Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1132/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Xəlilov Hilal İsmayıl oğlu) Məhkum, xx xxxx 1973-cü il tarixdə Ucar rayonunun Qazyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, ali təhsilli, "xxxx" ASC-nin Ucar Elektrik Şəbəkəsinin enerji satış şöbəsinin mühəndisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Ucar ra yonunun qeydiyyatda olan və yaşayan, Qazyan kəndində CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 19 fevral 2022-ci il tarixdə "Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Güquqi Şəxsində verdiyi yaxma analizin nəticəsi pozitiv çıxdığına görə "COVİD-19” xəstəsi kimi rəsmi qeydiyyata alınmaqla müalicəsini yaşadığı evdə özünütəcrid formasında davam etdirmək üçün karantinə alınmasına və İTS.GOV.AZ portalından daxil olmuş "sms”i aldığı andan karantin rejimi qaydalarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli "Koronavirus "COVİD-19” infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşd irilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokolun təsdiq edilməsi barədə” Sərəncamında dəyişiklik edilməsi haqqında 22 yanvar 2022-ci il tarixli 64s nömrəli Sərəncamına əsasən 7 gün ərzində yaşadığı evi tərk etməməli, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına səbəb olmamalı, o cümlədən xəstəliyin yayılması üçün real təhlükə yaratmamalı olduğu halda, 25 fevral 2022-ci il tarixdə yaşadığı və özünütəcriddə olduğu Ucar rayonu Qazyan kəndində yerləşən ünvanını tərk edib küçəyə çıxaraq Ucar şəhəri Azərbaycan küçəsinə gəlməklə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərinin qaydalarını pozmaqla "COVİD-19” virusu xəstəl iyinin yayılması üçün real təhlükə yaratmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 24 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, “İnsan Hüquqların ın və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, COVİD-19 virusunun yayılması ilə bağlı karantin rejimi qaydaları müəyyən edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, habelə iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış bəzi sübutlara istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də işə məhkəmələrdə baxılarkən işin faktiki h allarına düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, ona qarşı CM-nin 139-1.1-ci maddəsi ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkum CM-nin 139-1.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. Belə ki, o və ailə üzvləri COVİD-19 virusuna yoluxduqları üçün karantin dövründə onlar ərzaqsız qalmış və buna görə o, ərzaq almaq məqsədilə evdən çıxıb mağazaya gedərkən başqa şəxsləri də həmin virusa yoluxdurmamaq məqsədilə maksimum təhlükəsizlik tədbirləri görmüş, qoruyucu maskadan istifadə etmiş və kənar şəxslərlə ünsiyyətdə olmamışdır. İş materi allarından göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən bu hallarla bağlı ifadəsində göstərdiyi xüsusatlar araşdırılmamış, zəruri şahidlər dindirilməmiş, o cümlədən həyat yoldaşının xəstə olub-olmamasına aydınlıq gətirilməmiş, sübutlar isə obyektiv və qərəzsiz qiymətləndirilməmişdir. Həmçinin Məhkum bildirir ki, Azərbaycan Respublikasında hazırda koronavirus təhlükəsi olmadığından Nazirlər Kabineti yanında Operativ Qərargahın 05 Mart 2022-ci il tarixli qərarı ilə tədbirlər müəyyən edilmiş, karantin qaydaları dəyişdirilmiş, məhkəmələr isə bu halı da nəzərə almayaraq onun CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair əsassız və qanunsz yekun məhkəmə aktları qəbul etmişlər. Qeyd olunanlara əsaslanaraq kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarı nın ləğv edilməsini və ona bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə görə isə, məhkəmə bu Mə cəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsin in kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qəra rın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416.1-ci maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından bu əsaslardan biri) müəyyən edildikdə Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin şərh edilən normalarının tələblərindən belə nəticə hasil olur ki, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə onların hüdudları çərçivəsində baxaraq və eyni zamanda bu müraciətlərin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinə və ya apellyasiya protestlərinə əsasən işlərə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayaraq, bu yoxlamanın nəticəsində isə məhkum olunmuş şəxsin milli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarınının pozulmaqla CPM-nin 416.1-ci maddəsində sadalanmış pozuntulara yol verilməsini müəyyən etdikdə həmin hüquqların pozulmasının tanınması barədə deyil, məhz CPM-nin 4 16.1-ci maddəsində göstərilən əsaslarla həmin Məcəllərnin 419.10-cu maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edir. Kassasiya şkayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu müddəalar həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla cinayətkarlıqla səmərəli mübarizənin aparılmasını, cinayət törətmiş şəxslərin vaxtında aşkar edilərək onların törətdikləri əməllərə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilmələrini və təqsirlilikləri sübuta yetirildiyi halda onların barəstində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini, habelə cəzanın məqsədlərinə nail olunmasını da nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azər baycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-3 3.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə i lə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri həmin nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 124, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkum olunmuş şəxsin ifadələri ilə yanaşı hazırki iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri, Məhkum polis əməkdaşları tərəfindən saxlanılarkən onun COVİD-19 virusuna yoluxmasını təsdiq edən laboratoriya müayinəsinin nəticələr i ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə olunmuş sübut əhəmiyyətli sənədlərlə, SMS-lərlə və videogörüntülərlə tam təsdiq edilir. Cinayət işinin materiallarından həmçinin görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, yenə də kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmişdir. Bundan başqa, Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də işə mahiyyəti üzrə məhkəmələrdə baxılarkən fiziki və ya psixi təsirlərə, işgəncələrə və ya şərəf və ləyaqətini alçaldan hərəkətlərə məruz qalması, onun cinayə t məsuliyyətinə cəlb edilməsi, sonradan isə məhkum olunması zamanı CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən ədalətli məhkəmə araşdırmasına malik olmaq və müdafiə hüquqlarının pozulmasına yol verilməmiş və məhkum olunmuş şəxsin CM-nin 139-1.1-ci maddəsində təsbit edilmiş cinayət əməlini törətməsi haqda işin faktiki halları maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum barəsində aparılmış cinayət təqibi mərhələsində toplanmış sübutların qanunsuz yolla əldə edilməsi öz təsdiqini tapmadığından işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tam haqlı olaraq bu sübutları, o cümlədən şahidlərin ifadələrini, "Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun 02 mart 2022-ci il tarixli 308 nömrəli məktubunu (Məhkum 21 fevral 2022-ci il tarixdə COVİD-19 virusunun daşıyıcısı olması barədə) onun elan olunmuş ittiham üzrə təqsirliliyinə dəlalət edən sübutlar kimi qəbul etmiş, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələrini isə özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirib həmin ifadələri yekun məhkəmə aktlarının əsası kimi qəbul etməkdən imtina etmişlər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə, iş materiallarına əsasən, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, bütün sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, tə qsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə süb utlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayəti törətməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Burada məhkəmə kollegiyası məhkəmə iclaslarında araşdırılmış sübutların bir qisminə və cinayət qanunvericiliyinin tələblərinə də müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiyası məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Ucar Rayon Poli s Şöbəsinin əməkdaşı Şahid1 göstərmişdir ki, 25 fevral 2022-ci il tarixdə, saat 09:00-da Ucar Rayon Polis Şöbəsində keçirilən sıra təlimatında “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə və digər respublika daxili müalicə mərkəzlərində Ucar rayon sakinlərinin “COVİD-19” virus infeksiyası ilə bağlı verdikləri test nümunələrindən pozitiv təyin edilən şəxslər barədə məlumat almış, məlumatda “COVİD19” virus xəstəliyi ilə əlaqədar müalicə-karantin qeydiyyatında olan Ucar rayonunun Qazyan kənd sakini Məhkum adı da olmuşdur. Həmin gün saat 13 radələrində o, Ucar RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Şahid2 ilə birlikdə Ucar şəhəri, Azərbaycan küçəsində “dördyol” deyilən ərazidə xidmət aparkən onlar Məhkum həmin ərazidə yerləşən “Eleqant” marketin qarşısında idarə et diyi “VAZ-2106” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşdüyünü görmüşlər. Buna görə onlar Məhkum əhalinin piyada və avtomobillərlə hərəkətdə olduğu yolla piyada hərəkətə başlayan zaman ona yaxınlaşaraq özlərini təqdim etmiş, mobil telefonun videokamerası vasitəsilə videoçəkiliş apararaq ona özünü təqdim etməsini bildirdikdə Məhkum özünü təqdim etmiş, bundan sonra sonuncuya “COVİD-19” xəstəsi kimi qeydiyyatda olmasını və özünütəcrid qaydalarına riayət etməyərək karantin rejimini pozduğunu dedikdə, o, bununla bağlı konkret bir söz deməmişdir. Söhbət edən zaman yanlarından tanımadığı şəxslər piyada və avtomobillərlə hərəkət edib keçib getmişlər, bu səbəbdən Məhkum öz avtomobilinə minib evinə getməsini təklif etdikdə, o, buna etiraz etməmiş və avtomaşına əyləşərək Qazyan kə ndinə getmişdir. O, yəni Şahid1 və digər polis əməkdaşı Məhkum müşayiət etmiş, sonuncu yaşadığı evin qarşısına çatdıqda ona bir daha özünütəcrid qaydalarını pozmamasını, bu səbəbdən yaşadığı evdə qalmalı olduğunu deyərək təlimatlandırmışdır. Cinayət işinin materiallarında olan "Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun 02 mart 2022-ci il tarixli 308 nömrəli məktubundan görünür ki, Ucar rayonu Qazyan kənd sakini, 1973- cü il təvəllüdlü Məhkum "Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzində “COVİD-19” xəstəsi kimi rəsmi olaraq 21 fevral 2022-ci il tarixindən 26 fevral 2022-ci il tarixinədək qeydiyyatda olmuşdur. Xəstə bu müddətdə ambulator şəraitdə müalicə almış, özünü təcrid barəsində ona bütün məlumatlar verilmişdir. Evdə müşahidə edi lməyə dair iltizamın surəti məktuba əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Ucar RPŞ-nin əməkdaşı Şahid2 da Şahid1 ifadəsinə uyğun olan eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Beləliklə həmin ifadələrdən və toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla müəyyən edilir ki, Məhkum 19 fevral 2022-ci il tarixdə "Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində verdiyi yaxma analizin nəticəsi pozitiv çıxdığına görə "COVİD-19” xəstəsi kimi rəsmi qeydiyyata alınmaqla müalicəsini yaşadığı evdə özünütəcrid formasında davam etdirmək üçün karantinə alınmasına və İTS.GOV.AZ portalından daxil olmuş "sms”i aldığı andan karantin rejimi qaydalarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli "Koronavirus "COVİD-19” infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokolun təsdiq edilməsi barədə” Sərəncamında dəyişiklik edilməsi haqqında 22 yanvar 2022-ci il tarixli 64s nömrəli Sərəncamına əsasən 7 gün ərzində yaşadığı evi tərk etməməli, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına səbəb olmamalı, o cümlədən xəstəliyin yayılması üçün real təhlükə yaratmamalı olduğu halda, 25 fevral 2022-ci il tarixdə yaşadığı və özünütəcriddə olduğu Ucar rayonu Qaz yan kəndində yerləşən ünvanını tərk edib küçəyə çıxaraq Ucar şəhəri Azərbaycan küçəsinə gəlməklə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərinin qaydalarını pozmaqla "COVİD-19” virusu xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, işin müəyyən edilmiş bu faktiki halları CMnin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün dispozitiv əlamətləri ilə tam uzlaşdığından Məhkum həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi və sonradan onun bu maddə ilə təqsirli bilinərək məhkum olunması cinayət qanunu normalarının tələblərinə tam uyğundur və bu halda istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr Məhkum əməlinə münasibətdə maddi hüquq normalarının tətbiqi zamanı heç bir pozuntuya yol verməmişlər. Məhkəm ə kollegiyası qeyd etməyi lazım bilir ki, 2020-ci ilin əvvəllərindən başlayaraq bütün dünyada insanların həyatı və sağlamlıqları üçün təhlükəli olan COVİD19 virusunun yayılmasının qarşısının alınması, digər tərəfdən insanların özlərinin də bu məsələyə münasibətdə məsuliyyətlərinin gücləndirilməsi məqsədilə, demək olar ki, dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycan Respublikasında həmin virusun fəsadlarına qarşı qanunvericilik və institusuonal tədbirlər həyata keçirilməyə başlanmış, digər ölkələrdə olduğu kimi, ölkəmizdə də pandemiya dövrü elan edilərək sərt tədbirlərlə müşaiyət olunan karantin rejimi tətbiq olunmuş və həm bu rejimin pozulmasına, həm də COVİD-19 virusunun yayılmasına görə inzibati və cinayət məsuliyyətini nəzərdə tutan müvafiq normalar Azərbaycan Respublikasının İnzi bati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavə edilmişdir. Belə normalardan biri də “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasısının 17 mart 2020-ci il tarixli 28VİQD nömrəli Qanunu ilə “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” adı altında CM-nə əlavə edilmiş və iki hissədən ibarət olan CM-nin 139-1-ci maddəsidir. Belə ki, CM-nin 139-1.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda həmin əməlləri törətmiş şəxsin iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya ü ç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalan ilə cəzalandırılması nəzərdə tutulmuşdur. CM-nin 139-1.2-ci maddəsinə əsasən isə şəxs tərəfindən törədilmiş eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, belə şəxs üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 139.-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin hazırki işin müəyyən edlmiş faktiki halları ilə bağlı birgə təhlili belə nəticəyə gəlmək üçün əsas verir ki, şəxs COVİD-19 virusunun daşıyıcısı olmaqla ölkədə tətbiq edilən karantin rejimini pozaraq həmin rejimə görə müvafiq normativ aktlarla müəyyən edilmiş qaydaları pozub icazəsiz, hətta qoruyucu vasitələrdən istifadə etsə belə yaşayış yerini tərk etməsi, insanların toplaşdıqları yerlə rə getməklə onların da həmin virusun, yəni koronavirus xəstəliyinin yayılması üçün real təhlükə yaratması belə şəxsin göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Qeyd olunmalıdır ki, göstərilən virusun hamıya məlum olan əlamətlərinə görə, onun daşıyıcısı olan şəxsin insanlar arasında olması həmin virusun yayılması riskini artıran əlamətlərdən biridir. Buna görə, təsadüfi deyil, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bunun qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə (onların bir hissəsinə hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarında da istinad olunmuşdur) öz xüsusiyyətlərinə görə insanların həyatı və sağlamlığı üçün çox təhlükəli olan virusun yayılmasının qarşısının alınması məqsədi ilə ilk dövrl ərdən başlayaraq çox sərt karantin rejimi tətbiq olunmuşdur ki, bu tədbirlərdən biri də virus daşıyıcıyalırın və həmin virusa yoluxa biləcəyi şəxslərin təcrid edilmələri ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 26, 27 və 28 nömrəli qərarları ilə müəyyən edilmiş məhdudiyyətin müddəti 7 günə endirilmiş, eləcə də bununla bağlı qəbul edilmiş qərarlar 24 yanvar 2022-ci il tarixdən qüvvəyə minmişdir. Lakin COVİD-19 infeksiyasına yoluxmuş Məhkum bununla bağlı 19 fevral 2022-ci il tarixdə Ucar Rayon Mərkəzi Xəstəxanasında verdiyi yaxma analizinin nəticəsi pozitiv çıxdığına görə, o, "COVİD-19” xəstəsi kimi rəsmi qeydiyyata alınmaqla müalicəsini yaşadığı evdə özünütəcrid şəraitində davam etdirmək üçün karantinə alınmasına və İtS.GOVAZ portalı ndan daxil olmuş "SMS”i aldığı andan karantin rejimi qaydalarına uyğun olaraq 7 gün ərzində yaşadığı evi tərk etməməli, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına səbəb olmamalı, o cümlədən xəstəliyin yayılması üçün real təhlükə yaratmamalı olduğu halda, 25 fevral 2022-ci il tarixdə yaşadığı və özünütəcriddə olduğu ünvanını tərk edib küçəyə çıxaraq Ucar şəhəri Azərbaycan küçəsinə gəlməklə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərinin qaydalarını pozmaqla "COVİD-19” virusu xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. 25 fevral 2022-ci il tarixdə isə Məhkum karantin rejimində olması üçün nəzərdə tutulmuş yeddi gün müddəti hələ bitməmiş və ona koronavirus xəstəlinindən müalicəsinin bitməsi və yaşadığı yeri tərk edə biləcəyi barədə icazə verilməsi barədə heç bir bildiriş göndərilməmişdir. Hazırki cinayət işi üzrə araşdırılmış sübutlarla isə müəyyən edilir ki, belə sərt tədbirlərin görülməsinə baxmayaraq COVİD-19 virusunun daşıyıcısı olan Məhkum pandemiya dövründə karantin rejiminin tətbiq edildiyi 25 fevral 2022-ci il tarixdə müvafiq icazəsi olmadan yaşadığı yeri tərk etmiş və başqalarının olma ehtimalı çox olan yerə getməklə CM-nin 139-1.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməli törətmişdir. Bu baxımdan onun həmin vaxt saxlanılaraq yaşadığı ünvana qaytarılması tətbiq edilən karantin rejiminin tələblərinə uyğun olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, onun təhlükəli virusun daşıyıcısı kimi əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsindən və məhk um olunmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416.1-ci maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Buna görə kollegiya hesab edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və onun cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insa n və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə də tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən hallar, o cümlədən himayəsində bir yetkinlik yaşına çatmamış və azyaşlı uşağın olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində yetkinlik yaş ına çatmayan uşağının olması, iş yerindən müsbət xarakterizə olunması və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsini cəzanı yüngülləşdirən hal kimi, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, Məhkum kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməlində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416.1-ci maddəsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum və həm in şikayətin təmin olunmaması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 24 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1132/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1132/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver