Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1133/2018 18.10.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə; Röya Əli qızı Həsənovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 və Məhkum müdafiəçisi X6 iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3, 228.2.1, 228.4 və 238.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrilərinin barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Zeynal Ayev, hakimlər Azad Məcidov və Səbuhi Hüseynovdan ibarət tərkibdə), Məhkum, xx xx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 228.2.1, 228.4 və 238.2.1 -ci maddələri ilə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il, CM-in 228.2.1-ci maddəsi ilə 4 (dörd) il, CM-in 22 8.4-cü maddəsi ilə 1 (bir) il, CM-in 238.2.1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xx 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin X10, X8 və X3 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, X3 və digər Azərbaycan Respublikası vətəndaşları X8, X10 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olar aq, qəsdən, tamah niyyəti ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasının ərazisində olan A adlı şəxs və digərləri tərəfindən keçirilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil edərək saxlamış, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahları, onun komplekt hissələrini, döyüş sursatlarını əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, bundan başqa qanunsuz olaraq qaz silahını və soyuq silahı əldə etmiş və gəzdirmiş lər. Belə ki, Məhkum və X3 digər Azərbaycan Respublikası vətəndaşları X8, X10 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməklə qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasının Biləsuvar rayonunun ərazisində gizlədilməsi ilə bağlı 2014-cü ilin noyabr ayının sonunda razılaşıb cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum 2014-cü ilin dekabr ayının əvvəllərində şəxsiyyəti məlum olmayan A adlı şəxs və digərləri tərəfindən İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ər azisinə keçirilərək Biləsuvar rayonunun İran İslam Respublikası ilə həmsərhəd ərazisində gizlədilmiş təmiz halda çəkisi 74,78 qram külli miqdarda narkotik vasitə hesab edilən heroini, təmiz halda çəkisi 7,370 qram külli miqdarda narkotik vasitə hesab edilən tiryəki, təmiz halda çəkisi şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 0,34 qram qurudulmuş marixuananı, təmiz halda çəkisi şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 4.65 qram olan qurudulmamış marixuananı və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən 20,2 qram diazepamı gizlədildiyi yerdən götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib idarə etdiyi Niva markalı Az **-AG-*** qeydiyyat nömrə nişanlı avtomobildə qanunsuz olaraq saxlamaqla yaşadığı ünvan 1 ünvana qanunsuz olaraq daşıyıb sax lamış, qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitə olan tiryəkin 0,5 qramını əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olduqları qrupun digər üzvü R satmışlar. Bundan başqa Məhkum və X3 digər Azərbaycan Respublikası vətəndaşları X8 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxtdan İran İslam ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş təmiz halda çəkisi 74,78 qram külli miqdarda narkotik vasitə hesab edilən heroinin, təmiz halda 74,370 qram külli miqdarda narkotik vasitə hesab edilən tiryəkin, təmiz halda çəkisi şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 0,34 qram qurudulmuş marixuananın, çəkisi şəxsi isteh lak miqdarından artıq olmayan miqdarda 4,65 qram olan qurudulmamış marixuananın və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən 20,2 qram diazepamın istehlakı üçün ünvan 2 ünvanın zirzəmisində qəsdən tiryəkxana təşkil etməklə saxlamışlar. Həmçinin Məhkum və X3 digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxtda, mənbədən və məlum olmayan şəraitdə odlu silahları- 9mm kalibrli, «QK 511 L».№-li «Makarov» (PM) konstruksiyalı tapança, 9 mm kalibrli, «RŞ 5510» №li «Makarov» (PM) konstruksiyalı tapança, 7,62 mm kalibrli, «8J 154» №li «Naqan» tipli revolveri, döyüş sursatları- 9 mm kalibrli 33 ədəd patron, 7,62 mm kalibrli 5 ədəd patron, 5,45 mm kalibrli 2 ədəd patron. 5,6 mm kalibrli 15 ədəd patron və 3 ədəd «Makarov» (PM) konstruksiyalı tapan çaya aid sandıqçanı qanunsuz olaraq əldə etmiş, yaşadığı ünvan 3 ünvanda qəsdən qanunsuz olaraq saxlamış və üzərində gəzdirmişlər. Bundan əlavə, Məhkum və X3 digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxtda, mənbədən və məlum olmayan şəraitdə soyuq silahlar olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik 17 ədəd bıçaq və xəncəri, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş 1 ədəd kastet-bıçağı, 1 ədəd əsas formasında metalaoxşar materialdan hazlanmış predmeti, 1 ədəd deşici-çapıcı-əzici xassəli alebardanı (orta əsrlərə aid uzun saplı döyüş silahı), vurucu-əzici xassəyə malik 1 ədəd kasteti (beşbarmaq), deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş 1 ədəd kastet-bıçağı, «Kalaşnikov» konstruksiyalı avtomat silahın funksional əhəmiy yət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan hərbi təyinatlı 3 ədəd süngü bıçağını, eləcə də qaz silahı hesab edilən üzərində «Şok Perçovıy» sözləri yazılmış gözyaşardıcı-qıcıqlandırıcı, özünümüdafiə təyinatlı 1 ədəd aerozol qurğunu qəsdən qanunsuz olaraq əldə etmiş və gəzdirmişlər. xx xx 2014-cü il tarixdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın zirzəmisində yerləşən tiryəkxanaya və həmin ünvana keçirilmiş baxış zamanı oradan təmiz halda çəkisi 74,78 qram külli miqdarda narkotik vasitə hesab edilən heroin, təmiz halda çəkisi 73,87 qram külli miqdarda narkotik vasitə hesab edilən tiryək, təmiz halda çəkisi şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 0,34 qram qurudulmuş marixuana, təmiz halda çəkisi şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 4,65 qram olan qurudulmamış marixuana və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən 20,2 qram diazepam, həmin vaxt tiryəkxanada olan R üzərindən 0,5 qram narkotik vasitə hesab edilən tiryək aşkar edilərək götürülmüş, həmçinin həmin ünvandan odlu silahlar - 9 mm kalibrli, «QK 511 L» №li «Makarov» (PM) konstruksiyalı tapança, 9 mm kalibrli, «RŞ 5510» №li «Makarov» (PM) konstruksiyalı tapança, 7,62 mm kalibrli, «8J154» №li «Naqan» tipli revolver, döyüş sursatları olan 9 mm kalibrli 33 ədəd patron, 7,62 mm kalibrli 5 ədəd patron, 5,45 mm kalibrli 2 ədəd patron, 5,6 mm kalibrli 15 ədəd patron və 3 ədəd «Makarov» (PM) konstruksiyalı tapançaya aid sandıqça, soyuq silahlar olan b ir tərəfi kəsici, ucu deşici xassəyə malik olan 17 ədəd bıçaq və xəncər, deçici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş 1 ədəd kastet-bıçaq, 1 ədəd əsas formasında metalaoxşar materialdan hazırlanmış predmet, 1 ədəd deşici-çapıcı-əzici xassəli -lebarda (orta əsrlərə aid uzun saplı döyüş silah) vurucu-əzici xassəyə malik 1 ədəd kastet (beşbarmaq), deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş 1 ədəd kastet-bıçaq, Kalaşnikov» konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan hərbi təyinatlı 2 ədəd süngü bıçağı, eləcə də qaz silahı hesab edilən üzərində «Şok Perçovıy» sözləri yazılmış gözyaşardıcıqıcıqlandırıcı, özünümüdafiə təyinatlı 1 ədəd aerozol qurğu aşkar edilərək götürülmü şdür. xx xx 2015-ci il taıixdə qeyd edilən ünvana keçirilmiş axtarış zamanı həmin evdən «Kalaşnikov» konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan hərbi təyinatlı 1 ədəd süngü bıçağı aşkar edilərək götürülmüşdür. Hökmdən məhkumlar və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016 -cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Mirzəli Abbasov, hakimlər Qədim Babayev və İlqar Murquzovdan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsa sən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Məhkum CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş cəza hökmdən xaric edilmiş, onun əməli CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza, CM-nin 234.4.1, 234.4.3, 228.2.1 və 238.2.1ci maddələri ilə ona təyin edilmiş cəzalarla qismən toplanılmaqla, ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qərarı ona aid hissədə qanunsuz, əsassız və ədalətsizdir, ibtidai istintaq zamanı onun müdafiə hüququ və cinayət prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Kassator hesab edir ki, onun barəsində təqdim edilmiş xx xx 2015-ci il və xx xx 2015-ci il tarixli eskpertiza rəyləri əsassızdır. Kassator göstərmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xx 2012-ci il tarixli qərarı ilə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, onun cinayət prosessual fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən bərpa edilməmiş və Azərbaycan Respublikası CPM-nin 100.2.1-ci maddəsinin tələblərinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs olmuşdur. Belə olan halda, istintaq orqanı tərəfindən qanunvericiliyin tələbləri kobud surətdə pozularaq o na qanuni nümayəndə təyin etməməklə qanunsuz olaraq 6 ay müddətində onunla prosessual hərəkətlər aparılmışdır. Kassator yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyasından barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarının ona aid hissədə ləğv edilməsini, cinayət işinə apellyasiya məhkəməsində yenidən baxılmasının təyin edilməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət işinə ona aid hissədə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Hafiz Ələsgərovun və kassasiya şikayətinin təmin edi lməməsinə dair dövlət ittihamçısı C çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə məhkumun kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində olan apellyasiya instansiyası məhkəməsinin qərarının Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarının ona aid hissədə ləğv edilməsini, cinayət işinə apellyasiya məhkəməsində yenidən baxılmasının təyin edilməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət işinə ona aid hissədə xitam verilməsini xahiş etmiş və bununla bağlı bir neçə dəlilə istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum aid işin hallarını müəyyən e dərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, yuxarıda göstərilən məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası kassatorun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyinə dair dəlilinə münasibət bildirərək aşağıdakıl arı qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində də göstərilmiş, apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının araşdırma predmeti olmuş, həmin dəlillərə məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və əsaslandırılmış nəticəyə gəlinmişdir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx xx 2015-ci il tarixli 757 saylı rəyindən görünür ki, Məhkum ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-n in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkum qeyd edilən üzvi şəxsiyyət pozuntusu hal-hazırda kompensasiya vəziyyətindədir, hal-hazırki psixi vəziyyətinə görə isə məcburi müalicəyə ehtiyacı yoxdur. Eyni zamanda, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx xx 2015-ci il tarixli 170 №-li rəyindən görünür ki, Məhkum ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür, Məhkum hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin “üzvi şəxsiyyət pozuntusu” diaqnozu ilə əlaqədar Məhkum qarşı Azərbaycan Respublikasının CM-in 22.1-ci maddəsinin tətbiq edilməsi məqsədə uyğundur. Bununla yanaşı məhkəmə kollegiyası vurğulayır ki, qeyd edilən ekspertiza rəyləri məhkumun ona istinad edilən cinayət əməllərini anlaqlı vəziyyətdə törətməsinə dair cinayət işinin materiallarındakı sübutlarla heç bir ziddiyyət təşkil etmir. Kollegiya qeyd edir ki, məhkumun cinayət əməllərinin törədilməsində rolu, cinayət əməllərinin törədilməsi üsulları, cinayət əməlinin əvvəlcədən düşünülmüş və planlaşdırılmış şəkildə törədilməsi onun bu cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini istisna edir və kassatorun bununla bağlı dəlillərini təkzib edir. Odur ki, məhkəmə kollegiyası kassatorun bu barədə olan dəlilini əsassız olduğundan qəbul etmir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqlı vəziyyətdə törətdiyi və bu səbəbdən onun barəsində cinayət işi üzrə icraata xitam verilməməsi nəticəsinə gəlməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassatorun “Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xx 2012-ci il tarixli qərarı ilə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, onun cinayət prosessual fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən bərpa edilməmiş və Azərbaycan Respublikası CPM-nin 100.2.1-ci maddəsinin tələblərinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs olmuşdur. Belə olan halda, istintaq orqanı tərəfindən qanunvericiliyin tələbləri kobud surət də pozularaq ona qanuni nümayəndə təyin etməməklə qanunsuz olaraq 6 ay müddətində onunla prosessual hərəkətlər aparılmışdır”- dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Apellyasiya instansiyası məhkəməsi öz qərarında apellyasiya şikayətinin bununla bağlı dəlilinə münasibət bildirərək belə qənaətə gəlmişdir ki, “Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2010-cu il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməllərini anlaqsız vəziyyətdə törətdiyindən, cinayət məsuliyyətindən azad edilmiş, onun barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin “Şəxsin prosessual fəaliyyət qabiliyyəti olmay an hesab edilməsi haqqında” xx xx 2012-ci il tarixli qərarı ilə Məhkum cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 100.3-cü maddəsinə əsasən ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu və ya kəmağıllıq nəticəsində öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmayan zərər çəkmiş şəxsi, mülki iddiaçını, şübhəli və ya təqsirləndirilən şəxsi, yaxud mülki cavabdehi məhkəmə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edə bilər. Məhkum Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xx 2012-ci il tarixli qərarı ilə cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsə də, eləcə də onun cinayət prosessual fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən bərpa edilm əmiş olsa da, o, hazırki iş üzrə cinayət əməllərini anlaqlı vəziyyətdə törətdiyindən həmin iş üzrə cinayət prosessual fəaliyyət qabiliyyətli şəxs hesab olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 100.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin cinayətprosessual fəaliyyət qabiliyyəti cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum cinayət prosessual qabiliyyəti əvvəlki cinayət işi üzrə icraatın aparıldığı dövr üçün məhdudlaşdırılmışdır, o, hazırki iş üzrə cinayəti anlaqlı vəziyyətdə törətdiyindən, eləcə də onun ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu və ya kəmağıllıq nəticəsində öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmaması ilə bağlı hallar olmadığından, o, hazırki iş üzrə cinayət prosessual fəaliyyət qabiliyyətli şəxs hesab olunur.” Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə də gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və kassatorun qeyd edilən dəlilini də əsassız olduğundan qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 100.3-cü maddəsinə əsasən ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu və ya kəmağıllıq nəticəsində öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmayan zərər çəkmiş şəxsi, mülki iddiaçını, şübhəli və ya təqsirləndirilən şəxsi, yaxud mülki cavabdehi məhkəmə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edə bilər. Azərbaycan Respublikası Cinayət P rosessual Məcəlləsinin 100.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin cinayət-prosessual fəaliyyət qabiliyyəti cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir. Qeyd edilən maddənin mənasından da göründüyü kimi, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin cinayət-prosessual fəaliyyət qabiliyyəti cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir. Məhkum cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqlı vəziyyətdə törətdiyi cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx xx 2015-ci il tarixli 757 saylı rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx xx 2015-ci il tarixli 170 №-li rəyi ilə və cinayət işinin materiallarında mövcud olan digər sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyası kassatorun “müdafiə hüququ və cinayət prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən Məhkum barəsində sübutlar CPM-nin 143-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tər əfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Odur ki, məhkəmə kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum aid hissədə ləğv edilib, iş üzrə icraata xitam verilməsi ilə bağlı dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və apellyasiya məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli şəkildə tədqiq edərək həmin dəlilləri tutarlı bir fakta və ya təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir, onların əsassız olması qənaətinə gəlir və belə nəticəyə gəlir ki, Məhkum törətdiyi cinayət əməllərini anlaqlı vəziyyətdə törətmişdir və onun barəsində cinayət işinə xitam verilməsinə heç bir əsas yoxdur. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016 -cı il tarixli qərarından Məhkum verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhku mun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016 -cı il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3, 228.2.1, 228.4 və 238.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1133/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1133/2018
18.10.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver