Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1135/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X3 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-290/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikay ətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 24 avqust 1991-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, İİ Qarabağ müharibəsi veteranı, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. 2. 01 noyabr 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o xeyli miqdarda ziyan vurmaqla Göyçay rayonu Çərəkə bələdiyyəsinə aid ərazidə meşə fonduna aid olmayan ağacları qanunsuz olaraq kəsmişdir. Belə ki o, 2020-ci ilin may ayından Azərbaycan Respubl ikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlə aşkar edilmiş günədək, yəni 12 avqust 2020-ci il tarixədək olan müddət ərzində dəqiq günü istintaqla müəyyən edilməyən vaxtda Göyçay rayonu Çərəkə kəndində yaşadığı evin qarşısında Çərəkə Bələdiyyəsinin mülkiyyətində olan, Şirə kanalının kənarından meşə fonduna aid olmayan, 01 ədəd 150 manat dəyərində diametri 12,1-16,0 sm, 01 ədəd 250 manat dəyərində diametri 24,1-28 sm, 01 ədəd 900 manat dəyərində diametri 50 sm, 01 ədəd 900 manat dəyərində diametri 50 sm olmaqla, ümumilikdə dörd ədəd köküstə yaş halda olan Əbrüşüm-qovaq cinsindən olan ağacları aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadan qanunsuz olaraq kəsərək ümumilikdə təbiət ə xeyli miqdarda, yəni 2.200 manat maddi ziyan vurmuşdur. 3. 16 noyabr 2021-ci il tarixdə Göyçay Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Göyçay Rayon Məhkəməsinin 1(046)-8/2022 nömrəli, 10 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə bəraət verilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsini, Məhkum CM-in 259.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmaqla və ” 08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 Noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndini tətbiq edilməklə təyin edilmiş cəzadan azad edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-290/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 1(046)-8/2022 nömrəli, 10 may 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarını n 1.1, 1.2, 2, 2.5, 9.1, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə təyin edilmiş cəzadan azad edilməsi hökm edilmişdir.
7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya şikayətində Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətlərinin olmadığı iddia edilir. Müdafiəçi həmçinin qeyd etmişdir ki, istənilən halda məhkumun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil ona görə ki, cinayət hadisəsinin törədilməsi 12 avqust 2020-ci il tarixdə ittiham edilir, apellyasiya instansiyası məhkəməsi isə ittiham hökmünü 25 oktyabr 2022-ci il tarixdə çıxarmış, hökm çıxarılarkən artıq hadisə nin baş verməsindən 2 il 2 ay 13 gün keçmişdir. Deməli, Məhkum barəsində ittiham hökmü deyil, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalı idi. Məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-290/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər:
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instan siyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hal lara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Müdafiəçi2 verdiyi kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını, eləcə də onun qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-290/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yeti rilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
20. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarını və mövcud məhkəmə təcrübəsini nəzərə almaqla, toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsinin təsdiqi onun özünün verdiyi ifadə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, maddi sübutlar, mütəxəssis və ekspertiza rəyləri, eləcə də iş üzrə toplanmış digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
21. Nəticədə apellyasiya instansiyası məhk əməsi Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin hazırki kassasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 1 43-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin təqsirliliyə aid nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətində qaldırılan, Məhkum cinayət əməlinin törətməsindən qanunvericiliklə müəyyən edilən müddətin keçməsinin hüquqi nəticələrə səbəb olması barədə dəlilini qismən əsaslı hesab edir.
24. Belə ki, Məhkum törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qanunsuz ağac kəsmə - Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cina yətlər kateqoriyasına aid edilmişdir.
25. Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.
26. Məhkum barəsində apellyasiya instansiyası məhkəməsinin ittiham hökmü çıxarılmışdır ona görə ki, o, 2020-ci ilin may ayından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlə aşkar edilmiş günədək, yəni 12 avqust 2020-ci il tarixədək olan müddət ərzində dəqiq günü istintaqla müəyyən edilməyən vaxtda aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadan ağacları qanun suz olaraq kəsərək ümumilikdə təbiətə xeyli miqdarda, yəni 2.200 manat maddi ziyan vurmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hökmü 25 oktyabr 2022-ci il tarixdə qəbul edildiyindən, həmin tarixdə törətdiyinə görə barəsində ittiham hökmünün çıxarılması ilə nəticələnmiş cinayət hadisəsindən artıq iki ildən çox müddət keçmişdir, bu hal isə yuxarıda istinad edilən Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətinə cəlb edilməsini istisna edirdi. Deməli, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə düzgün nəticəyə gəlsə də, ona həmin maddə ilə cəza təyin edib daha sonra “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azə rbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən həmin cəzadan azad etməkdə səhvə yol vermişdir.
28. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü tələblərindən görünür ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) başlanmış cinayət təqibinə xitam verilməlidir (o cümlədən, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir).
29. Həmin Məcəllənin 44.2.1 maddəsində təsbit edilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.
30. Od ur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-290/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilməli, həmin hökmdən Məhkum cinayət məsuliyyətinə cəlb edilməklə ona cəza təyin edilməsi və daha sonra “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən onun həmin cəzadan azad edilməsi barədə müddəalar xaric edilməli, barəsində çıxarılmış ittiham hökmünə ona cəza təyin edilməməsi barədə müddəa əlavə edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 44.2.1 və 419.10.4-cü maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-290/2022 nömrəli, 25 oktyabr 2022-ci il hökmü dəyişdirilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-290/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli hökmünün təsiri-əsaslandırıcı və nəticəvi hissələrindən Məhkum 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və barəsində “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 1.1, 1.2, 2, 2.5, 9.1, 9.3 və 30-cu bəndlərinin tətbiq edilməklə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad ed ilməsi barədə müddəalar xaric edilsin. Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cəza təyin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-290/2022 nömrəli, 25 oktyabr 2022-ci il hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın.