Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1137/2018 16.08.2018 ALİ MƏHKƏMƏ 1(102)-1137/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “16” avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakim Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X18 və X3 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Ağcabədi rayon məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Etibar Quliyev) Məhkum (xx xx 1962-ci il tarixdə Bərdə rayonunun Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bərdə rayonunun Lənbəran kəndində qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona həmin maddə ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin X25, X26 və X27 da məhkum olunmuşlar. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər K.S.Bəşirov və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi rayon məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə tövsif edilərək 04 (dörd) il 6 (altı) aya endirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkum, X25, X26 və X27 məhkum edilmişlər ona görə ki, Məhkum tanışları X25 və X26 ilə birlikdə q abaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xx 2015-ci il tarixdə, saat 02 radələrində X12 Bərdə rayonu Lənbəran kəndində yerləşən evinin həyətində olan tövlənin qapısının dəmir barmaqlığını açmaq yolu ilə qanunsuz olaraq ora daxil olub, 1 baş 550 manat dəyərində erkək dananı oğurlayıb zərərçəkmiş X1cəmi 550 manat maddi ziyan vuraraq özgə əmlakını gizli yolla talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx 2015-ci il tarixdə, saat 01 radələrində Beyləqan rayon Bünyadlı kəndində yaşayan X1 həmin kəndin ərazisində yerləşən malqara fermasının həyətindəki saxlanc yeri hesab edilən ağıla qapısından qanunsuz daxil olaraq on a məxsus hər birinin 1150 manat dəyəri olan 2 baş iri buynuzlu heyvanlarını oğurlayıb zərərçəkmiş X2 cəmi 2300 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx 2015-ci il tarixdə, saat 01 radələrində Biləsuvar rayon Səmədabad kəndi ərazisində yerləşən X13 məxsus fermadan saxlanc yeri hesab edilən tövləyə giriş qapısından qanunsuz daxil olaraq orada saxlanılan hər birinin ayrı-ayrılıqda dəyəri 1000 manat olan 4 baş ana inəyi, bir baş 500 manat dəyərində dişi dananı və bir baş 500 manat erkək dananı oğurlayıb zərərçəkmiş x3 xeyli miqdarda, cəmi 5000 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 31 oktyabr 2015-ci il tarixdə, saat 01 radələrində Beyləqan rayon Eyvazlılar kəndində yaşayan X4 məxsus fermadan saxlanc yeri hesab edilən tövləyə giriş qapısından qanunsuz daxil olaraq orada saxlanılan ona məxsus hər birinin dəyəri 900 manat olan 2 baş iri buynuzlu heyvanları oğurlayıb zərərçəkmiş A1 cəmi 1800 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25 və X26 ilə birlikdə qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xx 2015-ci il tarixdə, saat 02 radələrində X22 Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən evinin həyətində olan tövl ənin qapısının dəmir barmaqlığını açmaq yolu ilə qanunsuz olaraq ora daxil olub, 1 baş 1000 manat dəyərində dişi dananı, 1 baş 950 manat dəyəri olan erkək dananı və 1 rəst 50 manat dəyərində atı oğurlayıb zərərçəkmiş X2 cəmi 2000 manat maddi ziyan vuraraq özgə əmlakını gizli yolla talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25 və X26 ilə birlikdə qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xx 2015-ci il tarixdə, saat 02 radələrində Bərdə rayonu Mehdili kənd sakini X5 evinin qarşı tərəfində açıq sahədə kəndirlə mıxa bağlayaraq saxladığı hər birinin ayrıayrılıqda dəyəri 900 manat olan 3 baş dananı oğurlayıb zərərçəkmiş A2 cəmi 2700 manat maddi ziyan vuraraq özgə əmlakını gizli yolla talamışlar. Bundan ba şqa, o, təkrarən tanışları X25 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx 2015-ci il tarixdə, saat 01 radələrində Tərtər rayon Qaynaq kəndi ərazisində yerləşən X6 məxsus fermada olan saxlanc yeri hesab edilən tövləyə giriş qapısından qanunsuz daxil olaraq, bir baş 1200 manat dəyərində inəyi, bir baş 900 manat dəyərində erkək cinsli dananı, bir baş 1100 manat dəyərində inəyi və bir baş 800 manat dəyərində dişi cinsli dananı oğurlayıb zərərçəkmiş A3 cəmi 4000 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25,X27 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx 2016-cı il tarixdə, saat 02 radələrində Bərdə rayon Nəcəfqulubəyli kəndində yaşayan X14 Bərdə rayon Mollagülər kəndində yerləşən fermasında kəndirlə mıxa bağlayaraq saxladığı hər birinin ayrı-ayrılıqda dəyəri 900 manat olan 3 baş dananı oğurlayıb zərərçəkmiş Ə cəmi 2700 manat maddi ziyan vuraraq özgə əmlakını gizli yolla talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25,X27 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx 2016-cı il tarixdə, saat 01 radələrində Ağcabədi rayon Qaravəlli kəndində yaşayan X19 məxsus yaşayış evinin həyətində olan saxlanc yeri hesab edilən tövləyə giriş qapısından qanunsuz daxil olaraq, orada saxlanılan bir baş 700 manat dəyərində erkək cinsli, bir baş 750 manat və bir baş 600 manat dəyərində dişi cinsli danaları oğurlayıb zərərçəkmiş K cəmi 2050 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25 və X27 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx 2016-cı il tarixdə, saat 02 radələrində Bərdə rayon Lənbəran kəndində yerləşən X2 evinin həyətində olan tövlənin qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq ora daxil olub hər birinin ayri-ayrılıqda dəyəri 700 manat olan 2 baş dananı oğurlayıb zərərçəkmiş Ş cəmi 1400 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25 və X27 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx 2016-cı il tarixdə, saat 01 radələrində Ağcabədi rayon ərazisində Kür çayının sol sahilində yerləşən boş otlaq sahəsindən X7 məxsus 1 baş 700 manat dəyərində erkək cinsli, 2 baş 750 manat və 4 baş 600 manat dəyərində dişi cinsli danaları oğurlayıb zərərçəkmiş E xeyli miqdarda, cəmi 4600 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25,X27 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx 2016-cı il tarixdə, saat 01 radələrində Ağcabədi rayon Təzəkənd kəndi ərazisində yerləşən X24 məxsus fermada olan saxlanc yeri hesab edilən tövləyə giriş qapısından qanunsuz daxil olaraq, orada saxlanılan hər birinin ayrı-ayrılıqda dəyəri 70 manat olan 6 baş xırda buynuzlu heyvanları oğurlayıb zərərçəkmiş R cəmi 420 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25,X27 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqc adan əlbir olub bir qrup şəxs halında xx xx 2016-cı il tarixdə, saat 23 radələrində Beyləqan rayonu Eyvazlılar kəndi ərazisində yerləşən otlaq sahəsindən X20 məxsus 3 baş iri buynuzlu heyvanları oğurlayıb zərərçəkmiş M cəmi 2910 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25,X27 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx2016-cı il tarixdə, saat 23 radələrində Beyləqan rayonu X17 Müəssisəi MMC-yə məxsus mal-qara fermasındakı, saxlanc yeri hesab edilən tövləyə giriş qapısından qanunsuz daxil olaraq, həmin tövlədə olan X15 məxsus 600 manat dəyərində bir baş iri və X8 məxsus 800 manat dəyərində bir baş iri buynuzlu heyvanları oğurlayaraq zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq özg ə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25,X27 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx2016-cı il tarixdə, saat 24 radələrində X9 yaşadığı Beyləqan rayonu Allahyarlı kəndindəki evinin həyətyanı sahəsinin kənarında kəndirlə bağladığı ona məxsus 1500 manat dəyərində 2 baş iri buynuzlu heyvanları oğurlayıb zərərçəkmiş H cəmi 1500 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25,X27 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx 2016-cı il tarixdə, saat 01 radələrində Ağcabədi rayon Təzəkənd kəndi ərazisində yerləşən X16 məxsus fermada olan saxlanc yeri hesab edilən tövləyə giriş qapısından qanunsuz daxil o laraq, orada saxlanılan bir bax 700 manat dəyərində erkək cinsli və bir baş 750 manat dəyərində dişi cinsli danaları oğurlayıb zərərçəkmiş F cəmi 1450 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25,X27 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx 2016-cı il tarixdə, saat 02 radələrində Ağcabədi rayonu Avşar kənd sakini X23 yaşadığı kəndin ərazisində olan fermanın saxlanc yeri hesab edilən ağıla hasardan qanunsuz daxil olaraq, orada saxlanılan hər birinin ayrıayrılıqda dəyəri 70 manat olan 21 baş xırda buynuzlu heyvanları oğurlayıb zərərçəkmiş E.Alıyevə cəmi 1470 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən tanışları X25,X27 və X26 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xx2016-cı il tarixdə, saat 01 radələrində Ağcabədi rayon Şənlik kəndi ərazisində yerləşən X21 məxsus fermada olan saxlanc yeri hesab edilən tövləyə giriş qapısından qanunsuz daxil olaraq, orada saxlanılan hər birinin ayrı-ayrılıqda dəyəri 70 manat olan xırda buynuzlu, bir baş 700 manat dəyərində erkək cinsli və bir baş 750 manat dəyərində dişi danaları oğurlayıb zərərçəkmiş Z cəmi 2010 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışlar. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətdə, törətdiyi əməldən peşman olduğunu, himayəsində 4 uşağının olmasını, həyat yoldaşının və özünün xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının xx xx 2018-ci il tarixli qərarının dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya in stansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində törətdiyi əməldən peşman olduğunu, himayəsində 4 uşağının olmasını, həyat yoldaşının və özünün xəstəlikdən əziyyət çəkdiyini qeyd edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsini xahiş edir. Odur ki, məhkəmə kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlə rinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda o nun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59- cu maddələrinin tələblərinə uyğun qanuni cəza təyin etmiş, həmçinin hökmdə məhkuma təyin edilmiş cəzanı da əsaslandırmışdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmad ığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Bundan başqa, kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlar CPM-nin 143-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmiş və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ədalətli həddi təyin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması nəticəsində gəldiyi qənaətlə razılaşdığından və kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, nə apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq, nə də ki, kassasiya şikayətinin dəlillərini təsvir edildiyindən daha ətraflı şərh etmək üçün əsas görmür. Bütün bunlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətində ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.21-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın əsassız və qanunsuz hesab edilməsi, ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkum, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: Tahir Kazımov Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №1(102)-1137/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1137/2018
16.08.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver