Məhkəmə qərarları › İş №1(102)-1132/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1132/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1132/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 oktyabr tarixli, 1(106)-708/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X1 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə) 2024-cü il 31 may tarixli, 1(099)-193/2024 nömrəli hökmü ilə, 22 sentaybr 1979-cu il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 32.5, 206.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti cəza olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin 27 yanvar 2023-cü il tarixdən hesablanması, xx xxxxxxx 1992-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum2 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsir li bilinib, CM-in 32.5, 206.2- ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti cəza olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəlinin 27 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum1 apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X9 və X10 ibarət tərkibdə) 2024-cü il 2 oktyabr tarixli, 1(106) -708/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya protestinə və Məhkum1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Məhkum1 və Məhkum2 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, onlar qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, bundan sonra cinayətkar qrupun üzvləri arasında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, şəxsiyyəti istintaqa məlum olmayan şəxs külli miqdarda narkotik vasitə olan ümumi təsir maddəsinin miqdarı 40 qram təşkil edən "Metadon 40" dərman preparatlarını satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşımaqla istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət- buraxılış məntəqələrindən gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçir ərək onlara təhvil vermək üçün qabaqcadan razılaşdıqları istiqamətdə, yəni Xəzər dənizinin Astara rayon ərazisində əvvəlcədən müəyyən edilmiş kordinatda suya ataraq İran islam Respublikasına qayıtmışdır. Bundan sonra, cinayətkar qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum1 və Amid Əsgərov qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş bir bağlamada həmin külli miqdarda ümumi təsir maddəsinin miqdarı 40 qram təşkil edən "Metadon 40" dərman preparatlarını 27 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Xəzər dənizindən, yəni X8 sahil nəzarət bölməsinin 1-ci yanalma körpüsünün xidməti ərazisindən əvvəlcədən koordinatı müəyyən edilərək gizlədilmiş sudan AS-107 bort nömrəli üzmə vasitəsi ilə, birlikdə satış məqsədilə qanunsuz olaraq əldə edib, saxlayıb daşımışdır. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə Məhkum1 və Məhkum2 aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onlar tərəfindən törədilən CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, habelə dövlətin normal xarici-iqtisadi fəaliyy əti sahəsində yaranan ictimai münasibətlərə zərər vurmasını, hər iki maddədə nəzərdə tutulan cinayətlərin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını, Məhkum1 və Məhkum2 tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən metadonun ağır narkotik vasitələrə aid olmasını, bu halın öz-özlüyündə Məhkum1 və Məhkum2 tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onların şəxsiyyətini xarakterizə etməsini, metadonun həmin narkotik vasitə üçün müəyyən edilmiş külli miqdardan 25 dəfədən, şəxsi istehlak miqdarından isə 2000 dəfədən çox olmasını, aşkar olunmayacağı təqdirdə məhz çəkisinin külli miqdar təşkil etməsi səbəbindən satış məqsədilə əldə edilən və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilən 40 qram metadonun ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla yüzlərlə Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, Məhkum1 və Məhkum2 tərəfindən törədilən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun Məhkum1 və Məhkum2 təqsirli bilindikləri maddələrlə məhz yuxarı həddə qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əsassız və cinayət qanunvericil iyinin tələbinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə zidd olaraq Məhkum1 6 il, Məhkum2 isə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmədən ibarət aşağı həddə cəza təyin etmişdir. Dövlət ittihamçısı qeyd etmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarmın qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq üçün dövlət və beynəlxalq səviyyədə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının qəbul edilməsi, ümumilikdə narkomaniyanın geniş yayılmasının aktual problem olması vəziyyətində cəzanın ümumi və xüsusi xəbərdaredici məqsədinə nail olmaq, həm Məhkum1 və Məhkum2, həm də digər şəxslər tərəfindən həmin növdən olan cinayətlərin törədilməsinin qarşısını almaq baxımından Məhkum1 və Məhkum2 yuxa rı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin zəruri olmasına baxmayaraq əksinə Məhkum1 və Məhkum2 cəzalarını yüngülləşdirən hallar müəyyən edilmədiyi halda, əksinə Məhkum2 cinayətlərinin residivinin cəzasını ağırlaşdıran hal olmasını nəzərə almadan, məhkəmə həmin müddətdə onların islah olunmasını mümkün saymışdır. Göründüyü kimi, məhkəmənin hökmü ilə cinayətlərin məcmusu üzrə Məhkum1 təyin edilmiş 6 il, Məhkum2 isə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmədən ibarət qəti cəza onlar tərəfindən törədilən cinayətin ağırlığına və şəxsiyyətlərinə uyğun olmadığından açıq aydın ədalətsiz olmuşdur. İttihamçı bildirmişdir ki, məhkəmə təqsirləndirilən şəxslərə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə alm amış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış, cəzasızlıq mühiti formalaşdırmışdır. Məhkəmə bunları nəzərə almayaraq təqsirləndirilən şəxslərə yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Hazırki iş üzrə məhkəmə tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələbləri nəzərə alınmamış, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi c əzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları hər iki təqsirləndirilən şəxsə məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, yüngül cəza təyin etməklə məhkəmə sosial ədalət prinsipi pozulmuşdur. Beləliklə, Şirvan Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, işin konkret hallarına əsaslanmadan təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçini n onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 oktyabr tarixli, 1(106)-708/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 oktyabr tarixli, 1(106)-708/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddə sinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılmas ı, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumlara təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dai r” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçi nin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiya sı kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi kassasiya protestində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkumlara qanuni, əsaslı və ədalətli cəza təyin edilməsi qənaətinə gəlmişdir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yaln ız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Dövlət ittihamçısının kassasiya protestində də, apellyasiya protestində irəli sürülmüş dəlillər eyni məzmunda təkrarlanmışdır və apellyasiya protestinin dəlillərinə münasibət bildirən apellyasiya instansiyası məhkəməsi mövqeyini qanunamüvafiq qaydada əsaslandırmış və protestin dəlillərinə münasibət bildirmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırmanı təkrarlamayaraq, həmin əsaslandırma ilə razılaşır və qeyd etməyi vacib hesab edir ki, məhkuma cəza təyin edilərkən CM-in digər müddəları ilə yanaşı, CM-in 58.3-cü maddəsinin müddəları da mütləq nəzərə alınmalı olan hallardandır. CM-in 58.3-cü maddəsindən də görünür ki, cəza təyin edilərkən 7 müxtəlif halın nəzərə alınmalı olması imperativ qaydada müəyyən ed ilmişdir. Məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdırlan hallar bu 7 haldan yalnız biridir. Lakin məhkuma cəza təyin edilməsi prosesi cox mürəkkəb və çoxtərəfli bir proses olmaqla, burada yalnız cəzanı yüngülləşdirən və ağırlaşdıran haldan çıxış edərək qiymətləndirmə aparmaq mümkün deyil. CPM-in 44, 351, 353.4.2 və 353.4.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza təyin etmək, cəzanın növünü və həddini müəyyən etmək məhkəmənin müstəsna səlahiyyəti qismində qanunvericilikdə nəzərdə tutulmuşdur və cəza məsələsi cinayət prosesi tərəflərinin öz səlahiyyətləri çərçivəsində yuxarı məhkəmələrdə mübahisləndirilə bilir. Eyni zamanda, hazırkı işin halları baxımından məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünü və həddini kassasiya protestinin dəlilləri baxımından təhlil edərək belə qənaətə gəlir ki, məhkumlara təyin edilmiş cəza həm növü, həm də həddi baxımından qanuni, əsaslı və ədalətlidir və bununla bağlı kassasiya protestinin dəlilləri əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2.10.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 31 may tarixli, 1(099)-193/2024 nömrəli hökmü ilə Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 oktyabr tarixli, 1(106)-708/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar