Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1137/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim İ.Məmmədov) 18 oktyabr 2018ci il tarixli hökmü ilə xx xxxxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər Məhkəməsinin 12.06.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 1500 manat cərimə cəzasına məhkum olmuş, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olan, ünvan 2 yaşamış Mə hkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CMnin 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin 12.06.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 manat cərimə cəzası ilə tam toplanılmaqla qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması və 1500 manat cərimə cəzası təyin edilməsi, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmışdır. 08 avqust 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməmiş, Sumqayıt şəhər Məhkəməsinin 09.04.2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3- cü maddəsi ilə 700 0 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 3- də qeydiyyatda olan, ünvan 2 yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CMnin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin 09.04.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 7000 manat cərimə cəzası ilə tamamilə birləşdirilməklə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması və 7000 manat cərimə cəzası təyin edilməsi, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmışdır. Həmin hökmlə X7 təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən məhkumlar Məhkum2 və Məhkum1 aid hissədən döv lət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Zeynallı Fərmail Gülmalı oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 21 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2018-ci hökmü Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmiş, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Məhkum1 həmin qərarla təyin edilmiş cəza, Sumqayıt şəhər Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 manat cərimə cəzası ilə tam toplanılmaqla ona qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmış, Məhkum1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 21 fevral 2019-cu il tarixdən hesablanmış, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum ertmə cəsasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Məhkum2 həmin qərarla təyin edilmiş cəza, Sumqayıt şəhər Məhkəməsinin 09 aprel 2018ci il tarixli hökmü ilə təyin edilmiş 7000 manat cərimə cəzası ilə tamamilə birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 7000 manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmış, Məhkum2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal məhkəmə iclas zalından həbsə alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 21 fevral 2019-cu il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək cəzalarının çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmasını xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tanışları X7 və Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 22 may 2018-ci il tarixdə saat 23 radələrində X4 Politilen istehsalatının 44 saylı sahəsinə hasarın altından keçməklə qanunsuz daxil olaraq orada X5 və X6 300 (üç yüz) manat dəyərində “VAO” tipli elektrik mühərriki (inv. N7016999) və 300 (üç yüz) manat dəyərində “VAO” tipli elektrik mühərriki (inv.N 7017008) özləri ilə gətirdikləri arabaya yükləyib, o isə mühərriklər i aşmasın deyə arabanı saxlayaraq onu sürüb zavodun sahəsindən çıxardıqdan sonra, yenidən həmin əraziyə qayıdaraq eyni üsulla vahid qəsdlə 350 (üç yüz əlli) manat dəyərində “VAO” tipli elektrik mühərriki (inv.N7017533) gizli talayıb hər üç mühərriki Məhkum2 yaşadığı Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi fərdi evinə aparıb gizlətmiş və bir müddətdən sonra həmin mühərrikləri sataraq əldə etdikləri pulları aralarında bölüşdürərək ümumilikdə X3-politilen zavoduna 950 (doqquz yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Hökmə əsasən Məhkum2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tanışları X7 və Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 22 may 2018-ci il tarixdə saat 23 radələrində X4 Politilen istehsalatının 44 saylı sahəsinə hasarın altından keçməklə qanunsuz daxil olaraq orada X6lə 300 (üç yüz) manat dəyərində “VAO” tipli elektrik mühərriki (inv. N7016999) və 300 (üç yüz) manat dəyərində “VAO” tipli elektrik mühərriki (inv.N 7017008) özləri ilə gətirdikləri arabaya yükləyib, Məhkum1 mühərrikləri aşmasın deyə arabanı saxlamış, onunla X6 isəmühərrikləri arabanın üzərində saxlayaraq onu sürüb zavodun sahəsindən çıxardıqdan sonra, yenidən həmin əraziyə qayıdaraq eyni üsulla vahid qəsdlə 350 (üç yüz əlli) manat dəyərində “VAO” tipli elektrik mühərriki (inv.N7017533) gizli talayıb hər üç mühərriki Məhkum2 yaşadığı Sumqayıt şəhəri Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi fərdi evinə aparıb gizlətmiş və bir müddətdən sonra həmin mühərrikləri sataraq əldə etdikləri pulları aralarında bölüşdürərək ümumilikdə “Azərkimya” X3-poli tilen zavoduna 950 (doqquz yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayəti verərək qeyd edir ki, birinci instansiya məhkəməsi onun barəsində ədalətli hökm çıxarmış, apellyasiya məhkəməsi isə onun barəsində humanist qərar qəbul etməmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, birinci instansiya məhkəməsinin barəsində azadlığın məhdudlaşdırılmasına dair hökmünün tətbiq edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətində göstərir ki, Sumqayıt Apellyasiya Məhkəməsi ona sərt cəza təyin etmişdir, onun işinə yenidən baxıb ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillə rini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı məhkumların kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciət i olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Apellyasiya məhkəməsi gəldiyi nəticəni aşağıda şərh olunan sübutlarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi cəza təyini zamanı məhkumlar Məhkum1 və Məhkum2 törətdiyi əməllərini səmimi etiraf edərək əməllərindən peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, lakin ibtidai istintaq zamanı Məhkum1 və Məhkum2 hərəkətlərində könüllü gələrək təqsirini boynuna alma kimi yüngülləşdirici hal olmamış, onların törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olmuş, onlar cinayətin açılmasında köməklik etməmiş, əksinə hazırkı cinayət əməli nəticəsində vurduqları ziyanı zərərçəkmiş tərəfə tam olaraq ödəməmiş və ibtidai istintaq orqanı tərəfindən toplanmış təkzib olunmaz mötəbər sübutlarla ifşa olunduqdan sonra əməllərini etiraf etmişlər. Bununla bağlı qeyd olunur ki, Məhkum1 və Məhkum2 davranışında belə hərəkətlər müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi onların törətdiyi əməllərini səmimi etiraf edərək peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Apellyasiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 cəza təyin edilərkən onların əvvəllər oğurluq cinayətinə görə məhkum edilmələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin göstəricisi olan cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla törətmələri nəzərə alınmamış, məhkumlar Məhkum1 və Məhkum2 onların törədikləri cinayətin xarakteri və ictimai təhlükəliliyinə uyğun olmayan yüngül cəza təyin edilmişdir. Məhkumlara təyin olunmuş cəza ilə bağlı q eyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırl aşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə Məhkum1 və Məhkum2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən məhkumların kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlər ə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1137/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1137/2019
23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver