Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1137/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri X4, Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi 1 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əfqan Hacıyev (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Telman Hüseynov) 1(102)-438/2022 nömrəli 02 mart 2022-ci il tarixli hökmü ilə xx xxxx 1976-cı il tarixdə Ermənistan SSR-in Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində CM-in 46-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüq uqundan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmış, xx xxxxxx 1978-ci il tarixdə Ermənistan SSR-in Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində CM-in 46-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhk um edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin “cia.az” xəbər portalının (VÖEN № **********) 100 faiz payla təsisçisi, eyni zamanda, həmin Cəmiyyətin direktoru olmaqla, faktiki redaktor vəzifələrini icra edən Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əld ə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin mart ayının ortalarında X15 Dram Teatrın direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya teatrın saxlanmasına dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, teatrın balansında olan müxtəlif avadanlıqları qanunsuz satması və digər qanunsuzluqlar törətməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək, qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı özü və Təqsirləndirilən şəxs tərəfindən edilən bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörm ətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə, habelə Təqsirləndirilən şəxs müraciət etmiş Zərərçəkmiş şəxs5la istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Təqsirləndirilən şəxsla birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs5 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 3.000 (üç min) manat məbləğində pul vəsaitinin verilməli olmasını deyib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə cinayətkar əməllərini davam etdirməklə, həmin məbləği 500 (beş yüz) manata razılaşıb, 2020-ci ilin mart ayının ortalarında müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs5 Bakı şəhərində yaşayan qardaşı X5 ilə Bakı metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında görüşüb Zərərçəkmiş şəxs5 məxsus 500 (beş yüz) manat pulu ondan almaqla Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində 500 (beş yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uy ğun olaraq, 2020-ci ilin avqust ayında Bakı şəhər X14 stansiyasının 15 saylı TTY bölməsinin müdiri vəzifəsində işləyən X6 xidməti istifadəsində olan ***-***-**-** saylı telefonuna zəng edərək rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, işçilərdən qanunsuz pullar toplaması, özbaşınalıqlar törətməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmaçı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək, bu məsələlərin aydınlaşdırılması üçün onu “cia.az” xəbər portalının Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 ünvanında “Azərbaycan Nəşriyyatı”nın 4-cü mərtəbəsindəki ofisinə dəvət edib Təqsirləndirilən şəxsla birlikdə qəbul edərək əllərində onu qəsdən hörmətdən salan rüsvayedici m əlumatların olmasını və həmin məlumatları yayacağı hədəsini sonuncu ilə birlikdə təkrarən bildirdikdən sonra “cia.az” internet səhifəsində barəsində heç bir məqalənin yazılmamasına dair özünə və Təqsirləndirilən şəxs müraciət edən Arif Yusifova həmin görüş zamanı qeyd edilən məqalənin mətbuatda yazılmamasından ötrü 1.000 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan hədə-qorxu ilə tələb edib, 2020-ci ilin avqust ayında müəyyən edilməyən gündə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 ünvanında “Azərbaycan Nəşriyyatı”nın 4cü mərtəbəsindəki ofisində Arif Yusifova məxsus 1.000 (bir min) manat pulu almaqla Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində 1.000 (bir min) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin yay aylarında X10 Toksikologiya şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs vasitəsi ilə sonuncunun istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, ayrı-ayrı şəxslərdən rü şvət alması barədə şikayətlərin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən edilən bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə Təqsirləndirilən şəxs müraciət etmiş Zərərçəkmiş şəxs3la ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Təqsirləndirilən şəxsla birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs3 barəsində olan mə lumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 300 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə cinayətkar əməllərini davam etdirməklə, həmin məbləği 200 manata razılaşdırıb, 2020-ci ilin yay aylarında ünvan 5 ünvanında yerləşən X10 girişində olan gözətçi otağından xəstəxananın gözətçisinə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş sonuncuya məxsus 200 (iki yüz) manat pulu almaqla Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəa liyyət göstərən Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin yay aylarında X12 Teatrının direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya teatrın saxlanmasına dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, teatrın balansında olan müxtəlif avadanlıqları qanunsuz satması və digər qanunsuzluqlar törətməsi barədə şikayətlərin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyi ni bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı aralarındakı bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə müraciət etmiş Zərərçəkmiş şəxs6la telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Təqsirləndirilən şəxsla birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs6 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 500 (beş yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmi n pul vəsaitini ondan Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin mart ayının əvvəlində Xızı rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya rayonun Sitalçay kənd sakinlərinin Təhsil şöbəsinin müdiri kimi dövlətə məxsus pul vəsai tlərini mənimsəməsi, həmin pulların hesabına nikahdan kənar münasibətdə olduğu qadın üçün qeyd edilən kənd ərazisində fərdi yaşayış evi tikdirməsi və dəbdəbəli həyat tərzi keçirməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə cia.az xəbər portalında məqalə dərc edəcəyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən bir neçə gün sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1lə istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxsla birlikdə bildir ib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs1 barəsində olan məlumatları cia.az xəbər portalında dərc edilməməsindən ötrü 1.000 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədəqorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə həmin məbləği 500 (beş yüz) manata razılaşdırıb, xx.xx.2021ci il tarixdə, saat 17:46-da zəng etdiyi ***-***-**-** nömrəsindən sms vasitəsi ilə istifadəsində olan plastik bank kartının 16 rəqəmli nömrəsini (4169 7579 1225 3717) göndərib pulun həmin kart hesaba göndərilməsini tələb edib həmin gün Oktay Səfərli tərəfindən 500 (beş yüz) manat pulun həmin hesaba göndərilməsinə nail olmaqla Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində 500 (beş yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin aprel ayında Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, işçilərdən qanuns uz pullar tələb etməsi və bu pullar hesabına dəbdəbəli həyat tərzi keçirməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc edəcəyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra və bu barədə aralarındakı bir neçə telefon danışıqlarından sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə müraciət etmiş Zərərçəkmiş şəxs4la istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxsla birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs4 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 200 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədəqorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, bir neçə gündən sonra Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 ünvanında “Azərbaycan Nəşriyyatı”nın 4cü mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs4 qardaşı Şahid 200 (iki yüz) manat almaqla Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs4 məxsus 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxs haqqında rüsva yedici məlumatlar yayma hədəsi ilə özgə əmlakını təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Belə ki, o, xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin – “cia.az” xəbər portalının (VÖEN № **********) faktiki redaktoru olmaqla həmin Cəmiyyətin təsisçisi və direktoru olan Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin mart ayının ortalarında X15 Dram Teatrın direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 Məhkumla birlik də sonuncunun istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib işlədiyi mətbuat qurumunun redaksiyasına guya teatrın saxlanmasına dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, teatrın balansında olan müxtəlif avadanlıqları qanunsuz satması və digər qanunsuzluqlar törətməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı özü və Məhkum tərəfindən edilən bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə, habelə Məhkum müraciət etmiş Zərərçəkmiş şəxs5la ***-***-**-** nömrəli telefonl a danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Məhkumla birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs5 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 3.000 (üç min) manat məbləğində pul vəsaitinin verilməli olmasını deyib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə cinayətkar əməllərini davam etdirməklə, həmin məbləği 500 (beş yüz) manata razılaşıb, 2020-ci ilin mart ayının ortalarında müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs5 Bakı şəhərində yaşayan qardaşı X5 ilə Bakı metropoliteninin “Qara Qarayev” stansiya sı yaxınlığında görüşüb Zərərçəkmiş şəxs5 məxsus 500 (beş yüz) manat pulu ondan almaqla Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs qismində 500 (beş yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin yay aylarında X10 Toksikologiya şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib işlədiyi mətbuat qurumun redaksiyasına guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, ayrı-ayrı şəxslərdən rü şvət alması barədə şikayətlərin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı tərəfindən bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə müraciət etmiş Zərərçəkmiş şəxs3la ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Məhkumla birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs3 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən öt rü 300 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə cinayətkar əməllərini davam etdirməklə, həmin məbləği 200 manata razılaşdırıb, 2020-ci ilin yay aylarında ünvan 5 ünvanında yerləşən X10 girişində olan gözətçi otağından xəstəxananın gözətçisinə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş sonuncuya məxsus 200 (iki yüz) manat pulu almaqla Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs qismində 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin yay aylarında X12 Teatrının direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs6 Məhkum tərəfindən istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya teatrın saxlanmasına dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, teatrın balansında olan müxtəlif avadanlıqları qanunsuz satması və digər qanunsuzluqlar törətməsi barədə şikayətlərin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu il ə bağlı aralarındakı bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə və Məhkum müraciət etmiş Zərərçəkmiş şəxs6la telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Məhkumla birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs6 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 500 (beş yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən hədə-qorxu ilə tələb e tmişdir. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin mart ayının əvvəlində Xızı rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olduğu Məhkum tərəfindən istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya rayonun Sitalçay kənd sakinlərinin Təhsil şöbəsinin müdiri kimi dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, həmin pulların hesabına nikahdan kənar münasibətdə olduğu qadın üçün qeyd edilən kənd ərazisində fərdi y aşayış evi tikdirməsi və dəbdəbəli həyat tərzi keçirməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə cia.az xəbər portalında məqalə dərc bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini Məhkumla birlikdə dedikdən bir neçə gün sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə və Məhkum müraciət etmiş Zərərçəkmiş şəxs1lə ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları yayacağı hədəsini Məhkumla birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs1 barəsində olan məlumatları cia.az xəbər portalında dərc edilməməsindən ötrü 1.000 manat mə bləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə həmin məbləği 500 (beş yüz) manata razılaşdırıb, Məhkum tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 17:46-da 050211-3640 nömrəsindən sms vasitəsi ilə istifadəsində olan plastik bank kartının 16 rəqəmli nömrəsini (4169 7579 1225 3717) göndərib pulun həmin kart hesaba göndərilməsini tələb edib həmin gün Oktay Səfərli tərəfindən 500 (beş yüz) manat pulun həmin hesaba göndərilməsinə nail olmaqla Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs qismində 500 (beş yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bu ndan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin aprel ayında Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 qabaqcandan əlbir olduğu Məhkum istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, işçilərdən qanunsuz pullar tələb etməsi və bu pullar hesabına dəbdəbəli həyat tərzi keçirməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” x əbər portalında məqalə dərc edəcəyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra və bu barədə aralarındakı bir neçə telefon danışıqlarından sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə və Məhkum müraciət etmiş Zərərçəkmiş şəxs4la ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları yayacağı hədəsini Məhkumla birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs4 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 200 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olması nı nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, bir neçə gündən sonra Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 ünvanında “Azərbaycan Nəşriyyatı”nın 4-cü mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs4 qardaşı Şahid 200 (iki yüz) manat almaqla Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs4 məxsus 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi) Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 1(103)-844/2022 nömrəli 26 may 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(101)-438/2022 nömrəli hökmü dəyişdirilmiş, hökmü ilə Məhkum əsas cəz a kimi təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, məhkum Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Məhkum müdafiəçisi Müdafiəçi1 Məhərrəm oğlu və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardan narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarın ləğv edilməsini və məhkumlar barələrində Azərbayc an Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini, yaxud barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti olaraq hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxslər X7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 ilə təqsirləndirilən şəxslər arasında barışıq əldə edilmiş, zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərdən şikayət və tələblərinin olmadığını bildirərək yazılı qaydada məhkəmədən onlara yüngül-azadlıqdan məhrum etməyə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişlər. Məhkum elan olunan ittiham üzrə özünü qismən təqsirli bilmiş, etirafedici ifadələr vermiş, əməlindən peşman olmuş, istintaqın işinə maneçilik yaratmamış, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkumluğu yoxdur. Məhkəmə kollegiyası cəza təyin edərkən hər iki təqsirləndirilən şəxsə eyni prizmadan yanaşaraq hər ikisinə eyni cəzanı təyin etmiş, bir qrup şəxs halında törədilmiş əməl uzrə cəza təyin edərkən cəzanın fərdiləşdirilməsi ilə əlaqədar Qanunun və Ali Məhkəmənin göstərilən qərarlarının tələblərinə Məhkum münasibətdə əməl etməmiş, işin hallarını, onun şəxsiyyətini, habelə ona münasibətdə cəzanı yüngülləşdirən aşağıda göstərilən əlavə halları lazımi qaydada nəzərə almamış, düzgün qiymətləndirməmişdir. Məhkum Təqsirləndirilən şəxs fərqli olaraq, məcburi köçkün statusuna malik olan Məhkum himayəsində 2010-cu il təvəllüdlü Polad, 2011-ci il təvəllüdlü Nərmin adlı 2 azyaşlı övladı vardır. Həmçinin Təqsirləndirilən şəxs fərqli olaraq Məhkum barəsində əvvəllər hazırki cinayət işindən başqa, digər təqsirləndirici material və ya cinayət işi olmamışdır. Ona görə də Məhkum cəza təyin edilərkən bu yüngülləşdirici hallar ayrıca nəzərə alınaraq ona fərdi yanaşılmalı idi. Əlavə onu da qeyd edə bilərik ki, ailədə yeganə qazanc gətirən şəxs olan Məhkum himayəsində eyni zamanda xəstəlikdən əziyyət çəkən 82 yaşlı atası X2 və subay bacısı X3 da vardır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının qeyd olunan qərarını qanunsu z və ədalətsiz hesab edir. Hesab edir ki, məhkəmə sübutları tam tədqiq etmədən, cəzanı yüngülləşdirən halları nəzərə almadan şəxsə sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan həddən artıq sərt qeyri-obyektiv və ədalətsiz cəza təyin edilmişdir. İlk olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə cinayət məsuliyyətinə səbəb olur. Məhkum Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi zərərç əkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, zərərçəkmiş şəxslərlə barışması, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını müəyyən etmişdir, lakin cəza təyin edilərkən bu hallar nəzərə alınmamışdır. Hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs himayəsində ahıl ata və anasının, uşağlarının olmasını (CM 59.1.4-cü maddəsi) da cəzanı yüngülləşdirən hal kimi müəyyən etməli və cəza təyin edərkən bu halları nəzərə almalı idi. Qeyd edək ki, Təqsirləndirilən şəxs himayəsində 2 uşağı var və bu uşaqlardan biri psixi, digəri isə epilepsiya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs ailədə işləyən və ailəni dolandıran yeganə şəxsdir. Bu səbəbdən hesab edirik ki, 5 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi olduqca ədalətsizdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumların əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxslər Məhkum və Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası C M-in 182.2.1 və 182.2.2-ci maddələrində ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini düzgün sayır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində əməlin hüquqi tövsifi mübahisələndirilmir. Məhkumların müdafiəçilərinin kassasiya şikayətlərinin başlıca dəlili məhkumlar barələrində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməməsi ilə əlaqədardır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başq a hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşin materiallarından görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçü n əsaslar olmadığından məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs barələrində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmaması barədə məhkəmələrin gəldiyi nəticə ədalətli olmaqla bərabər əsaslıdır. Müdafiəçinin kassasiya şikayətinin digər dəlilinə, yəni məhkumların barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırs a, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumların cəza çəkmədən is lah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə məhkumun törətdiyi cinayətlərin sayı və onların ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, kassasiya şikayətlərində istinad olunan hallardan heç biri Məhkum və Təqsirləndirilən şəxs barələrində şərti məhkum etmənin tətbiq olunmasının mümkünlüyünü əsaslanan amil kimi qiymətləndirilə bilməz. Həmçinin kollegiya məhkəmələr tərəfindən Məhkum və Təqsirləndirilən şəxs təyin edilmiş cəzaların ağır olması dəlilinə də münasibət bildirərək qeyd edirlər ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələb lərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin isl ah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum və Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları nəzərə alaraq, məhkumlara təqsirli bilindikləri maddənin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxmış və məhkumlar Məhkum və Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, onun şəxsiyyətini və işin hallarını, habelə təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həy at şəraitinə təsirini nəzərə alaraq, ona cəzanın CM-in 62-ci maddəsinə əsasən təyin edilməsi və ya CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən həmin hissədə apellyasiya şikayətini təmin etmədən, lakin məhkumlara birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin azaldılaraq onların təqsirli bilindiyi maddənin sanksiyasının ən əşağı həddini təyin etməklə qərar qəbul etmiş və həmin qərarı kifayət qədər əsaslandırmışdır. Məhkəmələr məhkumlar Təqsirləndirilən şəxs və Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3, 59 və 60.1-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum və Təqsirləndi rilən şəxs barələrindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barələrindəki cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il t arixli məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barələrində qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1137/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1137/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver