Məhkəmə qərarları › İş №1(102)-1133/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1133/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1133/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 1(106)-396/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər M.V.Məmmədov (sədrlik edən), C.C.Nəbiyev və C.Ş.Səfərlidən ibarət tərkibdə) 2024-cü il 9 fevral tarixli, 1(099)-82/2024 nömrəli hökmü ilə, xx.xx.1985-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, Mübariz Orucov küçəsi, ev 13, mənzil 45 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonunda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə) 2024-cü il 28 noyabr tarixli, 1(106)-396/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm cəza hissəsində dəy işdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılaraq 8 (səkkiz) il həddində müəyyən edilmiş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Məhkum məlum olmayan tarixdə və vaxtda şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda 2850,0 qram narkotik vasitə heroini və külli miqdarda 700 qram psixotrop maddə metamfetamini 1500 manat pul müqabilində Bakı şəhərinə çatdıracağı barədə razılığa gəlmiş, şəxsiyyətləri müəyyən edilməyən cinayətkar qrupun üzvləri külli miqdarda narkotik vasitə hesab olunan heroini və psixotrop maddə olan metamfetamini dəqiq məlum olmayan tarixdə və vaxtda Ələt-Astara avtomobil yolunun Astara rayonu ərazisindən keçən 201-ci kilometrliyində körpünün altında gizlədərək bu barədə ona məlumat verdikdən sonra o, məlum olmayan tarixdə və vaxtda həmin yerdən külli miqdarda 2850,0 qram narkotik vasitə olan heroini və 700 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında saxlayaraq daşımış, Masallı RPŞ-nin və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti əməkdaşları tərəfindən 12 mart 2023-cü il tarixdə saat 02 radələrində keçirilmiş təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri istiqamətində idarə etdiyi “Hyundai Elantra” mar kalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində yerləşən stasionar postda saxlanılmış, stasionar postun inzibati binasının həyətində idarə etdiyi avtomobilə baxış keçirilərkən həmin avtomobilin arxa sərnişin oturacağından 03 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 950 qram, 950 qram, 950 qram, ümumi təmiz çəkisi 2850,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə bir-biriləri ilə eynilik təşkil edən külli miqdarda narkotik vasitə heroin və bir ədəd bükülüdə ümumi təmiz çəkisi 700 qram olan ağ rəngli kristallardan ibarət külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏ Rİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə cinayət işi materiallarını tədqiq edərkən iş üzrə Məhkum ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olmasını təsdiq edən sübutlar olmaması və təqsirsiz olmasını təsdiq edən mötəbər sübutlar olmasına baxmayaraq, ona həmin maddələrlə bəraət verilməmiş, əksinə istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq təqsiri sübuta yetirilməyən şəxsi - Məhkum həmin maddələrlə təqsirli bilərək barəsində yüksək həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi ədalətsiz və qanunsuz qərar çıxarmış, zəruri olduğu halda iş üzrə məhkəmə iclasını məhkəmə istintaqı keçirilmədən aparmış, buna baxmayaraq uzun müddət ərzində dəfələrlə məhkəmə iclasları keçirilmiş, müxtəlif araşdırmalar aparılmış, işdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirsiz olmasını təsdiq edən mötəbər fakt və sübutların bir hissəsinə, ümumiyyətlə, hüquqi qiymət verməməklə, bir hissəsinə isə düzgün hüquqi qiymət verməməklə baxılmış, qanunvericiliyin tələblərinə, ümumiyyətlə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bağlı cinayəti törətməməsi ilə əlaqədar mövcud olan və təkzibolunmayan əsaslı halları və sübutları qanunsuz və əsassız olaraq nəzərə almamış və qanunsuz olaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsin in 09 fevral 2024-cü il tarixli hökmünün qüvvədə saxlanılması barədə qərar çıxarılmışdır. Bundan başqa, apellyasiya instansiya məhkəməsi iş üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bağlı cinayəti törətməməsi ilə əlaqədar işin aşağıda qeyd olunan hallarını və sübutlarını nəzərə almamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsinin qərarında hüquqlarını müdafiə etdiyi Məhkum tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması sübuta yetirilməmiş, onun həmin əməlləri törətməsini təsdiq edən heç bir mötəbər sübuta istinad edilməmiş, iş üzrə cinayət işi materiallarında olan və Məhkum qeyd olunan cinayəti törətmədiyini təsdiq edən sübutları görməzdə n gəlmişdir. Hazırkı iş üzrə istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırması zamanı Məhkum tərəfindən ona verilmiş ittihamda göstərilən tarixdə və saatda onun tərəfindən həmin cinayətlərin törədilməsinin əldə edilərək tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sübutlarla tam təkzib edilsə də, iş üzrə qəbul edilmiş ittiham hökmündə və apellyasiya məhkəməsinin qərarında, ümumiyyətlə, həmin sübutlar göstərilməmiş və həmin sübutlara heç bir hüquqi qiymət verilməmiş, sanki cinayət işi üzrə uzun müddət davam edən apellyasiya məhkəmə araşdırması zamanı heç bir araşdırma aparılmamış və Məhkum təqsirsizliyini təsdiq edən həmin sübutlar sanki iş materiallarında olmamışdır. Halbuki həmin cinayət işi xx.xx.2024-cü il tarixdə Şirvan Apell yasiya Məhkəməsinin hakimi Pərviz Hacıyevin icraatına daxil olmuş, 28.11,2024-cü il tarixdə cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılmış, həmin müddətdə iş üzrə 2 ilkin baxış iclası və 3 məhkəmə baxışı iclasları keçirilmiş, bütün məhkəmə iclaslarının audio və video qeydiyyatı aparılmışdır. Məhkəmə iclaslarının audio və video qeydiyyatları aparılmasına baxmayaraq həmin məhkəmə iclaslarında tədqiq edilmiş mötəbər sübutlar apellyasiya instansiya məhkəməsi tərəfindən görməzdən gəlinmişdir. Məhkum elan olunmuş qanunsuz və əsassız ittihamları əsaslandırmaq üçün istintaq orqanı, birinci instansiya məhkəməsi və eləcə də apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını təhrif etməklə və sübutları görməzdən gəlməklə elə bir görüntü yaratmışdır ki, guya Məhkum məhz xx.xx.2023-cü il tarixdə 02 radələrində BDYPİ-nin YPX Alayına bilavasitə tabe olan 11-ci tağımının 726 nömrəli stasionar postunda qabaqcadan daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində idarə etdiyi “Hyundai Elantra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış, saxlanıldıqdan sonra onun idarə etdiyi avtomobildən həmin narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. İbtidai istintaq orqanının Məhkum guya xx.xx.2023-cü il tarixdə 02 radələrində BDYPİ-nin YPX Alayına bilavasitə tabe olan 11-ci tağımının 726 nömrəli stasionar postunda qabaqcadan daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “Hyundai Elantra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobi llə hərəkətdə olarkən saxlanılması və bundan sonra onun idarə etdiyi avtomobildən həmin narkotik vasitə və psixotrop maddə aşkar edilməsi barədə dəlilləri iş üzrə birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müdafiə tərəfi və məhkəmənin özü tərəfindən əldə edilmiş, məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş, lakin məhkəmə tərəfindən varlığı nəzərə alınmamış, təkzibedilməz və mötəbərliyi şübhə doğurmayan sübutlarla tamamilə təkzib edilmiş, qeyd edilən ittihamın əsassız olduğu tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsində və həmçinin apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırması zamanı əldə edilmiş və iş materiallarına əlavə edilməklə tədqiq edilmiş sübutlarla müəyyən olun muşdur ki, Məhkum xx.xx.2023-cü il tarixdə saat 00:15-də idarə etdiyi avtomobillə Baş Dövlət Yol Polisi İdarəsinin Masallı rayonu ərazisində yerləşən 726 saylı Yol Patrul Xidməti postuna yaxınlaşmış, həmin vaxt postun əməkdaşları tərəfindən idarə etdiyi avtomobili saxlaması barədə ona işarə verilmiş, o, idarə etdiyi avtomobili saxlamış, həmin vaxtdan Məhkum polis əməkdaşlarının nəzarəti altında olmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı verilmiş məhkəmə sorğusu nəticəsində əldə edilmiş və məhkəməyə təqdim edilmiş və apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırması zamanı tədqiq edilmiş BDYPİ Yol Patrul Xidməti Alayı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 15/YP-41 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:15-də sürücü Məhkum idarə etdiyi “Hyundai Elantra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil yeni Ələt-Astara-İran sərhəddi yolunun Masallı rayonu Sərçuvar kəndi ərazisindən keçən 143-cü km-də BDYPİ-nə bilavasitə tabe olan YPX Alayının 11-ci tağımının 726 nömrəli stasionar postunda dayandırılmış, həmin tarixdə saat 01:11 -də onun barəsində İXM-in 333.1 -ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokolda Məhkum barəsindən xx.xx.2023-cii il tarixdə inzibati xəta haqqında protokol tərtib edilməsi texniki səhv kimi qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş “Drager” aparatından çap edilmiş xx.xx.2023-cii il tarixli 7 nömrəli testin nəticəsi barədə qəbzdən göründüyü kimi həmin tarixdə saat 00:59-da Məhkum alkoqol və ya narko tik sərxoşluğunun yoxlanılması həyata keçirilmiş və bu barədə qəbz çap edilmişdir. Həmin məktuba əlavə edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında YPX inspektoru polis serjantı Şahid5 tərəfindən tərtib edilmiş protokolda həmin protokolun xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Məhkum müayinəsi nəticəsində tərtib edildiyi, müayinə nəticəsində Məhkum narkotik vasitədən istifadə nəticəsində sərxoşluğunun müəyyən olunduğu göstərilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda tərtib edildiyi yer - Ələt-Astara yolu 143-cü km yeni yol 726 saylı post, tərtib edən şəxs - Xİ Tağım YPX inspektoru polis serjantı Şahid5, tərtib edilmə tarixi və saatı xx.xx.2023-cü i l saat 01:11, nəqliyyat vasitəsi - “Hyundai Elantra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs -Məhkum, törədilmiş inzibati xətanın - AR İXM-nin 333.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta olduğu qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş BDYPİ-nin elektron sistemindən çıxarışından göründüyü kimi İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edildiyi tarix xx.xx.2023-cü il sat 01:06:49 göstərilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı tərəfimdən verilmiş sorğu nəticəsində əldə edilmiş və məhkəməyə təqdim edilmiş və apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırması zamanı tədqiq edilmiş BDYPİ Yol Patrul Xidməti Alayı xx.xx.2023-cü il tarixli, 3-13-1 6/2-92291/2023 nömrəli məktubda göstərilmişdir ki, Məhkum xx.xx.2023-cü il tarixdə “Hyundai Elantra” markalı, **VP-*** dövlət qeydiyyat nişanlı avtomobili Ələt-Astara-İran sərhəddi yolunun Masallı rayonu ərazisindən keçən 143-cü km-də idarə edərkən stasionar YPX postunda dayandırılmış, yoxlama və müayinə zamanı onun narkotik vasitədən istifadə nəticəsində sərxoş vəziyyətdə olduğu müəyyən olunduğundan İXM-in 333.1-ci maddəsi üzrə barəsində protokol tərtib edilmiş, üzərinə və avtomobilinə baxış keçirilməsi üçün ərazi üzrə Masallı RPŞ-nin əməkdaşlarına təhvil verilmişdir. Apellyasiya instansiya məhkəməsi qanunsuz olaraq ibtidai istintaq orqanı tərəfindən Məhkum ona verilmiş ittihamlarla təqsirli bilinməsi üçün toplanmış və birinci instansiya məhkəməsi tərəfindən sübut qismində istinad edilm iş sənədləri rəhbər tutmaqla onu qeyd olunan əməllərin törədilməsində təqsirli bilmiş, lakin həmin sübutların da kobud hüquq pozuntuları ilə əldə edilməsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum elan edilmiş maddələrlə təqsirli bilinməsi barədə sübutlarına - Məhkum idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokol, onun izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi protokolları və şahid ifadələrinə münasibətdə qeyd edir ki, Məhkum xx.xx.2023-cü il tarixdə saat 02 radələrində saxlanılması və onun idarə etdiyi avtomobildən narkotik vasitə və psixotrop maddə aşkar edilməsi barədə verilmiş ittihamda göstərilənlər iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla təkzib edildiyi və onun həmin tarixdə saat 00:15 - də 726 saylı stasionar YPX postunun əməkdaşları tərəfindən saxlanılması və həmin vaxtdan orada olması tam təsdiq olunduğu halda həmin sübutlar Məhkum təqsirli bilinməsinə münasibətdə öz əhəmiyyətini itirsə də və sübut qismində qiymətləndirilməsi üçün yetərli olmadığı halda, apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli l(106)-396/2024 saylı qərarının ləğv edilməsini və Məhkum qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən qərar qəbul ed ilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 noyabr tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanunu nun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahi yyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyy ətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Müdafiəçi kassasiya şikayətində cinayət işi üzrə sübutların mötəbərliyini mübahisələndirsə də, lakin iş materiallarından görünür ki, məhkumun idarə etdiyi avtomobildən 2850 qram heroin və 700 qram metamfetamin aşkar edilərək götürülmüş, ibtidai istintaq zamanı məhkum heç bir təzyiq olmadan əməlini səmimi etiraf etmiş, hadisə barədə ətraflı, detallı ifadə vermişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləş dirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə, ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı onun əməlinə münasib və adekvat cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 9 fevral tarixli, 1(099)-82/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 1(106)-396/2024 nömrəli qərarı məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar