Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1138/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apelyasiya Məhkə məsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Zeynal Ağayev (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynov) 1(101)-1246/2021 nömrəli 20 avqust 2021-ci il tarixli qərarı ilə xx xxx 1951-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 72, mənzil 18- də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə təqsirli bilinərək, 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 05 dekabr 2020-ci il tarixdə, saat 06:30 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində birgə yaşayan doğma oğlu Zərərçəkmiş şəxs2 Mehti oğlunu və gəlini Zərərçəkmiş şəxs1 əvvəllər ailə münaqişəsi zəminində aralarında baş vermiş mübahisələr səbəbindən qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gələrək, niyyətini həyata keçirməkdən ötrü evin həyətin dən götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı balta ilə silahlanaraq sonuncuların yatdığı otağa daxil olub, əvvəlcə qəsdən öldürmək məqsədi ilə köməksiz vəziyyətdə çarpayıda yatmış, bu baxımdan ona müqavimət göstərmək iqtidarında olmayan Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi, təpə, ənsə, gicgah nahiyələrinin çapılmış yaraları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirdikdən sonra səs-küyə yuxudan oyanan və baş vermiş münaqişəyə müdaxilə etmək istəyən Zərərçəkmiş şəxs1 sol gicgah-təpə, alın, burun, sol qaşaltı nahiyələrin çapılmış yaraları və sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan ümumilikdə və ayrı-ayrılıqda sa ğlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül; sol bazu və sol bud nahiyələrinin səthi kəsilmiş yaraları, hər iki gözyuvası ətrafı, sol bazu və sol əl nahiyələrinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən əlindəki balta ilə xəsarətlər yetirmiş, bu zaman səs-küyə oyanan az yaşlı olmaqla müqavimət göstərmək iqtidarında olmayan aşkar surətdə köməksiz vəziyyətdə olan xx.xx.2019-cu il təvəllüdlü nəvəsi X2 hücum etmək istəmiş, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərdiklərindən, habelə hadisə yerinə gəlmiş arvadı Şahid1 tərəfindən onun hərəkətlərinin qarşısı alınaraq zərərçəkmiş şəxslər vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb tibbi yardımlar almaları səbəbindən öz niyyətini başa çatdıra bilməyib aşkar surətdə köməksiz vəz iyyətdə olan iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 1(103)-73/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi R.M.Qasımov kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası CM-in 29,120.2.7 və 29,120.2.7 maddələri ilə Məhkum qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi R.M.Qasımov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, işin məruzəçi hakimi Vaqif Mursaqulovun baxılan işə bilavasitə əvvəlcədən münasibəti məlum olduğu üçün tərəfimdən ona etiraz edilmişdir. Lakin etiraz məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı bilavasitə aydın olmuşdur ki, təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə maddələr təqsirləndirilən şəxsin əməlində yoxdur. Məhkum edilmiş təqsirləndirilən şəxs Məhkum istintaq orqanı tərəfindən hüquqları pozulmuşdur. Ondan izahat və ifadə alınan zaman təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı olmamış, istər ibtidai araşdırma za manı, istərsə də məhkəmə istintaqı zamanı, istərsə də Bakı Apelyasiya Məhkəməsində izahat vermək iqtidarında olmamışdır. Bakı Apelyasiya Məhkəməsi qərar qəbul edərkən ibtidai istintaq zamanı verdiyi ifadəyə istinad edilmişdir. Halbuki təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadədən məlumatsız olmuşdur. Mənim iştirakımla isə müstəntiq tərəfindən ifadə alınması mümkün olmamışdır. İşdə olan ekspert rəylərindən görünür ki, təqsirləndirlən şəxs Məhkum özünü idarə etmək qabiliyyətində olmuşdur. Özünü idarə edə bilən şəxsin yuxuda yatmış şəxsi öldürməsinə heç bir şey mane olmamışdır. Məhz zərərçəkmiş şəxsləri öldürmək niyyətində olmaması nəticəsində zərərçəkmiş şəxslərə münasibətdə onları öldürməyə cəhd etməmişdir. Məhkum edilmiş şəxs Məhkum qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 29,120.2.7, 29,120.2.9-cu maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkum edilmiş şəxs Məhkum ilə zərərçəkmiş şəxslər arasında olan ailə münasibətləri zəminində baş vermiş cinayət hadisəsini şişirtməklə maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya ş ikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı halda məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq onun barəsində həmin maddələrlə ittiham hökmü çıxarılmışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsində Məhkum bilid irmişdir ki, o zərərçəkmişləri öldürmək istəməmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadəsi, ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apelyasiya instansiyası məhkəməsi cinayət işinə məhkumun müdafiəçisinin apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış və müdafiə tərəfinin apelyasiya şikayəti təmin edilməmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, m əhkəmələr tərəfindən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib nəticəyə gəlmişdir ki, məhkumun əməlləri Azərbaycan Respublikası CM-in 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası cinayət işinin materialları öyrənib qeyd edir ki, yuxarıda qeyd edilən sübutlarla məhkumun hökmün və apelyasiya məhkəməsinin yekun qərarında təsvir edilən hərəkətləri törətməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün on ların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş və şahidlər ifadəsində göstərmişlər ki, cinayət əməli törədilənədək Məhkum davranışı adekvat olmamış, bir neçə dəfə o özünə qəsd etməyə cəhd etmişdir. Bununla əlaqədar, habelə törətdiyi cinayətin xarakteri nəzərə alaraq istintaq orqanı Məhkum hər hansı bir psixi pozuntu və xəstəliyin olmasını, olduğu halda isə törətdiyi əməl barəsində onun anlaqlı olub-olmaması müəyyən etmək üçün cinayət işi üzrə ambulator, sonra isə stasionar kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaları təyin etmişdir. Stasionar kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 12 aprel 2021-ci il tarixli rəyinə əsasən məhkəmələr nəticəyə gəlmişlər ki, Məhkum törətdiyi əməl barəsində anlaqlı olmuş v ə ona elan edilmiş ittiham üzrə təqsirlidir. Həmin ekspertiza rəyində qeyd edilmişdir ki, Məhkum törətdiyi əməl barəsində anlaqlıdır və Azərbaycan Respublikası CM- in 21.1-ci maddəsinin təsiri altina düşmür. Həmçinin müəyyən edilmişdir ki, o, “yüngül dərəcəli depressiv pozuntu” formasında psixi xəstəlikdən əziyyət çəkir, lakin həmin pozuntu Məhkum öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarından məhrum edəcək səviyyədə ifadə olunmadığı üçün ekspertiza keçirdiyi dövr psixi vəziyyətinə görə Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cina yət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi sübut hesab edilir. Azərbaycan Respublikası CPM-in 265.1-ci maddəsinə əsasən ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər. Həmin Məcəllənin 265.5-ci maddəsinə əsasən şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İş materiallarından görünür ki, iş üzrə k ompleks ambulator və kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizaları keçirilmişdir. Hər iki ekspertizanın rəyləri ayrı-ayrı ekspertlər tərəfindən keçirilsə də hər iki ekspertiza rəylərində məhkumun anlaqlılığı ilə bağlı rəy bir ekspert psixiatr tərəfindən verilmişdir. Beləliklə hazırki cinayət işi üzrə stasionar kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizası Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinin kobud pozuntusu ilə aparılmış və həmin ekspertizasının 12 aprel 2021-ci il tarixli rəyi sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Göründüyü kimi məhkəmələr məhkumun anlaqlılığı barədə nəticəyə mümkün olmayan, yəni qanun tələblərinin kobud pozuntusu ilə əldə edilmiş ekspertiza rəyi əsasında gəlmişdir. Bununla əlaqədar məhkəmənin gəldiyi bu nəticə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələblərinə görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspe rtiza aparılır. Lakin məhkəmələr tərəfindən CPM-in 267.2-ci maddəsinin tələblərinə riayət etməmiş, məhkumun anlaqlılığı ilə əlaqədar təkrar məhkəmə-psixiatrik ekspertiza təyin edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.19-cu maddəsinə əsasən məhkəmə bu Məcəllənin 140.0.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə-psixiatriya ekspertizasının keçirilməsini təyin etmədikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayəti ilə qismən razılaşaraq hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apel yasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.12-ci maddəsinin tələblərinə əsasən hazırki cinayət işi üzrə yeni apelyasiya baxışı təyin edilməsi ilə əlaqədar kassasiya şikayətinin digər dəlillərinin əsaslılığı barədə münasibət bildirməyə zərurət görmür. Yeni apelyasiya baxışı zamanı məhkum edilmiş şəxsin cinayət törədərkən anlaqlı olub-olmaması müəyyən etmək üçün Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinə riayət edilməklə məhkəmə-psixiatrik ekspertizası keçirilməli, zərurət yaranarsa digər istintaq hərəkətləri aparılmalı və nəticəsindən asılı olaraq qanunamüvafiq qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apelyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli Məhkum barəsindəki qərarı ləğv edilsin və cinayət işi yeni apelyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1138/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1138/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver