Məhkəmə qərarları › İş №1(102)-1137/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1137/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1137/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X8 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2024-cü il tarixli hökmü ilə isə törətdiyi cinayət əməlinin CMin 234.1-ci maddəsindən CM-in 234.4.3-cü maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Osmanov Elxan Osman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən və məruzəçi), Ələkbərli Roman Nəriman oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbay can Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 8 iyul 2011-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 8 (səkkiz) ay 8 (səkkiz) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə onun barəsində narkomaniyadan məcburi müalicənin təyin olunması və ərazi nar koloji kabinetdə qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısına əsasən külli miqdar hesab edilən, yəni bir ədəd qarışıq rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 444,835 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Gəncə şəhər Nizami RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində o, 22 aprel 2021-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri, Bayan küçəsində yerləşən “SPA” mərkəzinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanında yerləşən Nizami RPİ-yə gətirilmiş və həmin tarixdə saat 22:15-dən 22:35-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli cins gödəkçənin sağ yan cibindən bir ədəd qarışıq rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 444,835 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 12 iyul 2024-cü il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən isə onun hazırki iş üzrə cəza çəkdiyi az adlıqdan məhrum etmə cəzasının 2 (iki) il 6 (altı) ay müddəti ona təyin edilmiş cəzadan çıxılaraq məhkum olunmuş şəxsin üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi E.O.Osmanov kassasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs barəsində birinci instansiya məhkəməsinin hökmünə uyğun olan yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) bir sıra maddələrinə, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktl arına istinad edərək Məhkum tərəfindən törədilmiş cinayətin subyektiv cəhətinə aid olan işin faktiki hallarını və onun əməlinin hüquqi tövsifini mübahisələndirən məhkumun müdafiəçisi E.O.Osmanov kassasiya şikayətini belə əsaslandırmışdır ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum ittiham olunduğu CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq edilməmişdir. Belə ki, aparılmış ilkin məhkəmə baxışının nəticəsi olaraq müəyyən edilmişdir ki, istintaq orqanı Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, tamamilə şübhə doğuran, bir-biriləri ilə ziddiyət təşkil edən, inandırıcı hesab edilməyən və işin faktiki hallarına uyğun olmayan sübutlara əsaslanmış, məhkum olunmuş şəxsin özünün etirafedici ifadəl əri ilə də bu ittiham təsdiqini tapmamış, ittiham tərəfinin istinad etdiyi şahidlərin yaşayış yeri və mövcudluğunu belə müəyyən etmək mükün olmamışdır. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən, şahidlərin ifadələrindən və mütəxəssis rəylərinin qarşılıqlı təhlilindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası sübutları tam araşdırmamış, polis əməkdaşlarının və 1 nəfər şahidin ifadələrinə düzgün qiymət verməmiş, o, cümlədən apellyasiya baxışı zamanı şahidlər yenidən dindirilməmiş, onların ifadələrini digər sübutlarla əlaqəli şəkildə tədqiq etməmiş və özünün mülahizəsinə uyğun şəkildə yeni ittiham hökmü çıxarmaqla əsl həqiqətə nail olmaq əvəzinə Məhkum ağır cinayət törətməkdə təqsirli bilinməsi barədə əsassız nəticəyə gəlmişdir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi E.O.Osmanov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2024-cü il tarixli hökmünün ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxs barəsində birinci instansiya məhkəməsinin hökmünə uyğun olan qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, onun müdafiəçisi E.O.Osmanov isə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçisi E.O.Osmanovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkumun müdafiəçisi E.O.Osmanovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, sonuncu tərəfindən verilmiş həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə topl anmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hüquqi qiymət verməmiş, nəticədə isə Məhkum əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi E.O.Osmanovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kif ayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslana raq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya insta nsiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilən lərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülü r. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutl arın toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onu törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon tələblər hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, hər şansı cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsas ən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesi nin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araş dırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cina yətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düz gün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddə sinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəs ində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətd ir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konsti tusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəaların a uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə ş əxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalıdır. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının poz ulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyə n hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiym ətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hall ar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiq edici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar ( CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hall ara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yet irilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhl ükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum barəsindəki 12 iyul 2024-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətində irəli sürülən apellyasiya instansiyası məhkəməsinin həmin hökmünün qeyri-obyektiv sayılması və sonuncunun əsassız olaraq CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi haqqında dəlillərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyə n olunmuş faktiki halları rəhbər tutacaqdır. Əvvəla cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə ittiham irəli sürülsə də, birinci instansiya məhkəməsinin hökmü ilə onun əməli CM-in 234.1-ci maddəsinə tövsif edilmişdir ona görə ki, onun satış məqsədini təsdiq edən, yəni Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitənin hazırlanması üçün avadanlıq əldə etməsinə, onun külli miqdarda narkotik vasitəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə olunmamışdır. İş üzrə toplanmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmiş faktiki hallar isə ondan ibarətdir ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdar hesab edilən, yəni bir ədəd qarışıq rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 44 4,835 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Gəncə şəhər Nizami RPİ-nin əməkdaşlarının keçirmiş olduğu əməliyyat axtarış tədbirləri nəticəsində 22 aprel 2021-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri, Bayan küçəsində yerləşən “SPA” mərkəzinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanında yerləşən Nizami RPİ-yə gətirilmiş və həmin tarixdə saat 22:15-dən 22:35-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli cins gödəkçənin sağ yan cibindən bir ədəd qarışıq rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 444,835 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Əvvəla, iş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, apellyasiya protestinə məhkəmə baxışı iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri məhkəmənin 12 iyul 2024-cü il tarixli hökmündə onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq həmin məhkəmə çıxardığı hökmün əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, çoxsaylı şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Halbuki, CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə h ər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə, o cümlədən apellyasiya icraatına aid olan materiallarla həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Bundan başqa, Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, həm faktları araşdırmaq və müəyyən etmək, həm də qanunvericiliyin bu və ya digər normasını tətbiq etmək səlahiyyətləri üzərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun həmin məhkəmənin hökmündə təsvir edilən cinayət əməlini törətməsi və bu əməllər üzrə onun təqsirli bilinərək cəzalandırılmalı olması barədə mötəbər nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, onun məhz CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi həm birinci instansiya məhk əməsinin məhkəmə iclasında araşdırılmış, həm də apellyasiya protestinə məhkəmə baxışı iclasında apellyasiya instansiyası məhkəməsi tərəfindən əldə edilərək tədqiq edilmiş təkzib edilməz və mötəbər sübutlarla təsdiq olunmuş və məhkəmə kollegiyası da həmin sübutların bir hissəsinə hazırki qərarda müraciə edərək onları təhlil etməyi zəruri bilir. Belə ki, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı və məhkəmə iclasında, hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, Məhkum saxlanıldıqdan və üzərinə şəxsi axtarış keçirildikdən və onun üzərində külli miqdarda narkotik vasitə olan tiryək aşkar edilərək götürüldükdən sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində sonuncunun əvvəllər Şahid4 narkotik vasitə satması barədə məlumat daxi l olmuş, Şahid4 dərhal yeri müəyyən edilib Gəncə şəhər Baş Polis İdarəsinə gətirilərkən o, təxminən 10 gün əvvəl Məhkumdan Gəncə şəhəri, Şahsevənlər küçəsində 15 manata bir büküm narkotik vasitə olan heroin almasını bildirmişdir. Bu ifadələrlə və məlumatla əlaqədar ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 cinayət təqibinin həmin mərhələsində verdiyi ifadələrindən görünür ki, o, bir müddətdir ki, narkotik vasitənin heroin növündən inyeksiya yolu ilə istifadə edir. Dindirilməzdən təxminən 10 gün bundan əvvəl, dəqiq tarixini xatırlamadığı vaxtda, o, Gəncə şəhəri, Şahsevənlər küçəsində yaşayan Məhkum adlı şəxsdən 15 manata bir “çet” narkotik vasitə olan heroin almış, həmin narkotik vasitəni də istifadə etmiş, hazırda hər hansı bir narkotik vasitə üzərində və yaşadığı evdə yox dur. O, Məhkumdan cəmi bir dəfə heroin almış, həm bundan əvvəl, həm də sonralar ondan narkotik vasitə almamış, lakin xatırlamadığı dost-tanışlarından eşitmişdir ki, Məhkum narkotik vasitə olan heroinin 1 “çet”ini 10-15 manata satır. Buna görə o, dəqiq xatırlamadığı tarixdə onun anına gedib ondan xahiş etmişdir ki, ona narkotik versin, ona 15 manat da pul vermiş və bu məbləğdə pulun müqabilində Məhkum ona narkotik vasitə olan heroin vermişdir. Onun Məhkumun başqa şəxslərə narkotik vasitə satması, yaxud da verməsi, eyni zamanda onun satdığı narkotik vasitəni kimdən alması barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan 20 avqust 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum əvvəllər narkotik vasitələri mütəma di olaraq 15 sentyabr 1983-cü il təvəllüdlü, Yeni Gəncə massivi, ev 64, mənzil 20-də qeydiyyatda olan və yaşayan X4 (***-***-**-**) alaraq digər şəxslərə satması müəyyən edilmişdir. Eyni zamanda Məhkum narkotik vasitə satdığı şəxslərdən birinin Yeni Gəncə massivi ev 64, mənzil 23-də yaşayan xx.xx.1985-ci il təvəllüdlü X22 olması müəyyən edilmişdir. Apellyasiya protestinə məhkəmə baxışı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 4 fevral 2021-ci il tarixli qərarından görünür ki, 4 yanvar 2021-ci il tarixdə Gəncə şəhər BPl-nin CinayətAxtarış İdarəsində açılmış “Zəhərli həşəratlar” şərti adlı 22290 nömrəli əməliyyat işində əməliyyat tədqiqinin effektivliyinin artırılması məqsədilə, həmin əməliyyat işi üzrə fiqurantlar – xx xxxx 1972 -ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi ev 19-da daimi qeydiyyatda olan, əvvəllər məhkum olunmuş Məhkum istifadə etdiyi 055 ***-**-**, 26 iyun 1972-ci il tarixdə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmuş,ünvan 4-da daimi qeydiyyatda olan X5 istifadə etdiyi 055 ***-**-** və 15 yanvar 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, ünvan 5-də daimi qeydiyyatda olan, əvvəllər məhkum olunmuş X17 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonlarla aparılan telefon danışıqlarına 3 ay müddətinə qulaq asılmasına dair əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Göstərilən qərar əsasında Məhkum istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə aparılan danışıqların çıxarılması əldə edilmişdir. Həmin telefon danışıqlarına baxış keçirən zaman müəyyən edilmişdir ki, Məhkum istifadəsində olan +99***-***-**-** saylı nömrəyə X4 məxsus ***-***-**-** saylı nömrədən zəng olunmuş, danışıq zamanı Səbuhi zəng edən şəxsə bir az əvvəl sifariş verdiyinin hazır olduğunu, həmin şəxs isə halhazırda pulunun olmadığını, evə gedib nə qədər pulunun olub-olmadığına baxacağını bildirir. Məhkum də lazım olsa hazırladığını deyir, həmin şəxs iki dənə götürəcəyi təqdirdə neçəyə verəcəyini soruşur, Məhkum isə onun sifarişini götürdükdə qiymətini yanında deyəcəyi barədə cavab verir, həmin şəxs ona sual verərək 18,17 yaxud da 20 soruşan zaman, Məhkum qurtaranı 18 olacağını bildirir. Bundan sonra digər danışığa baxış keçirən zaman müəyyən olunmuşdur ki, X4 adlı şəxsə məxsus 055 *** ** ** saylı nömrədən Məhkum zən g olunur, X4 Məhkumdan pulunun olub-olmadığını soruşur, Məhkum təxminən 50 olduğunu deyir, sonra isə X4dən “patı” götürüb-götürə bilməyəcəyini soruşur, “patı” sifariş edən şəxsin olduğunu, yarı qiymətini, yəni 35 manatını əvvəlcədən vermək istədiyini qeyd edir. X4 isə ona düzüb qoşa biləcəyini bildirir. Bir qədər keçdikdən sonra X4 adlı şəxs yenidən Məhkuma zəng edir, kiminləsə danışdığını, “şüşə” gətirdiklərini, 1 qramını 50 manata olması barədə məlumat verir, Məhkum də ondan 1 qramının 50 manat olduğunu soruşur, X4 da buna təsdiq edici cavab verir. Həmçinin o, bir nəfər naməlum şəxsin 35 manata yarım qram istədiyini bildirdikdə X4 ona bir qramı bütöv verəcəyini və hər şeyi özü onunla həll edəcəyini deyir. Daha sonra apellyasiya instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin verdiyi cavab məktubundan görünür ki, Gəncə şəhər sakinləri Məhkum və digər şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair daxil olmuş əməliyyat məlumatları əsasında 4 yanvar 2021-ci il tarixdə Gəncə şəhər BPİ-də 22203/21 nömrəli "Zəhərli həşəratlar" şərti adlı əməliyyat işi açılmış, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 4 fevral 2021-ci il tarixli qərarı ilə qeyd olunan fiqurantların istifadələrində olan mobil telefonlarla aparılan danışıqlara 3 ay müddətinə qulaq asılmasına dair əməliyyat-axtarış tədbirinin keçirilməsi təmin olunmuşdur. 19 mart 2022-ci il tarixdə 22203/21 nömrəli "Zəhərli həşəratlar" şərti adlı əməliyyat işi realizə olunmaqla xitam edilərək arxivdə saxlanılması üçün Da xili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilmişdir. Mobil telefonlarla aparılan danışıqlara qulaq asılmasına dair əməliyyat-axtarış tədbirinin keçirilməsi nəticəsində əldə olunmuş Məhkum apardığı telefon danışıqlarının məzmunu aşağıdakılardan ibarətdir: - xx.xx.2021-ci il tarixdə saat 15.13-də X4a məxsus ***-***-**-** telefon nömrəsindən bir kişi zəng edir. Danışıq zamanı Məhkum ondan 35 manata "patı" götürmək istədiyini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 15.46-da X4a məxsus ***-***-**-** telefon nömrəsindən bir kişi zəng edərək qramı 50 manata "şüşə" olduğunu və pulu götürüb gəlməsini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 23.02-də X4a məxsus ***-***-**-** telefon nömrəsinə zəng edərək 30 manata "patı" götürmək istədiyini bildirir; - xx.xx.20 21-ci il tarixdə saat 03.45-də X4a məxsus ***-***-**-** telefon nömrəsinə zəng edərək əlində "kola" olduğunu və gətirib vermək istədiyini bildirir. - xx.xx.2021-ci il tarixdə saat 21.42-də Xə məxsus ***-***-**-** nömrəsindən Z adlı şəxs zəng edərək həmişəki kimi ona "30" təşkil etməsini, Məhkum isə ona evinin yaxınlığında kanalın yanına çıxan yola gəlməsini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 20.46-da Yə məxsus ***-***-**-** telefon nömrəsindən bir kişi zəng edərək "patı" və "kola" istəyir, Məhkum isə əlində qalan "patı"lara müştəri tapmasını, yenidən götürə bilməsi üçün 80 manat pul verməli olduğunu bildirir; - xx.xx.2021-ci il tarixdə saat 10.56-da X4ə məxsus 055-514-04-1 telefon nömrəsinə zəng edərək əlində "kola" olduğunu bildirir, qarşı tərəf isə hazırda ehtiyacı olduğunu və göt ürmək üçün ünvanına gələcəyini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 16.54-də X4a məxsus 055-514-04-1 telefon nömrəsinə zəng edərək satdığı "mal"ın pulunu istəyir. X4 isə 30 manat borcunu verəcəyini, "mal"ı bəyəndiyi üçün yenə istədiyini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 11.00-da ZZə məxsus ***-***-**-** telefon nömrəsindən bir kişi zəng edərək bir ədəd tam "kola" təşkil etməsini istəyir. Məhkum isə razılaşaraq muzeyin yanına çatanda vzv atmasını bildirir; - xx.xx.2021-ci il tarixdə saat 13.16-da ZZya məxsus ***-***-**-** telefon nömrəsindən bir kişi zəng edərək 17 manat pulunun olduğunu və ona "kola" təşkil etməsini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 01.37-də ZZya məxsus ***-***-**-** telefon nömrəsindən bir kişi zəng edərək 130 manata "dərman" və "patı" təşkil etməsi ni istədikdə Məhkum onunla razılaşır; - xx.xx.2021-ci il tarixdə saat 11.07-də X40a məxsus ***-***-**-** telefon nömrəsinə zəng edərək əlində 50 manata keyfiyyətli "patı" olduğunu, daha başqasından deyil, ondan almasını məsləhət görür. Qarşı tərəf isə razılaşaraq məhəlləyə gələcəyini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 01.23-də X40a məxsus ***-***-**-** telefon nömrəsindən bir kişi zəng edərək 40 manat pulunun olduğunu və "patı" istədiyini bildirir, Məhkum isə razılaşaraq arxa qapıya gəlməsini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 23.20-də X10 məxsus ***-***-**-** telefon nömrəsindən X40 adlı şəxs zəng edərək "kola" təşkil etməsini və pulunu daha sonra verəcəyini bildirir. Məhkum isə razılaşaraq məhəlləyə gəlməsini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 11.13-də X42yə məxsus * **-***-**-** telefon nömrəsinə - qızına zəng edərək "ondan soruş 160 manat pulum var, 5 qram gəlib götürüm?" bildirir, qızı isə "danışıb məlumat verəcəyini" bildirir; - xx.xx.2021-ci il tarixdə saat 11.16-da X42yə məxsus ***-***-**-** telefon nömrəsinə - qızına zəng edir. Danışıq zamanı qızı onunla danışdığını və evdə tərəzinin olmadığını, axşam özü gətirib böləcəyini bildirir. Məhkum isə hazırda müştərisinin olduğunu və özü ilə tərəzi gətirib götürmək istədiyini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 11.52-də X42yə məxsus ***-***-**-** telefon nömrəsindən - qızı zəng edərək 160 manatı və tərəzini götürüb gəlməsini bildirir. xx.xx.2021-ci il tarixdə saat 18.06-da X42yə məxsus ***-***-**-** telefon nömrəsinə - qızına zəng edərək adapter və çəkmək üçün "şüşə" gətirməsini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 12.44-də X42yə məxsus ***-***-**-** telefon nömrəsinə - qızına zəng edərək pulu düzəltdiyini və 5 qramı götürmək üçün gələcəyini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 13.02-də X6 məxsus ***-***-**-** telefon nömrəsindən bir kişi zəng edərək "dərman" təşkil etməsini istəyir. Məhkum isə axşama olacağını bildirir; - xx.xx.2021-ci il tarixdə saat 13.10-da X41ə məxsus ***-***-**-** telefon nömrəsinə bir kişiyə zəng edərək əlində "mal" olduğunu, istəyən olsa ona deməsini bildirir; - xx.xx.2021-ci il tarixdə saat 20.13-də X43ə məxsus ***-***-**-** telefon nömrəsindən bir kişi zəng edərək 2 ədəd 0.5 ölçüdə "patı" təşkil etməsini istəyir. Səbuhi isə 10 dəqiqəyə gəlməsini bildirir. Məhkəmə kollegiyası bir daha vuğulayır ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə ci nayət əməlini törətməsi iş üzrə araşdırılmış sübutlarla, yəni şahidlərin ifadələri, telefon danışıqlarının və yazışmalarının aparılması barədə məlumatlarla, habelə iş üzrə toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla tam təsdiq edilir və buna görə apellyasiya instansiyası məhkəməsi tərəfindən onun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi, bu maddə əsasında ona müvafiq cəzanın təyin edilməsi barədə gəldiyi nəticə tam qanuni və əsaslıdır, belə olan halda isə bu nəticəyə dair apellyasiya instansiyası məhkəməsinin 12 iyul 2024-cü il tarixli hökmünün ləğv edilməsi və Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur. Buna görə, məhkəmə kollegiyası müdafiəçi E.O.Osmanovun kassasiya şikayətinin dəlillərini Məhkum cinayət məsuliyyə tindən kənarda qalmasına yönəlmiş dəlillər kimi kimi qiymətləndirib onları qəbul edilməz sayır və eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum, şahid qismində dindirilmiş şəxslərin istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında fiziki və ya psixi təsirlər altında ifadələr vermələri, onların hüquqlarının pozulması müəyyən edilməmiş, cinayət təqibi zamanı başqa pozuntulara da yol verilməmişdir. Cinayət işinin faktiki hallarına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə, iş materiallarına görə, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksin ə olaraq məhkəmə qəbul etdiyi hökmün əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etiməyi lazım bilir ki, Məhkum məhz CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsirli bilinməsi və onun əməlinin bu maddə ilə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə araşdırılmış sübutlarla yanaşı, aşağıda göstərilənlərlə də tam uzlaşır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmi ş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234.4.3-cü maddələsində satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkəmənin ittiham hökmü ilə ilə isə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı şərtlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-in 234.2-ci maddəsinin disp ozisiyasında göstərilən hərəkətləri digər şəxs və ya şəxslərlə əvvəlcədən razılıq əldə etməklə satış məqsədilə etməli, yaxud da narkotik vasitələri və ya psixotrop maddələrin satışını həyata keçirməli; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələblə bağlı müvafiq izah və tövsiyələr həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında da əksini tapmışdır. Belə ki, həmin Qərarın 8-ci bəndinə görə, narkotik vasitələrin və psixo trop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Həmin bənddə məhkəmələrə izah edilmişdir ki, qeyd edilən Qanunun 1.0.11-ci maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçil ik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Adı çəkilən Plenum Qərarının 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi il ə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası müdafiəçi E.O.Osmanovun kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki qərarda təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Buna görə, məhkəmə kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə Məhkum müdafiəçisi E.O.Osmanovun kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 12 iyul 2024-cü il tarixli hökmü həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi E.O.Osmanovun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2024-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar