Məhkəmə qərarları › İş №1(102)-1138/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1138/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1138/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi - Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Sarıyev Əjdər Hakim oğlunun iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 1(002)190/2023 nömrəli (hakim: Dadaşova Şəfa Əliövsət qızının sədrliyi) hökmü ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 16 oktyabr 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilərək, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından həbsə alınaraq saxlanılmas ı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, Məhkum barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmiş, o cümlədən iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Hökmdən Təqsirləndirilən şəxs1 müdafiəçisi Əsgərov Elxas Allahşükür oğlu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Məhkum, təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli 1(103)-2217/2023 nömrəli (hakimlər: Əyyubov Fərid İlham oğlu (sədrliyi və məruzəsi ilə), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, digər verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli hökmü yalnız Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmişdir. Hökmün qalan hissəsi, o cümlədən Məhkum aid hissə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 deka br 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 6 mart 2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ÜNVAN evdə heç kimin olmamasından istifadə edərək həmin evdən oğurluq etmək qərarına gəl miş, həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi evin qarşısında dayanaraq kənar şəxslər gəldikləri zaman məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 hasardan aşaraq həyətə girmiş, evin giriş qapısının kilidini sındırmaqla qanunsuz olaraq yaşayış sahəsi olan evə daxil olmuş, evdən 2000 manat pul və ümumilikdə 4500 manat dəyərində 1 ədəd qadın qızıl boyunbağı, 1 ədəd qadın qızıl bilərziyi, 1 cüt qadın qızıl sırğası və 1 ədəd qadın qızıl üzüyü olmaqla qızıl-zinət əşyalarını gizli yolla talayaraq, zərərçəkmiş şəxsə cəmi 6500 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 18 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ÜNVAN evdə heç kimin olmamasından istifadə edərək həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi küçədə dayanaraq kənar şəxslər gəldikləri zaman məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 hasardan aşaraq həyətə girmiş evin plastik pəncərəsini sıxıb açmaqla oradan qanunsuz olaraq yaşayış sahəsi olan evə daxil olmuş, evdən 1000 manat dəyərində bir ədəd briliant qaşlı qızıl qadın üzüyü, 450 manat dəyərində bir ədəd tək qaşlı qızıl qadın üzüyü, hər biri 450 manat dəyərində iki ədəd paxlava formalı qızıl qadın üzüyü, 500 manat dəyərində bir ədəd qızıl kişi üzüyü, 400 manat dəyərində bir ədəd yumru qaşlı qızıl qadın üzüyü, 400 manat dəyərində bir ədəd sadə qaşlı qızıl qadın üzüyü, 800 manat dəyərində bir dəst sadə qaşlı qızıl üzük və sırğa, 2700 manat dəyərində bir ədəd briliant qaşlı qızıl boyunbağı və bilərzik, hər birinin dəyəri 150 manat 4 ədəd uşaq üçün qızıl boyunbağıları, 250 manat dəyərində bir ədəd uşaq üçün qızıl qolbağını, cəmi 8000 manat dəyərində qızıl-zinət əşyalarını gizli yolla talayaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı-Ələt şosessinin 65-ci km-də yerləşən ÜNVA N fərdi tikili evdə heç kimin olmamasından istifadə edərək həmin evdən oğurluq etmək qərarına gəlmiş, həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi küçədə dayanaraq kənar şəxslər gəldikləri zaman məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 evin həyətinə, oradan da evin plastik pəncərəsindən keçmək yolu ilə qanunsuz olaraq evə daxil olub uşaq otağında Zərərçəkmiş şəxs3 məxsus 1463 manat dəyərində «Lenovo» markalı notbuku çantası və enerji kabeli ilə birlikdə, həmçinin paltar dolabının üzərində dairəvi qırmızı daşları olan 583 əyyarlı 800 manat qiymətində bir cüt qızıl sırğa, üzərində xırda sadə ağ daşları olan 583 əyyarlı kəpənək oxşarlı 250 manat dəyərində qızıl uşaq sırğaları, sünbül toxunuşlu 583 əyyarlı 400 manat dəyərində q ızıl kişi bilərziyi, 583 əyyarlı 300 manat dəyərində qızıl kişi bilərziyi, ürək formalı 583 əyyarlı 100 manat dəyərində qızıl klonu, cəmi 3313 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 14 avqust 2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus ÜNVAN yerləşən nömrəsiz evdə heç kimin olmamasından istifadə edərək, həmin evdən oğurluq etmək qərarına gəlmiş, həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi evin qarşısında dayanaraq ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 hasardan həyət ə aşaraq evin plastik pəncərəsini dəmir parçası ilə açmaqla oradan qanunsuz olaraq yaşayış sahəsi olan evə daxil olmuş, 6 ədəd 50 ABŞ dolları əskinazı olmaqla ümumilikdə 300 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 510 manat, 5 ədəd 100 manatlıq əskinazla 500 manat, 10-20 manatlıq əskinazla isə 1000 manat pulunu gizli yolla talayaraq, zərərçəkmiş şəxsə cəmi 2010 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məhkum barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Məhkum etdiyi oğlurluq əməlini övladının xəstəliyi ilə əlaqədar onun müalicəsinə imkanın olmadığı üçün, bu yolla pul qazanaraq övladını müalicə etmək üçün etdiyini bil dirmişdir. İşin materiallarına əlavə edilmiş tibbi arayışlardan göründüyü kimi, məhkum edilmiş Məhkum cinayət yolu ilə əldə etdiyi pul vəsaiti ilə övladını əməliyyat etdirmişdir. Göründüyü kimi məhkum olunmuş şəxs törətdiyi cinayət əməlini hər hansı bir bəhanə gətirmədən səmimi olaraq etiraf edərək, cinayət yolu ilə zərərçəkmiş şəxsə vurduqları maddi zərərin ödənilməsinə yönələn aktiv hərəkətləri ilə, cəzadan yaxa qurtarmaq niyyətində olmadıqlarını, səmimi peşman olduqlarını nümayiş etdirməklə, azadlıqdan məhrum edilmədən islah olunduqlarını sübut etmişlər. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023cü il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilərək, Məhkum təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il müddə tinə azadlığın məhdudlaşdırılması cəzasına dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Sarıyev Əjdər Hakim oğlu çıxış edərək, məhkumun övladının əməliyyatı üçün oğurluq etdiyini, sonuncu cinayət hadisəsindən 4 gün sonra övladını əməliyyat etdirdiyini, ailədə yeganə qazanc gətirən şəxsin o olduğunu, himayəsində İ qrup əlil bacısı olduğunu, 2 az yaşlı övladı olduğunu, hər ikisinin fiziki qüsurlu olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxı ş edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsb it edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiy ası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi, müdafiəçinin isə təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarı Məhkum aid hissədə d əyişdirilmədən qüvvədə saxlanılmalıdır. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Verilmiş kassasiya şikayətində təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrini n bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipi nə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olm ası başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (əməlindən səmimi peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayəsində 2 azyaşlı övladının olması, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam aradan qaldırılması, ona qarşı heç bir şikayət və tələblərin olmaması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində gös tərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiəçisinin kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əh əmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 41 6.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsind ə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar