Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1133/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (hakimlər:X2 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə) 19 aprel 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1985-ci ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikası və Rusiya Federasiyasının vətəndaşı, evli - 2 uşaq atası, natamam orta təhsilli, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 5 oktyabr 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X5 ibarət tərkibdə) 21 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(109)-03/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(109)-03/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum əvvəlcədən tanıdığı, Rusiya Federasiyası, Dağıstan Respublikası, Maxaçkala şəhəri, Həmidov prospekti, ev 30, mənzil 66 ünvanında qeydiyyatda olmaqla, Moskva vilayəti, Podolsk şəhəri, Borodino bulvarı, ev 13, mənzil 12-də yaşamış, xx.xx.1983-cü il təvəllüdlü X3 ilə 2018-ci ilin noyabr ayının 17-si və 18-i tarixlərində, dəqiq vaxtı istintaqa məlum olmayan müddətdə Moskva şəhəri, Volqoqrad prospekti, ev 42, korpus 15 ünvanında yerləşən “X17” mehmanxanasının 101-ci otağında olarkən arala rında yaranmış şəxsi münaqişə səbəbindən qəsdən öldürmək niyyəti ilə onunla mübahisə etmiş, cinayəti törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı olduğu halda Elmira İdrisovaya onurğa zədəsi, ön uzunlamasına əlaqənin zədələnməsi ilə 2-ci bel onurğasının sınığı, sol və sağdakı bel əzələlərinin zədələnməsi ilə 2-3-cü fəqərənin qırıqları, oynaq bağlarının qırılması və xarici menisküsün arxa kənarının ayrılması ilə sağ diz oynağının çıxığı, xarici səth boyunca sol diz bağlarının zədələnməsi kimi sağlamlığa zərər vuran müxtəlif yüngül və orta ağır xəsarətlər yetirmiş, bu zaman həyat üçün təhlükəli üsulla, mehmanxana otağında mövcud olan hamam xələtinin bel kəməri ilə Elmira İdrisovanı boğmuş, onu boyun üzvlərinin sıxılması nəticəsində yaranmış mexaniki asfiksiya səbəbi ilə qəsdən həyatdan məhrum etmişdir. Bundan sonra Məhkum 18 noyabr 2018-ci il tarixdə saat 04:00-da cinayəti törətdiyi mehmanxana otağında Elmira İdrisovanın meyitini çamadanın içərisinə yerləşdirmək məqsədilə onun müxtəlif bədən üzvlərini, aşağı və yuxarı ətraflarını zor tətbiq etməklə sıxaraq qırmış, meyiti qardaşı Şahid10 və tanışı Şahid11 vasitəsi ilə Moskva şəhəri, Minsk şossesinin 80- cı kilometrində meşəlik ərazisinə atdırmış, meyit 19 noyabr 2018-ci il tarixdə saat 10 radələrində bu ərazidə aşkar edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, hadisənin təqsirləndirilən Məhkum ilə Elmira İdirisova arasında şəxsi münasibətlər zəmində baş verməsinə dair hər hansı bir sübut mövcud deyil. Əksinə məhkəmə aktlarından görünür ki, təqsirləndirilənlə zərərçəkmiş arasında səmimi münasibətlər mövcud olmuşdur. Ölümə səbəb kimi təqsirləndirilən Məhkum ilə Elmira İdirisova arasında şəxsi münasibətlər zəmində baş verməsi barədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil. Digər tərəfdən qəsdin Elmira İdirisovanın ölümünə yönəlməsinə dair səbəb də mövcud deyil. Zərərçəkmiş şəxsin həyatına son qoymaq Məhkum məqsədlərinə xidmət etmir. Təqsirləndirilənin zərərçəkmiş şəxsdən maddi və fiziki asılılığına dair də sübut mövcud deyil. Hadisədən əvvəl hər ikisi Taillanda istirahət etmiş və xərcləri də Məhkum ödəmişdir. Hadisə baş verən günü otelə giriş zamanı və oteldə olduqları zaman aralarında narazılıq və ya münaqişə baş verməmişdir. Lakin məhkəmə aktlarından görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin i ntim əlaqə zamanı güclü təsir edən narkotik vasitələrdən istifadə etməklə yanaşı intim oyuncaqlardan istifadə etməklə qamçı ilə Elmiranın bədəninə vurmaqla,yaxud qandalı qoluna bağlamaq kimi vasitələrdən istifadə etmişlər. Sadalanan halların zərərçəkmiş şəxsin ölümünə səbəb ola biləcəyi məhkəmə kollegiyası tərəfindən araşdırılmamışdır. Nə qədər ki, təqsirləndirilənin təqsiri bilinməsi ehtimallara əsaslanırsa məhkəmə göstərilən şəraitin zərərçəkmiş şəxsin ölümünə səbəb olmasına da qiymət verilməli idi. Hadisənin təqsirləndirilən şəxsin ehtiyatsılığı nəticəsində baş verməsi cinayətin qəsdən törədilməsi ehtimalından daha çox realdır. İş üzrə alınmış məhkəmə psixoloji ekspertizasının rəyində göstərilir ki, Məhkum fərdi-psixi xüsusiyyətlərində arxayınçılıq, qayğısızlıq və laqeyidlik kimi əlamə tlər mövcuddur. Rəydə daha sonra göstərilir ki, hadisəni törətdiyi zaman Məhkum narkotik sərxoşluq halında olması onun davranış aktlarına təsir göstərə bilərdi. Narkotik asıllığı kompleksi olan şəxslərdə emosional hal teztez dəyişir, onlarda özünəməxsus şəkildə həyəcanlama, gərginlik, həddən artıq tez qıcıqlanma, narkotik vasitələrin təsirindən iradə və şüurun zəifləməsi baş verir, onlarda rəzil, aİçaq instinklər doğur, həddən artıq qısqanclıq, təcavüzkarlıq, sadizim yaranır ki, oyunlarda adam öldürmə, sağlamlığa ağır zərər vurma və digər həyat və sağlamlıq əleyhinə cinayətlərin sövqedici motivləri olur. Məhkəmə Cinayət Prosessual Məcəllənin 334-cü maddəsinin tələblərinə əməl etməyərək sadalanan narkotik sərxoşluq hallarının qəsdən və ya ehtiyatsızlıqdan hadisənin törədilməsini müzakirə em əmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2018-ci il tarixli,1118 nömrəli rəyi ilə müəyyən olunur ki, ölümə səbəb boyun üzvülərinin iplə sıxılmasından boğulma zamanı mexaniki asfiksiya (tənəfüs çatışmamazlığı) baş vermişdir. Nəzərə alsaq ki, təqsirləndirilən və zərərçəkmiş cinsi əlaqədə olarkən müxtəlif alət və vasitələrdən, o cümlədən ipdən və ya kəndirdən istifadə ediblər hazırkı vəziyyətdə də cinsi əlaqə zamanı ipdən (kəndirdən) istifadə olunması istisna olunmur. Başqa sözlə ölümə səbəb olmuş tənəffüs çatışmamazlığının cinsi əlaqə zamanı yaranması istisna olunmur. Məhkəmə kollegiyası apelyasiya şikayətinə baxarkən yuxarıda sadalanan halları müzakirə edib qiymət verməmişdir. Nəticədə birinci instansiya məhkəməsinin əməlin tövsifində səhfə yol verilməsi ilə çıxarılmış hökmü dəyişdirilmə dən saxlanılmışdır.Toplanmış sübutlara məcmu halında qiymət verdikdə görünür ki, Məhkum əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin məcəllənin 124.1-ci maddəsinə tövsif edilməlidir. Müdafiəçi kassasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını ləğv edib cinayət işini apellyasiya qaydasında yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəy yən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasi ya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunlar ı normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci madd ələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü mə hkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təy in etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid bi ri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə məhkəmələrin gəldiyi n əticənin səhv olması mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 1188 nömrəli, xx.xx.2018-ci il tarixli ekspert rəyindən (meyitin ekspertizası) məlum olur ki, X13medovnanın meyitinin laboratoriya tədqiqatları nəticəsində aşağıdakılar müəyyən edilmişdir. 1.1. Boyun üzvlərinin iplə sıxılmasından boğulma zamanı mexaniki asfiksiya (tənəffüs çatışmazlığı): - boynun dərisində sıyrıntı halında ikiqat, təxminən üfüqi, bağlanmış stranqulyasiya şırımı; üzün və boynun dərisində, yanağın axıntı qatında, gözünün ağ qatı, göz qapaqlarının selikli qişasında, dodaqlarında və dilində xırda nöqtəvari qansızmalar; dilin əzələləri, dişlərin birləşdiyi proyeksiyada qansızmalar; qırtlaq üstü axıntı qatında qansızmalar; plevra altı ləkəli qansızmalar nəticəsində ağciyərin kəskin şişməsi; qanın maye halı; daxili orqanların tamamilə qanla dolması, - tibbi-kriminalistik tədqiqat zamanı: boyun dərisinin bir hissəsində boğulma izləri, hansı ki, morfoloji və metrik əlamətlərdən, həmçinin naməlum qadın meyitinin məhkəmətibb tədqiqatının məlumatlarından çıxış edərək 2 stranqulyasiya şırımının qalın, yarımöhkəm kəndi rdən əmələ gəlməsini təxmin etmək olar (istisna edilmir ki, konstruksiyada bir neçə sıxıcı element olmuşdur); sol böyük buynuz sümüyün bədənlə birləşmə yerində dilaltı sümüyün zədələnməsi, krikoid qığırdağın qövslərinin (sağdan və soldan) 2 yarımçıq sınığı nəticəsində formalaşmış fraqmentin yerdəyişməsi; krikoid qığırdağın qabının çatı aşkar edilmişdir, - məhkəmə-histoloji tədqiqat zamanı: stranqulyasiya şırımının dəri hissəsində epidermis və dermanın sıxılma yerində toxumaların reaktiv dəyişikliklərinin olmaması; ağciyərlərdə kəskin emfizema ocaqları, hava (nəfəs) çatışmazlığı, ödəm, intraalveoler qansızmalar; bronxların daxilində azca qanın daxil olması; traxeyanın axıntı altı qatına leykosit reaksiya və rezorsiyası olmadan qansızma. 1.2. Kürək travması: kürəyin bel nahiyəsində yumşaq to xumalara qansızma; böyrək ətrafı toxumada qansızma; qaraciyərin sağ üçbucaq dəstəsində və diafraqmanın qövsvari hissəsinə qansızma; 2 bel fəqərəsinin sınığı, qabaq bağlayıcı uzunlamasına əlaqə olan yerdə zədələnmə; 2-3-cü bel fəqərə çıxıntısının sınığı, bel əzələləri dəstəsinin zədələnməsi ilə; onurğa iliyinin qart beyin əzələsinə qansızma. 1.3. Sağ diz oynağının qapalı çıxığı, onu birləşdirən bağın qırılması və meniskin xarici arxa tərəfinin qopması; sağ diz oynağında qan. Sol diz oynağının bağının xarici tərəfdən zədələnməsi və diz oynağı boşluğuna qansızma. 1.4. Dodaqların selikli qişasında (4) yumuşaq toxumaya qansızma ilə səthi əzilmiş yaraları. Üzündə (3), bədənində (7), sol çiyin oynağının proyeksiyasında (1) və aşağı ətraflarda (11) cırmaq yerləri. Üzündə (2), bədənində (4), yuxa rı ətraflarda (16) və sağ budda (1) göyərmələr. Alnın yumuşaq toxumalarında (2), başın tüklü hissəsində (7), üzündə (4), sinəsində (2), kürəyində (6) və aşağı ətrafda (2) qansızma. 1.5. Anal dəliyinin selikli qişasının yarıqları. 1.6. Məhkəmə-kimyəvi tədqiqat zamanı: qanda aşkar olunmuşdur: 3-4 metilendioksimetamfetamin (MDMA) konsentratı 0,09 mq, mefedron, kokain, 11-nor-9karboksi-D9-THK. Gözdaxili mayesində aşkar olunmuşdur: 3-4 metilendioksimetamfetamin (MDMA), mefedron, kokain, benzoilekqonin (kokain metaboliti). Ekspert göstərilənləri nəzərə alaraq aşağıdakı nəticəyə gəlmişdir:
1. Nəticə hissəsinin 1.1-1.5-ci bəndlərində sadalanan bütün xəsarətlər bu orqanlara qansızmaların mövcudluğu və mahiyyəti nəzərə alınmaqla şəxs sağ olan zaman əmələ gəlmişdir.
2. Nəticə hissəsinin 1.2-1.4-cü bə ndlərində sadalanan xəsarətlər möhkəm küt alətlə yetirilmişdir.
3. Nəticə hissəsinin 1.5-ci bəndində sadalanan xəsarətlər anal dəliyinin həddindən artıq dartılması nəticəsində əmələ gəlmişdir. Bu xəsarətlər arxa dəliyə bərk küt alətin yeridilməsi nəticəsində yarana bilər, bu - ya gərilmiş kişi cinsiyyət orqanı, ya da buna bənzər başqa əşya ola bilər.
4. Tibbi-kriminalist tədqiqatın nəticələrinə görə stranqulyasiya şırımı qalın, yarı bərk kəndirlə əmələ gələ bilər (onun konstruksiyasında bir neçə sıxıcı elementin olması istisna olunmur). Göstərilənlərdən belə nəticəyə gəlmək olar, çox güman ki, boyun qabaq və yanlardan sıxılmış, ona görə də sümük qığırdaq strukturu həddindən artıq deformasiya olmuşdur.
5. Boyun orqanlarının və yumşaq toxumaların zədələnməsindən belə nəticəyə gəlmək olar ki, boyun kəndir iplə sıxılmışdır. Kəndir ipin boş tərəfi arxa tərəfə sallanmış, hərdən bir kəndir sürüşməsi əlamətləri vardır.
6. Nəticə hissəsinin 1.1-ci bəndində sadalananlardan və meyitin aşkar edilməsi vəziyyətindən (boyunda kəndir yox idi, kəndirin bir ucu tərpənməz əşyaya sabitlənmişdir) kəndirlə boğulmaya xarakterikdir, yəni boyun kəndirlə sıxılarkən kəndirin sərbəst ucları digər şəxsin əlində olmuşdur.
7. Məhkəmə-histoloji tədqiqatlar zamanı sıyrıqların aşınma səthi, göyərmələrin mavi rəngi, dodaqların selikli qişasında sağalma əlamətlərinin olmaması onu göstərir ki, bunlar ölüm baş verməzdən az əvvəl yetirilmişdir.
8. E.N.İdrisovanın ölümü boyun üzvlərinin kəndirlə sıxılması nəticəsində yaranmış mexaniki asfıksiya ilə baş vermişdir.
9. Boğulma nəticəsində yaranmış mexaniki asfıksiya (nəticə hissəsinin 1.1-ci bəndində sadalanan xəsarətlər) ağırlıq dərəcəsinə görə RF Səhiyyə və Sosial İnkişaf Nazirinin xx.xx.2008-ci il tarixli 194n №-li əmri ilə təsdiq edilmiş "İnsan sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsinin tibbi kriteriyaları”nın 6.2.10-cu bəndinə əsasən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Bununla da ölümün baş verməsi ilə sağlamlığa ağır zərər vurma arasında birbaşa səbəb-istintaq əlaqəsi vardır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum törətmiş olduğu cinayət əməlində təqsiri, birinci instansiya məhkəməsində araşdırılmış sübutlar, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə təsdiq olunmuşdur. Biri nci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi kollegiyanda heç bir şübhə doğurmayan sübutlar əsasında Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün olaraq tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyinə dair kassasiya məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin həyatdan məhrum edilməsi çıxış edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il ta rixli 3 saylı qərarının 1,2ci bəndlərində izah olunur ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə bağlı ilk növbədə qeyd edir ki, işin hal larından və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi Ağayev X9 İdrisovaya sağlamlığa zərər vuran müxtəlif yüngül və orta ağır xəsarətlər yetirmiş, bu zaman həyat üçün təhlükəli üsulla, mehmanxana otağında mövcud olan hamam xələtinin bel kəməri ilə Elmira İdrisovanı boğmuş, onu boyun üzvlərinin sıxılması nəticəsində yaranmış mexaniki asfiksiya səbəbi ilə qəsdən həyatdan məhrum etmişdir Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun əməlinin Cinayət Məcəlləsinin 124-cü maddəsinə tövsif edilməsi barədə dəlillərini əsassız sayaraq qeyd etməyi zəruri hesab edir ki, CM-in göstərilən maddəsində ehtiyatsızlıqdan adam öldürməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh olunan cinayət subyekiv cəhətdən ehtiyatsızlıqla xarakterizə olunur və ehtiyatsızlıqdan adam öldürm ə zamanı cinayət törədən şəxsin təqsiri yalnız ehtiyatsızlıqdan ibarətdir, yəni o, nəinki ölümün baş verəcəyini, hətta zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulacağını da lazımi diqqət və ehtiyatlılıq göstərək baş verəcək görməli və görə biləcəyi halda, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq göstərərək qabaqcadan görmür. Hazırki cinayət işi üzrə müəyyən edilmiş və yuxarıda qeyd edilmiş hallardan göründüyü kimi, Məhkum mərhum zərərçəkmiş şəxsi öldürməyə yönələn hərəkətlərdə təqsiri qəsddən ibarət olmuşdur. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək qeyd edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır, məhkumun əməli zərərçəkmiş şəxsi ehtiyatsızlı qdan adam öldürməsi kimi qiymətləndirilə və Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 1 20.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiy mətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-i n 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan v əzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin məhkumun əməlinin CM-in 124-cü maddəsi ilə tövsif olunması barədə dəlilləri öz təsdiqini tapmayan subyektiv xarakterli mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.