Məhkəmə qərarları › İş №1(102)-1132/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1132/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1132/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1419/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1977-ci il tarixdə Ağdərə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 08 aprel 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 25 aprel 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlama, daşıma, satma barədə şəxsiyyəti məlum olmayan “Həmzə” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, Bakı şəhərində satışını həyata keçirib qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan “Həmzə” adlı şəxsdən 2 ədəd bükümdə və 1 ədəd bağlamada olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 582,663 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 2 ədəd kibrit qutusunda, 1 ədəd şəffaf bağlama da və 1 ədəd göy rəngli polietilen torbada olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 1822,556 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bağlamada külli miqdarda - təmiz çəkisi 520 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, yaşadığı ünvan 2 ünvanına daşıyaraq 2 ədəd bükümdə olan narkotik vasitə heroini, 2 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı üstündə, 1 ədəd bağlamada olan narkotik vasitə heroini, 1 ədəd bağlamada olan psixotrop maddə metamfetamini, 1 ədəd şəffaf bağlamada və 1 ədəd göy rəngli polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin eyvanında taxta materialdan olan dolabın içərisində gizlədərək qanunsuz saxlamış, 19 yanvar 2022- ci il ta rixdə, saat 13 radələrində Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Məhkum Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı binanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına gətirilmiş, videoçəkilişdən istifadə edilməklə Məhkum üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli pencəyin sağ yan cibindən 2 ədəd bükümdə külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 9,808 qram, 17,855 qram olmaqla, ümumi çəkisi 27,663 qram olan qəhvəyi rəngi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,936 qram, 3,620 qram olmaqla, ü mumi çəkisi 7,556 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 19 yanvar 2022-ci il tarixdə, saat 16 radələrində Məhkum yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı evin eyvanında olan taxta materialdan hazırlanmış dolabın içərisindən 1 bağlamada külli miqdarda, yəni təmiz çəkisi 555 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bağlamada külli miqdarda, yəni təmiz çəkisi 520 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf bağlamada və 1 ədəd göy rəngli polietilen torbada külli mi qdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1100 qram, 715,0 qram olmaqla, ümumi təmiz çəkisi 1815 qram (1 kq 815 qram) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində heroinin və narkotik vasitə marixuananın izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-112/2023 nömrəli, 11 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 yanvar 2022- ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs və müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, hökmün ləğv edib, bəraət hökmü çıxarılmasını xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1419/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-112/2023 nömrəli, 11 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu tərəfindən ayrı- ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, Məhkum hər hansı narkotik vasitə alqı-satqısında iştirak etməmiş, narkotik vasitə əldə etməmiş, daşımamış, ümumiyyətlə hansısa qanunsuz əməldə iştirak etməmişdir. Məhkum bədənində fiziki zorakılığa məruz qalmasını təsdiqləyən müxtəlif izlərin aşkar edilməsi ilə bağlı Xətai rayon prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 18 fevral 2022-ci il tarixli qərarı qəbul edilsə də, məhkəmələr məhkumun müvafiq dəlillərinə kifayət qədər diqqətlə yanaşmamış, sübutların mümkünlüyü və etibarlılığı üzrə tam, müstəqil və hərtərəfli araşdırma və qiymətləndirmə aparılması vəzifəsini yetərincə dolğun icra etməmişlər. Məhkumun həmin xəsarətləri hansı şəraitdə və səbəbdən alması ilə bağlı ziddiyyətlər mövcuddur, bu ziddiyyətlər isə onun baş verdiyini iddia etdiyi halın - üstündən aşkar edilərək götürülən və iş üzrə əsas maddi sübut olan narkotik vasitənin ona qarşı tətbiq edilən fiziki və yaxud psixi zorakılığla əldə edildiyinin həqiqətə uyğun olduğunu istisna etmir. Müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda prokurorluq tərəfindən yoxlanılmasına və əsassızlığının müəyən olunmasına görə məhkəmə tərəfindən rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Azərbaycan Respublikası CPM-in 33.3-c ü maddəsinin və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair həmin Məcəllənin 349.5.2-ci maddəsinin tələbləri ilə uzlaşmır. Çünki faktiki olaraq məhkəmələr işgəncə barədə iddianı yoxlamadan yalnız prokurorluğun apardığı araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da (məsələn təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəni) mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Ona görə də işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə da ir məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla, işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də prokurorluğun qərarına görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkum məhkəmədə vermiş olduğu ifadəsində göstər miş olduğu xüsusatlar yetərincə öz təsdiqini tapmışdır. Belə ki, onun dediklərini həm arvadı, həm qayınanası, qızı və qardaşının arvadı, eləcə də əlavə şahid ifadələri ilə eynilik təşkil etmişdir. Habelə, onun ifadəsindəki xüsusatlar onu saxlamış olan 3 nəfər polis əməkdaşının ifadələrinin yalan olmasını təsdiq etmişdir. Anten məlumatlarının tədqiqindən də göründüyü kimi bu 3 nəfər polis əməkdaşının anten göstəriciləri işdə olan prosessual hərəkətlərin sənədləşdirildiyi protokollardakı müddətlə uyğunsuzluq təşkil etmişdir. Müdafiə tərəfi olaraq məhkəmə iclasında həmin məlumatların bəzisinin cinayət işi üzrə tərtib olunmuş prosessual sənədlərlə uyğun gəlmədiyini bildirərək, bu halların təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini xahiş etsələr də, lakin bununla əlaqədar məhkəmə kollegi yası şəxsi axtarış və mənzilə baxış keçirilməsi istintaq hərəkətlərinin videoçəkilişlə aparılmasını qeyd etməklə, həmin görüntülərdə istintaq hərəkətlərinin başlanma və bitmə vaxtları göstərilmədiyini qəbul etsə də, təhqiqatçı tərəfindən bunların şifahi şəkildə bildirilirdiyini və həmin vaxtların müvafiq protokollarda qeyd olunan vaxtlarla üst-üstə düşdüyünü bildirmişdir. Məhkum edilmiş şəxsin üzərində keçirilmiş şəxsi axtarış, mənzilə baxış keçirilməsi və şübhəli şəxs qismində tutulması real şəkildə aparılmış prosessual hərəkətləri əks etdirmir. Əksinə onun üzərində formal cəhətdən şəxsi axtarış keçirilmiş və bu prosessual hərəkətlərin keçirilməsində yeganə məqsəd həmin şəxslərin əleyhinə sübutların əldə edilməsi olmuşdur. Şəxs barəsində şəxsi axtarış prosessual hərəkətlər ciddi qanun poz untuları ilə həyata keçirildiyindən onun üzərində keçirilmiş şəxsi axtarışı və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokolları, habelə həmin protokollara əlavə edilmiş disklərdəki görüntülər mötəbər sübut hesab edilməməlidir. Üzərində keçirilmiş şəxsi axtarış, mənzilə baxış keçirilməsi və şübhəli şəxs qismində tutulmasına dair tərtib edilmiş protokollar, habelə həmin protokollara əlavə edilmiş disklərdəki görüntülər qanunsuz şəkildə əldə edildiyindən yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Bundan başqa apellyasiya icraatında şahid qismində dindirilmiş X4 çox səmimi ifadə versə də, müdafiə tərəfinin qərəzsiz şahidinin ifadəsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməməmiş, məhkəmədə ifadə vermiş əməliyyatçıların ziddiyyətli ifadələri isə mötəbər sübut kimi qiymətləndirilmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)1419/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi, həmçinin Məhkum saxlanılmasında iştirak etmiş və daha sonra həmin sənədləşməni həyata keçirmiş olan BNMİ-nin əməliyyat müvəkilləri əməliyyatçılar Şahid3, Şahid1, Şahid2 və təhqiqatçı N.Aburşu barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkum kassasiya şikayətinin dəlilləri müdafiəçisinin kassasiya şikayətinin dəlilləri ilə faktiki olaraq eynidir. Məhkum oxşar dəlilləri irəli sürməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1419/2023 nömrəli, 28 noy abr 2023-cü il tarixli qərarının ləğv edilməsi, barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsi, cinayət işində adları qeyd olunan, qanunun tələblərini, onun, ailə üzvlərinin hüquqlarını pozan polis əməkdaşlarının və müdafiəçinin barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir

11. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hal ları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Kassasiya şikayətlərində Məhkum əməlində cinayət tərkibi olmadığı, məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq onun barəsində ittiham hökmü çıxardığını iddia etməklə, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdiri lməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1419/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respub likası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu madd ələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibinin olmamasına dair kassasiya müraciətlərinin dəlillərini əsassız hesab edir.

23. Belə ki, məhkumun və onun müdafiəçisinin hazırda kassasiya şikayətlərinin dəlilləri olaraq irəli sürüldüyü məsələlər apellyasiya instansiyası məhkəməsi qarşısında apellyasiya şikayətlərinin dəlilləri olaraq irəli sürülmüş, apellyasiya baxışı qismən məhkəmə istintaqı ilə keçirilməklə, məhkəmə tərəfindən həmin dəlillərlə bağlı ətraflı araşdırma aparmış və məhkəm ə hazırda mübahisələndirilən qərarında ibtidai və məhkəmə istintaq dövründə toplanmış və məhkəmə icraatı dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, yaşayış sahəsində axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyy ən edilmişdir.

24. Məhkumun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinin qeyri-qanuni yolla, yəni ona işgəncə verilməsi və təzyiq göstərilməsi nəticəsində əldə edilməsi, ibtidai istintaqın ilkin mərhələsinin qanunvericiliyin tələblərinin kobud surətdə pozulmaqla, sübutların qanunsuz yolla əldə edilməsi, nəticə olaraq verilmiş ittihamın əsasını təşkil edən sübutların mötəbər olmadığı barədə hər iki kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən məsələlərə dair aşağı instansiyası məhkəmələri tərəfindən hərtərəfli araşdırma aparılmış və həmin hallar iş materiallarında olan mötəbər sübutlarla təkzib edildiyindən, əsassız hesab edilmişlər.

25. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum şübhəli şəxs qismində tutulub videoçə kiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa onun verdiyi ilkin izahata əsasən polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilmiş, yaşadığı mənzilə müdafiəçinin və mənzil sahibi olan qayınanası Şahid4 iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Videogörüntülərdən də görünür ki, həmin baxış zamanı şübhəli şəxs Məhkum hər hansı təzyiq və təsir göstərilmədən özü könüllü şəkildə mənzilin eyvanına çıxaraq orada gizlətdiyi sellofan paketi polis əmkədaşlarına təqdim etmiş, paketin içərisinə baxış zamanı ittihamda qeyd olunan külli miqdarda narkotik vasitələr və psixotrop mad dələr, həmçinin 2 ədəd elektron tərəzi aşkar olunmuş, həmin maddi sübutlar müvafiq prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkum həm videoçəkilişlər zamanı sorğu-sual edilərkən, həm ilkin izahatı alınarkən, istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, həmin maddələri Həmzə adı ilə tanıdığı İran vətəndaşından götürdüyünü və onun istəyi ilə dediyi ünvanlara çatdırdığını, razılaşmaya əsasən Həmzənin bunun müqabilində ona 4000 manat pul verməli olduğunu, Həmzəni şəxsən görmədiyini, onunla yalnız internet vasitəsi ilə əlaqə saxladığını, özünün heç bir xəstəlikdən əziyyət çəkmədiyini, saxlanılarkən və sonradan istintaq zamanı ona heç bir fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, Məhkum bu istintaq hərəkəti zamanı özünü sərbəst aparmaqla cinayət əməlləri barədə etirafedici izahatlar verir, onun üz nahiyəsində və ya bədəninin görünən hissələrində fiziki zorakılığa xas hər hansı izlər müşahidə edilmir.

26. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin təcridxanaya yerləşdirilən zaman üzərində xəsarət izlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə tibbi kitabçasının surəti Bakı İstintaq Təcridxanasından tələb edilərək məhkəmədə baxışı keçirilmiş və onun tibbi müayinəsi zamanı onda sol saidin ön səthində və sol budun iç nahiyəsində köhnə çapıq toxumaları izlənildiyi müəyyən edilmişdir. Məhkum qeyd olunan çapıqlarla bağlı suala cavab olaraq bilavasitə məhkəmə qarşısı nda bildirmişdir ki, bu izləri o, həbs edilməmişdən əvvəl yaşadığı evdə yıxılaraq almışdır.

27. Həmçinin, cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon prokurorluğunun 18 fevral 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı izahat verən Məhkum müayinə zamanı onda müəyyən edilmiş köhnə xəsarət izlərini həbs olunmamışdan əvvəl yaşadığı evdə yıxılaraq ehtiyatsızlığı nəticəsində aldığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zorakılıq göstərilmədiyini, işgəncəyə məruz qalmadığını, heç kimə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Qeyd olunan araşdırma materiallarına əsasən Məhkum bədən səthi üzərində xəsarətlər aşkar edilməsi faktı əsasında aparılan ara şdırma zamanı cinayət hadisəsinin olması müəyyən edilmədiyindən, toplanmış 56-C-22 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti maraqlı şəxslərə göndərilmişdir.

28. Məhkəmə kollegiyası bununla bağlı əlavə olaraq qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 fevral 2022-ci il tarixli qərarın surəti Məhkum göndərilməklə ona həmin qərardan prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnun olması izah edilmiş, lakin həmin qərardan məhkumun özü və ya müdafiəçisi hər hansı şikayət verməmişdir.

29. Halbuki, Azərbaycan Respublikası CPM-nin 449.2 və 449.2.1-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər.

30. Həmin Məcəllənin 449.3 və 449.3.5-ci maddələrinə əsasən Cinayət Prosessual Məcəlləsinin 449.2-ci maddəsində göstərilən şəxslərin cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər.

31. Nəticə etibarilə, Məhkum bədən səthi üzərində xəsarətlər aşkar edilməsi faktı əsasında aparılan araşdırma zamanı cinayət hadisəsinin olması müəyyən edilməsinə dair cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qüvvədə olduğundan, məhkəmə kollegiyası həmin qərar üzrə müəyyən edilmiş hallara kassasiya şikayətinin dəlilləri qismində münasibət bildirməsini yolverilməz hesab edir.

32. Bunlarla yanaşı, 19 yanvar 2022-ci il tarixdə Məhkum saxlanılması, üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsində iştirak etmiş polis əməkdaşlarının və müdafiəçinin istifadələrində olan mobil telefonların anten dairələrinə dair məlumatların bəzisinin cinayət işi üzrə tərtib olunmuş prosessual sənədlərdəki vaxtla uyğun gəlməməsi, məhkum edilmiş şəxsin xeyrinə təfsir edilməsi, həmçinin şahid X2 ifadəsində göstərdiyi xüsusatların məhkəmələr tərəfindən düzgün nəzərə alınmadığı barədə kassasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə də məhkəmələrin gəldiyi nəticə əsaslı olmuşdur.

33. Belə ki, göstərilən halların araşdırılması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən əməliyyat müvəkkillərinin, müdafiəçinin anten məlumatları əldə edilmiş və onların istifadəsində olan mobil telefon nömrəsinə dair “X1” sənədlərinə baxış keçirilmiş, iş materiallarında olan ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və məhkəmədə tədqiq olunmuş "xxxx" MMC-nin 3580 nömrəli, 16 fevral 2023-cü il tarixli məktubunda “şanların əhatə dairəsi ilə bağlı” göstərdiyi xüsusatları da nəzərə almaqla, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələri, həmçinin şəxsi axtarış və mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər və digər sübutlar əsasında müdafiə tərəfinin irəli sürdüyü həmin dəlillərin həqiqətə uyğun olmaması öz təsdiqini tapmışdır.

34. Bundan başqa apellyasiya icraatında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdiyi xüsusatların məhkum edilmiş şəxsin tanışı o lmaqla, onun məsuliyyətini yüngülləşdirməyə yönəldiyindən, digər sübutlarla təkzib olunmaqla məhkəmədə daxili inam yaratmadığından, həmin ifadə düzgün olaraq Məhkum məsuliyyətdən yaxa qurtarmağa yönələn məlumat kimi qiymətləndirilmişdir.

35. Beləliklə də apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlandıqda, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

37. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

38. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan R espublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

39. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1419/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 1(103)-1419/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar