Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1135/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 1(103)-1 25/2022 nömrəli qərarından dövlət ittihamçısı Anar Məmmədov tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 11 avqust 1958-ci ildə Ermənistan SSR-nin Amasiya rayonu Balıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial ekspertiza və reabilitasiya agentliyinin 05 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə bağlı edəcəyi qanun suz hərəkətə görə özü üçün şəxsən və qeyrisi vasitəsilə birbaşa yolla külli miqdarda maddi neməti rüşvət qismində təkrar istəməklə təkrar almış, qeyrilərini xidməti vəzifələrinin icrası ilə bağlı üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək qulluq mənafeyi tələb etdiyi halda, qəsdən istifadə etməyərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, hüquqi şəxsin hüquq və qanuni mənafelərinə mühüm zərər vurmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadəyə təkrar və tamah niyyətilə təhrik etmiş, qeyrilərini hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamağa və satmağa tamah niyyətilə təhrik etmiş, qeyrisini bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etməyə tamah niyyət i ilə təhrik etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən istifadə etmiş, qeyrilərini şəxsi niyyətlə rəsmi informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə tamah niyyətilə təkrar təhrik etmişdir. 3.Belə ki, Məhkum Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09/11-734 nömrəli 30 sentyabr 2016-cı il tarixli əmrinə əsasən, Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza və reabilitasiya Agentliyinin 07 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 36 saylı 05 fevral 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin 3.1-cü bəndinə görə əlilliyi qiymətləndirmək, əlilliyi qiymətləndirilən şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən etmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını müəyyən etmək, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əmək qabiliyyətini itirmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə bağlı işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsi və başqa p eşə öyrədilməsinə) ehtiyacı olub-olmadığını müəyyən etmək, digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi həmin Əsasnamənin 4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi üçün dövlət səhiyyə müəssisələrin göndərişlərinin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron informasiya sisteminin Tibbi Sosial Ekspertiza və reabilitasiya alt sistemə (TSERAS) ötürüldüyü, TSERAS-a ötürülən göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra, dərhal göndərişi verən səhiyyə müəssisəsinin, həmin göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini bi rbaşa və ya dolayısı ilə müəyyən etməyə im-kan verən bütün məlumatlar şifrələnib adsızlaşdırıldığı, adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə TSEK-ə göndərilməsi qeyd olunduğu halda, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Qax rayon sakini Şahid3 heç bir xəstəlikdən əziyyət çəkmədiyi halda, ona əlillik təyin edilməsinə dair tanışı Şahid5 2017-ci ilin mart ayında özünə etdiyi müraciətə əsasən əlilliyin qiymətləndirilməsi üçün kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən göndəriləcək göndəriş üzrə qanunsuz müsbət qiymətləndirmə aparılıb Şahid3 ikinci dərəcəli əlillik təyin olunmasına görə ondan özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 2.000 manatı Şahid5 vasitəsilə 2017-ci ilin mart ayında Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 96-da yerləşən həminKomissiyanın inzibati binası xidməti otaqda rüşvət qismində istəmiş, həmin niyyətlə 2017-ci ilin mart ayının ortalarında həmin Komissiyanın inzibati binasında olan xidməti otağında Şahid5 vasitəsilə Şahid3 özünə birbaşa yolla şəxsən maddi nemət olan 2000 manatı rüşvət kimi almış, cinayətkar əməllərini davam etdirərək 2017-ci ilin may ayında "xxxx" QSC-nin "xxxx" MMC-nin Stasionar şöbəsinin müdiri və eyni ilə həmin xəstəxananın həkim-məsləhət komissiyanın sədri vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs2 müraciət edib Şahid3 onun yaxın qohumu olmasını deyib ona əlillik dərəcəsi təyin olunması üçün xəstəliyi və əmək qabiliyyətini itirməsi il ə bağlı kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən saxta məlumatlar daxil edib göndəriş tərtib etməsini xahiş etməsi ilə bağlı Təqsirləndirilən şəxs2 razılığını almaqla ələ almış və sonuncu həkim-məsləhət komissiyasının sədri kimi komissiyaya müraciət edən xəstələrinin sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparmalı olduğu halda həmin səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda, qəsdən istifadə etməyərək Şahid3 şəxs ən görmədiyi və sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparmadığı, Şahid3 müvafiq xəstəlikdən əziyyət çəkmədiyi halda şəxsi niyyətlə rəsmi informasiya resursu olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində xx.xx.2017-ci il tarixli 4083003AACLS nömrəli TSEK-ə göndərişdə əsas diaqnoz qrafasında Şahid3 guya “xroniki obstruktiv pielonefrit böyrək xəstəliyi”ndən əziyyət çəkməsinə dair bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətməklə tərtib etdiyi göndərişi «Əlillik» altsistemi vasitəsi ilə TSEK-ə göndərməsinə, xx.xx.2017-ci ildə Şahid3 əlillik vəziyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və reabilitasiya xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tə rəfindən qiymətləndirilməklə, ona 05 il müddətə ikinci dərəcəli əlillik təyinatı barədə qərar qəbul olunmasına nail olmuş, sonuncunun adına "xxxx" ASC-də açılmış plastik kart hesabına xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və reabili- tasiya xidmətinin əməkdaşları tərəfindən Şahid3 əyani müayinə edilməklə “şişirdilmiş” diaqnoz qoyulması halının aşkar edilməsinədək olan müddətdə əsassız olaraq 10.005,03 manatın Şahid3 tərəfindən Qax şəhəri və ətraf rayonların ərazisində bankomatlardan çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə "xxxx" QSC-ti "xxxx" MMCin səhiyyənin keyfiyyətinə dövlət nəzarətin təmin edilməsi, respublika tibb müəssisələrdə vətəndaşların əmək qabiliyyəti itirilməsinin ekspertizas ı işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə edilən qanunla qorunan mənafelərinə, eləcə də, cəmiyyətin və dövlətin əhalinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin layiqli həyat şəraitinin təmin edilməsi, onların cəmiyyətin həyatında tam və səmərəli iştirakına şərait yaradılması, digərləri ilə bərabər səviyyədə müdafiə olunmaq kimi mənafelərinə mühüm zərər vurmasına səbəb olmaqla tamah niyyəti ilə Təqsirləndirilən şəxs2 vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə işləyərkən göstərilən səlahiyyətlərə mali k vəzifəli şəxs kimi təkrarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi» Qaydalarının 01 və 2-ci bəndlərinə görə Azərbaycanda şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formada daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülərək göndərişi verən Komissiyanın, göndərişi təsdiq edən vəzifəli şəxslər və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən et məyə imkan verən bütün məlumatlar şifrələnib adsızlaşdırılmış, əlilliyin qiymətləndirilməsi üçün altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra, TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imza ilə təsdiqlənməklə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik alt sistemi vasitəsilə aparıldığı halda, xidməti vəzifəsinin icrası ilə bağlı edəcəyi qanunsuz hərəkətə, yəni Şahid7 heç bir xəstəlikdən əziyyət çəkmədiyi halda, onun barəsində əlillik təyin olunmasında köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin oktyabr ayında özünə müraciət edən sonuncunun atası Şahid6 Şahid7 əlilliyinin qiymətləndirilməsi məqsədilə kompüter vasitəsi ilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” ele ktron informasiya altsistemi üzərindən göndəriləcək göndəriş üzrə qanunsuz müsbət qiymətləndirmə aparılaraq Şahid7 ikinci dərəcəli əlillik təyin olunmasına görə 2019-cu ilin oktyabr ayında Bakı şəhəri Binəqədi rayonu Dərnəgül Y/M S.Bəhlulzadə küçəsi 44-də yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında özü üçün şəxsən birbaşa yolla külli miqdarda maddi nemət olan 6.000 manatı təkrarən rüşvət qismində istəyib həmin niyyətlə 2019-cu ilin oktyabr ayından dekabr ayının sonuna kimi olan müddətdə qeyd edilən xidməti otağında Şahid6 özünə birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 5.900 manatı təkrar rüşvət kimi almış, cinayətkar əməllərini davam etdirərək xx.xx.2020-ci ildə tanışları Sabunçu rayonu 03 saylı şəhər klinik xəstəxanası Publik hüquqi şəxsdə tibbi-statist işləyən Təqsirləndirilən şəxs3 və həmin xəstəxanada dezinfektor işləyən Təqsirləndirilən şəxs4 müraciət edərək, Şahid7 şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək 150 manat müqabilində, sonuncunun 2019-cu ilin avqust, 2020-ci ilin yanvar-iyun aylarında guya 3 saylı Klinik xəstəxanada «Epilepsiya, generolizə edilmiş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu ilə stasionar müalicə almasına dair məzmununda bilə-bilə yalan məlumatlar qeyd edilmiş hüquqverən rəsmi sənəd hesab olunan xəstəlik tarixlərindən cəmi 03 ədəd çıxarış sənədini qanunsuz tərtib etməyi xahiş edib Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 razılığını alıb onlarla sövdələşməklə, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci ildə özündən əldə etdiyi Şahid7 məxsus şəxsiyyət vəsiqəsinin surətindəki məlumatlara əsaslanıb Şahid7 heç vaxt 3 saylı şəhər klinik xəstəxa- nasında müalicə almadığı halda, Sabunçu rayonu Sabunçu qəsəbəsi Məmmədəliyev küçəsi 20-də yerləşən həmin xəstəxananın inzibati binasında xidməti otağında müəyyən edilməyən şəraitdə əldə etdiyi Səhiyyə Nazirliyi üzrə xəstəlik tarixindən TQS №027-3697 saylı çıxarışın məzmununa diyir-cəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 02 avqust 2019-cu ildə həmin xəstəxanaya daxil olmaqla 30 avqust 2019-cu ildə çıxmasına və sonuncuya XBT-10 640 kodu üzrə əsas xəstəliyinin “Epilepsiya, generolizə edilmiş, tez-tez təkrarlanan tonik-klonik qıcolma” diaqnozu, 72 nömrəli çıxarışın məzmununa diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlüŞahid7 05 yanvar 2020-ci ildə həmin xəstəxanaya daxil olaraq 31 yanvar 2020-ci ildə çıxmasına və sonuncuya XBT-10 64 0 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, teztez təkrarlanan tonikklonik qıcolma» diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatları yazmış və hər iki çıxarışda «Müalicə həkimi İmzası» qrafasında Yusifova Suheyla Ələsgər qızı və «Şöbə müdiri imzası» qrafasında Rəhimov Eyvaz İsmayıl oğlunun adından fərqli formada imza etdikdən sonra xəstəlik tarixin- dən 2607 nömrəli çıxarışın məzmununa həmin ünvandakı xidməti otağında diyircəkli qələmlə xx xxxx 1982- ci il təvəllüdlü Şahid7 03 iyun 2020-ci ildə həmin xəstəxanaya daxil olmaqla 29 iyun 2020-ci ildə çıxmasına və ona XBT-10 640 kodu üzrə əsas xəstəliyinin “Epilepsiya, generolizə edilmiş, tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmaları ilə” diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatları yazıb, «Müalicə həkimi İ mzası» və «Şöbə » qrafalarında Rəhimov Eyvaz İsmayıl oğlunun adından fərqli formada imza etməklə, tərtib etdiyi saxta çıxarışlara xəstəxananın möhürünün vurulması üçün Təqsirləndirilən şəxs4 verməklə, sonuncu əvvəlcədən başqa sənəddən skayner vasitəsilə kompüter yaddaşa köçürdüyü xəstəxananın mətnində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 №-li Şəhər Klinik Xəstəxanası Tibbi Sənədlər üçün” yazıları olan üçkünc möhürün surətini sənədin təsdiq edilməsi görüntüsü yaratma üçün surət çıxaran qurğu (printer) vasitəsilə 3697, 72 və 2607 nömrəli xəstəlik tarixlərindən çıxarışların üzərinə çap etməsinə nail olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 istifadə etmə məqsədilə hüquq verən rəsmi sənədləri vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəx s halında qanunsuz olaraq hazırlamalarına və 2020-ci ilin iyul ayında Sabunçu rayonu Sabunçu qəsəbəsi Məmmədəliyev küçəsi 20-də yerləşən 3 saylı şəhər Klinik xəstəxanasının inzibati binasında Təqsirləndirilən şəxs4 əvvəlcədən şərtləşdikləri 150 manatı verərək, qanunsuz hazırlanmış saxta sənədləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində satmağa onları tamah niyyəti ilə təhrik etmiş, bundan sonra, tanışı olan 32 saylı Birləşmiş şəhər xəstəxanasında poliklinika şöbəsinin müdiri işləyən Təqsirləndirilən şəxs1 2020-ci ilin iyul ayında bu xəstəxananın Nizami rayonu Mirzə Ələkbər Sabir küçəsi 61-də yerləşən inzibati binasında xəstəlik tarixlərindən çıxarışların saxta olduqlarını bilə-bilə saxta sənədlərdən tamah niyyətilə istifadə edib Təqsirləndirilən şəxs1 təqdim edərək Şahid7 qohumu old uğunu bildirərək, sonuncuya əlillik dərəcəsi təyin olunması üçün qeyd edilən saxta çıxarışlardan istifadə edib xəstəliyi və əmək qabiliyyətini itirməsi ilə bağlı kompüterlə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən saxta məlumatlar daxil edib göndəriş tərtib etməsini xahiş edərək, sonuncunun razılığını almaqla onu ələ almış, Təqsirləndirilən şəxs1 xəstəxanada fəaliyyət göstərən həkim-məsləhət komissiyasının üzvü kimi komissiyaya müraciət edən xəstələrin sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparmalı olduğu halda, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə bağlı üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlə rindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək, Şahid7 şəxsən görmədiyi, sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparmadığı, Şahid7 xəstəlikdən əziyyət çəkmədiyi halda, həmin saxta çıxarışlardan onların saxta olduğunu bilə-bilə istifadə edib şəxsi niyyətlə rəsmi informasiya resursu “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində xx.xx.2020-ci il tarixli 2788003AAB2P nömrəli TSEK-ə göndərişdə «Əsas diaqnoz» qrafasında Şahid7 guya “kompleks parsial qıc olma tutmaları ilə müşahidə edilən lokalizə edilmiş simptomatik epilepsiya və epileptik sindromlar xəstəliyindən əziyyət çəkməsinə dair bilə-bilə ya lan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətdikdən sonra saxta qeydlər yazaraq tərtib etdiyi həmin göndərişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət tibb sosial ekspertiza və reablitasiya xidmətin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsinə nail olaraq, 32 saylı şəhər klinik Xəstəxanasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi və respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsinə nail edilməsi, səhiyyə sistemdə vətəndaşların əmək qabiliyyətin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə edilən qanunla qorunan mənafelərinə, habelə dövlətin və cəmiyyətin əhalin in sosial müdafiəsi, əlilliyi olan şəxslərin layiqli həyat şəraitinin təmin edilməsi, onların cəmiyyətin həyatında tam və səmərəli iştirakına şərait yaradılması, digərləri ilə bərabər səviyyədə müdafiə olunmaq mənafelərinə eləcə də, cəmiyyətin və dövlətin əhalinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin layiqli həyat şəraitinin təmin edilməsi, onların cəmiyyətin həyatında tam və səmərəli iştirakına şərait yaradılması, digərləri ilə bərabər səviyyədə müdafiə olunmaq kimi mənafelərinə mühüm zərər vurulmasına səbəb olaraq tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərindən sui-istifadəyə, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən istifadə etməyə və vəzifə saxtakarlığı törətməyə tamah niyyətilə təkrarən təhrik etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə işləyərkən, təkra rən səlahiyyətlərə malik vəzifəli şəxs kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi» Qaydalarının 1-ci və 2ci bəndlərinə əsasən, Azərbaycanda şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərinin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş- lərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə, göndərişi verən Komissiyanın, həmin göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini b irbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılmış, əlilliyin qiymətləndirilməsi üçün altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imza ilə təsdiqedilməsi yolu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparıldığı halda xidməti vəzifənin icrası ilə bağlı edəcəyi qanunsuz hərəkətə, yəni azyaşlı övladı Cuvarlı Mövlud Yalçın oğlunun növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən göndəriləcək göndəriş üzrə müsbət qiymətləndirmə aparı- lıb Mövlud Cuvarlıya ikinci dərəcəli əlillik təyin olunmasına görə 2020-ci ilin fevral ayında Binəqədi rayonu Dərnəgül Y/M S.Bəhlulzadə küçəsi 44-də yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında özünə müraciət etmiş sonuncunun anası Şahid10 özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 2.000 manatı rüşvət qismində təkrarən istəməklə, həmin niyyətlə 2020-ci ilin fevral ayının ortalarında həmin ünvanda yerləşən Komissiyanın inzibati binasındakı xidməti otağında Şahid10 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almışdır. Daha sonra, Məhkum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirin 10 dekabr 2018-ci il tarixli **********6 nömrəli əmrinə əsasən, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və reabilitasiya ag entliyin 5 saylı Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləyərkən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi» Qaydalarının 1 və 2-ci bəndlərinə görə Azərbaycanda şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın və göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb əlilliyin qiymətləndirilməsi üçün altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra, TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imza ilə təsdiqlənməklə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparıldığı halda xidməti vəzifəsinin icrası ilə bağlı edəcəyi qanunsuz hərəkətə, yəni Biləsuvar rayon Mərkəzi xəstəxanası tərəfindən Şahid1 adına verilmiş göndəriş əsasında sonuncunun Səhiyyə Nazirliyinin 01 saylı psixiatriya xəstəxanasında müayinə olunmaqla, mərkəzi sinir sisteminin üzvi xəstəliyi və davranış pozuntuları diaqnozu qo yulmasına dair xəstəxananın 16-cı şöbəsinin müdirimüalicə həkimi Tanverdiyeva Səriyyə Arif qızının verdiyi 057800 saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış və digər tibbi sənədlər üzrə əlilliyin qiymətləndirilməsi üçün kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən göndəriləcək göndəriş üzrə qanunsuz müsbət qiymətləndirmə aparıb Şahid1 İİ qrup əlillik dərəcəsinin təyin edilməsinə görə 2020-ci ilin avqust ayında Binəqədi rayonu Dərnəgül Y/M S.Bəhlulzadə küçəsi 44-də yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında Şahid1 özü üçün tanışı Şahid2 vasitəsi ilə birbaşa yolla maddi nemət olan 3.000 manatı təkrarən rüşvət qismində istəyərək həmin niyyətlə 2 sentyabr 2020-ci ildə həmin Komissiyanın inzibati binasındakı xidməti otağında Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.300 manatı təkrarən rüşvət qismində almışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 qeyrisinin təhriki ilə vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə, vəzifə saxtakarlığı törətmiş, qeyrisinin təhriki ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafe- yinə qəsdən zidd olaraq istifadə edib qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə, hüquqi şəxsin hüquq və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyrisinin təhriki ilə bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən istifadə etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 qeyrisinin təhriki ilə vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, qeyrisinin təhriki ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə bağlı üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, hüquqi şəxsin hüquq və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 qeyrisinin təhriki ilə qa baqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədləri istifadə etmək üçün qanunsuz saxtalaşdırmaqla hazırlamış və satmışdır. Təqsirləndirilən şəxs4 ilə öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə Məhkum təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz hüquq verən saxta rəsmi sənədləri hazırlamış və satmışlar. Eyni ilə Təqsirləndirilən şəxs4 qeyrisinin təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz saxtalaşdırmaqla hazırlamış və satmışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,308.1, 311.3.2, 311.3.3, 32.4,313, 32.4,320.1, 32.4,320.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il dövlət və yerli özünüidarə orqanlarda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,313-cü maddəsi ilə 01 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Mə cəlləsinin 32.4,320.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4,320.2 və 320.2-ci maddələri ilə 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən, təyin olunmuş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaqla və əlavə cəzanı əsas cəzaya birləşdirməklə cəzasının əvvəli 04 sentyabr 2020-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisə- sində çəkməklə, onun üzərində qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 4.Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. 5.Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 1(103)-125/2022 nömrəli qərarı ilə məhkum olunmuş Məhkum müdafiəçiəsi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü məhkum olunmuş Məhkum münasibətdə dəyişdirilərək Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Cinayət Məcəlləsinin 32.4,308.1-ci maddəsi ilə onun barəsində Cinayət Məcəlləsinin 46.2ci maddəsi tətbiq edilməklə təyin edilmiş 01 (bir) il dövlət və yerli özünü idarə orqanlarda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2.000 (iki min) manat, həmin Məcəllənin 32.4,313-cü maddəsi ilə təyin olunmuş 01 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası 1.500 (bir min beş yüz) manat, Cinayət Məcəlləsinin 32.4,320.1-ci maddəsi ilə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhru m etmə cəzası 3.000 (üç min) manat, Cinayət Məcəlləsinin 32.4,320.2 və 320.2-ci maddələri ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1.500 (bir min beş yüz) manat cərimə cəzaları ilə əvəz edilmişdir. Cinayət Məcəllənin 66.2-ci maddəsinə əsasən, hazırkı qərarla təyin edilmiş cərimə cəzaları qismən toplanılmaqla 3.500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilərək həmin cərimə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, hazırkı qərarla təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılmaqla və 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası ilə birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanları nda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.500 (üç min beş yüz) manat cərimə cəzası saxlanılmışdır 6.Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 1(103)-125/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya protestinin dəlilləri 7.Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan p ozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. 8.Kassasiya protestinə qarşı etiraz daxil olmadı. III. Hüquqi məsələlər
9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 10.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 12.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya ins tansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 13.Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. 14.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 15.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəz ərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). 16.Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağır laşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 17.Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmağa əsas vermir. 18.Belə ki, kassasiya protestində qeyd olunduğu kimi, Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.3 mad dələri ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsində ağır cinayətlər kimi təsbit edilmişdir. 19.Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.3 maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. 20.Həmin Məcəllənin 65.2-ci maddəsi ilə müəyyən edilir ki, xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. 21.Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşar və hesab edir ki, qəbul edilmiş və hazırda mübahisələndirilən qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 311.3.2 və 311.3.3 maddələrinin sanksiyasında səkkiz ildən on iki il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması nəzərdə tutulduğu halda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasını onun təqsirli bilindiyi maddənin sanksiyası daxilində ən aşağı həddindən yüksək cəza olmaqla, ədalət prinsipinin tələblərini pozması kimi qiymətləndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cəza hissəsində dəyişdirmiş, məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 311.3.2 və 311.3.3-cü maddəsi ilə təyin olunmuş 0 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti bir il endirməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərək, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, CM-in 32.4, 308.1, 32.4, 320.1, 32.4, 320.2, 320.2 və 32.4, 313-cü maddələri ilə onun təqsirli bilindiyi maddələrin sanksiyaları daxilində qanuni cəza təyin etmiş, o, cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etməklə ədalətli və qanuni cəza təyin etmişdir. 22.Məhkəmə kollegiyası məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmənin sözügedən xüsusatı cəzanın müəyyən edilməsinə təsir göstərən hal qismində nəzərə alması qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. 23.Qeyd olunanlar nəzərə alınmaqla, Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. 24.Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 25.Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 yanvar 2022-ci il tarixli, 1(103)-125/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.