Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1136/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum iştirakları ilə 29 aprel 1991-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Astara şəhəri, ************************** qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 27 mart 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Astara Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.İ.Məmmədov) Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və Zərərçəkmiş şəxs İmamverdi oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 27 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), E.İ.Əliyev və R.M.Cəfərov) apellyasiya şikayətləri təmin edilməmiş və Astara Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum CM-nin 263.1-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 03 may 2018-ci il tarixdə, saat 15 radələrində BC dərəcəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi özünə məxsus “VAZ 21074” markalı, ****************** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara avtomagistral yolunun ***************kəndindən keçən hissəsində Lənkəran şəhəri istiqamətinə doğru 100-110 km /saat sürətlə yolun ortası ilə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini rəhbər tutmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər iştirakçılara zərər vurmamalı, nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 km/saat sürətdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda, bunları etməyərək, qarşıdan hərəkətdə olan Zərərçəkmiş şəxs "B" dərəcəli sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə etdiyi “X5” minik markalı, *************** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna, yəni qarşı hərəkət zolağına çıxmış və qarşı hərəkət zolağında 50 sm, içəridə “VAZ 21074” markalı avtom obilin qabaq sağ tərəfi “X5” minik markalı avtomobilin qabaq orta sol tərəfi ilə toqquşmuşdur. Onun qeyd olunan yol hərəkəti qaydalarını pozması ehtiyyatsızlığından “X5” minik markalı avtomobildə sərnişin qismində olan X3 alın, sol qaş, burun, sol üst göz qapağı, qarın, sol dirsək, hər iki said, sağ baldır, sol diz oynağı nahiyələrinin sıyrıqları, çənəaltı, üst dodaq nahiyələrində yaralar kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ mil sümüyünün tipik yerdən, sağ ayağın lll-İV daraq sümüklərinin distal epifizar sınıqları, sol göz qapaqları nahiyəsində əzilmiş yaralar, sol üst göz qapağı, sağ diz oynağı, sağ pəncə nahiyələrində qançırlar, alın, sağ diz oynağı, sağ baldır nahiyələrində sıyrıqlar ki mi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına və Zərərçəkmiş şəxs yol vərəqəsi əsasında idarə etdiyi “X5” minik markalı avtomobilə 4180 (dörd min yüz səksən) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində zərərçəkmiş şəxslə barışdıqlarına görə barəsində olan cinayət təqibinin xitam edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, zərərçəkmiş şəxsin barışığın əldə olunması və vurulmuş ziyanın tamamilə ödənilməsinə dair ərizəni əsas tutmaqla qanuna müvaf iq qərarın qəbul edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya insta nsiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində zərərçəkmiş şəxslə barışdıqlarına görə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən “əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir”. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun keçid müddəalarının 2.6-cı maddəsində də təsbit olunmuşdur ki, “bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun 2.4 və 2.5-ci maddələrində nəzərdə tutulmuş məsələ lərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılır”. Qeyd olunan 20 oktyabr 2017-ci il tarixli Qanunla Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilmişdir: “Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxs zərərçəkmiş şəxslə barşdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəz ərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Hazırkı işin materiallarından, o cümlədən birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində tərtib olunmuş məhkəmə iclas protokollarından, hökmün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının müvafiq müddəalarından görünür ki, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmamış, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin müdafiə etdiyi mövqeyi əsas tutmuşdur. Lakin, kassasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən Məhkumla Zərərçəkmiş şəxs arasında barışığın əldə olunması, vurulmuş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin Məhkum qarşı şikayət və tələbinin olmaması barədə 13 aprel 2019-cu i l tarixli barışıq ərizələri məhkəmə kollegiyasına təqdim edilmişdir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayət məsuliyyətindən azad edilmənin tətbiqi üçün tələb olunan zəruri halların hamısı (şəxsin Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi, ziyanın ödənilməsi və zərərçəkmiş şəxslə barışığın əldə edilməsi) mövcud olduğundan və Cinayət Məcəlləsinin 10.3-cü maddəsi məhkumun vəziyyətini yaxşılaşdıran bu cinayət qanunu normasının qüvvəsini geriyə - Məhkum əməlinə şamil edilməsini tələb etdiyindən, Məhkum həmin əsasla cinayət məsuliyyətindən azad edilməli, bu səbəbdən onun barəsində cinayət işi üzrə icraata cinayət-prosessual qanunun 39.1.11, 43.1.2-ci maddələrinə müvafiq olaraq xitam verilm əli, Məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarı isə cinayət-prosessual qanunun 416.0.11-ci maddəsində nəzərdə tutulmuş əsasla (bu əsas CM-in 10.3-cü maddəsinə müvafiq olaraq analogiya üzrə tətbiq edilməklə) ləğv edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.3-ci maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2019-cu il tarixli qərarı və onunla bağlı Astara Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ləğv edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin, onun barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilsin. Məhkum əməlində inzibati xətanın tərkibinin və buna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsasların olub-olmaması məsələsinə baxılması üçün hazırkı qərar və işin müvafiq materialları birinci instansiya məhkəməsi vasitəsi ilə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndəri lsin. Məhkum dərhal cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azad olunsun.
Məhkəmə qərarları › İş №1(102)-1136/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1136/2019
11.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver