Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1137/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri İmanov Nazim Nəriman oğlunun, Məhkum və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 28 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzovdan ibarət tərkibdə) 1(101)-225/2022 nömrəli 14 iyun 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1982-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 144.2.3 və 144.2.6-cü maddələri ilə təqsirli bilinib ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cə zaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: İstintaq orqanının mövqeyinə əsasən Məhkum tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib qəsdən özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edərək 05 yanvar 2021-ci il tarixdə saat 18 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadıği ünvan 2 ünvanında yerləşən evin qarşısından sonuncunun və digərlərinin evindən dünən əmisi oğlu X1 oğurluq etməsini bildirirək izahatının alınmasının zəruriliyini qeyd edib a ldatmaqla onu Bakı şəhəri Yasamal RPİ-nin rəisinin görmək istəməsini bildirərək tamah məqsədi ilə iradəsinə zidd olaraq daimi yaşayış yerininin qarşısından heç kəsin görmədiyi, yaxud başqalarının görmədiyi şəraitdə oğurlayıb gəldikləri boz rəngli “Hyundai Tucson” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə mindirərək avtomobili əvvəlcə özü, sonra Təqsirləndirilən şəxs2, sonda isə Təqsirləndirilən şəxs1 idarə etmiş, o və Təqsirləndirilən şəxs2 isə arxa oturacaqda qaçıb aradan çıxmasının qarşısını almaq məqsədi ilə Zərərçəkmiş şəxs sağında və solunda oturmaqla onu Bakı şəhəri Buzovna-Mərdəkan yolu və Heydər Əliyev prospekti ilə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı fərdi evə aparıb azadlıq hüququnu pozaraq iradəsindən kənar surətdə qanunsuz olaraq həmin evdə saxlamış, hər üçü Zərərçəkmiş şəxs hədə-qorxu gələrək sonuncunu 05 yanvar 2021-ci il tarixdə saat 18 radələrindən axşam saat 22:30 dəqiqəyədək həmin evdə otağa salıb qapısının kilidini bağlayib, narkotik vasitə satışı ilə məşğul olmasını bildirərək əvvəlcə ondan 50000 (əlli min) AZN manat pul tələb etmiş, həmin pulu ala bilməyəcəklərini görüb 10000 (on min) AZN pul verməsə onu həmin evdə saxlayacaqlarını bildirmiş, sonda isə Təqsirləndirilən şəxs1 faktiki istifadəsində olan ***-***-**-** Sim Kart nömrəli telefonunu Zərərçəkmiş şəxs verərək dayısı oğlu Şahid1 ***-***-**-** Cin Kart nomrəsinə zəng edərək danışmasına şərait yaratmaqla sonuncu vasitəsi ilə həmin gün axşam saat 23 radələrində qrupun üzvü kimi Təqsirləndirilən şəxs2, Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən Bakı Dövl öt Sosial-İqtisad Kollecinin qarşısında 5000 (beş min) AZN manat pulu alaraq gətirib bir qədər kənarda boz rəngli “Hundai Tucson” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobildə oturub gözləyən onun və Zərərçəkmiş şəxs yanında sükanda əyləşən Təqsirləndirilən şəxs1 vermiş və bundan sonra Zərərçəkmiş şəxs azad etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmmədov və İlqar Murquzovdan ibarət tərkibdə) 28 dekabr 2022-ci il tarixli, 1(103)-1844/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 28 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, barəsində CM-in 144.2.6cı maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsini, təqsirli bilindiyi CM-in 144.2.3cü maddəsi azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş hökm, qərar qanunsuz və ədalətsizdir. Belə ki, cinayət işi üzrə ibtidai istintaq qərəzli və qeyri-obyektiv aparılmış, törətdiyi əmələ görə ona qanunsuz olaraq CM-in 144.2.6-cı maddəsi ilə ittiham verilmişdir. Həmçinin, onun əməli məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Həmçinin, ona cəza təyin edilərkən himayəsində iki azyaşlı uşağının olması, xəstə yaşlı valideynlərinin olması, m addi vəziyətinin pis olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, məhkumun və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdi yindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum öz kassasiya şikayətində əməlinin Azərbaycan Respublikası CM-in 144.2.3cü maddəsi ilə tövsif edilməsini mübahisələndirmir, əməlində CM-in 144.2.6-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmasını mübahisələndirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 144.2.6-cı maddəsinin dispozisiyasından görünür ki, həmin maddə adam oğurluğu tamah məqsədi ilə və ya sifarişlə törədildikdə tövsif olunur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübut ların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları – digər məhkumların və zərərçəkmiş şəxsin ifadələrini məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum əməli CM-in 144.2.3-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 244.2.6-cı maddəsi ilə tövsif edilməlidir. Belə ki, həmin sübutlarla müəyyən edilmişdir ki, məhkumlar zərərçəkmiş şəxsi sonuncudan pul almaq məqsədi ilə, yəni tamah məqsədi ilə oğurlamışlar. Məhkəmə kollegiyası a pellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqi q etdiyi sübutlara uyğun gəldikdə. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilsə də, onun törətmiş olduğu cinayət əməli onun özünün, iş üzrə digər məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərin keçirilməsi haqqında protokolları, ekspertiza rəyi ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökmdə göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum CM-in 144.2.3 və 144.2.6-cı maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi sübut edilmiş, apellyasiya məhkəməsi tərəfindən i şə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barəsində olan apellyasiya məhkəməsinin qərarının əsassız və qanunsuz olması barədə dəlilləri ilə razılaşmır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların apellyasiya instansiyası məhkəməsi tə rəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkum kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxs in islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum 59,1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları nəzərə alıb ona təqsirli bilindiyi maddələrinin sanksiyasının aşağı həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Belə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, Məhkum tərəfindən törədilmiş cinayət əməlinə görə təqsirli bil indiyi maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilmişdir. Məhkum təyin edilmiş cəzanı yüngülləşdirmək, yəni ona CM-in 62-ci maddəsinə əsasən cəzanı təyin etmək üçün cinayət işi üzrə əsaslar müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici halları nəzərə almadan təyin edilməsi barədə dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkind irici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2022-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdi
Məhkəmə qərarları › İş №1(102)-1137/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1137/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver