Məhkəmə qərarları › İş №1(102)-1132/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1132/2019

30.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1132/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Mehparə Tofiq qızı Əhmədovanın ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 09 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən R.K.Mursəlov) 1(002)15/2019 nömrəli 29 yanvar 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 69.3-cü maddəsinə əsasən onun 26 iyun 2018-ci il tarixdən 28 iyun 2018-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qət i olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2019-cu il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X5 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30.01.2018-ci il tarixdə gecə 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən yarımtikili yaşayış sahəsinə qanunsuz daxil olaraq evin həyətində olan 45 manat dəyərində “Bosh" markalı direli, 150 manat dəyərində "Bosh" markalı preparato ru, 1 metrinin qiyməti 7 manat təşkil edən 40 metr uzunluğunda 280 manat dəyərində ağ izoliyasiyalı 4 damarlımis kabeli gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 475 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12.02.2018-ci il tarixdə gecə 03 radələrində Zərərçəkmiş şəxs1ə məxsus Bakı şəhəri, Qünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hasardan atlanmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətdə olan 350 manat dəyərində 01 ədəd qaynaq aparatını, həmin qaynaq aparatının üzərində olan 1 metrinin qiyməti 3 manat təşkil edən 10 metr uzunluğunda 30 manat dəyərində 12-lik mis naqilini və 1 metrinin qiyməti 3 manat təşk il edən 15 metr uzunluğunda 45 manat dəyərində 12-lik mis naqilləri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 425 manat dəyərində ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07.03.2018-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən ünvanı olmayan yarımtikili fərdi yaşayış evinə hasardan tullanmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq evin fasad divarına bərkidilmiş, 01 metrinin qiyməti 1,8 manat təşkil edən 180 manat dəyərində 100 metr uzunluğunda 6-lıq mis elektrik naqilini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 180 manat dəyərində ziyan vuraraq tə krarən oğurluq etmişdir., Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 05.06.2018-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 5 ünvanında yerləşən yarımtikilinin zirzəmisinin pəncərəsini güc tətbiq edib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq zirzəmidən 60 manat dəyərində “Grinder” markalı laqondanı, 130 manat dəyərində 7 litrlik samovarı, 1 metrinin qiyməti 0,6 manat təşkil edən 60 manat dəyərində 100 metr uzunluğunda 4-lük mis elektrik naqilini, 01 metrinin qiyməti 0,45 manat təşkil edən 45 manat dəyərində 100 metr uzunluğunda 2,5- lik mis elektrik naqilini, evin fasad divarına bərkidilmiş 01 metrinin qiyməti 4 manat təşkil edən 120 manat dəyərində 30 metr uzunluğunda 6-lıq mis elektrik naqilini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 415 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 08.06.2018-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolunda yerləşən ünvanı olmayan yarımtikilinin 1-ci mərtəbəsində yerləşən pəncərəyə güc tətbiq edib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq evin 1-ci mərtəbəsindən 150 manat dəyərində 1 ədəd “Bosh” markalı preparatoru, 1 ədədinin qiyməti 150 manat təşkil edən 300 manat dəyərində 02 ədəd “Bosh” markalı laqondanı, 01 ədədinin qiyməti 70 manat təşkil edən 140 manat dəyərində 02 ədəd “Bosh" markalı direli, 01 metrinin qiyməti 4 manat təşkil edən 440 manat dəyərində 110 metr uzunluğunda 6-lıq mis elektrik naqilini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs10 ümumilikdə 1030 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər F.A,Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və K.H.Əkbərovdan ibarət tərkibdə) 1(103)470/2019 nömrəli 09 aprel 2019-cu il tarixli qərarı ilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü Məhkum oğluna aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi X6 verdiyi kassasi ya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinin xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qeyri-obyektiv, qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Məhkum ibtidai istintaq və məhkəmədə yalnız törətmiş olduğu cinayət əməllərini səmimi olaraq etiraf etmiş, özünü verilmiş ittiham üzrə qismən təqsirli bilmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. Hazırda həmin zərərçəkmiş şəxslərin ondan şikayəti, iddiala rı və maddi tələbləri yoxdur. Buna baxmayaraq Qaradağ Rayon Məhkəməsi Məhkum barəsində hökm çıxararkən CM-nin cəza təyin edilməsi, cəzanın məqsədinə dair tələblərinə əməl etməmişdir. Məhkum cəmi beş oğurluq epizodu üzrə 2525 manat məbləğində ziyan vurma cinayətlərinə görə iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur ki, bu cəza da çox ağırdır. Bundan əlavə, Qaradağ Rayon Məhkəməsinin 20 yanvar 2019-cu il tarixli hökmü ilə Məhkum verilmiş ittihamdan 7 (yeddi) epizod oğurluq cinayətini törəməsi sübuta yetirilmədiyindən həmin epizodlar ittihamdan xaric edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi hökmdən verdikləri apellyasiya şikayəti üzrə işə baxıb qərar çıxararkən bir tərəfdən hökmü dəyişdirmədən saxlamış, digər tərəfdən isə birinci instansiya məhkəməsi tərəfindən xaric edilmiş epizodlar üzrə Məhkum yenidən təqsirli bilmişdir. Hökmdən apellyasiya protesti və zərərçəkmiş şəxsləri apellyasiya şikayətləri verilmədiyi halda apellyasiya instansiyası məhkəməsi Məhkum xaric olunmuş epizodlar üzrə təqsirli bilməklə cinayət qanununu pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti isə qismən təmin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən hökmlə xaric edilmiş oğurluq erizodları üzrə Məhkum yenidən təqsirli bilinməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilə n ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum on iki epizod üzrə oğurluq cinayəti törətməsi barədə verilmiş ittihamdan yeddi epizodu təqsiri sübuta yetirilməməsi əsası ilə ittihamdan xaric etmiş və onu beş epizod üzrə təqsirli bilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxslər apellyasiya şikayətləri verməmişlər. Hökmdən ancaq müdafiə tərəfi apellyasiya şikayəti vermişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdır an qərar çıxartmaq hüququ yox idi. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə hökmlə ittihamdan xaric olunmuş oğurluq epizodlarını da qərara daxil etməklə təqsirləndirilən şəxs Məhkum vəziyyətini ağırlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obye ktiv halları ilə tam təsdiq olunur. Lakin, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs Məhkum verilmiş ittihamdan yalnız beş epizod üzrə onun təqsiri sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum on iki epizod üzrə təqsirli bilməklə cinayət qanunun normasını pozmuşdur. Odur ki, məhkəmə kollegiyası baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsində göstərilən pozuntulara yol verilməsi haqqında nəticəyə gəlib, mübahisləndirilən qərarın ləğv edilməsini, yuxarıda qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının təkrarən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 28 -ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiy i nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 09 aprel 2019-cu il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə nəticəyə gəldiyindən müdafiəçinin kassasiya şikayətinin Məhkum təyin olunmuş cəza ilə bağlı dəlilinə hüquqi qiymət verməyi zəruri hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.1 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 09 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar