özünə tərəf dartıb, zor tətbiq etməsini davam etdirərək “sağ mil-bilək oynağı nahiyəsinin arxa səthində sıyrıqlar” ilə nəticələnən sağlamlığa zərərvurmayan olduqları üçün dərəcəl əri təyin edilməyən xəsarətlər yetirdikdən sonra yumruq zərbəsi vuracağı ilə hədələyərək yenidən sonuncunu arxa nahiyyəsindən qucaqlayıb sinə nahiyəsini sıxaraq ona zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilən Şahid1, Şahid2 və X2 işin hallarına uyğun və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları təsdiq edən məzmunda ifadələr vermiş və bununla da Məhkum Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini təsdiq etmişlər. O cümlədən, cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 9 fevral 2024-cü il tarixli 35 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ mil-bilək oynağı nahiyəsinin arxa səthində sıyrıqlar müəyyən olunmuş, həmin xəsar ət bərk, küt əşyanın (əşyaların) təsirindən törənmiş, dırnağın təsirindən əmələ gələ bilər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır, onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmadı. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-psixoloji ekspertizasının 27 fevral 2024-cü il tarixli, 524 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs psixoloji durumunda hər hansı normadan kənaraçıxma halları müəyyən edilməmiş, əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilə r. Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uy ğun olaraq əsaslandırılmışdır. Odur ki, Məhkum CM-in 150.2-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi, yəni onun Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələri, məhkəmə-tibbi, məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizalarının rəyləri, üzləşdirmə protokolu, istintaq və məhkəmə hərəkətlərinin protokolları, o cümlədən cinayət işi üzrə toplanılmış digər sübutlar ilə təsdiq olunur. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum yetkinlik yaşına çatmayan şəxsə qarşı uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə ilə bağlı cinayət əməlini törətməsi birinci instansiya məhk əməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 150.2-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasın ı yüngülləşdirən halın (himayəsində bir azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bi ləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A LDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1131/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1131/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver