Məhkəmə qərarları › İş №1(102)-1137/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1137/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1137/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsumov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Həsənov Musa Qulamhüseyn oğlunun iştirakları il ə, Yasamal Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yasamal Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Səfərov Hüseyn Akif oğlu) Məhkum, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Ünvan 2-da qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yaşayan, CM-nin 263.1-1-ci maddəs i ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il (bir il) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin iş üzrə mülki iddia qismən təmin edilərək Məhkum maddi ziyana görə 46.668,74 manat, mənəvi zərərə görə 500 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat, nümayəndəyə çəkilmiş xərcin əvəzi olaraq 500 manat olmaqla, cəmisi 47.698,74 manat (qırx yeddi min altı yüz doxsan səkkiz manat 74 qəpik) tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 28 sentyabr 2020-ci il tarixdə saat 16:11də “B” kateq oriyalı, AD 191826 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan X8 məxsus “TOYOTA LAND-CRUİSERPRADO” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində saatda 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin, 2-ci hissəsinin, 1-ci bəndinin tələblərinə əməl etməklə, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətindən yüksək sürətlə idarə etməməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayə t etməyərək yol hərəkəti qaydalarını pozaraq, hərəkətdə olduğu istiqamətdə H.B.Zərdabi prospekti 39 ünvanında yerləşən binanın qarşısındakı piyada keçidi ilə yolu sağdan sola doğru keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə ehtiyyatsızlıqdan vurub Zərərçəkmiş şəxs1 İ-İİ dərəcəli şokla müşayiət olunan, hemopnevmotoraks ilə nəticələnən, döş qəfəsinin kontuziyası, sağ tərəfli 2-4-5-6 qabırğaların, sol tərəfli 3-4-5-67-8 qabırğaların yerdəyişmiş sınıqları, hər iki yan kollateral bağın, ön və arxa çarpaz bağın tam qopması, qapalı kəllə beyin travması, baş beyin silkələməsi, bədənin küt travması, çoxsaylı sıyrıntıları, döş qəfəsinin və qarının küt travması, daxili orqanların zədələnməsi, sol ayağın İ barmağının, sol ayağın dabanının əzilmiş -cırılmış yaraları, sol baldırın yuxarı 1/3-nin qapalı sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 isə qapalı kəllə beyin travması, sol qamış sümüyünün lateral platosunun çökmüş, yerdəyişmiş sınığı, sol incik sümüyünün başında xətti sınığı, sol diz oynağının hemartrozu, sol və sağ aşağı ramus pubisdə, sakroiliak pasterior kənarda, sol oma sümüyündə, İ oma fəqərəsində yerdəyişmiş sınıqlar, qasıq bitişməsində minimal dislokasiya, XII döş fəqərəsinin və I, II bel fəqərə cismində çökmə, sol qulaq seyvanında sıyrılmış yarası, alıngicgah nahiyəsində dərialtı hematomalar, təpə nahiyəsinin çapılmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib ehtiyatsı zlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Hökmdən Məhkum müdafiəçisi Niftaliyev Zaur Gülaməddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 28 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək onun barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, təqsirliliyi təsdiq edildiyi halda isə mülki iddianın baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən, barəsində çıxarılmış yekun məhkəmə aktlarına, cinayət və cinayət-prosessual qanunvericiliklərinin bir sıra normalarına və ailə vəziyyəti ilə əlaqədar olan hallara istinad edən, habelə cinayət təqibi dövründə verdiyi ifadələri bir daha təsvir edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməmiş, piyada keçidinə yaxınlaşarkən onun hərəkət zolağı ilə hərəkət edən velosipedçilərə başı qarışdığından svetoforun qırmızı işığının yanmasını və bu zaman zərər çəkmiş şəxslərin iti sürətlə yolu keçmələrini görməmiş, bu səbəbdən də yol-nəqliyyat hadisəsi baş vermiş, y əni o, təsadüf nəticəsində avtomaşının qabaq sağ hissəsi ilə piyadaları vurmuşdur. Cinayət təqibi mərhələsində o, zərər çəkmiş şəxslərə 15.000 manat məbləğində pulu ödəmək istəsə də, sonuncular bu pulu qəbul etməmiş və ona qarşı şişirdilmiş məbləğdə iddia qaldırmış, məhkəmə isə əsassız olaraq bu iddianı təmin etmiş, bununla bağlı sübutların mötəbərliyini isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yoxlamayaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 145.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Qeyd olunanlara əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs X11 isə naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kolegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrl ik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması və onun barəsindəki cinayət işi üzrə icraata xitam verilməsi, habelə mülki iddianın baxılmamış saxlanılması haqqında qərarın qəbul edilməsi haqda tələbini CPM-nin 4 16.1.2, 416.1.6 və v 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassa siya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşd ırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də hüquqlarının təmin edilməsini və onlara qarşı cinayət əməli törətmiş şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada təqsirlilikləri sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində cinayəthüquqi xarakterli tətbirlərin tətbiq edilməsini, habelə zərər çəkmiş şəxslərə vurulmuş maddi və mənəvi zərərin ödənilməsinin təmin edi lməsi üçün cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini və bü məsələ ilə bağlı müvafiq qərarların qəbul edilməsini nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri n müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi ) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri həmin nəticə düzgündür, qanunidir və bu baxımdan onun şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş şəxsin həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə yolnəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, hadisə yerinin müayinə edilməsi və bir sıra istint aq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə işə əlavə edilmiş bir çox sənədlərlə tam təsdiq edilir. Məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum 28 sentyabr 2020-ci il tarixdə saat 16:11-də “B” kateqoriyalı, AD 19XXXX seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan X8 məxsus “TOYOTA LANDCRUİSER-PRADO” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində saatda 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin, 2-ci hissəsinin, 1-ci bəndinin tələblərinə əməl etməklə, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətindən yüksək sürətlə idarə etməməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozaraq, hərəkətdə olduğu istiqamətdə H.B.Zərdabi prospekti, 39 ünvanında yerləşən binanın qarşısındakı piyada keçidi ilə yolu sağdan sola doğru keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə ehtiyyatsızlıqdan vurub Zərərçəkmiş şəxs1 I-II dərəcəli şokla müşayiət olunan, hemopnevmotoraks ilə nəticələnən, döş qəfəsinin kontuziyası, sağ tərəfli 2-4-5-6 qabırğaların, sol tərəfli 3-4-5-6-7-8 qabırğaların yer dəyişmiş sınıqları, hər iki yan kollateral bağın, ön və arxa çarpaz bağın tam qopması, qapalı kəllə beyin travması, baş beyin silkələməsi, bədənin küt travması, çoxsaylı sıyrıntıları, döş qəfəsinin və qarının küt travması, daxili orqanların zədələnməsi, sol ayağın I barmağının, sol ayağın dabanının əzilmiş-cırılmış yaraları, sol baldırın yuxarı 1/3-nin qapalı sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 isə qapalı kəllə beyin travması, sol qamış sümüyünün lateral platosunun çökmüş, yerdəyişmiş sınığı, sol incik sümüyünün başında xətti sınığı, sol diz oynağının hemartrozu, sol və sağ aşağı ramus pubisdə, sakroiliak pasterior kənarda, sol oma sümüyündə, I oma fəqərəsində yerdəyişm iş sınıqlar, qasıq bitişməsində minimal dislokasiya, XII döş fəqərəsinin və I, II bel fəqərə cismində çökmə, sol qulaq seyvanında sıyrılmış yarası, alın-gicgah nahiyəsində dərialtı hematomalar, təpə nahiyəsinin çapılmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. İşin müəyyən olunmuş bu faktiki hallarını, yəni yol-nəqliyyat hadisəsinin yuxarıda təsvir edilmiş şəkildə baş verməsini məhkum olunmuş şəxsin həm cinayət təqibinin bütün mərəhələlərində verdiyi etirafedici ifadələri ilə, həm də kassasiya şikayətində təsdiq edilməsnə baxmayaraq, Məhkum həmin şikayətində bu halları mübahisələndirərək qeyd etmişdir ki, hadisə baş verməzdən əvvəl onun diqqəti idarə etdiyi avtoma şının hərəkət zolağına çıxmış velosipedçilərə yayındığından o, piyada keçidi ilə hərəkət etməyə başlayan zərər çəkmiş şəxsləri görməmiş və bu səbəbdən də nəqliyyat vasitəsinin saxlanılması üçün tədbir görməyərək avtomaşının qabaq sağ hissəsi ilə onları vurmuş, bundan dərhal sonra isə da avtomaşını saxlayaraq onlara yardım göstərilməsi üçün tədbirlər görmüşdür. Kassasiya şikayətinin dəlilləri ilə Məhkum və iş üzrə şahid qismində dindirilmiş şahidəlrin ifadələrinin və digər sübutların müqayisəli təhlili göstərir ki, Məhkum özü də həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında yaşayış məntəqəsində avtomaşını icazə veriləndən daha yüksək - saatda 70 km sürətlə idarə etməsini, piyada keçidinə çatmamış və svetoforun qırmızı işığının yanmasına baxmayaraq id arə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmamasını, yəni «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin, 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmasını etiraf etmiş və onun etirafedici ifadələri iş üzrə toplanmış mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Məhz bu sübutlara əsasən ibtidai araşdırma zamanı iş üzrə məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərək keçirilmiş və həmin ekspertizanın 26 fevral 2021-ci il tarixli 8/xxx nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “Toyota Prado” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmi n maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məhkum avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə də uyğunsuzluq olmuşdur. Həmin rəydən, cinayət işinin materiallarına əlavə olunmuş videoçəkilişlərdən və digər sənədlərdən və fotoşəkillərdən görünür ki, Məhkum idarə etdiyi avtomobillə hərəkətdə olduğu istiqamətdə həm svetofor, həm də zolaqlı xəttlə işarələnmiş piyada keçidi var, sonuncu həmin piyada keçidinə yaxınlaşan vaxt svetoforun qırmızı işığı yandığına görə, onunla eyni istiqamətdə hərəkətdə olan avtomaşınlar dayanmış, hazırki iş üzrə z ərər çəkmiş şəxs qismində tanınmış piyadalar isə zolaqlı xəttlə yolu sağdan sola keçməyə başlamış, Məhkum isə idarə etdiyi avtomaşını saxlamaqdan ötrü heç bir tədbir görməyərək sonuncuları avtomaşının qabaq sağ hissəsi ilə piyada keçidinin üzərində vurmuşdur. Belə şəraitdə isə Məhkum hərəkəti qadağan edən svetoforun qırmızı işığının yanmasını görərək piyada keçidinə çatmazdan əvvəl idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmalı idi və yalnız onun istiqamətində hərəkətə icazə verildikdən sonra hərəkətini davam edə bilərdi. Araşdırılmış sübutlardan isə müəyyən edilir ki, Məhkum “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən tələblərinə əməl etməmiş, göstərilən şəraitdə idarə etdiyi nəqliyyat vasitəsinin nəinki saxlanılması, hətta sürətini n azaldılması üçün heç bir tədbir görməmiş və məhz buna görə piyada yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 və X11nın hərəkətdə olan avtomaşının qabaq sağ hissəsi ilə vurulması anında güclü zərbənin təsiri nəticəsində onlar vurulduqları yerdən bir neçə metr aralıda asfaltın üzərinə yıxılmışlar (bu hal Məhkum özünün ifadələri ilə və hadisə yerinin müayinə edilməsi haqqında protokola əlavə edilmiş sxemlə, habelə videogörüntülərlə və fotoşəkillərlə təsdiq olunur). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda əsvir olunmuş şəraitdə Məhkum üzərinə idarə etdiyi avtomaşınının sürətini azaltmaq və həmin avtomaşını piyada keçidinin qarşısında saxlamaq vəzifəsi “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin I hissəsinin tələbləri ilə də qoyulmuşdur. Belə ki, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin I hissəsinə əsasən, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Göstərilən normanın tələbindən və mənasından göründüyü kimi, hər bir halda sürücü svetofora və onunla nizamlanan piyada keçidinə yaxınlaşarkən, birncisi, tam əmin olmalıdır ki, svetoforun işığı (yaşıl) ona hərəkət etməyə icazə verir, ikincsi də, piyada keçidi boşdur, yəni onun üzərindən piyada keçmir və yalnız belə əminlik olduqda sürücü hətta idarə etdiyi avtomaşının sürətini azaltmayaraq hərəkətini davam etdirə bilər. Lakin hər hansı səbəbdən, məsələn yolda avtomaşınların sıx hərəkət etmələri səbəbindən, yaxud da hava şəraitinə, yaxud da başqa səbəblərə görə, o cümlədən, məhkumun özünün göstərdiyi kmi, diqqətinin yayınması səbəbindən sürücüdə belə əminliyin yaranması mümkün olmadıqda, o, hər bir halda nizamlanan keçiddə hərəkət etmək üstünlüyünə malik olan piyadanın olmasını ehtimal edərək həm təhlil edilən, həm də ona pozması istinad olunan normaların tələblərinə əməl etməlidir. İşin hallarının öyrənilməsi isə göstərir ki, hadisə baş verməzdən əvvəl “TOYOTA LAND-CRUİSER-PRADO ” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət etdiyi istiqamətdə hərəkətə icazə verilməsi və buna görə piyada keçidinin də boş olması barədə Məhkum heç bir əminlik olmamış və onun özünün də göstərdiyi kimi, buna maneə velosipedçilərin onun hərəkət yoluna çıxmalarına görə diqqətinin yayınması olmuşdur. Halbuki, onunla eyni istiqamətdə sağ zolaqla hərəkət edən avtomaşının svetoforun və piyada keçidinin qarşısında dayanması bir növ həm hərəkətin qadağan edilməsinə, piyadaların isə keçiddən keçmələrinə, digər tərərəfdən isə onun da ən azından öz avtomaşınının sürətini azaltmalı və ya tamamilə dayandırmalı olmasına işarə idi. Göründyü kimi, Məhkum bu hala, yəni yaranmış vəziyyətə heç bir əhəmiyyət verməmiş, nəticədə idarə etdiyi avtomaşının qabaq sağ hissəsi ilə piyada keçi dinin üzəri ilə yolu keçən zərər çəkmiş şəxsləri vurmuş və ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığa ağır zərər vuran, X11ya isə sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirilmişdir. İşin müəyyən edilmiş bu faktiki halları məhkəmə kollegiyasına bu nəticəyə gəlmək üçün əsas verir ki, CM-nin 26-cı maddəsində müəyyən edildiyi kimi, Məhkum öz əməlinin ictimai təhlükəli nəticələrini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiş, yəni ona ittiham olunmuş əməli cinayətkarcasına etinasızlıq nəticəsində törətmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxan məhkəmələr iş üzrə araşdırılmış sübutları CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymətləndirib qanuni və əsaslı olaraq Məhkum CM-nin 263.1-1-ci maddəsi ndə nəzərdə tutulmuş cinayəti törətməsi barədə nəticəyə gəlmiş və bu nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, digər sübutların toplanılması və araşdırılması ilə yanaşı bu nəticənin əsasında duran ekspertizalar keçirilərkən də hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, digər tərəfdən isə ekspertizaların keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, rəylərin nəticələri həm biri biri ilə, həm də qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərətrəfli və obyektiv araşdırılmış başqa sübutlarla uzlaşır. Təsvir edilən rəylərin qanunsuz yolla əldə olunmuş sübutlar kimi qiymətləndirilməsi üçün əsas g örməyən məhkəmə kollegiyası həmçinin ekspertizanın aparılmasına dair CPM-nin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, habelə Ali Məhkəmənin Plenmunun izah və tövsiyələrinə də nəzər yetirir. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. “ Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sü butları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Məhkəmələrin diqqəti itidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol- nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özün də əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Qeyd olunan qərarda məhkəmələrə həmçinin izah edilmişdir ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda e kspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birg ə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üçtünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. Beləliklə, məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv e dilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması haqqında qərarın qəbul edilməsinə dair kassasiya şikayətində irəli sürülmüş tələbə gəldikdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.2-ci maddəsində göstərilmişdir ki, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəx s və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakiml ərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumiyyətlə hüquqi həqi qət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövçud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Konstitusiya Məhkəməsinin Plenumu digər qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi hajların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquği münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığıhı müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə kollegiyası daha sonra vurğulayır ki, qanunvericiliyin aşağıda göstərilən normalarının mənasına görə, zərərçəkmiş öz mülkiyyətindən məhrum olunduqda, yaxud da ona maddi və ya mənəvi zərər vurulduqda, o, öz əmlakını, onun əvəzini və ona vurulmuş digər zərəri tələb etmək hüququna malikdir və bu hüquq digər vasitələrlə yanaşı mülki iddia verilməklə həyata keçirilə bilər. Məhkəmənin isə vəzifəsidir ki, belə iddia verildikdə tədqiq etdiyi sübutlara əsasən onun düzgün həll edilməsi barədə əsaslandırılmış qərar qəbul etsin. Belə təfsir CPM-nin 179-cu və digər maddələrinin tələblərindən də irəli gəlir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə görə, mülki prosessual qanunv ericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 181.1.1-181.1.2-ci maddələrinin tələblərindən görünür ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; - ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-ni n 181.2.1-181.2.4-cü maddələrinə müəyyən edilmişdir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; - itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; - itirilmiş gəlirin ödənilməsini; - mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. CPM-nin 354.1.1-354.1.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: - iddianın tam və ya qismən təmin edilməsi; - iddianın rədd edilməsi; - iddianın baxılmamış saxlanması. Azərəbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsində ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyətin əsasları müəyyən edilərək sair yüksək təhlükə mənbələri ilə bərabər nəqliyyat vasitələrindən də istifadə etməklə fiziki şəxsin vurduğu zərərə görə həmin zərərin ödənilməsini nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə və mənasına görə cinayət işi üzrə verilmiş mülk i iddianın əsaslı olub-olmaması barədə nəticəyə gəlmək və həmin iddia üzrə qanuni və obyektiv qərarın qəbul edilməsi üçün cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirzisiliyinə, onun əməlinin hüquqi tövsifinə və cinayət təqibi üzrə digər məsələlərlə yanaşı mülki iddia ilə də bağlı sübutlar da cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən araşdırılmalı, həmin sübutlara qanuna müvafiq (CPM-nin 143-146cı maddələrində nəzərdə tutulmuş) qaydada qiymət verilməli və belə qiymətləndirmə əsasında mülki iddia üzrə düzgün qərar qəbul edilməlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası vurğulayır ki, hər hansı maddi tərkibli cinayətlərə dair işlər üzrə verilmiş mülki iddiaların düzgün həlli üçün ilk növbədə belə cinayətlərin törədilməsi nəticəsində vurulmuş ma ddi ziyanın düzgün, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara əsasən müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki CPM-nin 139.0.6-cı maddəsiinin müddəaları da tələb edir ki, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar sübutlara əsasən müəyyən edilir. Əvvəla bu maddədə cinayət prosesi iştirakçısınını və ya cinayət prosesində iştirak edən digər şəxsin tələbi dedikdə, başqa tələblərlə yanaşı həmçinin zərər çəkmiş şəxsin mülki iddia üzrə irəli sürdüyü tələb də başa düşülür. Yəni bu normada da mülki iddia üzrə tələbə dair sübutların tədqiq edilməsi və bundan sonra onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsi mütləq şərt kimi nəzərdə tutulur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində irəli sürülə tələbə cavab verilmə məsələsinə məhz belə kontekstdən yanaşmaq və işin müəyyən edilmiş halları ilə yanaşı Cinayət-Prosessual, Mülki-Prosessual Məcəllərinin və digər qanunvericilik aktlarının tələblərinə əsaslanmaq lazımdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc ed ildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilən hüquq normasına geniş şərh verərək zərər çəkmiş şəxsin ona vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ ilə bağlı nəticəyə gəlmişdr ki, - Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztira ba görə təzminat almaq hüququnu ehtiva edir; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir; - məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mü hitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu öz nəticəsini və hüquqi mövqeyini mülki qanunvericiliyinin tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə - Avropa Məhkəməsi) presedent hüququna istinad etməklə də əsaslandırmışdır. Göstərilən qərarda qeyd olunmuşdur ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (“Luluyev və digərləri Rusiyaya qarşı” iş üzrə 2006-cı il 9 noyabr tarixli, “Pelipenko Rusiyaya qarşı iş üzrə” 2014cü il 16 yanvar tarixli, “Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə” 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə” 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. “Maksimov Rusiyaya qarşı iş üzrə” 2010-cu il 18 mart tarixli Qərarında isə Məhkəmə qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyil dir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında “mənəvi zərər” anlayışına, belə zərərin ödənilməsinin tələb olunması hüququna, mənəvi zərərin ödənilməsi ilə bağlı işlərə baxılması qaydasına və digər məsələlərə dair geniş izah və tövsiyələr verilmiş, o cümlədən həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, məh kəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə görə isə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri v ə ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etd iyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübüt kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AlHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Avropa Məhkəməsi bir çox qərarlarında dəfələrlə, o cümlədən “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında növbəti dəfə xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkə mələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il 5 saylı Qərarının 24-cü bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263, 263-1 və 351-ci maddələrində nəzərdə tutulan nəticələrdən əlavə həm də zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olduqda məhkəmələr cinayət mühakimə icraatı zamanı CPM-nin 183-cü maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq verilmiş mülki iddianı qəbul etməli və bu iddia üzrə CPM-nin 354-cü maddəsinə əsaslanmaqla qanunun tələbinə müvafiq surətdə qərar qəbul etməlidirlər. Qanunvericiliyin tələblərinə və mənasına görə cin ayət işi üzrə verilmiş mülki iddianın əsaslı olub-olmaması barədə nəticəyə gəlmək və həmin iddia üzrə qanuni və obyektiv qərarın qəbul edilməsi üçün cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirzisiliyinə, onun əməlinin hüquqi tövsifinə və cinayət təqibi üzrə digər məsələlərlə yanaşı mülki iddia ilə də bağlı sübutlar cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən araşdırılmalı, həmin sübutlara qanuna müvafiq (CPM-nin 143-146cı maddələrində nəzərdə tutulmuş) qaydada qiymət verilməli və belə qiymətləndirmə əsasında mülki iddia üzrə düzgün qərar qəbul edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 67-ci bəndində məhkəmələrə hökm çıxarılarkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etmələri tövsiyə edilmişdir. Qərarın 68-ci bəndində izah olunmuşdur ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilmək lə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin Qərarın 71 və 72-ci bəndlərində isə qeyd olunmuşdur ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaq ədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün ə lavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Cinayət işinin materiallarından göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılarkən zərərçəkmiş Zərərçəkmiş şəxs1 qanunvericilikdə nəzərdə tutulmuş hüququndan istifadə edərək Məhkum qarşı mülki iddia qaldırmış və sonuncunun ona ittiahm olunduğu cinayəti törətməsi nətcəsində özünün və qızı X11nın aldıqları xəsarətlərdən müalicə olunmaları, mənəvi əzab keçirmələri və cinayət təqibi zamanı aldıqları hüququi yardımla bağlı maddi zərərə görə 46668,74 (qırx altı min altı yüz altmış səkkiz manat yetmiş qəpik) manat, mənəvi zərərə görə 20000 (iyirmi min) manat kompensasiyanın, hüquqi yardımla əlaqədar vəkilə ödədiyi 500 (beş yüz) manatın, dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manatın cavabdeh Məhkum tutularaq ona ödənilməsi barədə qəqərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmi ş şəxs1 mülki iddiasını onunla əsaslandırmışdır ki, Məhkum CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi nəticəsində ona sağlamlığı üçün təhlükəli olan ağır, qızı Zərərçəkmiş şəxs2ya isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarətlər yetirildiyindən, bununla da hər ikisinə maddi və mənəvi zərər vurulduğundan onlar iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış, müalicə olunmaları üçün və hüquqi yardıma görə ailə büdcəsindən müəyyən pul vəsaiti xərcləmiş və həmin vəsait, habelə çəkdkləri mənəvi zərərə görə pul şəklində kompensasiya Məhkum tutularaq ona ödənilməlidir. Özünün mülki iddia ərizəsinə Zərərçəkmiş şəxs1 maddi ziyanın vurulması ilə bağlı müvafiq sənədlər də əlavə etmişdir. Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq bu sənədlər birinci insta nsiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş və onlara yekun məhkəmə aktlarında istinad olunaraq qanunda nəzərdə tutulmuş qaydada qiymət verilmişdir. Birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş Zərərçəkmiş şəxs1 mülki iddiasının qismən (maddi ziyanın ödənilməsi hissəsində tam, mənəvi ziyanın ödənilməsi hissəsində isə - qismən) təmin edilməsi barədə məsələni həll edərkən qanunvericiliyin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə avropa Məhkəməsinin hüquqi mövqeyi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrlə yanaşı həmçinin onu da nəzərə almışlar ki, yol-nəqliyyat hadisəsi nəticəsində müəyyən xəsarətlər almaları ilə əlaqədar zərər çəkmi ş şəxslər Zərərçəkmiş şəxs1 və X11 uzun müddət müxtəlif tibb müəssisələrində ödənişli müalicə almış, bunun üçün həm dərmanlara, həm də digər tibbi ləvazimatlara müvafiq vəsaitlər xərclənmiş, cinayət təqibi zamanı isə öz hüquqlarının səmərəli müdafiəsi üçün nümayəndə qismində cinayət prosesində iştirak edən vəkilin xidmətlərindən istifadə edərək bu xidmətlər üçün də lazımi ödənşlər etmiş və həmin vəsaitlərin sərf edilməsini təsdiq edən sənədəri (ödəniş qəbzlərini və s.), yəni mülki iddia üzrə vurulmuş maddi ziyanın ödənilməsi tələbini təsdiq edən və həmin ziyanın tam həcmdə ödənilməsinə əsas verən sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Bununla yanaşı, birinci instansiya məhkəməsi zərər çəkmiş şəxslərin baş vermiş hadisə nəticəsində mənəvi iztirablar keçirmələrini də nəzə rə alaraq mülki iddianın mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilməsini məqsədə müvafiq hesab edərək həmin ziyana görə ağlabatan məbləğdə pul vəsaitinin Məhkum tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi haqqında qərar qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq birinci instansiya məhkəməsinin bu məsələ ilə bağlı da mövqeyi ilə razılaşmışdır. Kassasiya kollegiyası da Zərərçəkmiş şəxs1 mülki iddiasının hökmdə göstərilən qaydada təmin edilməsində hər hansı qanun pozuntusuna yol verilməsini müəyyən eməyərək həmin iddianın baxılmamış saxlanılması haqda qərarın qəbul edilməsini, yəni kassasiya şikayətinin bu məsələyə dair hissədə də təmin edilməsini mümkün bilmir və kassasiya şikayətinin bütün dəlillərini qəbul edilməz sayaraq hesab edir ki, həmin şikay ət təmin edilməməlidir. Kassasiya şikayətində Məhkum təqsirli bilindiyi CM-nin 263.1-1-ci maddəsi ilə təyin olunmuş cəzanın həddindən artıq ağır olması mübahisələndirilməsə də, məhkəmə kollegiyası CPM-nin 419-cu maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq onun barəsində cəza tədbirinin seçilməsi zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilib-edilməməsini məsələsini də yoxlamış və müəyyən etmişdir ki, məhkəmələr bu məsələni də həll edərkən cəza təyinin şərtləri, prinsipləri, qaydaları və cəzanın məqsədi təsbit edilmiş CM-nin 2, 5, 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etmiş, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdikləri Məhkum əməlindən səmim i peşman olmasını, ilk dəfə cinayət törətməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxslərə köməklik göstərməsini, onların tibb müəssisəsinə aparılmasının təmin etməsini, zərərçəkmişlərə vurulmuş ziyanla bağlı ödənişlər etmək istədiyini, barışıq əldə edilməsi üçün cəhdlər etdiyini və iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışlar. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və həmin şikayətin təmin edilməməsi barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, onun nümayəndəsi M.Q.Həsənovun və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar