Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1135/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənova Şəlalə Akif qızı) xx xxx 1972-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Xaçmaz rayonunun Hacıisaoba kəndində qeydiyyatda olan, Sumqayıt şəhər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq, 2 (iki) il 11 (on bir) ay 28 (i yirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrut etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2018-ci il tarixindən hesablanmışdır. Hökmdən məhkum tərəfindən verilmiş apelly asiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qasımov Əflatun İbrahim oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Namiq Eyyub oğlu və Bayramov Əmir Novruz oğlundan ibarət tərkibdə) 30 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2018-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əssən Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 oktyabr 2017ci il tarixd ə, saat 13 radələrində ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Terapiya Klinikasının 8-ci mərtəbəsində yerləşən ümumi terapiya şöbəsinin şöbə müdirinin iş otağında heç kimin olmamasından istifadə edərək həmin otağa yəni binaya qanunsuz daxil olduqdan sonra həmin otaqda saxlanc yeri olan dolabın içərisindən Zərərçəkmiş şəxs-ə məxsus əl çantasından sonuncuya məxsus olan içərisində 250 manat, milli məzənnə ilə 170,03 (yüz yetmiş manat üç qəpik) təşkil edən 100 ABŞ dolları, 4 ədəd plastik bankomat kartları və şəxsiyyət vəsiqəsi olan 100 manat dəyərində bir ədəd pul kisəsini gizli olaraq talayıb nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 520,03 (beş yüz iyirmi manat üç qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instan siyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, birinci və apellyasiya instansiya məhkəmələri bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübu ta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək, Məhkum CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi nəticəsinə gəlmişlər. Məhkəmələr belə nəticəyə gələrkən Məhkum təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, zərərçəkmiş şəxsin ifadəsinə, işdə olan digər sübutlara əsaslanmışlar. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmələr tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Təyin olunmuş cəza ilə bağlı qeyd olunmalıdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinin tələbinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə tə yin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən təkcə bu hallar deyil, Azərbaycan Respublikası CM-nin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar, cəzanın məqsədi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Mə cəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işi üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar, cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar və göstərilən cinayət qanunu normalarının tələbləri nəzərə alınmaqla Məhkum törətdiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilmişdir. Cəzanın yüngülləşdirilməsi, yəni qanunun sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsi üçün hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyas ı hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədə
Məhkəmə qərarları › İş №1(102)-1135/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1135/2019
23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver