Məhkəmə qərarları › İş №1(102)-1135/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1135/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1135/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Əraz i Vergilər Baş İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2024-cü il tarixli, 1(104)-9/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxs- mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X9 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X19 13 may 1982 -ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, məhkumluğu olmayan, Bərdə şəhəri, Nüşabə küçəsi ev 36-da qeydiyyatda olmaqla yaşayır.

2. İbtidai İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə təqsirləndirilən şəxs X19 meyvə-tərəvəz məhsullarının tədarükü və ixrac edilməsi fəaliyyəti ilə məşğul olaraq, 2015-ci ildə dövriyyəsi ********.35 manat olduğu və həmin dövriyyədən vergi qanunvericiliyində nəzərdə tutulmuş, xərclərini çıxmaqla gəlirini müəyyən edib Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələblərinə əsasən 20% dərəcə ilə gəlir vergisi hesablamalı olduğu halda, vergi orqanına bəyannəmə təqdim etməyərək 431875.16 manat, 2016-cı ildə dövriyyəsi ********.98 manat olduğu və həmin dövriyyədən vergi qanunvericiliyində nəzərdə tutulmuş xərclərini çıxmaqla gəlirini müəyyən edib Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələblərinə əsasən 20% dərəcə ilə gəlir vergisi hesablamalı olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 604661.5 manat, 2017-ci ildə dövriyyəsi ********.05 manat olduğu və həmin dövriyyədən vergi qanunvericiliyində nəzərdə tutulmuş xərclərini çıxmaqla gəlirini müəyyən edib Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələblərinə əsasən 20% dərəcə ilə gəlir vergisi hesablamalı olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə vergi tutulan dövriyyəsinin olmadığını göstərərək 478602.94 manat, ümumilikdə isə 1515139.6 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

3. Belə ki, X19 meyvə-tərəvəz məhsullarının tədarükü və ixrac edilməsi fəal iyyəti ilə məşğul olaraq, 2015-ci ildə dövriyyəsi 13056689,35 manat olduğu və həmin dövriyyədən vergi qanunvericiliyində nəzərdə tutulmuş xərclərini çıxmaqla gəlirini müəyyən edib Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələblərinə əsasən 20% dərəcə ilə gəlir vergisi hesablamalı olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 431875,16 manat, 2016-cı ildə dövriyyəsi 18139844,98 manat olduğu və həmin dövriyyədən vergi qanunvericiliyində nəzərdə tutulmuş xərclərini çıxmaqla gəlirini müəyyən edib Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələblərinə əsasən 20% dərəcə ilə gəlir vergisi hesablamalı olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 604661,50 manat, 2017-ci ildə dövriyyəsi 14358088,05 manat olduğu və həmin dövriyyədən vergi qanunvericiliyində nəzərdə tutulmuş xərclərini çıxmaqla gəlirini müəyyən edib Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələblərinə əsasən 20% dərəcə ilə gəlir vergisi hesablamalı olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə vergi tutulan dövriyyəsinin olmadığını göstərərək, 478602,24 manat, ümumilikdə isə 1515138,90 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

4. Bərdə Rayon Məhkəməsinin (sədrlik edən hakim: X2) 27 yanvar 2022-ci il tarixli, 1(021)-2/2022 nömrəli hökmü ilə X10 CM-in 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasının təyin edilməsi və cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının X10 əmək haqqından dövlət nəfinə tutulmalar aparıld ığı tarixdən hesablanması, X10 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi və X8 102053,61 manat tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələri də həll edilmişdir.

5. Həmin hökmdən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X22 və X3 ibarət məhkəmə tərkibində) 03 iyun 2022-ci il tarixli, 1(104)249/2022 nömrəli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş mülki iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, X10 CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 1(021)-2/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli hökmünün apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2022-ci il tarixli, 1(104)-249/2022 nömrəli qərarından dövlət ittihamçısı X25 tərəfindən kassasiya protesti və zərərçəkmiş h üquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X9 tərəfindən kassasiya şikayəti verilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X26 (sədrlik edən və məruzəçi), X15 və X1 ibarət məhkəmə tərkibində) 18 yanvar 2023-cü il tarixli, 1(102)-35/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X19 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi, kassasiya protesti və kassasiya şikayətinin təmin edilməsi qərara alınmışdır.

9. Gəncə Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X20 və X16 ibarət tərkibdə) 04 noyabr 2024-cü il tarixli, 1(104)-9/2024 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(021)-2/2022 saylı hökmünün ləğv edilməsi, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsi, onun Azərbaycan Respublikası adından təqsirsiz elan edilməsi, X10 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qət imkan tədbirinin ləğv olunması, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilmiş X13 onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi, barəsində qanunsuz hökm çıxarılması, barəsində qanunsuz qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin X13 qarşı vermiş olduğu 1515139.6 manat məbləğində mülki iddiasının baxılmamış saxlanılması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələri də həll edilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 04 noyabr 2024-cü il tarixli, 1(104)-9/2024 nömrəli hökmündən Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs- mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X9 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri və etirazlar:

11. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində X10 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli hökmünün ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş edilir.

12. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X9 tərəfindən verilmiş kassasi ya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104)-9/2024 nömrəli hökmünün ləğv edilməsi və mülki iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir.

13. Kassasiya şikayətinə və kassasiya protestinə qarşı bəraət almış şəxs Y.R.Hidayətovun müdafiəçisi Müdafiəçi2 yazılı etiraz ərizəsində hər iki müraciətin dəlillərinə etiraz edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2024-cü il tarixli, 1(104)-9/2024 nömrəli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X9 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və hökmün dəyişdirilmədən qüvvəsində saxlanılması xahiş edilir.

14. Hökmdən bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X17 çıxış edərək, vermiş olduğu kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və onun dəlillərinə etirazının olmadığını bildirmişdir.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək təmin olunmasını xahiş et miş və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə və onun dəlillərinə etirazının olmadığını bildirmişdir. İV. Hüquqi məsələlər:

17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

18. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayə t qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

21. Dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi isə kassasiya şikayətində qanunsuz və əsassız bəraət hökmünün çıxarılmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir.

22. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri ola raq aşağıdakıları qeyd edir.

23. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 25. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirk arın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.

26. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır.

27. Məhkəmə kollegiyası işin materiallarını öyrə nib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilməlidir.

28. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri və mahiyyəti eyni olduğundan məhkəmə kollegiyası hər iki müraciətə eyni məzmunda münasibət bildirilməsini mümkün hesab edir.

29. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi hazırkı cinayət işi üzrə mübahisə obyekti olan əsas məsələ ekspert rəyləridir.

30. Apellyasiya instansiya məhkəməsi X10 əməlində cinayət tərkibinin olmaması barədə qənaətə gələrkən öz nəticəsini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə riayət edilməmiş, vergi ödəyicisi olan X19 tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməmiş, birbaşa Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»na uyğun) şərti 20 faiz dərəcə ilə rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Beləliklə məhkəmə kollegiyası səyyar vergi yoxlaması zamanı X10 2015-2017-ci illər üzrə gəlir vergisi borcunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən hesablanması barədə nəticəyə gəlir bu hal isə onu göstərir ki, o, əsassız və qanunsuz olaraq cinayət təqibinə məruz qalmışdır. Səyyar vergi yoxlaması zamanı X10 2015-2017-ci illər üzrə gəlir vergisi borcunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən hesablandığından məhkəmə kollegiyası hesab edir ki, “alış aktlarını” nəzərə alaraq onun tərəfindən gəlir vergisinin tam ödənilib-ödənilməməsinin araşdırılmasına lüzum yoxdur. Bu baxımdan da məhəkəmə kollegiyası ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticələri qanuni və əsaslı hesab etmir. Həmçinin, məhkəmə kollegiyası Vergi qanunvericiliyinin tələblərinin pozulduğu vəziyyətdə alış aktlarının mötəbərli olub-olmamasına qiymət verməyi zəruri hesab etməmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işləri üzrə məhkəmə araşdırmasının əsas vəzifəsi və məqsədi obyektiv gerçəkliyi müəyyən etməkdir. İstintaq orqanının əsaslandığı ibtidai istintaq dövründə əldə edilən sübutlar məhkəmələr tərəfindən tam, hərtərəfli və ədalətli araşdırılmalı, lazım gəldikdə obyektiv həqiqəti müəyyən etmək üçün əlavə sübutlar əldə edilməlidir.

32. İstintaq orqanının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən vergi borcunun hesablanması, şəxslərin vergi borcunun tamamilə mövcud olmaması anlamına gəlmir. Obyektiv həqiqətin müəyyən edilməsi prinsipinə əsasən, məhkəmə işdə olan sübutlardan, sənədlərdən, cinayət işinin digər materiallarından çıxış edərək, vergidən yayınmanın müəyyən edilməsi istiqamətində bütün imkanlardan istifadə etməlidir.

33. Belə olan halda işin hərtərəfli, tam və obyektiv qaydada araşdırılması üçün ekspert rəylərini verən ekspertlər dəvət edilərək dindirilə bilər, ziddiyyətli məqamlara aydınlıq gətirilə bilər, məhkəmə zəruri hesab edərsə əlavə və ya təkrar ekspertizalar təyin edə, ekspertlər qarşısına işdə olan ziddiyyətli məqamlarla bağlı konkret suallar qoya bilər, bu zaman cinayət prosesi tərəflərinin sualların tərtibində iştirakı təmin edilə bilərdi. Lakin cinayət işinin materiallarından görünür ki, araşdırılması zərurui olan halların olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hallar araşdırılmamışdır.

34. Hazırki hökmün əsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmadığından və qarşıya qoyulmuş suallara əsaslandırılmış, inandırıcı cavablar verilmədiyindən apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə hökmünü qanuni və əsaslı məhkəmə aktı kimi qəbul etmək mümkün deyil.

35. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2024-cü il tarixli, 1(104)-9/2024 nöm rəli hökmü ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməlidir.

36. Hazırki işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən qərarın əsaslandırıcı hissəsində istinad edilən ziddiyyətli məqamların ətraflı araşdırılması, şəxsin təqsirliliyi ilə bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik olan sübutlar qiymətləndirilərkən CPM-in 21, 25, 28, 33 və 145-ci maddələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyyə olunur.

37. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instan siyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.

38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2024-cü il tarixli, 1(104)-9/2024 nömrəli hökmü ləğv olunsun və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilsin. Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar