Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1138/2018 25.10.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1138/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 25 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Röya Əli qızı Həsənovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5 və zərərçəkmiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası C inayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2018ci il tarixli qərarından Zərərçəkmiş şəxs qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Azər Tağıyev), Məhkum, xx xx 1961-ci ildə Qazı-Məmməd (hazırda Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, xx xx 2016-cı il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindənəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03(üç) il müddətinə azad lıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Məhkum barəsində Goranboy Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli, 1 (045)-xx/2016 nömrəli hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmış və ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının Goranboy Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli, 1 (045)-xx/2016 nömrəli hökmü iləmüəyyən edilmiş xx xx 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, a ldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X7 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs qızının oğlu X3 barəsində Gəncə hərbi prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə sonuncunun həbsdən azad edilməsi və elan edilmiş ittihamın yüngüiləşdırilməsinə köməklik göstərəcəyini yalandan vəd verib aldadaraq vahid niyyətlə 11 noyabr 2015-ci il tarixdə Zərərçəkmiş şəxs qızının yaşadığı Ağsu şəhəri, EV1 ünvanında onun cinayətkar niyyətindən xəbərdar olmayan X4 Zərərçəkmiş şəxs qəbul etdiyi 4000 (dörd min) manat pulu həmin gün Kürdəmir rayonu ərazisində yerləşən N nömrəli hərbi hissənin yaxınlığında Murad İsgəndərlidən alıb ələ keçirdikdən sonra cinayətkar niyyətini davam etdirib 2015-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs yaşadığı yuxarıda qeyd edilən ünvanda yerləşən evə gələrək sonuncuya məxsus ümumi dəyəri 2500 (iki min beş yüz) manat olan bir ədəd 30 qramlıq qızıldan boyunbağı, bir ədəd 10 qramlıq qırmızı qaşlı qızıldan sırğanı və bir ədəd 2 qramlıq qızıl sırğanı pul əvəzi ələ keçirdikdən sonra yenidən öz qanunsuz əməllərini davam etdirib Zərərçəkmiş şəxs xx xx 2015-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankının “Ağsu” filialı vasitəsi ilə onun adına göndərdiyi 2500 (iki min beş yüz) manat pulu ünvan 3 ünvanında yerləşən həmin bankın “Qaradağ” filialından qəbul edib öz şəxsi ehtiyaclarına sərf edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs qızına cəmi 9000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Zərərçəkmiş şəxs qızı tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Abid Abdinbəyov, Rizvan Səfərov və Qail Məmmədovdan ibarət tərkibdə) zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xx2018-ci il tarixli qərarından zərərçəkmiş şəxs A qızı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Bakı Apellasiya Məhkəməsinin xx xx2018-ci il tarixli qərarı ona qarşı qərəzli çıxarılmışdır. Belə ki, şikayət ona dəymiş ziyanın ödənilməsi ilə bağlı verilsə də, qəra rda ona dəymiş 9000 (doqquz min) manat ziyanın ödənilməsi barədə heç bir şey göstərilməmişdir. Kassator yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyasından ona dəymiş 9000 (doqquz min) manat ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin təmin olunması barədə Zərərçəkmiş şəxs və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı C çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2018-ci il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419. 1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə özmünasibətinibildirir. Kassator kassasiya şikayətində ona dəymiş 9000 (doqquz min) manat ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bununla bağlı bir neçə dəlilə istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmündən görünür ki, Məhkum hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindənəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Məhkum barəsində Goranboy Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli, 1 (045)-xx/2016 nömrəli hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmış və o, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş dir. Hökmdən Zərərçəkmiş şəxs qızı tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarında hökmdən zərərçəkmiş şəxsin apellyasiya şikayəti verib ona cinayət nəticəsində vurulmuş zərərin ödənilməsini xahiş etsə də, göstərilən məsələnin “mülki iddia” ilə tənzimlənməli məsələ olduğu və həmin məsələnin hazırki mərhələnin predmeti olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır, onu qanuni və əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. (CPM 183.2). Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məblə ğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. (CPM 183.3) Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və hökmdən görünür ki, iş üzrə zərərçəkmiş şəxs tərəfindən cinayət mühakimə icraatı zamanı mülki iddia verilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, CPM-in 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər. Kassasiya kollegiyası yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlir və şikayətin təmin edilməsi üçün heç bir əsas görmür. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayət-prosessual qanunv ericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması əsaslı və məqsədə müvafiqdir. Şərh edilənlərə əsasən vəAzərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Zərərçəkmiş şəxs qızının kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının xx xx2018-ci il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi İnqilab Nəsirov
Məhkəmə qərarları › İş №1(102)-1138/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1138/2018
25.10.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver